Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-525/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1964) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İş illərinin sosial sığorta s tajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 21(104)-570/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1981-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.
2. X1 və X2 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı Azərbaycan SSR Ticarət Nazirliyinin (TN) “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) xx.xx.1991-ci il tarixdən 29 №-li mağazaya xadimə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. O, Azərbaycan SSR Ticarət Nazirliyinin “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında dekabr 1991-1993-cü illər əmək haqqı almışdır, onun 1994-1998-ci illər üzrə isə əmək haqqı cədvəlləri arxivdə yoxdur. 3. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən, iddiaçı xx.xx.2011ci il tarixdən hal-hazıradək Gəncə şəhər Yoluxucu Xəstəliklər xəstəxanasında kiçik tibb bacısı vəzifəsində işləyir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına uyğundur.
4. İddiaçı ona g üzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən əmək kitabçasında və X1 və X2 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arxiv arayışında xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 №-li mağazasında xadimə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin müəssisənin xx.xx.2022-ci il tarixli arayışında 1994-1998-ci il tarixləri arası dövr ərzində əmək haqqı cədvəllərinin arxivdə olmadığı qeyd edilmişdir. Buna görə də 1994-1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də, onun ümumi iş stajı 25 ildən az (22 il 9 ay 22 gün) təşkil edir. Həmçinin onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, qeydə alınmalı pensiya kapitalının aşağı həddi 34560 manat olmalı halda, iddiaçıda cəmi 21777,02 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1994-xx.xx.1998-ci illərdə işlədiyi əmək kitabçasında qeydiyyatı aparılmış dövrün ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli yinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmiş, 01 07.2011-ci il tarixdən hal -hazıradək isə Gəncə Yoluxucu xəstəliklər xəstəxanasında kiçik tibb bacısı vəzifəsində işləyir. Axırıncı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 19-cu Tibb və sosial təminat müəssisələri başlığının, a) yarım bəndində göstərilən vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlər ində: orta tibb heyəti, kiçik tibb heyəti vəzifələrinə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Əmək kitabçasına əsasən onun xx.xx.1998-ci il tarixədək cəmi 17 il 07 ay 01 gün, xx.xx.2011-il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək fərdi hesabında aparılan qeydiyyatlara əsasən 10 il və cəmi stajı 27 il 07 ay 01 gün təşkil edir. Bundan isə ümumi iş stajı 27 il 07 ay 01 gün, xüsusi iş stajı isə 10 ildir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1463/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, iddiaçının xx.xx.1994-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, müəssisənin əmək haqqı cədvəllərinin aşkar edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin mühafizəsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlardan da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Beləliklə, iddiaçının xx.xx.1994-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi 4 il 4 ay 10 gün müddət sosial sığorta stajında daxil edildikdə onun sosial sığorta stajının ümumilikdə 25 ildən çox olması təsdiq olunur.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş və ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)-570/2023 nömrə li qərarı ilə (sədrlik edən və məruzəçi A.İsgəndərova, hakimlər- A.Bayramov və R.Mamedov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 10 may 2023-cü il tarixli qərarı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsində dəyişdirilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, sorğu əsasında təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 25 avqust 2023- cü il tarixli 3-21-3-06/2-251/2023 saylı məlumatdan görünür ki, mərkəzin arxivinə Azərbaycan SSR Ticarət Nazirliyi (TN) “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 29 saylı mağazasının 1994-1998-ci illər üzrə əmək haqqı cədvəlləri təhvil verilməmişdir, lakin iddiaçının adına mövcud olan əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş və iddiaçı 195k nömrəli, 08 may 1998-ci il tarixli əmr ilə Daşkəsən rayonunda yerləşən 29 saylı mebel mağazasının xadiməsi vəzifəsindən azad edilmişdir. Belə olan halda, iddiaçının “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 29 saylı mağazasının 1994-1998-ci illər ərzində xadimə işlədiyi mötəbər sübutlarla təsdiq olunmuşdur.
14. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “İnzibati icraa t haqqında” Qanunun 19.1-ci, “Əmək pensiyaları haqqında” Qanunu 9.1-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində, imtina məktubu, iddia dair etiraz ərizəsində, eləcə də apellyasiya şikayətində olduğu kimi, iddiaçının 1994-1998-ci il tarixlər arasındakı dövr ərzində əmək haqqı cədvəllərinin arxivdə olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə uyğun olmamasını təkrarlamışdır.
17. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün cavabdeh “Əmək pensiyaları haqqında” Qanunu 1.0.2, 1.0.8, 9.1, 21.1-ci maddələrinə və İPM-in 73.1-ci maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan p ensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il az aldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
21. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXİV bölməsində 22600000—1 754a tauna qarşı idarələrdə məşğul olan işçilər nəzərdə tutulmuşdur.
23. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b)Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)1735/23, 2-1(102)2760/23, 2-1(102)1897/23, 2-1(102)558/23, 2-1(102)582/23, 21(102)919/23, 2-1(102)1960/22 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiya sı işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məh kəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutl arı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırkı mübahisənin predmetini iddiaçının tələb olunan 25 il sosial sığorta stajı (22 il 9 ay 3 gün sığorta stajı müəyyən olunduğundan) olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək p ensiyasının təyin olunmasından cavabdehin imtinası təşkil edir.
35. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının pensiya yaşına çatması, 10 il 7 ay xüsusi və 22 il 9 ay 3 gün ümumi sığorta stajına malik olması mübahisəsizdir.
36. Cavabdehin imtinasının yeganə dəlili iddiaçının iddia etdiyi 1994-1998-ci illər üzrə əmək haqqı cədvəlləri arxivdə olmamasıdır.
37. İşin araşdırılmış hallarına əsasən iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta ye tirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
38. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 18-19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
39. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçiril məsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır (bax: Ali Məhkəmənin 21(102)1735/23, 2-1 (102)2760/23, 2-1(102)1897/23, 2-1(102)558/23, 2-1(102)582/23, 21(102)919/23, 2-1(102)1960/22 nömrəli qərarları).
40. Belə olan halda, iddiaçıya məxsus sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal onun ziyanına şərh edilə bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-23a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kass asiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)-570/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.