Məhkəmə qərarları › İş №2-1(102)-522/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-522/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-522/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraatın aparılmaması, pensiya ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2387/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər yanvar 2020-ci ilə qədər həyata keçirilmiş, sonradan pensiya üzrə ödənişlər dayandırılmışdır.

2. İddiaçı pensiya təminatının dayandırılmasının səbəbi haqqında ona məlumat ve rilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubla cavab verərək bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajına aid sənədlərin yerində yoxlanılaraq dəqiqləşdirilməsinə zərurət yaranmışdır. “COVİD-19” virusunun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsi tərəfindən noyabr 2018-ci il tarixdən 52 yaşından 2 saylı siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 52 yaşı xx.xx.2015-ci ildə tamam olmasına baxmayaraq, ona pensiya xx.xx.2015-ci il tarixindən təyin edilərək, noyabr 2018-ci il tarixdən hər ayda 2 ay məbləğində (190+190=380 manat) olmaqla ödənilməyə başlanılmışdır. Lakin, yanvar 2020-ci ildən onun pensiyası guya ona güzəştli şərtlərlə pensiya düşmədiyindən day andırılmışdır. DSMF-nun Xəzər rayon Şöbəsinə pensiyasının 14 aydan sonra dayandırılması səbəblərini araşdırmaq üçün müraciət etmişdir. Cavab olaraq bildirmişlər ki, şöbədə aparılan araşdırma zamanı ona güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunsuz olduğu aşkarlanmış və güzəştli şərtlərlə pensiya ödənilməsi dayandırılmışdır. Belə ki, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında öz əksini tapmamışdır və ona xx.xx.2019-cu il tarixdən əlil uşaq anası kimi pensiya təyin edilərək ödənilir. Onun xx.xx.2008-ci ildə anadangəlmə əlil övladı var. Bu çətinliklərə baxmayaraq, 2011-ci ilədək həmi n müəssisədə güzəştli şərtlərlə işləmişdir. DSMF-nun Xəzər rayon Şöbəsi onun xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnu məhdudlaşdıraraq, xx.xx.2019-cu il tarixdən uşaqlıqdan əlil uşaq anası kimi pensiya təyin edib və 233 manat pensiyasından hər ayda 47 manat heç bir razılığı və ərizəsi olmadan tutaraq 186 manat ödəniş edirlər. Sonra xx.xx.2020-ci il tarixdə ƏƏSMNnun yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubla cavab verərək bildirmişlər ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajına aid sənədlərin yerində yoxlanılaraq dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Hesab edir ki, DSMF-nun Xəzər rayon Şöbəsi və Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona ünvanlanmış cavablar əsasızdır və heç bir hüquqi əsası yoxdur. O, xx.xx.1987-ci ildən xx.xx.1994-cü il tarixə kimi "X1" MMC-də kimya sexində kimya analizləri üzrə laborant vəzifəsində işləmişdir. xx.xx.1994-xx.xx.1997-ci illərdə həmin müəssisədə kimya sexində texnik vəzifəsində işləmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək kimya sexində mühəndis vəzifəsində və xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək kimya sexində texnik vəzifəsində işləmişdir. Əmək kitabçasından və müəssisənin əlavə olaraq təqdim etdiyi "Güzəştli arayışlardan" aydın görünür ki, onun güzəştli şərtlərlə sosial sığorta stajı 23 ildən artıqdır və işlədiyi müddətdə müəssisədə əsas əmək haqqından əlavə 8 % güzəştli şərtlərlə işlədiyi üçün əmək haqqı hesablanmışdır. Hesab edir ki, onun da, "Əmə k pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ vardır, ona görə də, ona xx.xx.2015-ci il tarixdən təyin olunmuş pensiya qanunidir və onun pensiyası bərpa olunaraq ödənilməlidir.

5. Cavabdeh iddiaya dair yazılı etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının Filiala daxil olan ərizəsi və ona əlavə olunmuş sənədləri aidiyyəti üzrə araşdırılmışdır. Belə ki, 13 sentyabr 2015-ci il tarixindən Dövlət Sosial X2 rayon Şöbəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Xəzər rayonu Şöbəsi tərəfindən aparılmış araşdırmalar zamanı iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunauyğun olmadığı müəyyən edilmişdir. Belə ki, sözügedən şöbəyə təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" ASC-nin “X1” MMC-də işlədiyi aparatçı, laborant, texnik və müvəqqəti mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı yoxdur. Bununla əlaqədar olaraq pensiya ödənişi 01 yanvar 2020-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən şəxsə xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilərək ödənilir.

6. Məhkəmənin sorğusuna əsasən təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 17 avqust 2021-ci il tarixli, **********5 nömrəli məktubla təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, DSMF-nun Xəzər rayon Şöbəsinin məsləhətçisi, "xxxx" Stansiyası MMC-nin Kadrlar üzrə mütəxəssisi vəzifəsini icra edən və mühasibin iştirakı ilə İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli, 01/11/01/149 saylı “Güzəştli arayış”ın yerində yoxlanılması barə də xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş, akta əsasən yoxlama zamanı mühasibatlıq sənədlərində aşkar olunmuşdur ki, İddiaçı əmək haqqından əlavə güzəştli şərtlərlə işlədiyinə görə 8% (səkkiz) əlavə əmək haqqı ödənilmişdir. Müəssisədə ən yüksək əlavə ödəmə 12 % təşkil edir. T-2 şəxsi kartoçkalarına əsasən və əmrlər kitabına baxış zamanı güzəştli arayışda göstərilən faktlar təsdiqini tapmış, Dövlət Sosial X2 rayon Şöbəsinin 597 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə 2 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Məhkəmənin sorğusuna əsasən təqdim olunan "xxxx" ASC “X1” MMC tərəfindən 103 /01-01-96 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “X1” MMC-də güzəştli peşədə işləyib. O, xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində kimya sexində - kimya analizləri üzrə laborant vəzifəsində, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərində kimya sexində texnik vəzifəsində, xx.xx.1997- xx.xx.2003-cü il tarixlərdə kimya sexində mühəndis vəzifəsində, xx.xx.2003-xx.xx.2011-ci il tarixlərində kimya sexində texnik vəzifələrində işləmişdir. Arayışa əsasən güzəştli əmək stajı 23 il, 6 ay, 7 gün (iyirmi üç il, altı ay, yeddi gün) təşkil edir. Yuxarıda göstərilən vəzifə

08. Kimya istehsalatı xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər fəslinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə və xx.xx.2008-ci il tarixli, 199 saylı qərarı ilə təsdiq edilmiş bu ixtisas güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı şəxsi vərəqə və kadr əmrlərinə əsasən verilmişdir.

8. Məhkəmənin sorğusuna əsasən təqdim olunan "xxxx" ASC “X1” MMC tərəfindən 103/01-01-4 nömrəli, xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “X1” MMC-də güzəştli peşədə işləyib. O, xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində kimya sexində - kimya analizləri üzrə laborant vəzifəsində, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərində kimya sexində texnik vəzifəsində, xx.xx.1997- xx.xx.2003-cü il tarixlərdə kimya sexində mühəndis vəzifəsində, xx.xx.2003 -xx.xx.2011-ci il tarixlərində kimya sexində texnik vəzifələrində işləmişdir. Əmək stajı 23 il 6 ay 7 gün (iyirmi üç il, altı ay, yeddi gün) təşkil etmişdir. Göstərilən tarixlərdə işçi zərərli şəraitdə işləmişdir və müvafiq olaraq vəzifə maaşına 8% əlavə ödəniş almışdır.

9. Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(112)-524/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə sorğularına cavab olaraq "xxxx" ASC “X1” MMC tərəfindən verilmiş iş materiallarında qeyd edilən cavab məktublarından müəyyən edilmişdir ki, İddiaçı “X1”-da xx.xx.1987-xx.xx.2011-ci il tarixləri arasında kimya sexində işləmişdir. İşlədiyi peşələrin İddiaçı əmək fəaliyyətini əks etdirən T-2 formalı şəxsi vərəqə və kadr əmrlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 08.Kimya istehsalı fəslində, 8.1.1-ci yarımbəndinə aid olduğu, göstərilən tarixlərdə işçisinin zərərli şəraitdə işləməsi və müvafiq olaraq vəzifə maaşına 8 % əlavə ödəniş alması təsdiq edilmişdir. Məhkəmə araşdırması za manı iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə yaranması, həmin tarixdə onun qanunvericiliklə tələb olunan 20 il ümumi, 10 il xüsusi iş stajına malik olması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2387/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, A.Hüseynov və S.Bəktaşi) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-c i il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.6, 2.0.10, 21.1, 21.2, 57.1, 58.3, 61.1 və 61.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh tərəfindən dayandırılarkən bu barədə inzibati akt qəbul edilməmişdir. Belə ki, əmək pensiyasının dayandırılması barədə qərar pensiya işində mövcud deyil və sorğuya əsasən məhkəməyə təqdim edilməmiş, nə iddiaçının müraciətinə cavab məktubunda, nə də ki, məhkəməyə təqdim edilmiş etirazda ona istinad olunmamışdır. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qan unun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavab deh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Fondun Xəzər rayonu şöbəsi tərəfindən aparılmış araşdırmalar zamanı iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunauyğun olmadığı müəyyən edilmişdir. Belə ki, sözügedən şöbəyə təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" ASC-nin “X1” MMC-də işlədiyi aparatçı, laborant, texnik və müvəqqəti mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bununla əlaqədar olaraq pensiya ödənişi 01 yanvar 2020-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsə xx.xx.2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Göründüyü kimi, iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun 2.0.2 İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6 İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10 Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 21.1 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2 Qanunda başqa hallar nə zərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat alma q hüququna malikdirlər. 61.1 Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2 Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67 İnzibati orqan tərəfindən inzibati icra at haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5 Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul və saitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 37 Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. İddiaçıya Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh sonradan aparılmış araşdırma nəticəsində iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunsuz olduğunu bildirib güzəştli şərtlərlə pensiya ödənişini dayandır mışdır.

26. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məlumat vermişdir.

27. İş materialları ilə müəyyən edilir ki, qeyd olunan məsələ barədə inzibati icraatın aparılması barədə inzibati akt qəbul edilməmiş, cavabdeh inzibati orqan bu məsələ ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli məktub ünvanlamaqla kifayətlənmişdir.

28. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.

29. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67- ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.

30. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla ba ğlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qa nunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

31. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə gö rə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

32. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

33. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 17-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı aparmalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv ar aşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2387/2022 nömrəli, 20 oktybar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar