Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-524/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Məmmədov Ceyhun Hamlet oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “diplomun təsdiqlənməsi və ixtisas üzrə iş icazəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 avqust tarixli 21(103)-1472/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2010-cu il 25 iyun tarixdə Moskva Dövlət Tibb-Stomatoloji Universitetinin müalicə işi ixtisası üzrə tam kursu bitirərək mütəxəssis diplomu almış, həmin diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə 011304 saylı şəhadətnamə ilə tanınmışdır. İddiaçı 2011-ci il 1 sentyabr tarixdən 2013-cü il 31 avqust tarixədək “Ultrasəs diaqnostika” hazırlıq ixtisası üzrə ali təhsildən sonrakı peşə təhsilinin (ordinatura) əsas tədris proqramını mənimsəmişdir. Rusiya Federasiyası Səhiyyə Nazirliyi Diplomdansonrakı Təhsilin Tibb Akademiyasına əlavə peşə təhsilinin dövlət büdcə təhsil müəssisəsi nəzdində “Ultrasəs diaqnostika” hazırlıq ixtisası üzrə həkim (provizor) ixtisası verilmişdir. 2013-cü il 12 s entyabr tarixli Mütəxəssis Sertifikatına əsasən Rusiya Federasiyası Səhiyyə Nazirliyi Diplomdansonrakı Təhsil Tibb Akademiyası tərəfindən “Ultrasəs diaqnostika” ixtisası üzrə attestasiya keçərək, 2013-cü il 31 avqust tarixli mütəxəssis sertifikatı ilə diplom tanınaraq iddiaçıya ixtisas üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Rusiya Federasiyası Səhiyyə Nazirliyi “Diplomdansonrakı Təhsil Tibbi Akademiyası”nın “Ultrasəs diaqnostika” ixtisası üzrə (Klinik Ordinatura) tam kursu bitirməsinə dair diplomun təsdiqlənməsini və ona ixtisası üzrə iş icazəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 2 avqust tarixli məktubla bildirmişdir ki, qanunvericiliyə uyğun olaraq 2011-ci il tarixdən etibarən Azərbaycan Respublikası ərazisində həkim mütəxəssislərin hazırlığı rezidentura vasitəsi ilə aparılır. Klinik ordinatura və internatura təhsili üzrə hazırlıq proqramlarının məzmunu və müddəti rezidentura təhsilindən fərqli olduğu üçün respublikadan kənar klinik ordinatura və internatura üzrə təhsil qanunvericiliyə əsasən qəbul edilmir. İddiaçı 2017-ci il 7 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2013-cü il 31 avqust tarixdə Rusiya Federasiyası Səhiyyə Nazirliyi “Diplomdansonrakı Təhsil Tibbi Akademiyası”nın “Ultrasəs diaqnostika” ixtisası üzrə (Klinik ordinatura) tam kursu bitirməsinə dair diplomun təsdiqlənməsi və ona ixtisası üzrə iş icazəsinin verilməsinə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hazırlıq iclasında iddia tələbinin “2013-cü il 31 avqu st tarixdə Rusiya Federasiyası Səhiyyə Nazirliyi “Diplomdansonrakı Təhsil Tibbi Akademiyası”nın “Ultrasəs diaqnostika” ixtisası üzrə (Klinik ordinatura) tam kursu bitirməsinə dair diplomun tanınmasına və iddiaçıya ixtisası üzrə tibbi fəaliyyəti ilə məşğul ola bilməsinə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı 2010-cu il 25 iyul tarixdə Moskva Dövlət Tibb-Stomatoloji Universitetinin müalicə işi ixtisası üzrə tam kursu bitirərək mütəxəssis diplomu almışdır. 2011-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi Diplomdansonrakı Təhsil Tibb Akademiyasına “Ultrasəs diaqnostika” ixtisası üzrə (Klinikordinaturaya) qəbul olmuş, 2013-cü il 31 avqust tarixdə tam kursu bitirərək m üvafiq Komissiyanın qərarı ilə təsdiqlənmiş diplom almışdır. Həmçinin, Rusiya Federasiyası Səhiyyə Nazirliyi Diplomdansonrakı Təhsil Tibb Akademiyası tərəfindən “Ultrasəs diaqnostika” ixtisası üzrə attestasiya keçərək, 2013-cü il 31 avqust tarixli mütəxəssis sertifikatı ilə diplom təsdiqlənərək ixtisas üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Eyni zamanda, Rusiya Federasiyası Səhiyyə Nazirliyi Diplomdansonrakı Təhsil Tibb Akademiyasının əlavə peşə təhsili üzrə dövlət büdcəli təhsil müəssisəsində “Yumşaq toxumaların və hərəkət-dayaq sistemi xəstəliklərinin ultrasəs diaqnostikası” ixtisası üzrə ixtisas artırma kursları keçərək 2014-cü il 8 sentyabr tarixli vəsiqə almışdır. Ordinaturanı bitirdiyi müddətdən etibarən 2016-cı ilin yanvar ayına qədər 2 ildən artıq müddətə Rusiya Federasiy asının bir sıra dövlət və özəl klinikalarında o cümlədən, 2013-cü ildən 2014-cü ilədək Moskva şəhərində “Dobromed” klinikasında, 2014-2016-cı illərdə “LEDA MÜ” 1 saylı klinikasında “Ultrasəs diaqnostika” ixtisası üzrə həkim vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 saylı Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli, 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının tələblərində xarici ölkələrdə təhsil almış şəxslərin diplomlarının tanınmamasına dair hər hansı bir məhdudiyyət qoyulmamışdır. Azərbaycan Respublikası və Rusiya Federasiya sı dövlət başçıları tərəfindən “Təhsil, elmi dərəcə və elmi adlara dair sənədlərin qarşılıqlı tanınması” haqqında 2002-ci il 23 sentyabr tarixdə imzalanmış Razılaşmanın 8-ci maddəsində təsbit edilmişdir ki, ən azı altı il tibb ixtisasları üzrə tam kursu əyani təhsil şöbələrində bitirmələri barədə Rusiya Federasiyası və Azərbaycan Respublikası tərəfindən verilən diplomlar və eləcə də həkim ixtisaslarının artırılması ilə əlaqədar Rusiya Federasiyasının və Azərbaycan Respublikasının qanunvericiliyinə və qəbul edən ali və elm təhsil müəssisəsinin tələblərinə müvafiq olaraq internatura, klinik ordinatura, aspirantura və doktoranturada təhsil Rusiya Federasiyasının Azərbaycan Respublikasında tanınır. İşə qəbul zamanı həmin diplomların sahiblərinin peşəkar hazırlığı həmin sənədlərdə göstərilən ix tisasa uyğun olaraq (sahəsi) hazırlığı və ixtisaslaşdırılması üzrə tanınır, müstəqil peşəkar fəaliyyətə buraxılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının səhiyyə orqanları tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq həyata keçirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 mart tarixli 2-1(81)-568/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının 2013-cü il 31 avqust tarixdə Rusiya Federasiyası Səhiyyə Nazirliyi “Diplomdansonrakı Təhsil Tibbi Akademiyası”nın “Ultrasəs diaqnostika” ixtisası üzrə (Klinik Ordinatura) tam kursu bitirməsinə dair diplomunun tanınmasına və iddiaçıya ixtisası üzrə tibbi fəaliyyət ilə məşğul ola bilməsinə icazənin verilməsinə dair ərizəsi barədə məhkəmənin hüquqi m övqeyi nəzərə alınmaqla, iddiaçının xeyrinə qərar (inzibati akt) qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparılmadığından, iddiaçının tələbini tam təmin etmək mümkün deyil. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, eyni zamanda, ərizə ilə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 avqust tarixli 2-1(103)-1472/2018 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunması barədə iddiaçının ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 avqust tarixli 2-1(103)-1472/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından “iddiaçının xeyrinə” sözləri xaric edilməklə qərar yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda məhkəməyədək inzibati icraat aparılmadığından, cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasına dair birinci instansiya məhkəməsinin qənaəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 73.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 16 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 15 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın “iddiaçının xeyrinə” ifadəsinin qərardan xaric edilməsi hissəsində dəyişdirilməsini və həmin hissədə “iddiaçının xeyrinə” ifadəsinin yenidən daxil olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı diplomun tanınması və ixtisası üzrə iş icazəsinin verilməsi üçün cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh isə diskresion səlahiyyətindən istifadə edərək iddiaçının sənədlərini qəbul etməkdən imtina etmiş, mövqeyini əvvəlcədən göstərmişdir. Belə ki, cavabdeh sənədləri qəbul etməməklə hərəkətsizlik nümayiş etdirmiş, iddiaçının diplomunun tanınmaması və ixtisası üzrə iş icazəsinin verilməməsi barədə faktiki olaraq qərar qəbul etmişdir. Lakin buna dair inzibati icraat açmamış və rəsmi qərar qəbul etməmişdir. Cavabdeh rəsmi qərar qəbul etməklə iddiaçının tələbini təmin etməsə də, sənədlərin qəbul edilməməsi özlüyündə diskresion səlahiyyət əsasında verilmiş qərar hesab olunmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq İPM-in 73.2-ci maddəsinə istinad etmiş, iddiaçının tələbi üzrə konkret qərar qəbul edə bilmədiyindən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının xeyrinə qərar (inzibati akt) qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsi İPM-in 73.2-ci maddəsi ilə yanaşı 73.3.3-cü maddəsinə istinad etməklə səhvə yol vermişdir. Çünki 73.3.3-cü maddədə qeyd olunur ki, inzibati aktın qəbul edilməsi üç ün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Halbuki, cavabdeh orqan tərəfindən, ümumiyyətlə inzibati araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsinin bu faktı nəzərdən qaçırmaqla səhv normaya istinad etməsinə baxmayaraq, yekun qənaəti düzgün olmuşdur. Apellyasiya instansiya məhkəməsi isə cavabdehin iddiaçının sənədlərini qəbul etməməsini diskresion səlahiyyət əsasında qəbul edilmiş qərar kimi qiymətləndirməmiş, İPM-in 73.1-ci maddəsinə istinad etməklə cavabdehin üzərinə iddiaçının tələbi üzrə məsələyə baxılması öhdəliyini qoymuş, “iddiaçının xeyrinə” ifadəsini qərardan xaric etmişdir. Cavabdehin idd iaçının sənədlərini qəbul etməməsi faktiki olaraq iddiaçının tələbinin rədd edilməsi hesab olunmalıdır. Yəni cavabdeh sənədləri baxılması üçün qəbul etməməklə diplomun tanınmaması barədə faktiki olaraq qərar qəbul etmişdir. Bu qərar inzibati icraat açılmaqla rəsmi şəkildə qəbul edilməsə də, cavabdehin hərəkətsizliyi ilə bu nəticə ortaya çıxır və cavabdeh diskresion səlahiyyəti əsasında qərar qəbul etməklə iddiaçının sənədlərini qəbul etməkdən imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmiş və İPM-nin 73.3.1-ci maddəsini tətbiq etməklə yanlış qənaətə gəlmişdir. Belə olan halda, məhkəmə birinci instansiya məhkəməsinin qərarını dəyişdirməli və İPM-nin 73.3.3-cü maddəsinin əvəzinə, 73.3.1-ci maddəsini tətbiq etməli idi. İşdə iştirak edən şəxslə rin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmiş dir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli, 5 №-li Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması” Qaydasında (bundan sonra mətndə - Qayda) aşağıdakılar təsbit olunmuşdur: "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun "Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ" barəsindəki 46-cı maddəsinin 5-ci abzasına uyğun olaraq Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azə rbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan hər hansı bir şəxs xaricdə bitirdiyi dövlət qeydiyyatından keçmiş tibb və əczaçılıq təhsili müəssisəsinin diplomunu, yaxud onu əvəz edən sənədin, diploma əlavənin, diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və təkmilləşdirmə barədə, aldığı praktiki və elmi dərəcəsi barədə sənədlərin və bu təhsilini və iş fəaliyyətini dəqiqləşdirən digər sənədlərin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətini Səhiyyə Nazirliyinə təqdim edir. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən yüksək ixtisaslı elmi, elm i-pedaqoji kadrlar və praktiki təbabətin mütəxəssislərindən ibarət müvafiq Komissiya yaradılır. Komissiya Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Komissiya 1 ay müddətində təqdim olunan sənədlərə əsasən həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və ekvivalent olmasını araşdırır, lazım olan təqdirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və onun Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səs çoxluğu ilə qərar qəbul edir. Həmin qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma sı barədə şəhadətnamə verilir. Qaydanın tələbindən göründüyü kimi, xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan şəxsin Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə müraciətinə kollegial orqan (Komissiya) tərəfindən baxılır və qərar qəbul edilir. “İnzibati icraat haqqında” Qanunun (V fəsil. Kollegial inzibati orqanda inzibati icraat) 53-cü maddəsinin müddəalarına əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir (53.1). Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tə rəfindən qəbul edilir (53.2). Bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş qayda, ərizənin həmin kollegial orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur (53.3). Həmin Qanunun 57-ci maddəsinin müddəalarına əsasən, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1). Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır (57.2). Hazırkı işin materialları ilə müəyyən edilm işdir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərinə uyğun baxılmamış, qanunla tələb edilən qaydada və formada inzibati akt qəbul edilməmiş, iddiaçıya izahedici məktubla cavab verilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi İPM-in 73.3.3-cü maddəsinə istinad etdiyi halda (inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda), cavabdehin üzərinə “iddiaçının xeyrinə” qərar (inzibati akt) qəbul edilməsi öhdəliyini qoymaqda haqlı olmamışdır. Digər tərəfdən, yuxarıda istinad edilən Qaydanın tələbinə görə, Komissiya həmin şəxsin keçdiyi tədris plan və proqramları nın, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və ekvivalent olmasını araşdırır, lazım olan təqdirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır... Göründüyü kimi, həmin Qayda cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hü ququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hall ardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə (məsələn, tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və s.) malik olduğu haldan gedir. Apellyasiya instansiyası məhkəməsi qərarını fərqli qaydada əsaslandırsa da, birinci instansiya məhkəməsinin qərarından “iddiaçının xeyrinə” sözlərini çıxarmaqla mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 avqust tarixli 2-1(103)-1472/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-524/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-524/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver