Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-526/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, qanuni əsaslarla tərxis olunma barədə sübut olmadığına görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi XN, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-95N/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh 03.09.20N9-cu tarixli, N/M-NN755 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin 30.07.20N9-cu il tarixli, 9/2N0639 nömrəli arayışında “atasının” adı qeyd olunmadığından və 30.N2.N992-ci il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməs i məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N99N-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmətini Müdafiə Nazirliyinin N sayı hərbi hissəsində 22.09.N992-ci ildən 07.NN.N992-ci ilə qədər keçmişdir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh onun müraciətindən imtina etmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraicət etmişdir
5. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-4573/20N9 saylı, N8 dekabr 20N9-cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh öz imtinasında Mərkəzi Arxivin 30.07.20N9-cu il tarixli, 9/3-N0639 nömrəli arayışında ata adının qeyd olunmadığına və 03.N2.N992-ci il tarixdən sonrakı hərbi xidmət barədə məlumat olmadığına istinad etsə də, faktiki olaraq cavabdeh tərəfindən verilmiş arxiv arayışında və iddiaçıya məxsus hərbi biletdə onun N nömrəli hərbi hissədə xidmət etməsi barədə kifayət qədər əsaslı və mötəbər sübutlar (hərbi biletdə qeydlər və arxiv arayışı) mövcuddur. Həmçinin, 03.N2.N992-ci ildən sonra iddiaçı barəsində nizami hissə üzrə əmrlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ə daxil olmaması halı, iddiaçının təqsiri ucbatından olmamışdır və həmin hal iddiaçının hərbi hissədə xidmət etməməsini təsdiq etmir. Bu səbəbdən də, cavabdehin imtinasında göstərdiyi həmin hallar iddiaçının müharibədə iştirak etməməsi faktını təsdiq etmir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-95N/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və V.M.Ağayev) apelyasiya şikayəti təmin edilmiş, N saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-N(8N)-4573/20N9 saylı, N8 dekabr 20N9-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
9. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdə olması, N dekabr N992-ci il tarixli əmri ilə 3 gün müddətinə qısamüddətli məzuniyyətə getməsi işin mübahisəsiz halı olsa da, iddiaçının sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumatlar iş materiallarında aşkar edilməmiş, iddiaçı da bu barədə mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına təqdim edə bilməmişdir. Cavabdeh iddiaçıya «Müharibə veteranı» adının və müvafiq vəsiqəsinin verilməsini istisna edəcək faktiki şərtin mövcudluğunu sübut edə bilmişdir. N0. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxıl ması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri NN. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus VÇ seriyalı 057483 nömrəli hərbi biletdə onun 22.09.N992-ci il tarixdən, 07.NN.N992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət keçməsinə, 24.07.N992-ci ildən 07.NN.N992-ci ilədək LaçınQubadlı bölgələrində gedən döyüşlərdə iştirak etməsinə dair qeydlər vardır. N2. Bundan başqa, Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 30.07.20N9-cu il tarixli, 9/2-N0639 nömrəli arayışda qeyd olunmuşdur ki, N () nömrəli hərbi hissə komandirinin 03.09.N992-ci il tarixli 42 saylı əmrində 002 nömrəli hissədən göndərilmiş, siravi Füzuli Məmmədovun (əmrdə atasının adı yoxdur) 2-ci taborun şəxsi heyətiunin siyahısına daxil edilməklə, hər növ təminatla təmin ediləcək atıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 03.N2.N992-ci il tarixli, 30 nömrəli əmrində, siravi Füzuli Məmmədovun (əmrdə atasının adı yazılmamış və vəzifəsi göstərilməmişdir) ailə vəziyəti ilə əlaqədar olaraq 3 (üç) gün müddətinə qısamüddətli məzuniyyətə buraxılması barədə məlumat vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N3. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: N4. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasi ya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. N5. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ N6. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən v ahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və y a barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N7. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. N8 “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. N9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş D QMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döy üş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsa rət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qəra r qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2N. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ola raq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarındakı sənədlərdə istinad edərək bildirmişdir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair işdə mötəbər sübutlar olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
25. İddiaçı hazırda kassasiya şikayəti verərək bildirir ki, cavabdeh tərəfindən ona əsassız olaraq müharibə veteranı adı və vəsiqəsi verilməyib.
26. Məhkəmə kollegiyası «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il, 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə ve teranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir.
27. İş materiallarına əlavə olunmuş sənədlərdə iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis edilməsi müəyyən edilmir. Belə ki, iddiaçıya məxsus VÇ seriyalı, 057483 nömrəli hərbi biletdən görünür ki, o, Laçın-Qubadlı bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. Lakin həmin hərbi biletdə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair məlumat yazılmamışdır.
28. Eyni zamanda, işdə olan AR Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 30 iyul 20N9-cu il tarixli 9/2-N0639 nömrəli arxiv arayışına əsasən, iddiaçının 850(706) nömrəli hərbi hissə komandirinin N dek abr N992-ci il tarixli 30 nömrəli əmri ilə 3 gün müddətinə qısa müddətli məzuniyyətə getməsi qeyd edilsə də, 706(850) nömrəli hərbi hissə komandirinin iyul-avqust, oktyabr- noyabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, "Müharibə veteranı" adının və "Müharibə veteranı vəsiqəsi"nin verilməsi üçün şəxsin ezam olunduğu ərazidə döyüş əməliyyatlarında iştirak etməsi faktı hərbi biletdə göstərildikdə bu fakt o halda yetərli sayılır ki, hərbi bilet, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə təqdim edilsin. İddiaçının hərbi xidmətdə olması, N dekabr N992-ci il tarixli əmri ilə 3 gün müddətinə qısamüddətli məzuniyyətə getməsi işin mübahisəsiz halı olsa da, iş materiallarında iddiacının sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumatlar mövcud deyildir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 3N. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq n ormalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
32. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
33. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-95N/2020 saylı iş üzrə 07 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.