Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-524/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs X1) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-3643/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X1 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (A.Ə.Əhədova) 2-1(112)-2777/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamı ləğv edilmişdir.
4. C avabdeh Bakı şəhəri Cavabdeh və 3-cü şəxs X1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiya məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-3643/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)2777/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iş materialları araşdırılan zaman müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli qərardan cavabdeh tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməklə, məhkəmə dəftərxanasına xx.xx.2022-ci ildə təqdim edilmişdir. Hətta apellyasiya şikayətinin yazılma tarixindən də göründüyü kimi, şikayət müddət ötürülməklə yazılmışdır.
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün yeni baxışa qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Bakı İnzibati Məhkəməsinin 2-1( 112)-2777/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərarı Cavabdehin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində xx.xx.2022-ci il tarixdə 1/1145 daxil olma (d/o) nömrəsi ilə qeydiyyatda alınmışdır.
9. Cavabdeh tərəfindən iş üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə, 1/445,1/1145 №-li çıxış №-si ilə qeydə alınmış və xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına təhvil verilmişdir.
10. İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (iş şöbəsi) əməkdaşı M.Məmmədovun izahatına görə məhkəmə qərarı xx.xx.2022-ci il tarixdə, həftənin 5-ci günü saat 18:00 radələrində iş şöbəsinə daxil olmuş, həmin ərəfədə iş gününün başa çatması ilə əlaqədar şöbə bağlandığından qərar xx.xx.2022-ci il tarixdə qey diyyata alınaraq, icra başçısının müavini İ.Muradovanın dərkənarı ilə aparatın hüquq şöbəsinə icra olunmaq üçün təhvil verilmişdir. M.Məmmədov 1-2 günlük gecikmə ilə aparılmış qeydiyyatın hüquqi nəticəyə səbəb olmasının işin mahiyyətini başa düşmədiyini bildirmişdir.
11. Həmçinin Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (iş şöbəsi) əməkdaşı M.Məmmədov yol verdiyi nöqsana görə əmək qanunvericiliyinə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunmuşdur.
12. Lakin göründüyü kimi apellyasiya instansiya məhkəməsi şikayətçi tərəfindən göstərilən arqumentləri ümumiyyətlə nəzərə almamışdır.
13. İnzibati Prosessual Məcəlləsinin 24.1-cü maddəsinə əsasən, bu məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunma sı ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur...... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
87. Apelyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir...... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kasasiya şikayəti va xtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
17. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2777/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərarı Cavabdehin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində xx.xx.2022-ci il tarixdə 1/1145 daxil olma (d/o) nömrəsi ilə qeydiy yatda alınmışdır. İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (iş şöbəsi) əməkdaşı izahatında 1-2 günlük gecikmə ilə aparılmış qeydiyyatın hüquqi nəticəyə səbəb olmasının və işin mahiyyətini başa düşmədiyini bildirmişdir.
18. Şikayətin dəlili apellyasiya instansiyası məhkəməsi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2777/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı poçt vasitəsilə cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş və işdə olan xəbərnamədən göründüyü kimi xx.xx.2022-ci il tarixdə isə şəxsən qrafasının qarşısına “Məmmədov” yazılaraq imza edilməklə qəbul edilmişdir.
20. Belə olan halda yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə görə həmin qərarda n apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət (sonuncu gün qeyri iş gününə düşdüyündən) xx.xx.2022-ci il tarix hesab olunur.
21. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli qərardan cavabdeh tərəfindən hazırlanmış apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməklə, məhkəmə dəftərxanasına xx.xx.2022-ci ildə təqdim edilmişdir.
22. Qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqanın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində kargüzarlığın düzgün təşkil edilməməsi, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsas ola bilməz.
23. Odur ki, iddiaçının şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düz gündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 21(103)-3643/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.