Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-526/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi Hakimlər: Kərimov Səyyad Əli oğlu-sədrlik edən və məruzəçi, Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X4, bundan sonra üçüncü şəxs) “daşınmaz əmlakı n dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2-1(105)-302/2021 saylı qərarından üçüncü şəxsin kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçıya Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 0.11 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində 1641 nömrəsi ilə qeydiyyata alınaraq iddiaçıya JN-759A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir.
2. Həmçinin, Şamaxı ra yon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə üçüncü şəxs X3 Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 0.10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində 1545 nömrəsi ilə qeydiyyata alınaraq X3 JN-666A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir.
3. Üçüncü şəxs Şamaxı rayonunun Nağaraxana kəndində ona ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 23.08.2014-ci il tarixdə çıxarış almışdır.
4. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndinin ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ barədə X1 adına aparılmış qeydiyyatın ləğv edilməsini və RX seriyalı, ** ***** nömrəli müvafiq çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir.
5. Cavabdeh 11 sentyabr 2018-ci il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin faktiki koordinatları sənəd üzrə göstərilən sahənin koordinatlarından fərqlidir. Belə ki, onun tərəfindən göstərilən torpaq sahəsinin 0,10 ha hissəsinə 23 avqust 2014-cü il tarixdə X2 adına reyestrdən çıxarış verilmişdir. X2 mülkiyyət hüququ qeydiyyata alınarkən tərəflərindən DTXK-nın Şamaxı rayon şöbəsinə 25 iyul 2014-cü il tarixdə **********19 nömrəli sorğu məktubu göndərilmişdir. DTXK-nın Şamaxı rayon şöbəsindən aldıqları cavab məktubunda xəritədə texniki səhvin olduğu bildirilmiş və 22 avqust 2014-cü il tarixdə faktiki torpaq sahəsinin koordinatlarını əks etdirən akt təqdim olunmuşdur. Akt Şa maxı rayon Nağaraxana Bələdiyyəsinin sədri, DTXK-nın Şamaxı rayon şöbəsinin mütəxəssisi və mülkiyyətçi X. Abbasovanın iştirakı ilə tərtib olunmuşdur. Həmin akt əsasında X2 mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır. Torpaq sahəsi mübahisəli olduğu üçün ərizənin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı n ləğv edilməsini və onun adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, JN-759A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,11 hektar torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi haqqında müraciət etsə də, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Bələdiyyə nümayəndəsi, torpaq komitəsinin səlahiyyətli olubolmadığı məlum olmayan hansısa əməkdaşı və adi vətəndaş, torpaq sahəsində maraqlı olan X4 tərəfindən tərtib edilmiş aktın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün əsas kimi qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları nəzərdə tutulmuşdur. Həmin halların heç biri iddiaçıya münasibətdə mövcud deyildir. Bundan başqa, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5668/2017 nömrəli, 16.08.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində 0,11 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair X2 adına çıxarış vermişdir. İddiaç ı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndinin ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini və onun adına cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə cavabdehə 13.09.2018-ci ildə müraciət etmişdir. Lakin müraciətinə cavab almamışdır.
8. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haq qında” Qanunun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı iddia etdiyi 0.10 ha torpaq sahəsinə 23 avqust 2014-cü il tarixdə X2 adına reyestrdən çıxarış verilmişdir. X2 mülkiyyət hüququ qeydiyyata alınarkən şəhadətnamədə koordinatlar göstərilmədiyi üçün, tərəflərindən DTXK-nın Şamaxı rayon şöbəsinə 25 iyul 2014-cü il tarixdə **********19 nömrəli sorğu məktubu göndərilmişdir. DTXK-nın Şamaxı rayon şöbəsindən alınan cavab məktubunda xəritədə texniki səhvin olduğu bildirilmiş və idarəyə 22 avqust 2014-cü il tarixdə faktiki torpaq sahəsinin koordinatlarını əks etdirən akt təqdim olunmuşdur. Akt Şamaxı rayonu, Nağaraxana Bələdiyyəsinin sədri, DTXK-nın Şamaxı rayon şöbəsinin mütəxəssisi və mülkiyyətçi X. Abbasovanın i ştirakı ilə tərtib olunmuşdur. Həmin akt əsasında X2 mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır. İddiaçı iddia etdiyi torpaq sahəsi X. Abbasovanın adına qeydiyyata alındığına görə, İddiaçı Şamaxı Rayon Məhkəməsinə “zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına dair ” iddia ilə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsi tərəfindən proses zamanı mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən, iddia predmeti olan torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçının iddiası Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 2(074)-16/2016 saylı qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixl i, 2(105)-239/2017 saylı qətnaməsi ilə təmin edilməmiş, Şamaxı rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 2(074)-16/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(105)-399/2017 saylı qətnaməsi Ali Məhkəmənin 16 avqust 2017-ci il tarixli 2(102)5668/2017 saylı qərarı ilə qismən ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Hal-hazırda məhkəmə prosesi davam edir.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-1(085)950/2019 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
10. Üçüncü şəxs iddiaya etirazında bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzrə Şamaxı rayon Məhkəməsinin icraatında olan İddiaçı X5 qarşı “torpağın boşaldılması və sair” tələbinə dair iş üzrə 13 avqust 2015-ci il tarixdə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2015-ci il tarixli “Tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizasının rəyi”nə əsasən, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən, İddiaçı məxsus (şəhadətnamə 759A, kod 41011018 ) 0.11 ha həyətyanı torpaq sahəsi X6ma məxsus **********83 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi daş hasarla hasarlanmışdır. Bundan əlavə, həmin iş üzrə əlavə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təy in olunmuş və AR ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 09 fevral 2016-ci il tarixli rəyə əsasən, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən İddiaçı tərəfindən mübahisələndirilən 0.11 ha həyətyanı torpaq sahəsi X3 məxsusdur və iddia olunan torpaq sahəsi X4 tərəfindən zəbt olunmamışdır. Bundan əlavə, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2015-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, “Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallarında olan və əlavə olaraq Mərkəzə təqdim olunmuş AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin 20 oktyabr 2015-ci il tarixli, **********07 saylı məktubunun göstəricilərini nəzərə alaraq, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən İddiaçı məxsus (şəhadətnam ə kod ********) 0.11 ha və X3 məxsus (0430056 nömrəli Çıxarış) 0.10 ha həyətyanı torpaq sahələrinin koordinatları müəyyən edilməklə həmin torpaq sahələrinin üst-üstə düşmədiyi və iddia olunan torpaq sahəsinin mişar daşı ilə hasarlanması müəyyən edilir’'. Lakin bütün bunlara, eləcə də tərəfimizdən mübahisəli torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi barədə məhkəməyə sübutlar təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən yenidən ekspertiza təyin olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş 13 yanvar 2020-ci il tarixli mütəxəssis rəyində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın X2 adına qeydiyyata alınmış Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə (qərar, akt, mülkiy yətə verilməsinə dair şəhadətnamə və s.) uyğun qeydiyyata alınıbalınmamasının müəyyən edilməsinin mütəxəssisin səlahiyyətinə aid olmadığı qeyd olunmuş, həmçinin iddiaçının istəyinə uyğun olaraq tərtib olunmuş “Mübahisəli torpaq sahəsinin yerləşmə sxemi”ndə mübahisəli torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinin istifadəçisinin guya müəyyən olunmadığı qeyd edilmişdir. Əslində isə əvvəlki ekspertlər tərəfindən tərtib olunmuş sxemlərdə X3 məxsus mübahisəli torpaq sahəsinin yanındakı torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X8) 9 fevral 2021-ci il tarixli, 21(118)-14/2021 saylı iş qərarı ilə iddia təmin edilmiş, iddiaçının sahibliyində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzər ində X2 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş və onun adına cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aparılmış araşdırma zamanı iddiaçının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-759A seriyalı, 41011018 saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış qeydiyyata dair RX seriyalı, ******* saylı çıxarışa əlavə olunmuş torpaq sahəsinin plan-ölçü sənədindəki koordinatların üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bu eynilik cavabdeh tərəfindən üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassız olması qənaətinə gətirib çıxarır.
13. Üçüncü şəxs apelyasiya ş ikayəti verərək həmin qərarın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X10 və X11) 1 dekabr 2021-ci il tarixli, 2-1(105)-302/2021 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarı dəyişdirilərək iddia təmin edilmiş, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış 23.08.2014-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0.10 ha hissəsinin üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0. və 8.0.5-ci maddələrinin tələbinə görə, qeyd edilən şəhadətnamə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.5-ci maddələrində də nəzərdə tutulub.
16. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazların dəlilləri Kassasiya şikayətlərinin dəlilləri
17. Azərbaycan Respublikasının 09.11.1991-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 46-cı maddəsinin mənasına görə, vətəndaş torpaq sahəsindən dalbadal 2 il istifadə etm ədikdə və ya ondan müəyyən edilmiş məqsədə müvafiq surətdə istifadə etmədikdə, torpaq sahəsindən istifadə hüququna xitam verilə bilər. Azərbaycan Respublikasının 25.06.1999-cu il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 32-cı maddəsinin mənasına görə, qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə, torpaq sahəsindən istifadə hüququna xitam verilir.
18. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərindən görünür ki, qeyri- kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə torpaq sahəsindən istifadə hüququna xitam verilir.
19. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azad lıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyə n edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
20. Azərbaycan Respublikasının 09.11.1991-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 46-cı maddəsi, Azərbaycan Respublikasının 25.06.1999-cu il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 32-cı maddəsi və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş müddətlər kəsici müddətlərdir. İddiaçı həmin müddətləri də ötürmüşdür. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
22. Mülki Məcəllə Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı müba hisələr məhkəmə qaydasında həll edilir. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla r əsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. [40] 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildi rsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
24. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xid məti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda is ə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Üçüncü şəxsin kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edi lmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvinə yönəlmişdir.
31. Üçüncü şəxsin kassasiya şikayətinin əsaslarına görə iddiaçı hazırkı iddia üzrə iddia müddətini ötürmüşdür.
32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericilikdə müddət məhdudiyyətinin müəyyən olunması iddianın növünə bağlıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu qərarın 24-cü bəndində istinad olunan və iş üzrə tətbiq edilən normalarda iddianın bu növü ilə bağlı müddət məhdudiyyəti müəyyən olunmamışdır.
33. Hazırkı mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qeyd olunmalıdır ki, baxılan mübahisə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassız olması ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Həmin hərəkətlərə qarşı mübahisələrə öhdəliyin icrası haqqında iddialar üzrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirm əyə haqlıdır.
34. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçıya Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 0.11 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi X9 Komitəsinin Şamaxı rayon şöbəsində 1641 nömrəsi ilə qeydiyyata alınaraq iddiaçıya JN-759A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir.
35. Bu qərarın 23-cü bəndində qeyd edilmiş normanın məzmunundan görünür ki, daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qismində müəyyən edilmişdir. Səlahiyyətli inzibati orqan tərəfindən hüquql arın dövlət qeydiyyatı qanunla müəyyən olunmuş müvafiq əsasa uyğun aparılmalı və qeydiyyat haqqında müvafiq dövlət aktı verilməlidir. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh dövlət aktını iddiaçıya verilmiş JN-759A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə uyğun tərtib etməli olduğu halda bunu etməmiş, həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin iddiaçıya məxsus olan hissəsini üçüncü şəxsin adına rəsmiləşdirmişdir. Nəticədə iddiaçı tərəfin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Bu baxımdan, həmin aktın ləğv olunması ilə bağlı iddiaçının tələb hüququ tanınmalı və mübahisə predmeti olan akt ləğv edilməlidir.
36. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində sadalanmışdır.
37. Adı çəkilən Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir.
38. İstinad olunan normanın müddəalarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” həmin torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas sayılır.
39. Hazırki iş üzrə iddiaçının üçüncü şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirdiyini nəzərə alaraq, həmin qeydiyyatın aparılmasına səbəb olmuş əsaslara qiymət verilməlidir.
40. Məhkəmənin sorğusuna cavabdan müəyyən olunmuşdur ki, üçüncü şəxs X2 adına aparılmış 23.08.2014 -ci il tarixli, ********** nömrəli qeydiyyat həmin şəxsin adına verilmiş JN-666A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında aparılmışdır. Lakin, qeydiyyat aparılan zaman həmin torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əlavə edilmiş xəritənin səhv göstəriciləri səbəbindən DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən 25 iyul 2014-cü il tarixli, **********19 saylı məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə müraciət olunmuşdur.
41. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 230 saylı, 12 avqust 2014-cü il tarixli məktubunda üçüncü şəxsə ayrılmış torpaq sahəsinin xəritədə texniki səhv olaraq göstərilən yerin əks istiqamətində yerləşdiyi bildirilmişdir. 42. 22 avqust 2014-cü il ta rixdə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən üçüncü şəxsin və bələdiyyənin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş akta əsasən, torpaq sahəsinin faktiki koordinatları dəqiqləşdirilmiş və torpaq sahəsinə baxış keçirilərkən naturada torpaq sahəsində heç bir problemli və ortaq torpaq sahəsinin olmadığı müəyyən edilmişdir.
43. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 230 saylı, 12 avqust 2014-cü il tarixli məktubu və 22 avqust 2014-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilmiş koordinatlar əsas götürülərək, cavabdeh tərəfindən 0.10 ha torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
44. Beləliklə, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 23.08.2014-ci il tarixli, ********** nömrəli qeydiyyatın JN-666A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında aparıldığı iddia edilsə də, həmin şəhadətnaməyə əlavə edilmiş torpaq sahəsinin planında qeyd edilmiş torpaq sahəsinin deyil, göstərilən yerin əks istiqamətində olan torpaq sahəsinin koordinatlarına istinad edildiyi müəyyən olunmuşdur.
45. Belə olduğu təqdirdə, mübahisənin düzgün həlli baxımından 22 avqust 2014cü il tarixli aktda koordinatları göstərilən torpaq sahəsinin həmin aktda qeyd edildiyi kimi, həqiqətən boş sahə olub-olmadığı, boş olmadığı təqdirdə həmin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi olub-olmadığı aydınlaşdırılmalıdır.
46. Nəzərə almaq lazımdır ki, həm iddiaçıya, həm də üçüncü şəxsə torpaq sahəsinin Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci i l tarixli, 08 saylı qərarı ilə ayrıldığı hazırki işin mübahisələndirilməyən halıdır.
47. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş Şamaxı rayonunun Nağaraxana kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, sıra sayı 666 olan X3 xəritədə 501 nömrə altında 0,10 ha torpaq sahəsi, sıra sayı 759 olan İddiaçı xəritədə 513 nömrə altında 0,11 ha torpaq sahəsi ayrılmışdır (cild 1, i.v.143).
48. Həmçinin, Şamaxı rayonu, Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerquruluşu planına əsasən, həqiqətən də xəritədə 501 nömrəli torpaq sahəsində 666 A, həmin torpaq sahəsinə paralel, lakin əks istiqamətdə yerləşən 513 nömrəli torpaq sahəsində 759 A saylı torpaq sahəsi yerləşir. Həmin xəritə əyani b axış keçirilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən tələb olunmuşdur. İş materiallarının 2-ci cildinə əlavə olunan həmin xəritənin-yerquruluşu planının yuxarı sol küncündə mübahisəli torpaq sahələrinin yeri aydın müəyyən olunaraq dəqiqləşdirilmişdir.
49. DTXK-nin Şamaxı rayon şöbəsi 12 avqust 2014-cü il tarixli məktubda üçüncü şəxsə ayrılmış torpaq sahəsinin xəritəsində texniki səhv olması və torpaq sahəsinin göstərilən yerin əks istiqamətində yerləşdiyini bildirsə də, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində saxlanılan Şamaxı rayonunun Nağaraxana kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən, hər iki torpaq sahəsinə dair tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən, həmçinin Şamaxı rayonu, Nağara xana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerquruluşu planından görünür ki, bölgü zamanı hər hansı texniki səhvə yol verilməmiş, torpaq islahatı zamanı iddiaçıya ayrılmış 759 A saylı 0.11 ha torpaq sahəsinin xəritədə nömrəsi 513 olmaqla yolun bir tərəfində, üçüncü şəxsə ayrılmış 666 A saylı 0.10 ha torpaq sahəsi isə xəritədə 501 nömrə altında qeyd edilmiş, iddiaçının torpaq sahəsinə paralel olmaqla yolun o biri tərəfində, yəni əks istiqamətdə yerləşmişdir. 50. "xxxx" MMC-nin 14 saylı Şamaxı Layihə-Tədqiqat İdarəsinin nümayəndəsi, Şamaxı rayon İHB-nın Nağaraxana kənd ərazi üzrə icra nümayəndəliyi və Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin sədri tərəfindən birgə tərtib olunmuş və təsdiq olunmuş 05 dekabr 2016-cı il tarixli akta əsasən, iddiaçının müraciəti ilə əlaqədar ona mə xsus 0,11 ha torpaq sahəsinin döngə nöqtələri müəyyənləşdirilərək koordinatlar cədvəldə qeyd olunmuşdur.
51. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27890 saylı, 28 mart 2020-ci il tarixli rəyə əsasən, iddiaçının adına verilmiş JN-759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilmiş torpaq sahəsinin koordinatlarının Daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmış RX seriyalı, ******* saylı çıxarışa əlavə olunmuş torpaq sahəsinin plan-ölçü sənədindəki koordinatlarla üst-üstə düşdüyü müəyyən edilmişdir.
52. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mülki iş üzrə də 09 iyul 2018-ci il tarixli,12283 saylı analoji rəy verilmişdir.
53. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2(102)-8125/18 saylı qərarından görünür ki, İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə araşdırma zamanı ekspertiza keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 12283 saylı, 09 iyul 2018-ci il tarixli rəyinə əsasən iddiaçının adına verilmiş JN-759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin tanıdılması üçün yerquruluşu planı əsasında tərtib edilmiş 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilən koordinatlarla X2 adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış əlavə olunmuş torpaq sahəsinin plan-ölçü sənədindəki koordinatların üst-üstə düşdüyü müəyyən olunmuşdur.
54. Beləliklə, hər iki ekspertiza üzrə rəylə müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış to rpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilmiş koordinatlarla daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* saylı çıxarış əsasında X2 adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsinin koordinatları tam olaraq üst-üstə düşür.
55. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, Şamaxı rayonunun Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerquruluşu planı üzərində əsas oriyentir kimi tərpənməz istinad obyekti olan məhəllə daxili kəsişən yoldan (dörd yol) şərqə tərəf X2 xüsusi mülkiyyətinə (RX 0430056, reyestr nömrəsi **********83) rəsmiləşdirilən torpaq sahəsinin sxemdə qeyd olunan beşinci GPS nöqtəsinə qədər olan məsafəsi 213 (ölçü lenti vasitəsi lə miqyasın nəzərə alınması ilə hesablama aparmaqla) metr təşkil edir (sxemdə qeyd olunmuşdur). Bu da küçənin başlanğıcından, qeyd olunan tərpənməz istinad obyektindən parsellər üzrə sayıldıqda 8-ci torpaq parselinin naturada yerləşməsinə uyğun gəlir, həmçinin elektron kadastr məlumat bazasında mövcud olan xəritə materiallarında (DVJ) JN 759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi yuxarıda qeyd olunan tərpənməz istinad obyektindən 213 metr məsafədə yerləşir (sxem əlavə olunur). Mübahisələndirilən torpaq sahəsinin (JN 759A) naturada tərpənməz istinad obyektindən məsafəsi (213 metr) və parsellər üzrə sıra sayı (8-ci parsel), mövcud elektron baza məlumatları və yerquruluşu planı ilə eynilik təşkil edir.
56. JN 759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilən torpaq sahəsinin koordinatları “Torpağın mülkiyyətə verilməsinə dair” JN-759A seriyalı 41011018 saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsinin planına və sərhədlərinin ölçüsünə, həmçinin torpağın yerləşmə sxeminə uyğun gəlir.
57. Beləliklə, üçüncü şəxsin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Şamaxı rayonu Nağaraxana kəndinə yerləşən 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada yerləşməsi Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş “Şamaxı rayonunun Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerquruluşu planı”nda 8-ci parseldəki 759 A nömr ə altında qeydə alınmış torpaq sahəsinin(iddiaçıya ayrılmış sahə) yerləşməsinə uyğun gəlir. Eyni zamanda, iddiaçıya məxsus torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilən torpaq sahəsinin koordinatları torpağın mülkiyyətə verilməsinə dair JN-759A seriyalı 41011018 saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsinin planına və sərhədlərinin ölçüsünə, həmçinin torpağın yerləşmə sxeminə uyğun gəlir.
58. Məhkəmə kollegiyasınin qənaətinə görə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılma lıdır.
59. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2021-ci il tarixli, 21(105)-302/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.