Məhkəmə qərarları › İş №2-1(102)-523/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-523/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-523/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə ödənilməmiş müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-581/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının övladı Zeynalov Əli Elçin oğlu müxtəlif vaxtlarda müayinələrdən keçmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.

2. Zeynalov Əli Elçin oğlunun xx.xx.2019-cu il tarixdə əlillik müddəti bitdiyi üçün müvafiq inzibati orqana xx.xx.2020-ci il tarixli 050003AAAJ6 saylı göndərişlə müraciət etmiş və həmin göndəriş qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olmağı səbəbilə sağlamlıq imkanlarının məhdudluğunun təyin indən imtina edilmişdir.

3. Daha sonra xx.xx.2020-ci il tarixli 0500003AAAK9 nömrəli bildirişlə iddiaçı təkrar müraciət etmiş və xx.xx.2020-ci il tarixdə göndəriş qiymətləndirilərək onun övladına 3 il müddətinə xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu statusu verilmiş və xx.xx.2020-ci il tarixdən sosial müavinətin ödənilməsi bərpa edilmişdir.

4. Onun statusunun bərpa edildiyi tarixdən əlilliyə görə sosial təyinatı üzrə mərkəzi filialı ilə razılaşmayaraq ona sosial müavinətin əlillik müddəti bitdiyi tarixdən - xx.xx.2020-ci il tarixdən bərpa edilməsi ilə bağlı müraciət etmişdir.

5. Cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərini nəzərə alaraq vətəndaşın müraciətindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2020-ci ilin 9 ay müddətində əlillik müavinətinin bərpa edilməsi və Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 0500003AAAJ6 nömrəli imtina edilməsi barədə Forma-88 ləğv olunmasına dair qərar qəbul olunması”nı xahiş etmişdir. 7. 25.04.2023-cü il tarixdə iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək məhkəmədən “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sına dair qərar çıxarılması”nı xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun övladı Zeynalov Əli Elçin oğlu xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Uşaq 4 yaşından “Vərəm miningiti” diaqnozu ilə Bakı şəhəri X1 İnstitutunda 3 ay yatmışdır. 2012-ci ildən keçirilmiş meninqoensenfalitin davamlı qalı əlaməti, vərəm mənşəli, sol tərəfli hemoparezdir. Dəfələrlə Bakı şəhərində dövlət və özəl klinikalarda, Bərpa mərkəzlərində, tanınmış nevropatoloqlarda müayinə və müalicə almışdır. xx.xx.2019cu il tarixdə Bakı şəhərində “X3”da həkimlər tərəfindən cərrahi əməliyyat olmasına baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Uşağın sol ayağı və sol əli şikəstdir, yəni sol tərəf qalxmır, barmaqlar işləmir, əli tutmur, əqli inkişafdan 4 yaş geridir. Ailədə işləyən tək iddiaçının özüdür. Uşağın müalicəsi həddindən artıq çox pul tələb edir. Bu acınacaqlı vəziyyətdə 9 aylıq müavinət kəsiblər. Uzun illərdir TSEK-də müayinə aktı əsasında, əlillik müavinəti ayrı-ayrı illərdə təyin edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay üçün 200 manat, cəmi 9 ay ərzində 1.800 manat məbləğində müavinət ödənilməmişdir. Yenidən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bərpa edilmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, iddiaçı onun əlil övladı Zeynalov Əli Elçin oğlunun xx.xx.2019-cu il tarixdə əlillik müddəti bitdiyi üçün müvafiq inzibati orqana (DTSERA) xx.xx.2020-ci il tarixli 050003AAAJ6 saylı göndərişlə müraciət etmiş və həmin göndəriş qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olmağı səbəbilə sağlamlıq imkanlarının məhdudluğunun təyinindən inzibati orqan tərəfindən imtina edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli 0500003AAAK9 nömrəli göndərişlə iddiaçı təkrar müraciət etmiş və xx.xx.2020-ci il tarixdə göndəriş qiymətləndirilərək onun övladına 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu statusu verilmişdir. Onun statusunun bərpa edildiyi tarixdən əlilliyə görə sosial təyinatı üzrə mərkəzi filialı ilə razılaşmayaraq ona sosial müavinətin əlillik müddəti bitdiyi tarixdən - xx.xx.2020-ci il tarixdən bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Re spublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərini nəzərə alaraq vətəndaşın müraciətindən imtina etmişdir. Belə ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti ərzində sosial müavinət təyin edilir. Yəni, vətəndaşa sosial müavinətin ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə sosial müavinətin ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət d ə daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən vətəndaşın əlillik müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və xx.xx.2020-ci il tarixdə bərpa edilmişdir. İddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (09 ay) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə sosial müavinətin ödənilməsi qanunvericiliyə ziddir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-1985/2023 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisə xx.xx.20 20-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi ilə bağlıdır. Əlilliyə görə müavinət əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən sosial müavinət təyin edilir və ödənilir.

12. İddiaçının övladının əlillik müddəti xx.xx.2019-cu il tarixdə bitsə də (iddiaçı xx.xx.2020-ci il tarixdən ödənilmə tələb edir), 6 aydan çox – 09 ay 06 gün sonra – xx.xx.2020-ci il tarixdə əlilliyi qiymətləndirilmişdir. Bu səbəbdən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. 1 3. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində qeyd edilmişdir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

14. Qeyd olunanlara əsasən iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur.

15. Hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-1985/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-581/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1985/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlillər

20. Azərbaycan Respublikası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd olunan normada çox aydın göstərilib ki, 6 a y müddəti əlilin yenidən təkrar müayinədən keçməsi üçün müəyyən edilib, yəni əgər təkrar müayinədən sonra şəxs əlil sayılarsa 6 ay müddətində əlil olması bildirilir. Şəxs müayinə müddətində əlil sayılarsa, deməli ona əvvəl təyin olunmuş müavinətin də (pensiyada)verilməsi qeyd olunur.

21. Müayinə müddətinin 6 aydan çox olması isə əlilin və onun nümayəndəsinin təqsiri ucbatından olmayıb. TSEK-in səhlənkarlığının nəticəsində 6 ay uzadılıb 9 aya kimi çəkib. Ona görə də 9 aylıq müavinət ona ödənilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Sosial müavinətlər haqqında” Qanun:... Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.4. sağlamlıq imka nları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (xx.xx.2021-ci il tarixli, 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir)

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur. 29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbindən göründüyü kimi, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

30. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçının övladına təyin edilmiş əlilliyə görə müavinətin ödənişi əlillik müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi səbəbi ilə dayandırılmış, onun əlilliyinin yenidən qiymətləndirildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilləri ilə razılaşır. Belə ki, həmin imtina yuxarıda istinad edilən normaların tələbindən irəli gəlir.

32. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı cavabdeh – DSMF şəxsin əlilliyini müəyyən etməyə və ya əlilliyi bərpa etməyə səlahiyyətli orqan deyil. Hazırkı mübahisədə DSMF-nin səlahiyyətləri digər orqan – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilmiş əlilliyin dərəcəsinə və müddətinə bağlıdır. Başqa sözlə, əlilliyə görə müavinətin təyinatı, ödənişinin dayandırılması və bərpası, həmçinin onun ödənişinin dayandırılması və bərpası arasındakı müddət üçün ödənilməsi şəxsin qanunla müəyyən edilmiş qaydada və müddətdə əlilliyi olan şəxs hesab edilməsi ilə şərtlənir.

33. İşin materiallarına görə, xx.xx.2020-ci il tarixli 050003AAAJ6 saylı göndəriş əsasında Zeynalov Əli Elçin oğlunun sağlamlıq imkanları xx.xx.2020-ci il tarixdə qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olması səbəbilə sağlamlıq imkanlarının məhdudluğunun təyinindən imtina edilmişdir. xx. xx.2020-ci il tarixli 0500003AAAK9 nömrəli göndəriş isə xx.xx.2020-ci il tarixdə qiymətləndirilərək Zeynalov Əli Elçin oğluna 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu statusu verilmiş və xx.xx.2020-ci il tarixdən sosial müavinətin ödənilməsi bərpa edilmişdir.

34. Göründüyü kimi, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli imtinasını mübahisələndirməmiş, sonrakı qiymətləndirmə zamanı isə uşağın sağlamlıq imkanlarının məhdudluğunun xx.xx.2020-ci il tarixdən müəyyən edilməsinə qərar verilmişdir. Hər iki inzibati akt qüvvədədir.

35. Belə olan halda, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instans iyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-581/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar