Məhkəmə qərarları › İş №2-1(102)-521/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-521/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-521/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibli ilə, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Ağsu rayonu Ərəb uşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-493/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci il tarixdə Ağsu rayonu Ərəbuşağı kəndində anadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cava bdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1969-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1969-cu il tarixdən 1973-cü il tarixədək Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kalxozunda işləmişdir. xx.xx.1976-cı il tarixdən Ağsu 118 nömrəli kənd Texniki Peşə məktəbinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdən ərizəsi nəzərə al ınaraq sürücülükdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdən sürücü kimi yenidən işə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdən həmin idarəyə elektrik təyin edilmişdir. xx.xx.1986-cı il tarixdən 95-80 nömrəli avtomaşına sürücü təyin edilmişdir. xx.xx.1986-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdən rayon texniki təminat birliyinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdən sovxoza sürücü təyin edilmişdir. xx.xx.1989-cu il tarixdən səhhəti ilə bağlı həmin sovxoza fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdən Azəriqaztikinti İTQİnin Ağsu sahəsinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdən öz ərizəsi nə əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdən “Azərittifaqın” Göyçay avtobazası Ağsu avtobölməsi üzrə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bu fakt ona məxsus ИТ-l seriyalı əmək kitabçasında öz əksini tapır. Arxiv arayışına əsasən kolxozda və əmək kitabçasına əsasən işlədiyi illəri sosial sığorta stajına daxil etməklə əmək pensiyası hüququ yarandığı tarixdən, yəni xx.xx.1918-ci il tarixdən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin DSMF-in Ağsu rayon şöbəsi əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

5. Şəki İnzibati Məhkəməsi nin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1072/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarına əsasən, iddia tələbinin təmin edilməsi, iddiaçıya “Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

6. Məhkəmə «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olduğuna dair nəticəyə gəlmişdir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1072/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-493/2020 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1072/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmişdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq eyni maddi və prosessual normalara əsaslanmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlil ləri

10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 1969cu il tarixindən 1973-cü ilədək Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” adına kolxozda işləməsinə dair arxiv arayışı olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığı üçün həmin dövrün onun əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin bildirilir ki, həmin dövrün iddiaçının əmək kitabçasında qeyd edilməməsi faktı məhkəmələr tərəfindən araşdırılmamış, iddia tələbinin əsaslılığına dair əlavə sübutlar toplanmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlə t sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

11. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.

12. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsas ında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

13. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosila sığorta stajına daxil edilməsi əsas və mühüm şərt –işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-493/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

16. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclası na vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

17. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiy a şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olu nmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

23. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki iddiaçının 1969-cu il tarixindən 1973-cü ilədək Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” adına kolxozda işləməsinə dair arxiv arayışı olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığı üçün həmin dövrün onun əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin bildirilir ki, həmin dövrün iddiaçının əmək kitabçasında qeyd edilməməsi faktı məhkəmələr tərəfindən araşdırılmamış, iddia tələbinin əsaslılığına dair əlavə sübutlar toplanmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

24. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

25. Belə ki, Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.

26. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 4.1ci madd əsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir.

27. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.

28. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və t əşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.

30. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

31. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 1969-1973-cü illərdə “Özbəkistan” kolxozunda işlədiyi dövr Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 25 nömrəli arxiv arayışı və Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktı ilə öz təsdiqini tapır.

32. İş materiallarından olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1969-1973-cü illərdə “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 2409 manat 25 qəpik pensiya kapitalı yaranır.

33. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

34. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

35. Həmin Qanunun 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır.

36. Azərba ycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

38. Həmin əsas namənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

40. Qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur.

41. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdeh İddiaçı “Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2 020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur.

42. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur.

43. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-493/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar