Məhkəmə qərarları › İş №2-1(102)-523/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-523/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-523/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (xidmətdə olduğu müddətin hərbi xidmət dövrünə daxil edilməklə məlumat vərəqəsinin verilməsi) Hakimlər: Səyyad Kərimov-sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Zakir Quliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “30 iyun 1998ci il tarixdən 17 aprel 2000-ci il tarixədək xidmətdə olduğu müddətin hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqəsinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2021-ci il tarixli, 2-1(105)-462/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1988-1990-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 24 may 1991-ci il tarixdə N nömrəli hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə başlamış və həmin hərbi hissədə, sonradan isə həmin hərbi hissənin bazasında yaradılmış N nömrəli hərbi hissədə xidmət etmişdir.

2. N nömrəli hərbi hi ssədə xidmət edərkən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 avqust 1992-ci il tarixli, 329 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmadan Riqa Aviasiya Universitetinə təhsil almağa göndərilmişdir. İddiaçı Riqa Aviasiya Universitetində 3 il təhsil aldıqdan sonra həmin Universitetdən geri çağırılmış və təhsilini Azərbaycan Respublikasında Milli Aviasiya Akademiyasında davam etdirmişdir.

3. İddiaçı 17 aprel 2000-ci il tarixdə N nömrəli hərbi hissədə "enmə zonasının rəhbəri" təyin olunmuş və 09 yanvar 2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır.

4. İddiaçı 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək xidmətdə olduğu müddətin hərbi xidmət dövrünə daxil edilməsi və bu barədə məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndə rilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh qeyd etmişdir ki, İddiaçıu xidmət illərinin hesablanması ilə bağlı müraciətinə yenidən baxılmış və hesablamada heç bir səhvə yol verilmədiyi məlum olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, “30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək xidmətdə olduğu müddətin hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İ darəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasıını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-1990-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 24 may 1991-ci il tarixdə N nömrəli hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə başlamış və həmin hərbi hissədə N iyul 1992-ci il tarixədək, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində xidmətə keçirilənədək xidmət etmişdir (N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin bazasında yaradılmışdır). Xidmətdə olduğu dövrdə ona 24 may 1991-ci il tarixdə "kiçik çavuş" hərbi rütbəsi, 13 may 1992-ci il tarixdə "gizir" hərbi rütbəsi, bundan sonra AR MN-nin 0172 nömrəli, 07 noyabr 1999-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, 10 dekabr 2001-ci il tarixdə HHQ və HHMQ Komandanının 11/R N2-1İ nömrəli, 10 dekabr 2001-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi, 03/R nömrəli, 25 iyun 2005-ci il tarixli əmri ilə "kapitan" hərbi rütbəsi, AR MN-nin 0110RT nömrəli, 23 dekabr 2009-cu il tarixli əmri ilə "mayor" hərbi rütbəsi, 0870 nömrəli, N iyul 2018-ci il tarixli əmri ilə "polkovnik-leytenant" hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissədə xidmət edərkən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 avqust 1992-ci il tarixli, 329 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmadan Riqa Aviasiya Universitetinə təhsil almağa göndərilmişdir. İddiaçı Riqa Aviasiya Universitetində 3 il təhsil aldıqdan sonra həmin Universitetdən geri çağı rılmış və təhsilini Azərbaycan Respublikasında Milli Aviasiya Akademiyasında davam etdirmişdir.

7. İddiaçı, 30 iyun 1998-ci il tarixdə Milli Aviasiya Akademiyasını bitirdikdən sonra, bir müddət qeyri-rəsmi (yəni heç bir əmr olmadan) sərəncamda qalmış və 17 aprel 2000-ci il tarixdə N nömrəli hərbi hissədə "enmə zonasının rəhbəri" təyin edilmişdir. Həmin vaxtdan xidmətinin sonunadək, yəni 09 yanvar 2019-cu il tarixədək HHQ-nin müxtəlif hərbi hissələrində hərbi xidmət keçmiş və 09 yanvar 2019-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, onun 30 iyun 1998-ci ildən 17 aprel 2000-ci ilədək olan xidmət dövrü pensiya təyin edilərkən nəzərə alınmamışdır. Həmin dövrdə onun sərəncamda olması barədə AR MN-nin müvafiq rəsmi əmri yoxdur. Belə olan halda, iddiaçı həmin dövrdə xid mətdə hesab edilməlidir. Lakin bu edilməmişdir və bu da onun konstitusion hüquqlarını kobud şəkildə pozur. Bununla əlaqədar iddiaçı, AR MN-nin Hüquq İdarəsinə, Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə, Maliyyə-Büdcə İdarəsinə, o cümlədən MN-nin Mərkəzi Arxiv İdarəsinə müraciətlər etmişdir. Lakin müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır.

