Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-525/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-525/2022) (Açar sözlər: bağçılıq torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi) Hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmə si” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(107)-439/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarında olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli, 241 saylı qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir.
2. İş materiallarında olan “Şəfa” kollektiv bağçılıq təsərrüfatının pasportunda Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı XDS-in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə 6 sot torpaq sahəsi verilmişdir. Pasportun qeyd hissəsində torpaq sahəsinin köhnə xəstəxana əra zisindən verildiyi qeyd edilmişdir.
3. İş materiallarında olan Mingəçevir şəhər X4 İttifaqı Şurasının 29 may 1997-ci il tarixli 44 nömrəli protokolunda Şuranın iclasında Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsinin qərara alınması qeyd edilmişdir.
4. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən görünür ki, sənəd üzrə torpaq sahəsi 0.06 ha, faktiki 0.0499 ha-dır. Torpaq sahəsinin cənub tərəfindən hasardan içəri 1.5-2.5 metr, şimal tərəfindən hasardan 5 metr çöl tərəfdən 330 kv yüksək gərginlikli hava elektrik xətti keçir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona “Şəfa” bağçılığında onun adına ayrılmış 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir.
6. Cavabdeh 5 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 15 avqust 2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədlərində mövcud olan “Şəfa” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmiş və torpaq sahəsinin yerini və ölçülərini əks etdirən yerquruluşu planı ərizəyə əlavə edilməmişdir. Həmçinin hüquqların dövlət reyestrində qeydiyyata alınmalı olan torpaq s ahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinin mühəndisləri tərəfindən yerində müayinə olunarkən, istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin keçməsi aşkar olunmuşdur. Belə olan halda, Torpaq məcəlləsinin 62-ci maddəsində qeyd olunduğu (Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər) kimi həmin torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən qısamüddətli istifadə və ya icarəyə verilə bilər. Odur ki, İddiaçı sözügedən torpaq sahə si üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 16 mart 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhərində “RMZ”-nin şimalında yerləşən 1986-cı ildən istifadəsində və sahibliyində olan “Şəfa” bağçılığında onun adına ayrılmış 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X15 İcraiyyə Komitəsinin 14 avqust 1986-cı il tarixli, 241 saylı qərarı ilə "Şəfa" bağçılığından iddiaçıya 6 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə "Şəfa" kollektiv b ağçılıq təsərrüfatının pasportu iddiaçının adına tərtib olunmuşdur. Bundan sonra iddiaçı qeyd olunan torpaq sahəsindən hazırkı vaxtadək istifadə etmişdir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, təqdim olunmuş sənədlərdən də göründüyü kimi, ilkin hüquq sahibi Minayə Abbasova ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alğı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazırkı vəziyyətə və o cümlədən M ülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alğı-satqı predmeti ola bilər.
10. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-709/2021 nömrəli qərarı (hakim: X9) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona “Şəfa” bağçılıq təsərrüfatının ərazisindən 0.06 ha torpaq sahəsinin verildiyini bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “Şəfa” bağçılıq təsərrüfatının adlı siyahısında iş üzrə üçüncü şəxs X5 adı qeyd edilmiş, iddiaçının adı qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi “Şəfa” kollektiv bağçılıq təsərrüfatının pasportunun təsdiq edilmiş surətindən Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı XDS-in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə 6 sot torpaq sahəsinin verildiyi yazılsa da, XDS-in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi 29 may 2000-ci il tarixində 44 nömrə ilə təsdiqlənmiş 29 may 1997-ci il tarixli Mingəçevir şəhər X7 X10 Şurasının 44 nömrəli protokolundan çıxarışda Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsinin qərara alındığı yazılmışdır. Qeyd olunan qərar isə arxivdə mövcud deyil, həmçinin iddiaçı da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının ol maması yuxarıda qeyd olunan normaya əsasən onun iddiasının təmin olunmasını istisna edir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(107)-439/2021 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X12 və X14) ilə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsinin iddia tələbini təmin etməməsinin səbəbi o olmuşdur ki, - o Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləməmiş; - üçüncü şəxs X11 ilə alqı-satqı etməmişdir. Apellyasiya şikayətində də qeyd etdiyi kimi o heç kimlə alqı-satqı etməmiş, torpaq sahəsi X2 dülgər işlədiyi vaxt iş üzrə üçüncü şəxs X6 verilən torpaqdan Minayə Abbasovanın imtina edərək istifadə etmədiyi üçün ona verilmişdir. Bu fakt onun orada işləməyini və siyahı üzrə 48 nömrəsi ilə qeyd edilən sahədən 6 sot torpaq verilməsini təsdiq edən arayışda öz əksini tapmışdır (şikayətə əlavə edilib). Hər iki instansiya məhkəməsi q eyd edilənləri araşdırmamışdır, sadəcə arxivdə belə bir qərarın olmadığına əsaslanırlar. Lakin qeyd edir ki, sənədləşmə işlərini o aparmamış, sənədləri də arxivə vermişdir. İş üzrə hərtərəfli araşdırma aparılmadan qərar qəbul edilmişdir.
17. Bundan başqa sözügedən torpaq sahəsi ona ayrıldığı zaman da orada cavabdehin imtinasının ikinci əsası kimi qeyd etdiyi elektrik xətti orada vardı və bu torpağın ayrılmasına heç bir mane deyildi. Həmin torpaq sahələri torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin istifadəsində qalmaqla onlar tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötü rücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələbinə riayət etməklə istifadə oluna bilər. İstifadəsində və sahibliyində olan bu torpaq sahəsi 1986-cı ildə ayrılan zaman cavabdehin əsas kimi qeyd etdiyi Qaydalar mövcud deyildi və torpaq sahələrinin mülkiyyətə keçməsi qaydaları sonradan qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torp aqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerqurul uşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə
25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
20. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrin in ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram:
1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğ vetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri t ərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə.68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsasl ı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarı ilə və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu məhkəmə qərarı qanuni və əsaslı olmalıdır ki, bu da hazırkı qərarın “Tətbiq edilən hüquq” hissəsinin 22-ci bəndində göstərilmiş prosessual hüquq normalarından irəli gəlir (İPM-in 68.1, 68.2, 69.4-cü maddələri).
26. Lakin apellyasiya məhkəməsinin qərarı İPM-in 68.1, 68.2, 69.4-cü maddələrinin tələblərinə cavab vermir.
27. Belə ki, apellyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsindən göründüyü kimi, apellyasiya məhkəməsi qərarının əsaslandırma hissəsində bir neçə maddi hüquq normalarının mətnlərini yazmaqla və işin hallarını sadalamaqla kifayətlənmiş, məsələnin müfəssəl və dolğun araşdırılmasını aparmamış, buna görə də apellyasiya məhkəməsinin inzibati mübahisə üzrə gəldiyi nəticə yalnız çox qısa bir cümlədən ibarət olmuşdur.
28. Apellyasiya məhkəməsi qərarın əsaslandırma hissəsində göstərir ki, iddiaçı ona “Şəfa” bağçılıq təsərrüfatının ərazisindən 0.06 ha torpaq sahəsinin verildiyini bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “Şəfa” bağçılıq təsərrüfatının adlı siyahısında iş üzrə üçüncü şəxs X5 adı qeyd edilmiş, iddiaçının adı qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi “Şəfa” kollektiv bağçılıq təsərrüfatının pasportunun təsdiq edilmiş surətindən Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı XDS- in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə 6 sot torpaq sahəsinin verildiyi yazılsa da, XDS-in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi 29 may 2000-ci il tarixində 44 nömrə ilə təsdiqlənmiş 29 may 1997-ci il tarixli Mingəçevir şəhər X7 X8 Şurasının 44 nömrəli protokolundan çıxarışda Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsinin qərara alındığı yazılmışdır. Qeyd olunan qərar isə arxivdə mövcud deyil, həmçinin iddiaçı da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməyib.
29. Kollektiv bağçılıq-yoldaşl ıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması yuxarıda qeyd olunan normaya (qərarın “Tətbiq olunan hüquq” hissəsinin 21-ci bəndi) əsasən onun iddiasının təmin olunmasını istisna edir. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi.
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin qərarında bir sıra maddi hüquq normalarına istinad etməsi və işin üstdə olan hallarının sadalanmaqla kifayətlənməsi məhkəmə qərarının qanuni və əsaslı olması anlamına gələ bilməz, belə ki, işin hallarının tam və hərtərəfli araşdırılması, o cümlədən əlavə sübutların toplanması, onların tətbiq edilən maddi hüquq normalarının müddəaları bax ımından qiymətləndirilməsi və bundan sonra iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməsi mümkündür.
31. Lakin apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-in “İşin hallarının araşdırılması prinsipi” adlanan 12-ci maddəsini pozmuşdur (qərarın “Tətbiq olunan hüquq” hissəsinin 22-ci bəndi).
32. Belə ki, apellyasiya məhkəməsi qərarında, XDS-nin 14.08.1986-cı il tarixli, 241 nömrəli qərarına istinadən İddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında dülgər işləmiş olduğunu özü yazsa da, həmin abzasın sonunda göstərir ki, “... həmçinin iddiaçı da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməyib”.
33. Halbuki işin bu ziddiyyətli məqamını aradan qaldırmaq məqsədi ilə, apellyasiya məhkəməsi iddiaçıdan onun əmək kitabçasını tələb edərək sözüged ən məsələni araşdırmalı olduğu halda bunu etməmiş, nəticə etibarı ilə də işin bu mühüm halının müəyyən edilməsinə səthi və formal yanaşmışdır.
34. Eyni ilə, iddiaçının hələ iddia ərizəsində göstərərək məhkəmə proseslərinin sonrakı mərhələlərində də israrla bildirdiyi, sözügedən torpaq sahəsində ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi ilə bağlı da apellyasiya məhkəməsi heç bir araşdırma aparmamış, yəni həmin evin ümumiyyətlə hansı sənədlərinin olması, evə qeydiyyat pasportunun olması və bu kimi məsələlər yoxlanılmamış, halbuki işin 24-cü səhifəsində olan cavabdehin tərtib etdiyi 25 yanvar 2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının “İcazəsiz tikililər” adlı hissəsində “yarımçıq tikili var” yazısı mövcuddur.
35. Məhkəmə kollegiyası xüsu si olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçının “apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi” mövqeyi ümumiyyətlə hazırkı qərarın “Tətbiq olunan hüquq” hissəsinin 22-ci bəndində göstərilən prosessual hüquq maddələrinə (İPM-in 12.1, 12.2-ci maddələri) ziddir.
36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 02.12.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin edi lsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(107)-439/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.