Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-524/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayət verilməsi müddətinin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənlməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2196/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qəra rından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu ünvan hal-hazırda qəzalı vəziyyətdə olduğundan, sözügedən ünvan sakinlərinə ödənilən birdəfəlik maddi yardım müqabilində onların köçürülməsi ilə bağlı ona da, sözügedən yardımın ödənilməsi vəzifəsinin cavabdehin və əlaqədar orqanların üzərinə qoyulması, həmçinin, ən azı 1 il müddətində ona bu pul ödənilmədiyi üçün 12 ay müddətində əlavə kirayə haqqı ödədiyindən bu məbləğ ona dəymiş ziyan kimi (bu məbləğ aylıq 250 manat olmaqla, ümumilikdə minimum 3000 manat) kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHK ƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-284/2021 nömrəli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı yataqxana binasında qeydiyyatda olmaqla yaşaması barədə hər hansı mötəbər sübut təqdim etmədiyindən onun kompensasiya tələbi əsaslı sayıla bilməz.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2196/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-284/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
9. Bununla əlaqədar, verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyünə yazılı icraat qaydasında baxılması 01 mart 2022-ci i l tarixinə təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
12. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olun duğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarı 09.12.2021-ci il tarixdə iddiaçıya məhkəmə binasında təqdim edilmiş, iddiaçı müvafiq məhkəmə qəbzinə imza etməklə qərarı almışdır (səh 205). İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 11 yanvar 2021-ci il tarixində apelyasiya məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ( bir) aylıq müddətin ötürülməsi müəyyən edilmişdir.
14. Odur ki, iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışm azlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi təklif edilmiş və kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir.
15. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
16. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2196/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.