8. Birinci instansiya məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(118)-208/2021 nömrəli (hakim İ. Quliyev) qərarı ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, mübahisə olunan 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan dövrün iddiaçının hərbi xidmət dövrü kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı təhsilini başa vurduqdan sonra, 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il ta rixədək faktiki olaraq hərbi xidmətdə olmamış, əmək haqqı almamışdır.

10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2021-ci il tarixli, 2-1(105)-462/2021 nömrəli (hakimlər İ. Dəmirov - sədrlik edən və məruzəçi, H. Babayeva və R. Ağayev ) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-208/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbinin təmin olunması qərara alınmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, N nömrəli hərbi hissədə x idmət edərkən iddiaçı 20 avqust 1992-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 329 nömrəli, 20 avqust 1992-ci il tarixli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmadan Riqa Aviasiya Universitetinə təhsil almaq üçün göndərilmişdir. Riqa Aviasiya Universitetində 3 il təhsil aldıqdan sonra iddiaçı, həmin Universitetdən geri çağırılmış və təhsilini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Milli Aviasiya Akademiyasında davam etdirmişdir. İddiaçı, 30 iyun 1998-ci il tarixdə Milli Aviasiya Akademiyasını bitirdikdən sonra bir müddət qeyri-rəsmi, yəni heç bir əmr olmadan sərəncamda qalmış və 17 aprel 2000-ci il tarixdə N nömrəli hərbi hissədə "enmə zonasının rəhbəri" təyin edilmişdir. Həmin vaxtdan xidmətinin sonunadək HHQ-nin müxtəlif hərbi hissələrində xidmət keç miş və 09 yanvar 2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin iddiaçı 30 iyun 1998ci il tarixdən 17 aprel 2000-ci il tarixə qədər heç yerdə işləməmiş və hərbi qulluqçu statusunda qalmaqda davam etmişdir.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri, imtina məktubunun dəlilləri ilə eynidir. Bundan başqa, kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Müdafiə Nazirliyində iddiaçının Riqa Aviasiya Universitetində aldığı natamam təhsilin davam etdirilməsi üçün tədbirlər görülmüş, N nömrəli hərbi hissənin ştatında nəzərdə tutulmuş vəzifələrə təyin edilmədən, şta tdankənar qaydada şəxsi heyətin siyahısına, bütün növ təminatlara və kursant normasına uyğun olaraq qazan təminatına qoyulmuş və 02.10.1995-ci il tarixli, 20/1881 - ВУЗ nömrəli məktub əsasında bütün təşkilati məsələlər həllini tapdıqdan sonra şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla “Azal” Dövlət Konsernin Milli Aviasiya Akademiyasının rektorunun sərəncamına göndərilmişdir. Qeyd olunan andan, yəni 12.02.1996-cı il tarixdən 17.04.2000-ci il tarixədək Müdafiə Nazirliyinin iddiaçı ilə heç bir xidməti (əmək) münasibətləri olmamış, yəni Müdafiə Nazirliyinin və tabeliyində olan hərbi hissə və müəssisələrin ştatında nəzərdə tutulmuş vəzifələrə onun təyinatı və təminatı (əşya, ərzaq, tibb və pul) həyata keçirilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan R espublikası Qanununun 38.2.1-ci maddəsinə əsasən, xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar təhsil və ya müvafiq vəzifədə xidmət müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir. Məhz bu normaya istinadən 12.02.1996-cı il tarixdən 30.06.1998-ci il tarixədək olan dövr iddiaçının sərəncamda olma dövrü kimi qəbul edilmiş, uzun müddət xidmətinə və müvafiq məlumat vərəqəsinə daxil edilmişdir. Lakin iddiaçının 30.06.1998-ci il tarixdən 17.04.2000-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmaması, Müdafiə Nazirliyinin və onun tabeliyində olan hərbi hissə və müəssisələrin ştatında nəzərdə tutulmuş vəzifələrə təyin olunmaması, xidməti vəzifələri icra etməməsi və təminatda (pul, əşya, ərzaq və tibb) olmaması, qeyd olunan dövrün onun həqiqi hərbi xidmət illərinə daxil edilməklə, uzun müddət xidmət vaxtına hesablanması qanunvericiliyin tələblərinə ziddir və iddianın təmin edilməsi mümkünlüyünü istisna edir. İddiaçının həqiqi hərbi xidmətə könüllülük əsasında ehtiyatdan qəbul olunmasını təsdiq edən faktlar, o cümlədən onun həqiqi hərbi xidmətə qəbul edilməsi ilə bağlı müraciət etməsi, sağlamlıq vəziyyətinin müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Hərbi Komissarlığına müraciət edilməsi və Azərbaycan Respublikası Hərbi Komissarlığının Hərbi-Həkim komissiyası tərəfindən şəhadətləndirilməsi (həqiqi hərbi xidmət hərbi qulluqçusu olsa idi, onun şəhadətləndirilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən keçirilməli idi) apelyasiya instansiyası məhkəməsinin “F. H. Əhməd ovun mübahisələndirilən dövrdə həqiqi hərbi xidmətdə olması” barədə qəldiyi nəticənin əsassız olmasını sübut edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən təqdim olunmuş etirazda şikayəti təmin edilməməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2021-ci il tarixli, 2-1(105)-462/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun Maddə 2.0.2 Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin qanunun 27-ci maddəsi hərbi xidmət vəzifələrinin icrası hallarını müəyyən edir. 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sər əncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ic timai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Eyni zamanda həmin qanunun 38.2-ci maddəsi hərbi qulluqçuların sərəncamda olma müddətlərini müəyyən edir. 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; 38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə; 38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində; 38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində. 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir.

14. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

15. Kassasiya mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilm əli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməməlidir.

18. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

19. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan dövrün hərbi xidmət dövrü kimi onun hərbi xidmət müddətinə hesablanmasına və bununla əlaqədar müvafiq məlumat vərəqəsinin tərtib olunaraq aidiyyəti üzrə göndərilməsinə yönəlmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağı pensiya təminatında daha əlverişli şərtlərə nail olmaqdan ibarətdir.

20. İddiaçı 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan dövrün hərbi xidmət dövrü kimi onun hərbi xidmət müddətinə hesablanması tələbini irəli sürərk ən təhsilini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Milli Aviasiya Akademiyasında davam etdirdiyinə, 30 iyun 1998-ci il tarixdə Milli Aviasiya Akademiyasını bitirdikdən sonra bir müddət qeyri-rəsmi, yəni heç bir əmr olmadan sərəncamda qaldığına istinad edir.

21. İddiaçının hərbi xidmətə çağırıldığı dövrdə qüvvədə olmuş 3 noyabr 1992-ci il tarixli, 362 nömrəli “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “q” bəndinə görə, hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər zabitlərin həqiqi hərbi xidmətinə-hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar hərbi xidmətə könüllü daxil ola və qəbul edilə bilərlər. (Həmin Qanun 23 dekabr 2011-ci il tarixli, 274-İVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 56) ilə ləğv edilmişdir).

22. Həmin Qanunun 15-ci maddəsinin "d” bəndinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar zabitlər üçün-1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü qəbul olunanlar üçün isə 3 ilə qədər müəyyənləşdirilir.

23. Bu qərarın 13-cü bəndində istinad olunmuş normalara görə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahı sı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin normalara əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən, hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən, döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən, təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən, vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərə ncam və ya göstərişi yerinə yetirərkən, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən, ezamiyyətdə olarkən, müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən, toplanışlar keçərkən, hərbi xidmət yerinə gedib-gələrkən, əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa), xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə-şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək, vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köm əklik göstərərkən, fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar.

24. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.2-ci maddəsində hərbi qulluqçuların sərəncamda olma halları və müddətləri müəyyən edilmişdir. Həmin normaya görə, hərbi qulluqçular xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçularda n başqa) – 4 aydan artıq olmamaq şərti ilə; xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində; hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində sərəncamda sayılırlar. Nəzərə almaq lazımdır ki, yalnız “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 38.2.1-ci maddəsində təsbit olunmuş hallarda və müddətlərdə sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir.

25. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı təhsilini davam etdirməsi üçün Müdafiə Nazirliyinin 02.10.1995 -ci il tarixli, 20/1881 - ВУЗ nömrəli məktubu əsasında N saylı hərbi hissə komandirinin 12.02.1996-cı il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla “Azal” Dövlət Konsernin Milli Aviasiya Akademiyasının sərəncamına göndərilmişdir. İddiaçı 30 iyun 1998-ci il tarixdə Milli Aviasiya Akademiyasını bitirdikdən sonra 17 aprel 2000-ci il tarixə qədər Müdafiə Nazirliyinin və onun tabeliyində olan hər hansı hərbi hissə və idarənin, o cümlədən N nömrəli hərbi hissənin ştatında nəzərdə tutulmuş vəzifələrə təyin edilməmiş, müvafiq təminatlara (əşya, ərzaq, tibb və pul) alınmamışdır.

26. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı Müdafiə nazirinin 10.03.2000-ci il tarixli, 026 saylı əmri ilə ehtiyatda olan zabitlərin hazırlıq toplanışına çağırılmış və N saylı hərbi hissə komandirinin əmri ilə qazan və əşya təminatına daxil edilmişdir.

27. Azərbaycan Respublikası Müdafiə nazirinin 17.04.2000-ci il tarixli, 0184 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “q” bəndinə və 15-ci maddəsinin "d” bəndinə müvafiq olaraq İddiaçı ehtiyatda olan leytenant hərbi rütbəsində və ehtiyatda olan zabit qismində 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin Əlahiddə qırıcı aviasiya eskadrilyasının Uçuşlara rəhbərlik qrupunun uçuşlar rəhbərinin köməkçisienmə zonasının rəhbəri vəzifəsinə təyin edilmişdir.

28. Bundan başqa, iddiaçının həqiqi hərbi xidmətə qəbul edilməsi ilə bağlı müraciət etməsi, sağlamlıq vəziyyətinin müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Hərbi Komissarlığına müraciət əsasında Hərbi Komissarlığın HərbiHəkim komissiyası tərəfindən şəhadətləndirilməsi onun 17 aprel 2000-ci il tarixdə həqiqi hərbi xidmətə ehtiyatdan qəbul olunması kimi qiymətləndirilməlidir. Belə ki, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun həqiqi hərbi xidmətə qəbul edilməsi ilə bağlı müraciət etməsi, eləcə də onun Hərbi Komissarlığın Hərbi-Həkim komissiyası tərəfindən şəhadətləndirilməsi tələb olunmur. Nəzərə almaq lazımdır ki, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun şəhadətləndirilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən həyata keçirilir. 29 Həmçinin nəzərə alınmalıdır ki, həm iddia ərizəsində, həm də kassasiya şikayətində mübahisə edilən 1998-2000-ci illərdə Müdafiə Nazirliyinin sərəncamına götürülməsi barədə müvafiq əmrin ve rilmədiyini, qeyri-rəsmi sərəncamda olduğunu iddiaçı özü də etiraf edir. Bundan başqa, iş materiallarında olan, Sumqayıt İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçı 1998-2000-ci illərdə evdə olduğunu, lazım olduğunda çağırılacağını düşündüyünü bildirmişdir. Bununla belə, həmin illərdə hərbi xidmətdə sayılmasını və həmin müddətin hərbi xidmət müddətinə hesablanmasını tələb edir. Lakin mübahisəli illərdə hərbi xidmətdə olmasını və ya Müdafiə Nazirliyinin sərəncamına götürülməsini, ümumiyyətlə cavabdehlə hər hansı xidməti münasibətdə olmasını təsdiq edən hər hansı rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin müddət ərzində iddiaçının hərbi xidmət vəzifələrinin icrasına cəlb olunması və hərbi xidmətini dava m etdirməsi məqsədi ilə iddiaçının cavabdehə müraciət etdiyi və ya bununla bağlı hər hansı aktiv tədbirlər gördüyü də iş üzrə materiallardan müəyyən edilməmişdir. Beləliklə, qeyd olunmalıdır ki, iddiaçının hər hansı rəsmi sənədə və müvafiq sübutlara əsaslanmayan iddiaları, eləcə də iddiaçının 30 iyun 1998-ci il tarixindən 17 aprel 2000-ci il tarixinə qədər heç yerdə işləməməsi faktı onun 1998-2000-ci illərdə sərəncamda olmasının təsdiqi, bunun üzərindən hərbi qulluqçu statusunda qalması və hərbi xidmətdə sayılması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiya hesab edir ki, hərbi qulluqçunun hərbi xidmət dövrünün müəyyən olunması zamanı həmçinin hərbi qulluqçunun xidməti vəzifələrini icra etməsi meyarı da nəzərə alınmalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə yekun qərar q əbul edilərkən İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri nəzərə alınmalı və sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, qiymətləndirmə zamanı iddiaçının mülki tədris müəssisəsində təhsil alması, təhsilini başa vurduqdan sonra onun faktiki olaraq cavabdehlə xidməti münasibətlərinin mövcud olmaması, hərbi xidmət vəzifələrinin icrası ilə məşğul olmaması, iddiaçının həmin müddətdə hərbi xidmətdə olmasını təsdiq edən hər hansı sübutun mövcud olmaması, xüsusilə də iddiaçının hərbi xidmətə ehtiyatdan çağırılması kimi xüsusatlar da nəzərə alınmalı və iddiaçının Müdafiə Nazirliyinin sərəncamında olmasını istisna edən hal kimi qiymətləndirilməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan n ormalara görə və qeyd edilən səbəblərdən iddiaçı 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan dövrün hərbi xidmət dövrü kimi onun hərbi xidmət müddətinə hesablanmasını və bununla əlaqədar müvafiq məlumat vərəqəsinin tərtib olunaraq aidiyyəti üzrə göndərilməsini tələb etməkdə haqlı sayıla bilməz.

32. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslandığından, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı və iddia təmin edilməməlidir.

33. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2021-ci il tarixli, 21(105)-462/2021 nömrəli qərarı ləğv olunur. Yeni qərar qəbul edilir. İddia təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar