Məhkəmə qərarları › İş №2-1(102)-521/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-521/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-521/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.03.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 21(103)-3409/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qa ydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nəsimi RİH Mənzil Kommunal Təsərrüfat Birliyi 17 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, S.Rəhimov küçəsi 213 saylı evin, 27 saylı mənzilinin keçmiş kirayəçisi Fora Qlinkina olmuşdur. Mənzil 1 otaq, 13 kv.m yaşayış sahəsindən ibarətdir. 3 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşir, həyət tiplidir. Araşdırma zamanı məlum olmuşdur ki, S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzilində Şuşa rayon məcburi köçkünü X3 1992-ci ildən məskunlaşmışdır. R.Quliyev mənzildə yaşadığı dövrdə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı ilə 2004-cü ildə ailə həyatı qurmuş və birgə göstərilən mənzildə yaşamışlar. S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzili boş mənzil fondu ol duğu üçün İddiaçı məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərarı ilə göstərilən mənzilə pasport qeydiyyatına düşmüşdür. Mənzilə yerində baxış zamanı məlum oldu ki, İddiaçı həyat yoldaşı X3 halhazırda göstərilən mənzildə yaşamır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-520/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin, 27-ci mənzilinə qeydiyyata götürülməsi Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və X1 tapşırılmışdır.

3. İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27 ünvanında qeydiyyatdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, iddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-yə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, ünvan 1 ünvanda daimi pasport qeydiyyatına alınmışdır. Yaşadığı mənzilin adına rəsmiləşdirilməsi, yəni həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə əlaqədar Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilmiş və səbəb kimi də iddiaçının bu mənzilə qeydiyyata düşməsi barədə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsində onunla kirayə müqaviləsi bağlanması ba rədə göstərişin olmadığı qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, işin hallarından da görünür ki, artıq 30 ildən çoxdur ki, bu mənzildə yaşayır. Bu mənzildən başqa hər hansı bir digər yaşayış sahəsi yoxdur. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsi ilə də iddiaçının bu mənzildə uzun müddətdir ki, yaşaması təsdiq olunmuş və məhkəmə tərəfindən də onun yaşayış yerinin bu mənzil olduğu tanınmış, bu mənzilə daimi pasport qeydiyyatına alınması barədə qətnamə qəbul edilmişdir. Ona görə də iddiaçı hesab edir ki, onun başqa şəxslərə nisbətdə bu mənzilə dair kirayə müqaviləsi bağlanmasında daha üstün hüquqları olduğu üçün cavabdeh tərəfindən bu nəzərə alınmalı və onunla kirayə mü qaviləsi bağlanmalı idi. Lakin işin hallarından da görünür ki, cavabdeh tərəfindən heç bir yetərli əsas göstərilmədən həmin kirayə müqaviləsinin bağlanmasından imtina olunmuşdur.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, 27 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6795/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəçinin olmad ığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun həyat yoldaşı mənzilin əvvəlki kirayəçisi (Fora Qlinkinanın) ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə 1992-ci ildən müvəqqəti məskunlaşmış şəxsdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-nin kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6795/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardad ı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının təsviri hissəsində buraxılmış yanlışlıq aradan qaldırılaraq, “İddiaçı iştirakı ilə” kimi qeyd edilmiş hissə “İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə” kimi oxunması qərara alınmışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-3409/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə sədrlik edən və məruzəçi, M.Tağızadə və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci insta nsiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində mənim bu mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyini əsas götürərək ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Çox qəribədir ki, onun iddiasının mahiyyətinin özü elə bu mənzilin adına rəsmiləşdirilməsi olduğu üçün ondan belə sənədin tələb e dilməsi tamamilə absurd bir yanaşmadır. İşin hallarından da görünür ki, o, iddia ərizəsinin "xahiş edirəm” hissəsində bu mənzilin adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan başqa, məhkəmə bu mənzilin əvvəlki kirayəçisi Fora Qlinkinanın ailə üzvü olmadığı üçün onun bu mənzilə dair kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququnun olmadığını bildirmişdir. Təbii ki, bu da qanunsuz bir yanaşmadır.

15. Bilindiyi kimi, köhnə kirayəçi Fora Qlinkina artıq 30 ildən çoxdur ki, bu mənzili tərk edib getmiş və hal-hazırda da bu mənzildə də yaşamır. Köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə də əgər mənzilin icarədarı 6 aydan artıq müddətdə bu mənzildə yaşamırsa, onda o həmin mənzildən istifadə hüququnu itirir. Yəni işin hallarından da görünür ki, Fora Qlinkina uzun müddətdir ki, bu mənzildə yaşamadığı üçün bu mənzildən istifadə hüququnu itirmişdir və artıq bu mənzilin icarədarı sayılmır. Bu baxımdan da F.Qlinkinanın bu mənzilə dair artıq heç bir hüququ qalmadığı üçün məhkəmənin belə bir qənaətə gəlməsi də əsassızdır.

16. Həmçinin həyat yoldaşının məcburi köçkün olmasının da bu iddiaya heç bir aidiyyəti yoxdur. Belə ki, qərarın özündən də görünür ki, bu mənzilə yerində baxış keçirilən zaman həyat yoldaşının bu mənzildə yaşamadığı müəyyən olunmuşdur.

17. Eyni zamanda bildirir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə onun bu mənzildən istifadə hüququ tanınmış və bu mənzilə daimi pasport qeydiyyatına alınmağı öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Yəni onun bu mənzildən istifadə hüququnu tanıyan Azərbaycan Respublikası adından çıxarılmış qətnamə olduğu halda, məhkəmə əsassız olaraq onun iddiasını təmin etməmişdir.

18. Nəzərinizə çatdırılır ki, onun bu mənzildən başqa hər hansı bir digər yaşayış sahəsi yoxdur. 30 ildən artıqdır ki, fasiləsiz olaraq bu mənzildə yaşayır. Təbii ki, həm məhkəmə qətnaməsi ilə, həm də uzun müddətdir ki, faktiki olaraq bu mənzildə yaşayaraq və bu mənzildə daimi pasport qeydiyyatına alınaraq başqa şəxslərlə nisbətdə bu mənzilə daha üstün hüquqları olmasına baxmayaraq, məhkəmə əsassız olaraq onun iddiasını təmin etməmişdir.

19. Bu mənzildən istifadə hüququnun olması barədə qanuni qüvvəyə minmiş qətnamə olduğu halda məhkəmə əsassız olaraq həmin qətnaməni nəzərə almamış və bununla da AR MPM-nin 82-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə gedişində bu mənzildən başqa hər hansı bir digər yaşayış sahəsinin olmadığı və 30 ildən yuxarıdır ki, bu mənzildə yaşadığı sübut olunduğu halda, bu mənzilin onun adına rəsmiləşdirilməməsi AR Mənzil Məcəlləsinin 51, 53-cü maddələrinin tələblərinin kobud şəkildə pozulması deməkdir.

20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

21. Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsi: Maddə

45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komit əsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. Madd ə

52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və o nunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə

81. Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi ha lda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. 22. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsi: Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sah əsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tə rəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məlum olduğu kimi, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-yə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddiaya münasibətində cavabdeh bildirmişdir ki, Bakı şəhə ri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yaşayan İddiaçı Cavabdehnə 5-15/1-Q-9-068/2024 saylı, xx.xx.2024-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27 ünvanına dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin 27 saylı mənzilinə qeydiyyata götürülməsi Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və X1 qət edilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin 27 saylı mənzili Cavabdeh boş mənzil fonduna aiddir və həmin mənzildə X3 ailə üzvləri ilə birlikdə (həyat yo ldaşı İddiaçı) Şuşa rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Cavabdeh 5-15/2-Q-9- 068/2024 saylı, 01.02.24-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, sözügedən mənzilə qeydiyyata düşməyi barədə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsində onunla kirayə müqaviləsi bağlanması göstərilmədiyindən xahişini təmin etmək mümkün deyildir.

28. Apellyasiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 21(103)-3409/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən, belə hesab etmişdir ki, “Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Nəsimi RİH Mənzil Kommunal Təsərrüfat Birliyi mənzil kommunal istismar sahəsinin şəxsi hesab vərəqindən də görünür ki, S.Rəhimov k üçəsi 213 saylı evin, 27 saylı mənzilinin keçmiş kirayəçisi Fora Qlinkina olmuşdur. Hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun həyat yoldaşı mənzilin əvvəlki kirayəçisi (Fora Qlinkinanın) ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə 1992-ci ildən müvəqqəti məskunlaşmış şəxsdir. Belə olan halda, İddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-nin kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil.”

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır.

30. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nəsimi RİH Mənzil Kommun al Təsərrüfat Birliyi 17 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, S.Rəhimov küçəsi 213 saylı evin, 27 saylı mənzilinin keçmiş kirayəçisi Fora Qlinkina olmuşdur. Mənzil 1 otaq, 13 kv.m yaşayış sahəsindən ibarətdir. 3 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşir, həyət tiplidir. Araşdırma zamanı məlum olmuşdur ki, S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzilində Şuşa rayon məcburi köçkünü X3 1992-ci ildən məskunlaşmışdır. R.Quliyev mənzildə yaşadığı dövrdə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı ilə 2004-cü ildə ailə həyatı qurmuş və birgə göstərilən mənzildə yaşamışlar. S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzili boş mənzil fondu olduğu üçün İddiaçı məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərarı ilə göstərilən mənzilə pasport qeydiyyatına düşmüşdür. Mənzilə yerində baxış zamanı məlum oldu ki, İddiaçı həyat yoldaşı X3 hal-hazırda göstərilən mənzildə yaşamır.

31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-520/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin, 27-ci mənzilinə qeydiyyata götürülməsi Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və X1 tapşırılmışdır.

32. İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27 ünvanında qeydiyyatdadır.

33. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 s aylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, 27 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

34. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsinə dair hər hansı sənəd aşkar edilməmişdir.

35. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “... yaşayış yeri üzrə qeydiyyatın məqsədi şəxsin yaşadığı və olduğu yerin müəyyən olunmasıdır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan, iddiaçının qeyd olun an mənzildə uzun müddət yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə dair hazırkı iddiaolunan hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz. İddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəçinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur...”

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, öz tələbini əsaslandırmaq üçün qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməyə istinad edir.

37. İşin 3-cü səhifəsində ola n həmin qətnamədən görünür ki, iddiaçı sözügedən işdə olan iddia ərizəsində daimi yaşadığı yuxarıda göstərilmiş ünvanda yerləşən ünvana qeydiyyata alınması tələbini irəli sürmüş, başqa hər hansı bir tələb qaldırmamışdır.

38. Sözügedən qətnamə ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, S.Rəhimov keçəsindəki 213 saylı evin 27-ci mənzilinə qeydiyyata götürülməsi Nəsimi Rayon Polis İdarəsinin qeydiyyat və X1 tapşırılmış, qətnamə icra edilmişdir.

39. Lakin məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hər hansı bir ünvanda qeydiyyata alınması onun avtomatik olaraq həmin ünvana istifadə hüququnun əldə edilməsi anlamına gələ bilməz.

40. Belə ki, şəxsin konkret halda iddiaçının sözügedən mənzilə istifadə hüququnun tanınmaması məsələsinin, yəni mənzilə dair istifadəsi barədə müqavilə bağlamaq istədiy i halda bu məsələni qaldırmaq və iddia ərizəsi ilə bu haqda məhkəməyə müraciət etmək hüququna malikdir.

41. Yəni, bununla bağlı ayrıca bir məhkəmə icraatı aparılmalı və həmin məhkəmə icraatının nəticəsinə əsasən sözügedən mənzilə istifadə hüququ barədə məhkəmə qərarı qəbul edilməlidir.

42. Lakin hazırkı işdə iddiaçı adıçəkilən mənzilə dair istifadə hüququnu tanımamaıs ilə əlaqədar iddia irəli sürməmişdir, yəni hazırda iddiaçının həmin mənzillə əlaqədar istifadə hüququ yoxdur.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)3409/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar