Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-522/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-522/19 Bakı şəhəri 20 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini XXXtərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2-1(103)2450/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02 avqust 2016-cı il tarixli, **********108700 saylı; 02 avqust 2016-cı il tarixli, **********109400 saylı; 02 avqust 2016-cı il tarixli, **********140900 saylı və 02 avqust 2016-cı il tarixli, **********139500 saylı qərarların ləğv edilməsi barə də qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin vergilərin hesablanması barədə 10 noyabr 2016-cı il tarixli, **********506600, **********504300, **********505900, **********504200; 02 noyabr 2016-cı il tarixli, **********476200, **********504200 saylı; 02 avqust 2016-cı il tarixli **********509500 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ixtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri fəaliyyəti ilə məşğul olmuş və fəaliyyəti ilə əlaqədar vergi bəyannamələrini vaxtında vergi orqanına təqdim etmişdir. Buna baxmayaraq, cavabdeh mübahisəli qə rarlarla ƏDV üzrə 12.815,86 manat, gəlir vergisi üzrə 14.183,15 olmaqla onun barəsində ümumilikdə 26.999,10 manat əlavə vergi hesablamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, vergi orqanı tərəfindən iddiaçının 2014-cü ilin gəlir vergisi və 2014-cü ilin yanvar, fevral, may və dekabr ayları üçün ƏDV bəyannamələri üzrə hesabladığı vergilərin tərkibi kameral vergi yoxlaması ilə araşdırılmışdır. Araşdırma nəticəsində “xxxx” MMC tərəfindən diller dükanlarında göstərilmiş xidmətlərlə bağlı iddiaçıya 2014-cü ilin birinci rübü ərzində 85880,0 manat, ikinci rübü ərzində 30.600,0 manat, üçüncü rübü ərzində 34.200 manat, dördüncü rübü ərzində isə 16.000 manat olmaqla ümumilikdə 166.680,0 manat vəsaitin ödənilməsi, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV və gə lir vergisi bəyannamələrində isə göstərilən məbləğlərin öz əksini tapmaması müəyyən olunmuşdur. Bununla bağlı, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin iddiaçıdan tələb edilməsinə baxmayaraq, iddiaçı müvafiq təsdiqedici sənədləri və ya yazılı izahat məktubunu yoxlamaya təqdim etmədiyindən ƏDV üzrə 2014-cü ilin mart ayı üçün 7551,84 manat, iyun ayı üçün 2823,34 manat, oktyabr ayı üçün 2440,68 manat, həmçinin 2014-cü ilin gəlir vergisi üzrə 14.183,15 manat olmaqla ümumilikdə 26.999,0 manat əlavə hesablama aparılmışdır. Sonradan, vergi ödəyicisinin müraciəti əsasında “İnzibati şikayətin qismən təmin edilməsi barədə” 28 oktyabr 2016-cı il tarixli qərara əsasən 2014-cü ilin mart ayı üzrə 11.223,84 manat, iyun ayı üzrə 1391,80 manat, avqust ayı üzrə 4279,97 manat, oktyabr ayı üzrə 2 440,68 manat ƏDV məbləğləri, eyni zamanda 2014-cü ili gəlir vergisi üzrə hesablanmış 18.337,07 manat məbləğdən 4180,11 manat azaldılmış, həmçinin 2014-cü ilin yanvar ayı üçün 1836,0 manat, fevral ayı üçün 1795,50 manat, may ayı üçün 2880,0 manat, dekabr ayı üçün 73,80 manat əlavə vergi məbləğləri hesablanmaqla iddiaçıya müvafiq qərarlar göndərilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2-1(82)370/2017 saylı qərardadı ilə (hakim İntizar Bayramova) iş üzrə cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti onun hüquqi varisi Bakı şəhər Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2-1(82)370/2017 saylı qərarı ilə (hakim İntizar Bayramova) iddia təmin edilmişdir.