Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-522/2021 02.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iş üzrə (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosi al Müdafiə Fondu publik hüquqi şəxsinin Ağdaş rayon filialına (bundan sonra – cavabdeh) qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.12.2020-ci il tarixli, 2-1(107)-531/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, 1976-1984-cü illərdə X1” kolxozunda işləmiş, 01.07.1997-ci il tarixindən 25.06.2020-ci il tarixinədək 1927-ci il təvəllüdlü anası İddiaçının anasına qulluq edir.
2. İddiaçı 17.06.2020-ci il tarixində cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 25.06.2020-ci il tarixli mək tubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının ümumi 25 il sığorta stajının olmamasını, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmaması, fərdi hesabın sığorta hissəsində 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək pensiya kapitalının qeydə alınmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1977-1984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “X1” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 02.06.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyi n edilməsi öhdəliyinin cavabdehi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Ağdaş rayonunda anadan olmuş, 1976-1987-ci illərdə “X1” kolxozunda sağıcı işləmişdir. Bundan əlavə iddiaçı 1927-ci ildə anadan olmuş anası iddiaçının anasına 1997-ci ildən bugünədək qulluq edir. İddiaçı cavabdeh orqana ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir.
7. Şəki İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2-1(116)-1184/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının 19771984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “X1” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 02.06.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1927-ci il tarixində anadan olmuş anasına qulluq etdiyi müddət onun sosial sığorta stajına daxil edilmişdir ki, bu da 22 il 11 ay təşkil edir və bu hal cavabdehin 04.08.2020-ci il tarixli məktubuna əsasən mübahisələndirilmir. Həmin mək tubda cavabdeh tərəfindən iddiaçının 1977-1984-cü illərdə kolxozda işlədiyi 7 il müddət mübahisələndirilir ki, bu hal iş materiallarında olan Ağdaş rayon Dövlət Arxivinin 04.06.2020-ci il tarixli 58 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti ilə öz təsdiqini tapır.
9. Cavabdeh həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.12.2020-ci il tarixli 21(107)-531/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vəzirxan Məlikov, hakimlər – Elçin Hüseynov və Mahir Əsədli) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2-1(116)-1184/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Apelly asiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 28.12.2020-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh həmin qərardan 26.01.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.12.2020-ci il tarixli 2-1(107)531/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının iş materiallarına əlavə etdiyi əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasına möhür sonradan vurulmuşdur. Belə ki, 1976-198 7-ci illəri əhatə edən əmək kitabçasına indiki dövrə aid olan möhürlərin vurulması kitabçasının saxta olmasına əsaslar verir. Bundan əlavə, Ağdaş rayon Dövlət Arxivinin 04.06.2020-ci il tarixli, 58 nömrəli arxiv arayışında iddiaçının müvafiq illər üzrə iş stajı qeyd olunsa da, məhkəmə qanunvericiliklə tələb olunan kolxozlarda kişilər və qadınlar üçün müvafiq illər üzrə müəyyən edilmiş “minimum adam günü” tələbini yoxlamamış, iddiaçının qeyd olunan illər üzrə göstərilən iş stajının “minimum adam günü” qaydasına uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Bununla da məhkəmə İPM-in 12.1, 58.7-ci maddələrinin tələblərini pozmuşdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatlar ı
16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak dinlənilməmişdir. etdiyindən onun izahatı
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. ““Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 21. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyi ni təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin mübahisəsiz hallarına görə iddiaçı 22 il 11 ay anasına qulluq etmişdir və həmin müddət onun sosial sığorta stajına daxil edilmişdir.
30. Hazırda mübahisələndirilən hal isə iddiaçının 1977-1984-cü illərdə kolxozda işlədiyi dövrün sosial sığorta stajına əlavə edilməsidir. Belə ki, cavabdehin dəlillərinə görə müvafiq iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənmir. Kassasiya şikayətində də cavabdeh qeyd etmişdir ki, məhkəmə qanunvericiliklə tələb olunan kolxozlarda kişilər və qadınlar üçün müvafiq illər üzrə müəyyən edilmiş “minimum adam günü” tələbini yoxlamamış iddianı təmin etməkdə səhvə yol vermişdir.
31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-22-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
32. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir və onun həqiqətə uyğun olmadığı cavabdeh tərəf indən sübut olunmamışdır.
34. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbini pozmuşdur.
35. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliy inə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
36. Cavabdehin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cavabdeh məhkəmə tərəfindən iddiaçının iş stajının “minimum adam günü” qaydasına uyğun olub-olmamasına hüquqi qiymət vermədiyini qeyd etmişdir.
37. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından isə görünür ki, iş materiallarına əlavə edilmiş 04.06.2020-ci il tarixli, 58 nömrəli arxiv arayışına əsasən (iş v.22) iddiaçının 1977-1984-cü illər üzrə “minimum adam günü” normasını yerinə yetirdiyi müəyyən edilmişdir.
38. Göründüyü kimi, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz.
39. Məhkəmə kollegiyası əlavə ol araq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayə ti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.12.2020-ci il tarixli 21(107)-531/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.