Məhkəmə qərarları › İş №2-1(102)-521/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-521/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-521/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2084/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında ” xx.xx.2016-cı il tarixli, 457 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində “13”, “15”, “17”, “19”, “21” ünvanında "xxxx" MTK-nın sifarişi ilə inşa olunmuş və tikintisi başa çatmış 12 mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. 2. "xxxx" MTK-nın üzvlərinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 251 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və "xxxx" MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 140,97 kv.m olan 1A nömrəli qeyri-yaşayış sahəsi verilmişdir. 3. "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli 251 nömrəli maliyyə arayışına əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 140,97 kv.m olan 1A nömrəli qeyri-yaşayış sahəsinin pa y dəyəri ödənilmişdir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109,6 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır və bu barədə daşınmaz əmlakın Dövlət Reyestrində 297 nömrəli reyestr kitabının 28232 nömrəli vərəqində qeydiyyat aparılmışdır.

5. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinə uyğun tərtib olunmuş texniki pasportda iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 109,6 kv.m qeyd olunmuşdur.

6. İddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınm az əmlakın dövlət reyestrində qeyd alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********99 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi təqdim edilmiş ilkin sənədlər əsasında qanuna müvafiq icra edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 11.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən qeyr iyaşayış sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair daşınmaz əmlakın Dövlət reyestrində 297 nömrəli reyestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 2 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv.m olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" mənzil tikinti kooperativinin ümumi iclasının 251 saylı protokolundan olan 19 may 2020-ci il tarixli çıxarışa əsasən kooperativə üzv qəbul edilərək, MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,97 kv.m olan qeyri-yaşayış sahəsi ona verilmişdir. O, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə və müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətinə cavabdeh orqan xx.xx.2020-ci il tarixli məktubu ilə imtina verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır.

9. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazda göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair təqdim edilmiş ilkin sənədlər əsasında İdarə tərəfindən iddiaçının adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış hazırlanmış, həmin çıxarışda qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1 09.6 kv.m qeyd olunmuşdur. Lakin iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman müəyyən olmuşdur ki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportla faktiki vəziyyət arasında fərq mövcuddur. Belə ki, ümumi sahədə artım fərqi vardır, hazırda faktiki sahə 133.3 kv.m təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3702/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6332 nömrəli rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə idd iaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki (ümumi) sahəsinin 138,6 kv.m (11,0 x 12,6 m.) təşkil etdiyi müəyyən edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(112)-582/2022 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair daşınmaz əmlakın Dövlət reyestrində 297 nömrəli reyestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 2 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv.m olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun v erilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana təqdim olunmuş sənədlərdə, ümumi sahəsi 140,97 kv.m təşkil etdiyi, faktiki isə ekspert rəyinə əsasən 138,6 kv.m olduğu halda, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə səhvən 109,6 kv.m kimi qeydə alınmışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2084/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən v ə məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(112)-582/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, işin apellyasiya icraatı zamanı məhkəmə tərkibi tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmiş və qeyri-yaşayış sahəsinin 138,6 kv.m təşkil etdiyi, ümumi istifadədə olan pilləkən qəfəsinin mövcud olmadığı, yuxarı mərtəbələrə girişin həyətdən olduğu müəyyən edilmişdir. Hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət ve rilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair təqdim edilmiş ilkin sənədlər əsasında 109.6 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ iddiaçının adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman müəyyən olmuşdur ki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş t exniki pasportla faktiki vəziyyət arasında fərq mövcuddur. Belə ki, ümumi sahədə artım fərqi vardır. Hazırda qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 133.3 kv.m təşkil edir. Bundan əlavə, qeyri-yaşayış sahəsinin mübahisə edilən hissəsi təsdiq olunmuş layihədə pilləkən qəfəsi kimi nəzərdə tutulmuş və həmin sahə birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiy a şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2084/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə v ə bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu q anuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X1 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göst ərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövl ət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs hə min əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.... 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyy ata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.

3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının ar aşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qay dasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtınd a verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı tə qdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia ərizəsinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyri-yaşayış sahəsinin mübahisə edilən hissəsinin layihədə pilləkən qəfəsi kimi nəzərdə tutulması və ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşməsi ilə bağlı əsas və təkrarlanan dəlilinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi "xxxx" MTK-nı n üzvlərinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 251 nömrəli protokolundan çıxarışa əsasən iddiaçıya "xxxx" MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 140,97 kv.m olan 1A nömrəli qeyri-yaşayış sahəsi verilmiş və iddiaçı pay haqqını tam ödəmişdir. Qeyd edilən sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

30. Lakin cavabdeh tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı zamanı sahəsi 109,6 kv.m olaraq göstərilmişdir. Hazırkı inzibati mübahisənin əsasında da cavabdeh tərəfindən dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin aradan qaldırılması təşkil edir.

31. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6332 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin eni 11 m, uzunluğu 12.6 m olmaqla ümumi sahəsi 138.6 kv.m təşkil edir. İddiaçı hüquqmüəyyənedici sənədlə müəyyən edilən ölçüdən (140,97 kv.m) az olan və ona münasibətdə əlverişsiz vəziyyət yaradan bu halla bağlı razılığını iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməklə bildirmişdir.

32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının qeyd edilən rəyi iş materialları ilə tam uyğunlaşdığından və bununla bağlı hər hansı mübahisə olmadığından həmin rəyin mötəbər hesab edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr əsaslı olmuşdur.

33. Mübahisələndirilən daşınmaz əmlakın sahə artımının pilləkən qəfəsi və ümumi paylı mülkiyyətdə olan sahənin hesablanması nəticəsində yaranması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlil apellyasiya şikayətində də göstərilmiş və apellyasiya məhkəməsi həmin dəlilin araşdırılması ilə əlaqədar mübahisələndirilən qeyri-yaşayış sahəsində yerli müayinə aparmışdır. Bu zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ərazisində ümumi istifadədə olan pilləkən qəfəsi mövcud olmamış, yuxarı mərtəbələrə giriş binanın həyətindən olmuşd ur.

34. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sahə artımının ümumi istifadədə olan pilləkən qəfəsi hesabına baş verməsi barədə dəlili əsassızdır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2084/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar