Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-521/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-697/2023 nömrəli, 15 sentyabr 2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 236 nömrəli əmrinin ləğv edilməsi, çavuş vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixindən Müdafiə Nazirliyinin hərbi hissələrində əvvəlcə əsgər, sonra kiçik çavuş və xx.xx.2021-ci il tarixdən isə çavuş vəzifəsinə xidmət etmişdir. Göstərilən müddət ərzində qüsursuz xidmət etmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində N saylı hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə Komandiri xx.xx.2022-ci ildə 3-cü taborun 8-ci bölüyünün sanitar təlimatçısı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hesab edir ki, MN-nin N saylı hərbi hissə komandirinin barəsində olan 236 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ləğv edilməli, çavuş vəzifəsində bərpa edilməklə buraxılmış müddət ərzində ona çavuş vəzifəsinin orta aylıq əmək haqqı ödənilməlidir. Sənədlərdən və ona təqdim edilmiş əmrdən görünür ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün heç bir tutar lı dəlil və əsas olmamışdır. Xidmət keçdiyi müddət ərzində yuxarı komandanlıq tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif edilmişdir. ******* nömrəli, SX seriyalı hərbi biletində komandanlıq tərəfindən edilmiş qeydlər yazdıqlarının sübutudur. Bununla belə məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, çavuş olsa da N saylı hərbi hissə komandiri onu kiçik çavuş vəzifəsindən azad etmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixli 834 nömrəli əmrlə o, artıq çavuş vəzifəsi alaraq xidmət edirdi. Bu fakt N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 236 nömrəli əmrinin ləğvi üçün əsasdır. Bundan başqa, məlum əmrdə Azərbaycan Respublikası "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.10-cu maddəsinə istinad edilməsi yolverilməzdir. Ona görə ki, aralarınd a mövcud olan bağlaşma bu qaydada ləğv edilə bilməz.
3. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.
4. İddiaçı həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında işdən çıxarıldıqdan sonra başına gələn hadisədən dolayı özünə gələ bilməmiş, stressdə olduğundan həkimlərə getmiş, həmçinin yaşamağa yeri olmamış, bu səbəbdən də qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hərbi qulluqçu çavuş İddiaçı xidməti yerində istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlədərək xx.xx.2022-ci il tarixdə şəhid olmuş leytenant B.Ə.Əliyevin minaya düşərək yaralanmasını əks etdirən video görüntünü həmin günü saat 19:06-da paylaşdığına və digər şəxslərə WhatsApp proqramı vasitəsi ilə göndərdiyinə görə N nömrəli hərbi hissə komandiri polkovnik leytenant Rasim Əliyevin vəsatəti əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 06 avqust 2022-ci il ta rixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 06 avqust 2022-ci il tarixli əmri qanunidir və ləğv edilməsi üçün əsas yoxdur
6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2942/2023 nömrəli, 24 iyul 2023-cü tarixli qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022- ci il tarixli, 062əç nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır. Eyni zamanda, iddiaçı məhkəmə iclasında mübahisələndirilən əmr barəsində ona hərbi hissənin kadrlar şöbəsindən təqribən xx.xx.2022-ci il tarixdə zəng vurularaq məlumat verildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini xx.xx.2022-ci il tarixdə bilmiş, lakin məhkəmədə əmrin mübahisələndirilməsi barədə ərizəni isə xx.xx.2022-ci il tarixdə poçt xidmətinə müddət ötürülməklə təqdim etmişdir. Həmçin in, müddətin ötürülməsinin səbəbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-697/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: A.Hüseynzadə - sədrlik edən və məruzəçi, L.Süleymanov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iş üzrə əmək münasibətlərində olduğu Komandanlığın əmrlərini təqdim etsə də, sübuta əhəmiyyət və hüquqi qiymət verilməmişdir. Məhkəmə instansiyası hətta əmrlər arasındakı ziddiyyətə heç bir əhəmiyyət vermədən sadəcə olaraq sübutları sadalamaqla kifayətlənmişdır.
13. Məhkəmə işin faktiki hallarına qiymət verərkən cavabdehin hansı əsaslara görə kontrakt (bağışlama) onun bağışlamaq istəməməsi xüsusatlarına əhəmiyyət verilməmişdir. Halbuki iş materiallarından görünür ki, komandanlıq onu mobil telefondan istifadə etdiyinə görə işdən azad etmişdir. Orduda baş verən korrupsiya və digər neqativ hallarla barışmamış, bütün vasitələrlə problemləri işıqlandırmış və mübarizə aparmı şdır. Komandanlıq isə onu mobil telefondan istifadəyə görə cəzalandıraraq işdən azad etmişdir. Halbuki Əsasnamədə və Qanunvericilikdə mobil telefondan istifadəyə görə cəza nəzərdə tutulmayıb. Məhkəmə və hakimlər yuxarı Komandanlıq qarşısında acizdirlər. Məhkəmələr həqiqəti görmək və ədaləti bərpa etməkdən imtina etdilər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üz rə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
16. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhk əmə iclasında əsaslandırılmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti ya lnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
24. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair norm alara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
25. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununu n 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmış və ona 15 avqust 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsində qeydiyyata alınması üçün təyinat vərəqəsi verilmişdir. İddiaçının izahatına əsasən təyinat vərəqi ona 15 avqust 2022-ci il tarixdə, müvafiq əmrin surəti isə həmin tarixdən 1 həftə sonra poçt vasitəsi ilə təqdim olunmuşdur. İş materiallarında olan iddiaçının hərbi biletinin surətindən isə görünür ki, iddiaçı ehtiyata buraxıldıqdan sonra 25 avqust 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsində hərbi qeydiyyata alınmışdır ki, bununla da iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasını ona rəsmi qaydada elan olunması iddiaçının izahatı ilə yan aşı işdə olan sübutlarla təsdiq olunmuşdur.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müvafiq əmri aldıqdan 30 gün ərzində iddia qaldırmalı olduğu halda iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt orqanına təqdim etmişdir ki, bununla da qanunla müəyyən edilmiş müddəti 1 aydan çox müddətə ötürmüşdür.
27. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı müddəti ötürməsinin səbəbini hərbi xidmətdən çıxarılması ilə əlaqədar stres keçirməsi, həkimlərə müraciət etməsi və məişət vəziyyəti ilə əlaqələndirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda istinad olunan normaların tələblərinə uyğun olduğundan, kassasiya şik ayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-697/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.