Məhkəmə qərarları › İş №2-1(102)-523/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-523/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-523/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2961/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir

2. İddiaçıya məxsus 031380 saylı diplomun surətindən görünür ki, 1985-ci ildən 1990-cı il tarixədək X13 X8 adına Bakı Neft Texnikumda n eft və qaz quyularının qazılması ixtisası üzrə təhsil almışdır.

3. İddiaçıya məxsus xx.xx.1989-cu ildə açılmış ИТ seriyalı, ******* saylı əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1989-xx.xx.1989-cu illərdə “Xəzərdənizneftqaz” İB-nin dənizdə geoloji-kəşfiyyat kontorunda istehsalat təcrübəsi müddətinə kəşfiyyat buruq qurğusunun maşinisti (əmr №46-k, 14.04.89), xx.xx.1990-xx.xx.1991-ci illərdə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (Əmr №81/k, xx.xx.1990), X3 Qazma İdarəsində xx.xx.1991-xx.xx.1992-ci illərdə “Şelf-2"-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (Əmr №121k, xx.xx.1991), xx.xx.1992-xx.xx.1996-cı illərdə "Şelf-2”-də q azmaya xidmət edən çilingər (əmr №89k, xx.xx.1992), xx.xx.1996-xx.xx.1997-ci illərdə "Şelf-5”-də NÖC və avtomatika üzrə çilingər (əmr №25k, xx.xx.1996,), xx.xx.1997-xx.xx.1997-ci illərdə “Xəzər-4" Özü X1maya xidmət edən elektrik montyoru (əmr №46, 02.06.97), xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şelf-5"-də NÖC və avtomatika üzrə çilingər (əmr №57k, 27.06.97), xx.xx.1999xx.xx.1999-cu illərdə “Şelf-5”-də radioelektron aparatlarının tənzimləyicisi (əmr №19, xx.xx.1999), xx.xx.1999-xx.xx.2003-ci illərdə “Şelf1”-də NÖC və avtomatika üzrə çilingər (əmr №104k, xx.xx.1999), xx.xx.2003-xx.xx.2004-cü illərdə X10 Qazma İdarəsində “ŞelfT”-də NÖC və avtomatika üzrə çilingər (əmr №19, xx.xx.2003), xx.xx.2004-xx.xx.2004-cü illərdə “Xəzər-4" Özü X1ma ustası (əmr №39Ş, xx.xx.2004), xx.xx.2004-xx.xx.2006-ci ill ərdə “Xəzər-4” Özü X1ma ustasının köməkçisi (əmr №371, xx.xx.2004) vəzifələrində işləmişdir

4. SOCAR-ın xx.xx.2021-ci il tarixli, SOCAR**********81200599X00023 saylı və xx.xx.2022-ci il tarixli, SOCAR**********81200599X00023 saylı arayışlarından görünür ki, iddiaçı SOCAR-ın “X12" Trestinin müxtəlif idarələrində işləmişdir. X11 İdarəsi üzrə xx.xx.1990-xx.xx.1991-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, X3 Qazma İdarəsi üzrə xx.xx.1991-xx.xx.1992-ci ilədək “Şelf-2"-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, xx.xx.1992-xx.xx.1996-cı ilədək "Şelf-2”-də qazmaya xidmət edən çilingər, xx.xx.1996-xx.xx.1997-ci ilədək "Şelf-5”-də NÖC və avtomatika üzrə çilingər, xx.xx.1997xx.xx.1997-ci ilədək “Xəzər-4" Öz ü X1maya xidmət edən elektrik montyoru, xx.xx.1997xx.xx.1999-cu ilədək “Şelf-5"-də NÖC və avtomatika üzrə çilingər, xx.xx.1999-xx.xx.1999cu ilədək “Şelf-5”-də radioelektron aparatlarının tənzimləyicisi, xx.xx.1999-xx.xx.2003-cü ilədək “Şelf-1”-də NÖC və avtomatika üzrə çilingər, X10 Qazma İdarəsi üzrə xx.xx.2003xx.xx.2004-cü ilədək “Şelf-T-də NÖC və avtomatika üzrə çilingər, xx.xx.2004-xx.xx.2004cü ilədək “Xəzər-4" Özü X1ma ustası, xx.xx.2004- xx.xx.2007-ci ilədək “Xəzər-4” Özü X1ma ustasının köməkçisi, xx.xx.2007-xx.xx.2008-ci ilədək “Xəzər-4” X17 Qazma Qurğusunda texnologiya üzrə rəis müavini, xx.xx.2008-xx.xx.2012-ci ilədək "Xəzər-4” X17 Qazma Qurğusunda texniki-texnoloji hissə üzrə rəis müavini, xx.xx.2012-xx.xx.2012-ci ilədək "Xəzər-6" X17 Qazma Qurğusunda mühəndis-texnoloq, Sahil Q azma işləri İdarəsi üzrə xx.xx.2012-xx.xx.2013-cü ilədək “Xəzər-6” X17 Qazma Qurğusunda mühəndistexnoloq, xx.xx.2013-xx.xx.2014-cü ilədək "Xəzər-6” Özü X1ma ustası, “X12” Tresti üzrə xx.xx.2014- xx.xx.2015-ci ilədək “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü, “Xəzər-6" Özü X1ma ustası, xx.xx.2015-xx.xx.2016-cı ilədək "Günəşli" istehsalat bölümü, 10 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2016-xx.xx.2016-cı ilədək "Neft Daşları" istehsalat bölümü, 670 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2016-xx.xx.2017-ci ilədək “Günəşli” istehsalat bölümü, 10 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2017xx.xx.2021-ci ilədək "Günəşli” istehsalat bölümü, 54 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2021-ci il tarixdən hal-hazıradək "X12” Tresti “Neft Daşları-Günəşli” İstehsalat bölümü, 4 saylı briqadada qazma ustası vəzifəsində işləmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə güzəştli iş stajı 15 il, hal-hazıradək isə 31 il təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 1462 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, 14 avqust 1985-ci il tarixində 362 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 06 may 1986-cı il tarixində 235 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 09 iyun 1988-ci il tarixində 310 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 15 may 1990-cı il tarixində 260 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-neftçi” ixtisas dərəcəsi və KT 031380 saylı fərqlənmə diplomu verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli, 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır.

5. SOCAR-ın xx.xx.2022-ci il tarixli, SOCAR**********081200599X00023 saylı arayışından görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə (********) güzəştli iş stajı 15 ildir (11000000a—11297, 1100000a—18497, 1100000a—18494,1100000a— 19838,1 100000b—23196). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən güzəştli iş stajı 16 ildir. Hal-hazıradək güzəştli iş stajı 31 il təşkil edir.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma ya rımbölməsində (10.1) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, texnoloji prosesi aparan əsas fəhlələr peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “X12” Trestinin 23 noyabr 2021-ci il tarixli, SOCAR**********81200599X00023 nömrəli arayışında xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin X3 Qazma İdarəsində onun nəzarət-ölçü cihazları üzrə çilingər, xx.xx.2003xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X10 Qazma İdarəsində nəzarətölçü cihazları üzrə çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə işlədiyi peşələr yuxarıda adıçəkilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr peşəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 15 gün (xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 il 10 ay 16 gün (xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzə rə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin hallarına uyğun əsaslandırılmış və iddia ərizəsində əmək kitabçasında, eləcə də iş yerindən arayışlard a qeyd olunmuş məlumatlar sadalanmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassız olmuşdur.

10. Cavabdeh iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən yazılı etiraz təqdim etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 31 may 2022 -ci il tarixli, 2-1(112)-4652/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixə qədər ümumilikdə tələb olunan 10 ildən də artıq-15 il 5 ay 01 gün xüsusi iş stajını toplamışdır. İddiaçının xx.xx.1986-xx.xx.1988-c i illərdə həqiqi hərbi xidmət dövrü (2 il 15 gün), xx.xx.1985-xx.xx.1986-cı illərdə (8 ay 23 gün) və xx.xx.1988-xx.xx.1990-cı illərdə (1 il 11 ay 7 gün) təhsil dövrü, ümumilikdə 4 il 8 ay 15 gün təhsil və hərbi xidmət müddəti ümumi əmək stajına hesablandıqda, iddiaçı 15 il 5 ay 01 gün + 4 il 8 ay 15 gün = 20 il 01 ay 16 gün ümumi iş stajı toplamışdır. İddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2961/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X7) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şə rtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı i lə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000a—11297 - neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları 1100000a—18497 - buruqlara xidmət üzrə çilingərlər 1100000a—18494 - nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət- ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər 1100000a—19838 - buruqlara xidmət üzrə elektrik montyorları 1100000b—23196 - buruqların ustaları və onların köməkçiləri

22. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin y arandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırı lmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərə fli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplər inə tabe olmasından irəli gəlir.

32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 31-32-ci bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan hal ları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 34. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

35. Bu qərarın 19-21-ci bəndlərində istinad olunan normaların müddəaları baxım ından, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2020-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.

36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan h əmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin imtina məktubunda və kassasiya şikayətində istinad etdiyi hallar iddiaçının işlədiyi peşənin müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğunu bu qərarın 31-32-ci bəndlərində istinad olunan qaydalara uyğun olaraq müəyyən etmək, eləcə də bunu müəyyən etmək üçün lazımi tədbirləri görmək (aidiyyəti quruma sorğu göndərmək) vəzifəsindən azad etmir və şəxsə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas sayıla bilməz.

38. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2961/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar