Məhkəmə qərarları › İş №2-1(102)-525/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-525/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-525/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-525/2023) (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2-1(103)-2186/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 02 fevral 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar inzibati orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanmış və əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci m addəsinə əsasən 27 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3297,83 manat) 80 faizi 2638,30 manat məbləğində müəyyən edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək son iki ildə aldığı əmək haqqının cəmi məbləğinin 96853.12 manat təşkil etməsinə istinadən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, pensiyanın məbləği düzgün hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pe nsiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun pensiyasının məbləği düzgün hesablanmamışdır. Belə ki, prokurorluq orqanlarında işləmiş əməkdaşlara əmək pensiyası təyin edilərkən onların işlədikləri son 24 ay və ya ardıcıl gələn istənilən 60 ayda aldıqları əmək haqları nəzərə alınaraq pensiya hesablanması aparılır. Odur ki, onun pensiyasının məbləği 3228,43 manat təyin olunmalı idi (96853,12 manat: 24 ay x 80% = 3228 manat 43 qəpik). Lakin heç bir əsaslandırma aparılmadan ona 2638,30 manat pensiya təyin olunmuş və bununla da onun sosial təminat hüququ pozulmuşdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1941/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə k ompensasiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna olunmayan gəlirdir. Baş Prokurorluq tərəfindən təqdim edilən arayışa əsasən müəyyən olunur ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 18260,01 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Prokurorluq orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıd ır. Odur ki, dövlət qulluqçularına (eləcə də dövlət qulluğunun xüsusi növünə) münasibətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilmiş kompensasiyanın əmək haqqına daxil edilməməsinə dair müddəa faktiki olaraq əhəmiyyətini itirmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2-1(103)-2186/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X3) ilə Bakı İnzibati Məhkəməsinin 8 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ya qulluqdakı son 24 ay 2019-2021-ci illərdəki dövrdəki orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin edildiyindən, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri iddiaçı tərəfindən təqdim edilmiş bir sıra sənədlərdə, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumlarının xx.xx.2020-ci il tarixli və 02 fevral 2022-ci il tarixli qərarlarında, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-1032/17 saylı qərarında qeyd olunanlara münasibətini bildirməmiş və ümumiyyətlə bunlar məhkəmə prosesi zamanı araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(103)-2186/2022 saylı qərarından göründüyü kimi, məhkəmə işdəki və iddiaçı tərəfindən təqdim edilmiş sübutları ətraflı araşdırmamış, məhkəmənin gəldiyi nəticə əsaslandırılmamış, subyektiv və əsassiz dəlillər əsasında yekun qərar qəbul edilmişdir.

14. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qullu qçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»-nın 3-cü və 9-cu bəndlərində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluqçunun 24 ayı ərzində və ya ardıcıl gələn istənilən 60 ayı ərzindəki aldığı məvacibindən hesablanır və dövlət qulluqçunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ 16. “Əmək pensiyaları haqqında” qanun Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr KM1... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; [80] 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksi yalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:...

17. İnzibati Prosessual Məcəllə: Ma ddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasla ndırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Odur ki, qərar ləğv edilməli, iddia təmin edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

21. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçıya 2019-2021-ci illər üzrə (prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində) ümumil ikdə 96853.12 manat əmək haqqı ödənilmişdir (Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2021-ci il tarixli 20/115 saylı arayışı – iş v. 13). Eyni zamanda, cavabdeh iddiaçıya 2021-ci ilin yanvar ayında ona ödənilmiş 18260.01 manat məbləğindəki məzuniyyət haqqını nəzərə almadan pensiya hesablamışdır.

22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı da məhz ona ödənilmiş məzuniyyət haqları nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasıdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinin əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanl arında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən müəyyən edilir.

24. Hazırkı iş üzrə iddiaçının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmağını tələb etdiyi məbləğ onun prokurorluq orqanlarında qulluğunun son 24 ayı ərzində ödənildiyindən, iddiaçı həmin məbləğin pensiyasının hesablanması zamanı nəzərə alınmağını tələb etməkdə haqlı olmuşdur.

25. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilənləri nəzərə almayaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2-1(103)-2186/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar