Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-524/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; başqa dövlətin ərazisində qazanılmış iş stajının sığorta stajına daxil edilməsi şərtləri; maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; Fİ N: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2340/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1978-xx.xx.1981-ci illərdə Lənkəran 113 nömrəli Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus İT-İ ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1984-cü il tarixdən Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda qaynaqçı şagirdi; - xx.xx.1984-cü il tarixdən Çerepovetsk metal konstruksiyalar zavodunda köçürmə qaydasında 1 nömrəli yığım-qaynaq sexinə elektrik qaynaqçısının şagirdi; - xx.xx.1985-ci il tarixdən Yarımavtomat maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı; - xx.xx.1985-ci il tarixdən avtoqaynaq sexinə y/a maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı; - xx.xx.1985-ci il tarixdən avtoqaynaq sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı; - xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı stasionar dərin özüllərin zavodunda 3 nömrəli sexə yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı; - xx.xx.1986-cı il tarixdən xx.xx.1987- ci il tarixədək Çerepovetsk metal konstruksiyalar zavodunda 3 nömrəli yığım-qaynaq sexinə yarımavtomat maşınlarda 4-cü dərəcəli elektrik qaynaqçısı; - xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunun Tikinti-əl ilə qaynaq idarəsində elektrik qaynaqçısı; - xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə qədər “Şelflayihətikinti” LSTB elektrik qaynaqçısı; - xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixə qədər “Azərborukəmərtikinti” tresti TQİ3-də elektrik qaynaqçısı; - xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə “Azərborukəmərtikinti” tresti TQİ1- də 5-ci dərəcəli elektrik qaynaqçısı; - xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti "xxxx" Səhmdar C əmiyyəti Uzaq Şimal rayonu (Rusiya) elektrik qaynaqçısı; - xx.xx.1997-ci tarixdən xx.xx.1998-ci il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti "xxxx" Səhmdar Cəmiyyəti (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı; - xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti "xxxx" Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda elektrik qaynaqçısı; - xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı; - xx.xx.2007-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh isə iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir.
4. İmtina onunla əsaslandırılmışdır ki, “Əmə k pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsin də göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan görün düyü kimi xx.xx.2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 9 gün (xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilə bilməz. Arayışlar:
5. SOCAR Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2019-cu il tarixli, SOCAR**********80020123X00058 nömrəli güzəştli arayışına əsasən iddiaçı “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 nömrəli sahəsində xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək elektrik qaynaqçısı peşəsində işləmişdir (iş stajı 2 il 4 ay). “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək elektrik qaynaqçısı peşəsində işləmişdir. “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 nömrəli sahəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək elektrik qaynaqçısı peşəsində işləmişdir (iş stajı - 3 il 7 ay 26 gün). Texnoloji prosesə əsasən iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı vardır. 6. "xxxx" SC PSC Ayxalsk dağ-zənginləşdir mə kombinatı tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Uzaq Şimal Rayonunda "xxxx" SC (QSC) Ayxal dağ-zənginləşdirmə kombinatında İstilik elektrik şəbəkələri və mənzil təsərrüfatı müəssisəsinin TVK sahəsində kəsim və əl üsulu ilə qaynaq işləri üzrə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30-cu maddəsinin 1-ci bəndi 1.1-ci yarımbəndinə uyğun olaraq, yaşa görə əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququ verən iş stajı 4 il 3 ay 4 gün təşkil edir. 7. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən iddiaçı həmin MMC-də xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qaynaqçı peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsin ə xx.xx.2007-ci il tarixində xitam verilmişdir. "xxxx" MMC xx.xx.2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok modullarının metal konstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metal konstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmirbeton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci hissədə (Ümumi peşələr) öz əksini t apmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır.
8. SOCAR-ın xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00098 saylı güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixində “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin peşədə çalışır. İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 2 il 11 ay 18 gün (iki il on bir ay on səkkiz gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququn yarandığı andan əmək şəraitinə görə güzəşti şə rtlərlə yaşa görə əmək pensiyası təyin edilərək hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1983-cü ildən əmək fəaliyyəti ilə məşğul olaraq xx.xx.1986-xx.xx.1987-ci illərdə (1 il 5 ay) Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda 3 nömrəli sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1987-xx.xx.1991- ci illərdə (3 il 6 ay 15 gün) Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunun Tikinti-əl ilə qaynaq idarəsi (22.04.88-ci il tarixli 1/PO nömrəli əmrinə uyğun olaraq BDÖZ-nin TKİ-nin adı dəyişdirilərək “Şelflayihətikinti” LSTB adı verilib), xx.xx.1991-xx.xx.1996-cı illərdə (4 il 9 ay 15 gün) “Azərborukəmərtikinti” tresti TQİ-3-də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikinti-quraşdırma tresti "xxxx" Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2003-xx.xx.2007-ci illərdə (4 il 2 ay) "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı vəzifəsində, xx.xx.2011xx.xx.2012-ci il illərdə (1 il 5 ay) H.Əliyev a dına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexinin 1 saylı sahəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı, xx.xx.2012-xx.xx.2017-ci illərdə (4 il 4 ay 15 gün) "xxxx" MMC-də bağlanmış əmək müqaviləsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.2018-ci il tarixdən bu günədək (3 il 2 ay) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti-Quraşdırma bölümündə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 4 saylı tikinti-quraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifələrində işləmişdir. İş məlumatlarından və arxiv arayışından da göründüyü kimi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 22 il 10 ay güzəştli şərtlərə malik iş stajı var. Bununla əlaqədar cavabdehə edilmiş xx.xx.2021-ci ildə edilmiş müraciətinə xx.xx.2021-ci ildə verilmiş cavabda iddiaçının güzəştli şərtlərlə cəmi 7 il 2 ay stajının olması əsası ilə imtina edilməsinin heç bir hüquqi əsası yoxdur. Cavabdehin etirazları:
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasın imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1386/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi iş stajının iş materiallarındakı sənədlər (diplom, hərbi bilet və əmək kitabçaları) əsasında xx.xx.2006-cı il tarixə qədər tələb olunan 25 ildən artıq olduğu müəyyən edilmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təm inatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Sazişin şərtlərindən göründüyü kimi, Rusiya Federasiyasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. X2 Federasiyasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müvafiq sazişin olmasını nəzərə almamış, iddiaçının Rusiya Federasiyasında işləyibişləməməsini araşdırmadan müvafiq dövrü sığorta stajı kimi nəzərə almamışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya insta nsiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2546/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq, cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sazişin qüvvəyə minməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı Rusiya Federasiyasının ərazisində xx.xx.1998-xx.xx.2003-cü illərdə işləmiş, qeyd edilən Saziş isə xx.xx.2001ci il tarixdə qəbul edilmişdir. Belə olan halda, həmin saziş iddiaçının Rusiya Fede rasiyasının ərazisində işlədiyi dövrün müəyyən bir hissəsində (xx.xx.1998-ci ildən xx.xx.2001-ci il tarixə) qüvvədə olmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi üçün qeyd edilən dövrlər də iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-423/2023 saylı qə rarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2546/2022 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixdə yeni Qanun qəbul edilmiş və həmin Qanun xx.xx.2022-ci il tarix dən qüvvəyə minmişdir. Həmin Qanunla xx.xx.2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilmişdir. Həmin müqavilənin 20-ci maddəsinin 1-2-ci bəndlərinə əsasən müqavilənin qüvvəyə minməsi üçün bu Müqavilə ratifikasiya edilməlidir və bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıya münasibətdə tətbiq olunduğu halda həmin Müqavilənin də Rusiya Federasiyasında ratifikasiya edilib-edilməməsini araşdırmamışdır.” b. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2340/202 3 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında” X1 əsasən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 26 aprel 2022-ci il tarixdə imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiq edilmişdir (xx.xx.2023-cü il, № 59-FZ Moskva, Kreml).
23. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilm iş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin xx.xx.2023-cü il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən müqavilə hər iki dövlət ərazisində ratifikasiya edilmişdir. Bu səbəbdən həmin Müqavilə hazırkı işə tətbiq edilməli və qeyd edilən dövrlər də iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasından görünür ki, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikintiquraşdırma tresti "Almazı Rosii-Saxa” səhmdar cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya Federasiyası) Tİ-4-də müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxi l edilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı da 25 ildən az təşkil edir.
27. Hazırki iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında 08.07. 2022-cı İl tarixdə yeni Qanun qəbul edilmiş və həmin Qanun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunla xx.xx.2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pens iya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilmişdir. Həmin müqavilənin 20-ci maddəsinin 1- 2-ci bəndlərinə əsasən müqavilənin qüvvəyə minməsi üçün bu Müqavilə ratifikasiya edilməlidir və bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıya münasibətdə tətbiq olunduğu halda həmin Müqavilənin də Rusiya Federasiyasında ratifikasiya edilib-edilməməsini araşdırmamışdır.".
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2340/2023 nömrəli qərarına əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təmi natı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında” X1 əsasən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında xx.xx.2022-ci il tarixdə imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiq edilmişdir. (xx.xx.2023-cü il, № 59-FZ Moskva, Kreml) Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin xx.xx.2023-cü il tarixli xidməti məktubunda Müqavilə xx.xx.2022-cİ il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilmişdir
29. Bununla bağlı qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin 12-ci maddəsin in 1-ci bəndinə əsasən Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında,xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilməsinə baxmayaraq, İnzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir.
30. Yuxarıda qeyd edilən hal isə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əm ək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiy a hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 33. “Vətənd aşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə
70. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların ba şqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. 34. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası nın Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.... Bakı şəhəri, 8 iyul 2022-ci il №579-VİQ Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında MÜQAVİLƏ Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Rusiya Federasiyası, iki dövlət arasında dostluq münasibətlərini dərinləşdirmək və pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyini rəhbər tutaraq, aşağıdakılar barədə razılığa gəldilər: İ Bölmə Ü MUMİ MÜDDƏALAR Maddə 1 Anlayışlar
1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;... 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs;... 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasə n pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;...
2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2 Tətbiq sahəsi
1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə;... Maddə 18 Keçid müddəalar
1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.
2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qü vvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.
3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20 Müqavilənin qüvvəyə minməsi
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokol ları imzalaması yolu ilə həyata keçirilir.
4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir.
35. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
39. Cavabdeh iddiaçının 19 92-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazandığı iş stajını, həmin tarixdən xx.xx.2006-cı il tarixədək isə Azərbaycan Respublikasının ərazisində qazandığı iş stajını mübahisələndirmir.
40. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Rusiya Federasiyasının "xxxx" Səhmdar Şirkətinin Ayxalsk tikinti-quraşdırma trestində işləmişdir.
41. Cavabdeh qeyd edir ki, qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006cı il tarixədək ümumi iş stajı da 25 ildən az təşkil edir.
42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab edir. Belə ki, İstinad edilən Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.
43. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilərdi.
44. Müqavilənin 20-ci maddəsinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir (1). Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir (2).
45. Müqavilə hər iki dövlət qanunverici orqanı tərəfindən ratifikasıya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir (https://www.mid.ru/ru/foreign_policy/international_contracts/international_contracts/2 _contract/60800/).
46. Digər tərəfdən, Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin (Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır) və 20-ci maddəsinin 2-ci bəndinin (Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir) tələbləri nəzərə alındıqda, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən ona əmək pensiyası təyin edilməsi üçün RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Qeyd olunduğu kimi, onun həmin staja əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaq ki, bu halda da, o, artıq əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən təyin edilməsini (RFnin ərazisində qazandığı staja istinadla) tələb edə bilməz.
47. Məhkəmə kollegiyası nəzərə alır ki, 1999-cu il noyabrın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir.
48. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Fed erasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir.
49. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrində və həmin Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ının onun 57 yaşının tamam olduğu tarixdən təyin edilməsini tələb edə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2340/2023 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.