(iş.v 128) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2-1(103)-2274/2017 saylı qərardadı ilə (sədrlik edən Sərvət Hüseynov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin “Vergilərin hesablanması barədə” 10 noyabr 2016-cı il tarixli, **********506600, **********505900, **********504200 saylı və 02 noyabr 2016-cı il tarixli, **********483800, **********476200 saylı q ərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2-1(82)1030/2018 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən aktlarının qıbul olunduğu dövrdə qüvvədə olan vergi qanunvericiliyə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən müvafiq sənədlərin təqdim olunduğu vaxtdan 30 gün müddətində keçirilə bilərdi. Vergilərin hesablanması və ödənilməsi üçün sənədlər kimi vergi bəyannaməsi və ona əlavə edilmiş sənədlər nəzərdə tutulduğundan, cavabdeh müvafiq dövrlər üzrə bəyannamələrin gec təqdim edilib-edilməməsini mübahisələndirmədiyindən məhkəmə cavabdeh tərəfindən kameral vergi yoxlamasının keçirilməsi müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2450/2018 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdehin mübahisələndirilən inzibati aktları iddiaçı üçün vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış vergi borc unu ödəmək öhdəliyi yaratmışdır ki, bu da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2, 32.2-1, 37.3, 67.1, 72.1, 153, 154, 173, 177, 3.8, 53.3, 54.0.2, Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində etirazda göstərdiyi yoxlamaya dair halları sadalamış və bildirmişdir ki, mübahisələndirilən aktların qəbul olunduğu dövrdə qüvvədə olmuş vergi qanunvericiliyinin müddəa ları kameral vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin axımının vergi ödəyicisi tərəfindən vergilərin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim olunması tarixindən başlanıldığını müəyyən etmişdir. İddiaçıdan yoxlamanın keçirilməsi üçün zəruri sənədlərin tələb edilməsinə baxmayaraq, həmin sənədlər yoxlamaya təqdim olunmamışdır. Cavabdeh hesab edir ki, Vergi Məcəlləsinin hər hansı müddəası vergilərin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi bəyannaməsi ilə eyniləşdirilməsini nəzərdə tutmamışdır. Bu halda məhkəmə Vergi Məcəlləsinin 85.4-cü maddəsinin də tətbiq edilməsini nəzərə almamışdır. Başqa dəlillərdə cavabdeh mübahisələndirilən qərarların əsaslandırılmaması, qərarların qəbul edilməsi ilə bağlı faktiki halla rla bağlı məhkəmənin mövqeyinə münasibətdə öz əks əsaslarını bildirmişdir. Kassasiya şikayətində sadalanan dəlillərin hüquqi əsası olaraq cavabdeh, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.1, 37.2, 83.4, 85.4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ F aktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Uçot baza məlumatlarına əsasən, iddiaçı 21 yanvar 2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və ərizəsinə əsasən ixtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri ilə məşğul olur. İddiaçıya 2014-cü il üçün gəlir vergisi və 2014-cü ilin yanvar, fevral, may və dekabr aylarının ƏDV bəyannamələri üzrə kameral vergi yoxlamaları ilə hesablanmış vergilərin tərkibi araşdırılmışdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş 06 oktyabr 2016-cı il tarixli 22734 nömrəli məktuba, vergi ödəyicisinin bank hesablarından təqdim etdiyi çıxarışlara, arayışlara, eyni zamanda ƏDV-nin sub-uçot hesabında aparılmış əməliyyatlara, NKA-nin f iskal yaddaş göstəricilərinə və.s sənədlərə əsasən, Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq 2014-cü ilin yanvar ayı üzrə vergi tutulan əməliyyatlar üzrə 10200,00 manat dövriyyədən 1836,00 manat ƏDV məbləği hesablanmış, 2014-cü ilin fevral ayı üzrə vergi tutulan əməliyyatlar üzrə 10200,00 manat dövriyyədən 1836,00 manat ƏDV məbləği hesablanmalı halda, həmin hesabat ayı üzrə vergi tutulan 225,00 manat dövriyyədən 40,5 manat ƏDV məbləği göstərildiyi üçün 1795,50 manat ƏDV məbləği hesablanmış, mart ayında vergi tutulan əməliyyatlar üzrə 10200,00 manat dövriyyədən 1836,00 manat ƏDV məbləği hesablanmalı olduğu halda, həmin hesabat ayının ƏDV bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə 72554,66 manat dövriyyədən 13059,84 manat ƏDV məbləği hesablandığı üçün 11223,84 manat ƏDV məbləği azaldılmış, may ayında vergi tutulan əməliyyatlar üzrə 16000,00 manat dövriyədən 2880,00 manat ƏDV hesablanmalı olduğu halda, həmin hesabat dövrü üçün vergi tutulan əməliyyatların olmadığı barədə ƏDV bəyannaməsinin təqdim edildiyi üçün 2880,00 manat ƏDV məbləği hesablanmış, iyun ayında vergi tutulan əməliyyatlar üzrə 8000,00 manat dövriyyədən 1440,00 manat ƏDV məbləği hesablanmalı halda, həmin hesabat dövrü üzrə aparılmış kameral vergi yoxlaması ilə 15732,20 manat dövriyyədən 2831,80 manat ƏDV hesablandığı üçün 1391,80 manat ƏDV məbləği azaldılmış, avqust ayında vergi tutulan əməliyyatlar üzrə 913,95 manat dövriyyədən 164,51 manat ƏDV məbləği hesablanmalı halda, həmin hesabat dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergi tutulan əməliyyatlar üzrə 24691,53 manat dövriyyədən 44 44,48 manat ƏDV məbləği hesablandığı üçün 4279, 97 manat ƏDV məbləği azaldılmış, oktyabr ayında vergi tutulan əməliyyatlar müəyyən edilmədiyi halda, həmin hesabat ayı üzrə keçirilmiş kameral vergi yoxlaması ilə vergi tutulan əməliyyatlardan 13559,32 manat dövriyyə üzrə 2440,68 manat ƏDV hesablandığı üçün həmin məbləğ qədər (2440,68 manat) ƏDV azaldılmış, dekabr ayında vergi tutulan 410,00 manat dövriyyədən 73,80 manat ƏDV məbləği hesablanmalı olduğu halda, həmin hesabat ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergi tutulan əməliyyatların olmadığı bəyan edildiyi səbəbindən 73,80 manat ƏDV məbləği heablanaraq “Vergilərin hesablanması barədə” qərarlar qəbul olunmuşdur. 2014-cü il təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirdən çıxılan xərclər hissəsinin 226.4-cü (malın dəyəri) sətrind ə göstərilmiş 3649,28 manat, 226.7-ci (enerji xərcləri) sətrində 1740,90 manat, 226.9-cu (yanacaq xərci) sətrində 600,17 manat, 226.12 (mühafizə xərcləri) sətrində 2762,40 manat, 226.15-ci (bilavsitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) sətrində 41165,29 manat göstərilmiş xərclərin vergi uçot baza məlumatlarına əsasən əldə edilmiş e-VHF-lərdə öz təsdiqini tapmamışdır. Eyni zamanda 2014-cü ilin yanvar-oktyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bölmələri üzrə, cəmi gəlir 3310,00 manat təşkil etdiyi halda, 2014-cü ilin gəlir vergisi bəyannaməsinin xərclər hissəsinin əmək haqqı və ona bərabər tutulan ödəmələr sətrində 3440,0 manat göstərilməsi, bununla bağlı sosial sığort a ayırmaları üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmaların təsdiqedici sənədlər əsasında araşdırılmasına zərurət yarandığı üçün vergi ödəyicisinə 11 oktyabr 2016-cı il tarixli **********945900 nömrəli “Sənədlərin tələb edilməsi barədə” məktub göndərilmiş, təsdiqedici sənədlərin surətlərinin təqdim olunması bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan sənədlər araşdırma aparılması üçün təqdim edilməmişdir. 2014-cü il üzrə təqdim edilmiş mallara (görülmüş işlərə, göstərilmiş xidmətlrə görə) ümumi gəlirlər 82176,95 manat, gəlirdən çıxılan xərclər isə 11392,15 manat (o cümlədən əmək haqqı və ona bərabər tutlan ödəmələr 3310,00 manat, sosial sığorta ayırmaları 728,20 manat, su və kanalizasiya xərci 168,00 manat, rabitə xərcləri 87,37 manat, bank xidməti üzrə xərclər 363,88 manat, əsas vəsaitlərin amortizasiya xərcləri 6314,70 manat, digər xərclər 420,00 manat) olmaqla, vergiyə cəlb olunan 70784,80 manat gəlirdən 14156,96 manat gəlir vergisi hesablanmışdır. Nəticədə vergi ödəyicisinə 02 noyabr 2016-cı il tarixli **********483800, **********476200 saylı, 10 noyabr 2018-ci il tarixli **********505900, **********504200 və **********506600 saylı "Vergilərin hesablanması barədə" qərarlar göndərilmişdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti il ə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, cavabdeh tərəfindən kameral vergi yoxlaması müddət pozuntusu ilə keçirildiyindən, onun nəticəsində qəbl edilmiş qərarlar ləğv edilməlidir. Bu mövqeyi mübahisələndirən cavabdehi dəlillərinə görə, məhkəmə kameral vergi yoxlamasının keçirilməsinə dair maddələ rin tələblərini düzgün tətbiq etməmişdir, çünki maddədə nəzərdə tutulmuş müddətin başlanması bəyannamənin təqdim edilməsi anı ilə deyil, yoxlamanın aparılması üçün tələb olunmuş müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini deyd edir. İşin hallarından göründüyü kimi, mübashiəsləndirilən qərarlarla iddiaçıya 2014-cü il üzrə gəlir və ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsində (bundan sonra - Vergi Məcəlləsi) bu vergi növləri üzrə bəyannamələrin təqdim edilməsi ilə bağlı aşağıdakı qaydalar nəzərdə tutulmuşdur: - - 129-cu maddəsinə əsasən, gəlir vergsi üzrə vergi ili təqvim ili sayılır; - 149.2.-cü maddəsinə əsasən, bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariusl ar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər; - - 177.1 və 177.2-ci maddələrinə əsasən, vergi ödəyicisi borcludur: vergi orqanına hər hesabat dövri üçün ƏDV-nin bəyannaməsini verməyə (177.1.1); bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövri üzrə vergini büdcəyə ödəməyə (177.1.2). ƏDV-nin bəyannaməsi hər hesabat dövri üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. - 178-ci maddəsinə əsasən, ƏDV üzrə hesabat dövri təqvim ayı sayılır. Müddəalardan göründüyü kimi, gəlir vergiləri üzrə hesabat dövrü təqvim ili kimi müəyyən edilmiş və hər il üçün sonrakı ilin mart ayının 31-dən gec olmayaraq bəyannamələrin təqdim edilməsi nəzərdə tutulmuşdur.ƏDV üzrə hesabat dövrü təqvim ayı kimi müəyyən edilmiş və həmin aydan sonrakı ayın 20-dən gec olmayaraq bəyannamənin verilməsi nəzərdə tutulmuşdur. Apellaysiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən gəlir və əlavə dəyər vergisi bəyannamələrinin geç təqdim edilməsi barədə cavabdeh bidirməmişdirr. Habelə, işin hallarına görə həmin vergilər ilə bağlı sənədlərin təqdim edilməsi 11 oktyabr 2016-cı il tarixli məktubla təklif olunmuşdur. Daha sonra həmin dövr üzrə gəlir və əlavə dəyər vergiləri 02 noyabr və 10 noyabr 2016-cı il tarixində qəbul edilmiş qərarlarla hesablanmışdır. Bu müddətlərə münasibətdə zamana görə qüvvədə olmuş Vergi Məcəlləsində aşağıdakılar nəzərdə tutulmuşdur. - 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə ə ks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; - 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir; - 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər; - 37.4-cü maddəsinə əsasən, kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 g ün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Maddələrin mənasına görə kameral vergi yoxlaması verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin və ona əlavə edilmiş sənədlərin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Bu maddələri tətbiq edərkən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, kameral vergi yoxlaması bəyannamənin təqdim edild iyi gündən 30 gün müddəti keçdikdən sonra aparılmışdır. İşin hallarından göründüyü kimi, iddiaçıya münasibətdə 2014-ci il üzrə vergi bəyannamələri kameral qaydada yoxlanılmış, 11 oktyabr 2016-cı il tarixli məktubla əlavə sənədlərin təqdim edilməsi təklif olunmuş və 02 və 10 noyabr 2016-ci il tarixində mübahisələndirilən qərarlar qəbul edilmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bildiridiyi əsaslarla razılaşaraq hesab edir ki, aparılmış kameral vergi yoxlaması qanunsuz olmuş və onun nəticəsi kimi qəbul edilmiş qərar qanuni hesab edilə bilməz. Məsələ ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmalı (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Bu normativ akt və Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanununu ilə Vergi Məcəlləsinin 37.2-ci maddəsinə edilmiş d əyişiklik öz mahiyyətinə görə kameral vergi yoxlamalarının keçirilməsinin müddətləri ilə bağlı qanunvericiliyin daha dürüst tətbiq edilməsi məqsədilə qəbul edilmiş kimi qiymətləndirməlidir (həmin dəyişikliyə görə 30 gün 30 iş günü ilə əvəz edilmişdir). Vergi Məcəlləsinin 83.3-cü maddəsi isə artıq aparlmış kameral vergi yoxlamasının nəticələri üzrə yenidən hesablamanın aparılması hüququnu əks etdirmişdir. Bu maddəyə də Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanununu ilə edilmiş dəyişiklikliyə görə, həmin müddəanın təbiqi Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama aparılmasında istisna təşkil etmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri isə Məcəllənin 36.3 və 56.1-ci maddələri ilə əlaqəli qaydada tətbiq olunmalı və bu səbəbdən həmin maddələrdə müəyyən edilmiş müddətlər səyyar vergi yoxlamasına aid edilməlidir. Qeyd edilmiş hüquqi əsaslara görə məhkəmə kollegiyası cavabdehin bu müddəaların tətbiqi ilə bağlı bildiridiyi dəlilləri ilə razılaşmadığını qeyd edir. Kassasiya şikayətinin digər dəlillərində cavabdeh mübahisələndirilən qərarların əsaslandırılmaması, qərarların qəbul edilməsini zəruri edən faktiki hallarla bağlı məhkəmənin mövqeyinə münasibətdə öz əks əsaslarını bildirmişdir. Məhkəmə kollegiyası məsələ ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət i nstansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 48.1-ci maddəsinə əsasən, inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Sadalanmış normalara əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən i lk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, yəni inzibati orqanın şəxsin hüququna müdaxilənin qanuni olub-olmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, daha sonra inzibati orqan maddi-hüquq əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Əgər inzibati orqanın müdaxiləsi qanunsuz olmuşdursa, bu halda artıq maddihüquq normaların yoxlanılmasına zəruriyyət aradan qalxmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, son zamanlar artıq formalaşmış məhkəmə təcrübəsində öz həllini tapmış kameral qaydada yoxlamaların keçirilməsi ilə bağlı məhkəmə mübahisələri məhz bu qaydada verilmiş qiymətləndirmə üzrə nəticələnir və vergilərin hesablanmasının digər maddi hüquqi əsasların yoxlanılması artıq zəruri olmur. Bu səbəb dən kassasiya şikayətində bildirilmiş digər dəlillər mübahisənin həlli üçün əhəmiyyətli olmadığından onlar üzrə qiymətləndirmənin aparılmasını məhkəmə kollegiyası zəruri hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini Xəyal Bsbayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2450/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-522/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-522/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver