Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-525/2021 10.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: hərbi qulluqçunun mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən imtina; hərbi xidmətin qüsursuz olması şərti ödənilmir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi nümayəndə, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2020-ci il tarixli, 2-1(103)1783/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək hərbi xidmətdə olmuş, xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xxxx saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.
2. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdehə ərizə ilə müraciət edərək mənzillə təmin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli, xxxx nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının xidmət dövrü ərzində qüsurlu xidməti olduğu səbəbdən adının Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahılarına daxil edilmədiyini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, 1992-2015-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, polkovnik leytenant hərbi rütbəsinə yüksəlmiş, hərbi xidməti əsasən cəbhə xəttində keçmişdir. Hərbi xidmət dövründə öz sağlamlığını itirməsinə baxmayaraq 2014-cü ilin sonlarında onu öz xahişi ilə ordudan tərxis etmədilər. Əvəzində isə onu xidməti uyğunsuzluq adı altında işdən azad etdilər. Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin xxx saylı xx.xx.2013-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Belə ki, 10 illiyə görə 3-cü, 15 illiyə görə 2-ci, nəhayət 20 il qüsursuz xidmətə görə qeyd olunan medalla təltif olunurlar. Göstərilənlərə əsasən iddiaçının imtinası əsassızdır. İddiaçı ehtiyata buraxıldığı dövrdə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən gizir, o cümlədən zabit heyətindən olan hərbi qulluqçuların öz arzuları ilə və ya öhdəlik üzrə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmalarına qadağa qoyulmuşdur. Bu səbəbdən də o, uzun müddət döyüş şəraitində, əlverişsiz şəraitdə və daim psixoloji, həyat sağlamlıq üçün təhlükə olan yerdə gərgin şəraitdə xidmət keçən hərbi qulluqçu olaraq məcburiyyət qarşısında qalaraq xidməti uyğunsuzluq əsasında ehtiyata buraxılmışdır. Onun öz ərizəsi ilə azad olunması barədə raportuna da mənfi cavab verilmiş, işdən öz arzusu ilə azad olunmasına əsas isə bel ağrısı və xidmət dövrü ərzində aldığı travmalarla bağlı qollarının açılmaması olmuşdur. Bu hal hərbi həkim komissiyasının arayışları ilə bir daha təsdiq olunur.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 saylı Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınsa iddiaçını bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 saylı Fərmanına uyğun deyildir. Səbəb odur ki, iddiaçı xx.xx.2014-cü il tarixdə “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmamışdır. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir.
7. Bakı İnzibati Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2-1(112)-266/2020 saylı qərarı ilə (hakim – Fərid Mədətli) iddianın rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə iddiaçının hərbi qulluqçu kimi 20 təqvim ilindən çox xidmət etməsi müəyyən edilsə də, həmin xidmət illəri qüsursuz olmamışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, hazırkı iddia tələbi üzrə bununla razılaşmadığını, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsasının xəstəliyi ilə bağlı olduğunu göstərmişdir. Halbuki həmin əmr bu günədək onun tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Belə olan halda idd iaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılması onun xidmət illərinin qüsursuz olmadığını göstərir. Həmçinin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılmışdır. Qanunvericilik qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini istisna etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur.
9. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2020-ci il tar ixli, 21(103)-1783/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2020-ci il tarixli, 2-1(103)1783/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı həmin qərardan xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2020-ci il tarixli, 2-1(103)1783/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 16.05.2008-ci il tarixli 606-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci ilin iyun ayının 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata, yaxud is tegaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif olunurlar.
15. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməli idi.
16. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 28.1 2.2011-ci il tarixli 569 nömrəli Fərmanından göründüyü kimi, qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri üçün onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi şərtini irəli sürmüşdür ki, iddiaçıya münasibətdə də bu şərt yerinə yetirildiyi halda, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyi səhv təfsir edərək iddiaçının iddiasını təmin etməmişdir.
17. Beləliklə, apellyasiya instansiya məhkəməsi işin hallarını tam araşdırmadan əsassız nəticəyə gəlməklə İnzibati Prosessual Məcəllənin 12-ci və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini icra etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə və cavabdehin vəkili Vəkil2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərman:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş h ərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 152... Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır...
23. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən fakti ki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin hallarından göründüyü kimi, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci tarixli Fərmanının ona da şamil olunmasını tələb edir və kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən Fərmanı yanlış təfsir etmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
28. İddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir.
29. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir.
30. İddiaçının mənzillə təmin olunması üçün digər zəruri şərt qüsursuz xidmətinin olmasıdır ki, bu şərt iddiaçıya münasibətdə ödənilmir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığından onun xidməti qüsursuz hesab edilə bilməz.
31. Beləliklə, cavabdehin imtinası əsaslıdır və apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu ki mi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
33. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
34. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməs inin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2020-ci il tarixli, 21(103)-1783/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.