Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-522/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kameral vergi yoxlamasının nəticələrinə dair qərarın mübahisələndirilməsi (iş № 2-1(102)-522/2022) Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortas ı haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli və 19.12.2019-cu il tarixli **********242800 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-265/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçıya 2018-ci il sentyabr ayı üzrə 7.412.22 manat ƏDV və 2018-ci il üzrə 1.372.64 manat gəlir vergisi hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 7412,22 manat məbləğin azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı 23.01.2019-cu il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli və 19.12.2019-cu il tarixli **********242800 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçıya "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 20.08.2019-cu il tarixli **********929900 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayına ƏDV üzrə 7412,22 manat ƏDV, 19.12.2019-cu il tarixli qərarla isə 1372.64 manat gəlir vergisi hesablanmışdır. Hesablamaya əsas kimi 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yaranması və təsərrüfat subyektinin olmaması, nəticədə mal qalığının faktiki olaraq mövcud olmaması göstərilmişdir. İddiaçı hesab edir ki, iddiaçıya əlavə vergi məbləğinin hansı həcmdə mal qalığına və hansı rentabellik əsasında hesablanması tam qeyrimüəyyəndir. Bundan əlavə, iddiaçının fəaliyyəti 02.12.2013-cü il tarixdən dayandırılmış və bununla bağ lı müvafiq arayış cavabdeh vergi orqanına təqdim edilmişdir. Bundan başqa, vergi orqanında uçotda olan sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin (təsərrüfat subyektinin) və nəzarət kassa aparatının uçotdan çıxarılması ilə bağlı 12.12.2013-cü il tarixli ərizələrlə cavabdeh vergi orqanına müraciət etmiş və müraciət sonuncu tərəfindən təmin edilmişdir. Həmçinin, iddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi o, 2013-cü ildən sonra vergi orqanına yalnız boş hesabatlar, yəni vergiyə cəlb edilən dövriyyəsinin olmamasına dair bəyanamələr təqdim etmişdir. Göründüyü kimi iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə satdığı malların dəyərini təqdim etdiyi vergi bəyannamələrində tam şəkildə əks etdirmiş və vergilərini tam şəkildə ödəmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən 2018-ci ilin ilk 9 ayında mal alındığını (halbuki həmin dövrdə iddiaçının ümumiyyətlə fəaliyyəti olmamışdır) və 01.01.2018-ci il tarixə mal qalığının olduğunu və 2018-ci ilin sentyabr ayında satıldığını qəbul etmiş və fərziyyə əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır.
4. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, 2018-ci il ərzində tərəflərindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğlərinin araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirləin 41179 manat müəyyən edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal vergidən yayınma riski kimi qiymətləndirilmişdir. 14.11.2018-ci il tarixli **********263300 nömrəli və 11.04.2019-cu il tarixli, ****** ****329600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçıya ünvanlanmış 14.11.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 7412,22 manat analoji qaydada vergi məbləği hesablanılmışdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 20.08.2019-ci il tarixli * *********929900 nömrəli Qərarı göndərilmişdir. Həmçinin iddiaçıya ünvanlanmış 11.04.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il gəlir vergisi bəyannaməsi üzrə 1372,64 manat analoji qaydada vergi məbləği hesablanılmışdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının “Vergilərin hesablanması barədə” 19.12.2019-cu il tarixli, **********91300 nömrəli qərarı göndərilmişdir. 5. "xxxx" MMC-nin 21 sentyabr 2020-ci il tarixli məktubu ilə iddiaçıya təqdim edilmiş elektron vergi hesab fakturalarının təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3, 2-1(118)- 133/2021 saylı iş) 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən qərarları onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmişdir. 14.11.2018-ci il tarixli **********263300 nömrəli və 11.04.2019-cu il tarixli, **********329600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tə rəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçıya ünvanlanmış 14.11.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 7412,22 manat analoji qaydada vergi məbləği hesablanılmışdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 20.08.2019-ci il tarixli **********929900 nömrəli Qərarı göndərilmişdir. 11.04.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il gəlir vergisi bəyannaməsi üzrə 1372,64 manat analoji qaydada vergi məbləği hesablanılmışdır. "xxxx" MMC-nin 21 sentyabr 2020-ci il tarixli məktubundan da göründüyü kimi 2017-ci illərdə iddiaçı tərəfindən vergi tutula n əməliyyatlar həyata keçirilmiş və gəlir vergisinin, habelə ƏDV-nin məqsədləri üçün iddiaçının vergi öhdəlikləri yaranmışdır. Lakin o, fəaliyyəti olmadığını əsas göstərərərək bu öhdəliklərin icrasından yayınmışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər:X1məruzəçi, X2 və X4, 2-1(105)- 265/2021 saylı iş) 12 noyabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarını ləğv etmiş, iddia qismən təmin edilərək “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-ci il tarixli **********929900 nömrəli Qərar 5208. 41 manat əlavə dəyər vergisinin, 19.12.2019-cu il tarixli **********242800 nömrəli Qərar isə 964.53 manat gəlir vergisinin hesablanması hissəsində ləğv edilmişdir.
10. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş və vergilərin hesablanması zamanı əsas olaraq götürülmüş 2013-cü il gəlir vergisi bəyannaməsində dövr ərzində daxil olan malların dəyəri 120845.63 manat, təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyəri isə 111661,57 manat bəyan edildiyi halda, hesabat dövrünün sonuna olan qalıq malın dəyəri 43217.80 manat göstərilmişdir. Halbuki, hesabat dövrünün sonuna qalıq malın dəyərini 9184.06 manat (120845.63 – 111661.57) olmalı idi. Sonrakı illərdə də vergi ödəyici tərəfindən verilmiş bəyannamələrdə də eyni səhv təkrarlanmış, hər il (2014-2018 ) hesabat dövrünün sonuna mal qalığı 43217.80 manat göstərilmişdir. Eyni zamanda, 2013-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində bəyan edilən 120845.63 manat daxil olan malların və 111661.57 manat təqdim edilmiş malların dəyərinin həqiqiliyi iş materiallarına əlavə edilmiş elektron vergi hesab-fakturaları barədə məlumatlar ilə də təsdiqini tapır və həmin göstəricilərin həqiqiliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçının mal qalığının 9184.06 manat, "xxxx" MMC-dən alınmış malların dəyərinin isə 3059.32 manat olduğunu nəzərə alındıqda, iddiaçının həmin mallar üzrə vergiyə cəlb edilən dövriyyəsi (gəliri) 12243.38 manat olmuş və həmin dövriyyə (gəlir) əsasında iddiaçıya vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2203. 81 (12243.38 * 18%) manat ƏDV və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1.1-ci bəndinə müvafiq olaraq şərti rentabellik norması əsasında 408.11 ((12243.38: (100+20) * 20)) * 20%) manat gəlir vergisi hesablana bilərdi.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
12. Vergi ödəyicisinin 01.01.2018-ci il tarixə 43.217,8 manat mal qalığının olduğu və bununla yanaşı 2017-ci ilin aprel-may ayları ərzində "xxxx" MMC tərəf indən iddiaçıya 3.059,32 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı rəsmi şəkildə uçota alınmış təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının mövcud olmaması riskini yaratmış və bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün müəyyən edilmiş mal qalığının ƏDV-siz dəyərinə 5% ticarət əlavəsi tətbiq edilməklə 2018-ci il sentyabr ayı üzrə 7.412,22 manat {(43.217,8+3.059,32)/1,18+5%)×18%)} ƏDV və 2018-ci il üzrə 1.372,64 manat gəlir vergisi {(43.217,8+3.059,32)/1,18+5%)/6×20%)} hesablanmışdır.
13. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, 2 013-cü ilin gəlir vergisi bəyannaməsində (1 nömrəli Əlavənin 1.3.2-ci sətrində) dövr ərzində daxil olan malların dəyəri 120.845,63 manat, təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyəri isə 111.661,57 manat bəyan edildiyi halda, hesabat dövrünün sonuna olan qalıq malın dəyəri səhvən 43.217,8 manat göstərilmişdir. Halbuki, hesabat dövrünün sonuna qalıq malın dəyərini 9.184,06 manat (120.845,63-111.661,57) olmalı idi. Sonrakı illərdə də vergi ödəyicisi tərəfindən verilmiş bəyannamələrdə də eyni səhv təkrarlanmış, hər il (20142018) hesabat dövrünün sonuna mal qalığı 43.217,8 manat göstərilmişdir. Belə olan halda, iddiaçının real mal qalığının 9.184,06 manat, "xxxx" MMC-dən alınmış malların dəyərinin isə 3.059,32 manat olduğunu nəzərə alsaq, iddiaçının həmin mallar üzrə vergiyə cəlb edilən faktiki dövriyyəsi (gəliri) 12.243,38 manat olmuş və həmin dövriyyə (gəlir) əsasında iddiaçıya vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2.203,81 (12.243.38×18%) manat ƏDV və şərti rentabellik norması əsasında 408,11 ((12.243,38/6×20%) manat gəlir vergisi hesablanmalı idi. 14.Kassator məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, 43.217,8 manat qalıq malın məbləği yalnız 2013-cü il ərzində daxil olan malların dəyəri (120.845,63 manat) ilə təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyərinin (111.661,57 manat) fərqindən deyil, eyni zamanda bundan əvvəlki illərin, yəni 2012-ci ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əks olunan qalıq mal dəyərinin (34.033,74 manat) həmin məbləğlə cəmindən ibarətdir. Başqa sözlə desək 2013-cü il üzrə mal qalığı 2012-ci ildən qalan mal qalığının (34.033,74 manat) üzərinə 2013-cü ildə daxil olan maldan təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyərinin fərqinin (9.184,06 manat) cəmi nəticəsində 43.217,8 manat (34.033,74 + 9.184,06) təşkil etmişdir.
15. Göründüyü kimi, iddiaçıya kameral qayda vergilərin hesablanması zamanı formalaşmış dövriyyəsi yalnız 2013-cü il ərzində daxil olmuş malın dəyəri ilə təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyərinin fərqindən deyil, eyni zamanda bundan əvvəlki illər, yəni 2010-2012-ci illər üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövr ərzində daxil olmuş malın dəyəri ilə təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyərinin fərqlərinin cəmindən ibarət olmuşdur.
16. Qeyd olunanlara əsasən, məhkəmə tərəfindən səhv ə yol verilərək dövriyyənin müəyyən edilməsi zamanı yalnız 2013-cü il üzrə gəlir vergisi bəyannaməsinin məluamtlarına istinad edilmişdir. Halbuki, dövriyyənin formalaşmasında yalnız 2013-cü ilin deyil, eyni zamanda 2010-2012-ci illər üzrə qalıq malın dəyəri də çıxış etmişdir.
17. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına dair yuxarıda qeyd olunan mühüm məlumatları araşdırmadan və aidiyyəti olan qanunvericilik aktlarının və normalarının tələblərini düzgün tətbiq etmədən qərar qəbul etdirmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
18. Vergi Məcəlləsi: Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməs ini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmə dikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Maddə 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normala rı daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 5 8.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məh kəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
24. Belə ki, cavabdeh orqan öz qərarını əsaslandıraraq ona istinad etmişdir ki, 43.217,8 manat qalıq malın məbləği yalnız 2013-cü il ərzində daxil olan malların dəyəri (120.845,63 manat) ilə təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyərinin (111.661,57 manat) fərqindən deyil, eyni zamanda bundan əvvəlki illərin, yəni 2012-ci ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əks olunan qalıq mal dəyərinin (34.033,74 manat) həmin məbləğlə cəmindən ibarətdir. Başqa sözlə desək 2013-cü il üzrə mal qalığı 2012-ci ildən qalan mal qalığının (34.033,74 manat) üzərinə 2013-cü ildə daxil olan maldan təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyərinin fərqinin (9.184,06 manat) cəmi nəticəsində 43.217,8 manat (34.033,74 + 9.184,06) təşkil etmişdir. 20142017-ci illərdə iddiaçının təqdim etdiyi bəyannamələrdə mal qalığı 43217.80 manat göstərmişdir.
25. İddiaçının dəlillərinə əsasən cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi məbləği hesablayarkən 2013-2018-ci illər üzrə təqdim edilmiş Gəlir vergisi bəyannamələrinin 1 nömrəli Əlavəsinin 1.3.1-ci sətrində öz əksini tapmış 43217,80 manat mal qalığını əsas götürmüş və hesab etmişdir ki, həmin mal qalığı iddiaçı tərəfindən 2018ci ilin sentyabr ayında satılmışdır. Bununla bağlı olaraq bildirir ki, iddiaçının hər hansı mal qalığı olmamışdır. Belə ki, iddiaçı bütün mallarını 2013-cü ildə satmış və həmin tarixdən sonra sahibkarlıq fəaliyyətini dayandırmış, sahibkarlıq fəaliyyəti göstərdiyi obyekti və həmin obyektdə quraşdırılmış nəzarət kassa aparatını isə 2013-cü ilin dekabr ayında uçotdan çıxarmışdır. İddiaçının istehlak müddəti ilə məhdudlaşdırılmış ərzaq mallarının satışı ilə məşğul olduğunu da nəzərə alınsa həmin malların 5 il müddətində saxlanılması və 5 il sonra satılması da hər hansı məntiqə uyğun deyil.
26. Məhkəmə isə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, 2013-cü ilin bəyannaməsində göstərilən cari il üzrə daxil olan və həmin ildə təqdim edilən malların dəyər fərqinə istinad etmə klə mal qalığını müəyyənləşdirmiş, iddiaçının bəyannamələrdə əks etdirdiyi mal qalığını nəzərə almamış, ümumilikdə 2018-ci ilə olan mal qalığını müəyyən etməmişdir.
27. Ali Məhkəmə kollegiyası isə apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız hesab edir.
28. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2018-ci ildə iddiaçı gəlir vergisinin bəyannaməsini təqdim etməmiş, vergi orqanı ilk dəfə 14.06.2019-cu il tarixdə kameral yoxlama aparmaqla mal qalığını (43217.80 manat) təqdim edilmiş kimi hesab etmişdir. Mal qalığının dəyəri və Azərbaycan Koka-Kola Bottlers LTD” MMC 2017-ci il tarixdə göndərilmiş elektron hesab fakturalardakı məbləğlərə əsaslanmaqla gəlir vergisi hesablamışdır (o cümlədən, ƏDV). Bundan sonra, iddiaçı 11.08.2019-cu ildə 2018-ci il üzrə dəqiqləşmiş bəyann amə təqdim etmiş (gəlir vergisi üzrə), dövriyyəni də mal qalığını da 0 göstərmişdir. Həmin bəyannamə əsasında aparılan təkrar yoxlama ilə hesablanmış məbləğlər (gəlir vergisi və ƏDV üzrə) yenidən bərpa edilmişdir.
29. Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyann amələri istifadə etməklə hesablamaq hüququ vardır.
30. İş materiallarında olan elektron vergi hesab fakturalarından görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya müəyyən məbləğdə malların təqdim edilməsi həyata keçirilmişdir. Bu hal da öz növbəsində iddiaçının 2.12.2013-cü ildən fəaliyyətini dayandırması, heç bir fəaliyyət göstərməməsi ilə bağlı dəlilini təkzib edir. İddiaçı tərəfindən malların alınması vergi hesab fakturaları ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən hallara görə iddiaçıya gəlir və eyni zamanda ƏDV ilə bağlı əlavə vergi məbləğinin hesablanması qanuni olmuşdur. Belə ki, göründüyü kimi 2017-ci illərdə iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar həyata keçirilmiş və onun gəlir vergisinin, habelə ƏDV-nin məqsədləri üçün vergi öhdəlikl əri yaranmışdır.
31. Hazırki qərarın 14-15-ci bəndlərində göstərilənlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi isə göstərilən halları nəzərə almamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bununlada hazırki qərarın 19-cu bəndində qeyd olunmuş prosessual hüquq normasının tələblərini pozmuşdur.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2021-ci il tarixli 2-1(105)-265/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə ətraflı araşdırma aparmalı, iddiaçının 2010-2012-ci illərin hesabat dövrünün sonuna olan mal qalığının məbləğləri nəzərə alınmaqla vergi məbləğini müəyyən etməli və buna müvafiq olaraq qanuni və əsasli qərar qəbul etməlidir.
34. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2021-ci il tarixli 21(105)-256/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.