Məhkəmə qərarları › İş №2-1(102)-526/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-526/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-526/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1987; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agent liyinə qarşı əlillik vəziyyətinin qiymətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Bakı 1 saylı Şəhər Poliklinikasının göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Revmatizm fəal faza aktivlik dərəcəsi 1 Revmokardit latant gedişli. Mitral q apaq çatmamazlığı.Revmoensofalopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə xx.xx.2006-ci il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki revmatik xəstəliyi” səbəbi ilə xx.xx.2011-ci il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdi r.

3. İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəliyi” səbəbi ilə xx.xx.2013-cü il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 Ürə yin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltihabdan sonrakı fıbrotik dəyişikliyi; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə xx.xx.2014-cü il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Elektron təyinatla İddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığ; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltiha bdan sonrakı fibrotik dəyişikliyi; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

6. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2782003AABXR saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 105-109 Ürəyin xroniki revmatik xəstəlikləri => 105 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər A16.2 Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması, Keçirilmiş ağ ciyər infetrativ vərəmi.(xx.xx.2015-ci ildə 3 saylı Vərəm əleyhinə dispanserdə İİİ B qrupu üzrə dispanser qeydiyyatındadır). Yanaşı xəstəliklər H34 Tor qişanın damarlarının okklyüziyası, OU- Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-Miopiya-0,5D; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Xəstənin əmək müqaviləsi var əmək qabiliyyətinin itirilmə günləri reyestrdə qeyd olunmayıb" səbəbi ilə imtina verilmişdir.

7. Həmin Poliklinikanın xx.xx.2021-ci ildə 2782003AABYR saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mət ni:Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit, Xroniki tonzillit. Yanaşı xəstəliklər G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.Xoriotik hiperkinezlərlə. Yanaşı xəstəliklər K73 Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xronik hepatit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kardiologiya institutunda müayinə və müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİ LMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik vəziyyətinin qiymətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uşaqlıqdan 18 yaşına kimi xəstəliyi ilə əlaqədar olaraq müavinət təyin olunmuş,18 yaşı tamam olandan sonra isə 2-i dərəcəli əlillik diaqnozu qoyularaq pensiya təyin olunmuşdur. Xəstəliyinin anadangəlmə olması və Səhiyyə İdarəsinin qeydiyyatında olmağını təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının müvafiq göndərişləri mövcuddur. İddiaçı bu xəstəliklə əlaqədar Azərbaycan Respublikasında müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur 29 dekabr 2020-ci il tarixdə təkrar müayinə olunduqdan sonra imtina cavabı almışdır. İmtinanın səbəbi isə 2016-cı ildə iddiaçının adına VÖEN və aktiv əmək müqaviləsi olması qeyd olunmuşdur. İddiaçı bildirir ki, 2016-cı ildə onun adına VÖEN açılması tamamilə formal xarakterli olmuşdur. Uzun müddətdir ki, səhhəti ilə əlaqədar olaraq heç bir yerdə işləmir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsinin əsasını hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlar təşkil etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6654/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1987-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur?

2. Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı?

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 289/2021 nömrəli,16 noyabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: «1.2. İ.Ə. Ağacanovun tibbi sənədlərinə əsasən o,xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və ona “revmatizm qeyri-aktiv faza. MÇ-İ dərə,poliartrit, keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri (AF-57%)” diaqnozu qoyulmuşdur. Onun əziyyət çəkdiyi həmin xəstəliklər və onların fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.

13. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1036/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə 16 noyabr 2021-ci il tarixli ekspert rəyinə istinadən hesab etmişdir ki, iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq edir.

15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1036/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X4 öz izahatında bildirmişdir ki, revmatizm özü yunan sözü olub, oynaqlara maye toplanması deməkdir. Bu xəstəliyin əsas yaranma səbəbi iltihablanmanın olmasıdır. Mitral qapağın iltihabdan sonra fibrotik dəyişikliyi ilə bağlı onu qeyd etmişdir ki, ür əyin iki taylı, üç taylı qapaqlarına mitral qapaqlar deyilir. İnfeksiyanın təsirindən nəticədə ürəyin qidalanma rejimi də pozulur. Onu da bildirir ki, bu xəstəliklər sağalan xəstəliklərə aid deyildir. Belə ki, ümumi terapevtik xəstəliklərin adı altında olan heç bir xəstəlik sağalmır, sadəcə ağırlaşmanın qarşısı alınır. Qeyd edilən xəstəliklər yalnız müəyyən bir səviyyəyə çatdıqdan sonra əlliyin təyini üçün əsas ola bilər. İddiaçı canlı müayinə olunmuş və nəticəyə gəlinmişdir ki, şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar yoxdur. Göründüyü kimi, ekspert də iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı anadangəlmə xəstəlikdən əziyyət çəkərək, sağlamlığı bərpa olunmayacaq səviyyədə mütəmadi müalicələrlə həyata tutulmuşdur. İddiaçının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 363 nömrəli xx.xx.2006-cı il tarixli müayinə aktı ilə ilkin müayinə keçən əlillər üçün verilmiş SER TSE-01№ 031346 saylı arayışa əsasən, uşaqlıqdan xəstəlik səbəbi əsasında 111 dərəcəli əlillik qrupu müəyyən edilmişdir.

20. İddiaçı mütəmadi olaraq hər ildə 1 dəfə olmaqla təkrar müayinədən keçməklə xx.xx.2014-cü ilədək 111 qrup, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Səbail Tibbi-Sosial Ekspert Komissiyasının 1254 nömrəli xx.xx.2014-cü il tarixli müayinə aktı ilə təkrar müayinə keçən əlillər üçün verilmiş SER TSE-01№ 471079 saylı arayışa əsasən ümumi xəstəlik səbəbi əsasında 11 dərəcəli əlillik qrupu müəyyən edilmiş, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0005 nömrəli xx.xx.2016-cı il tarixli müayinə aktına əsasən xx.xx.2020-ci ilədək ümumi xəstəlik səbəbi qeyd olunmaqla İİ dərəcəli əlillik qrupu müəyyən edilməklə təkrar müayinədən keçmiş, işə yararlılıq səviyyəsi “ağırfiziki işlərdən uzaq, yüngül həcmdə işləyə bilər” kimi müəyyən edilmişdir.

21. Bu xüsusatların iddiaçı tərəfindən apellyasiya məhkəməsində bildirilməsinə, xəstəliyin sonradan yaranmış yox, anadangəlmə olması, həmçinin xəstəliyin sağalma ehtimalının sıfıra bərabər olduğu halda təkrar müayinə və müalicəy ə göndərilməsinin əsassız olması məhkəmənin nəzərinə çatdırılsa da, qərar qəbul edilərkən nəzərə alınmamış nəticədə İPM-in 12 və 82-ci maddələrinin tələbləri pozularaq ədalətsiz qərar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar... məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məh kəmə eksperti şəhadətnaməsi almış şəxsdir;... Maddə

6. Ekspertin müstəqilliyi Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şə xs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə

9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları... Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır:... rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır:... məhkəmə ekspertizasını təyin (sifariş) etm iş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;... Maddə

21. Məhkəmə ekspertizasının aparılmasının əsasları Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir.... Maddə

25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi i lə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barə də məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər.... Maddə

37. Proses iştirakçılarının canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasında iştirakı Canlı şəxslər barəsində aparılan məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları iştirak edə bilərlər. Digər şəxslərin iştirakına məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin, yaxud haqqında məhkəmə ekspertizası aparılan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yol verilir. Haqqında məhkəmə ekspertizası aparılan şəxsin soyunması ilə müşayiət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların aparılmasında işt irak edən həkimlərə və tibb işçilərinə aid edilmir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları: 2.9.1. mitral qapağın revmatik xəstəlikləri

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

29. İddiaçının hazırkı tələbi mahiyyət etibarı ilə əlillik vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.

30. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən 16 noyabr 2021-ci il tarixli ekspert rəyinə istinad etmişdir.

31. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tibbi ekspertizasının keçirilməsi ilə bağlı 22 sentyabr 2021-ci il tarixli qərardad qəbul edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X3 həvalə edilmiş, Birliyin T 289/2021 nömrəli,16 noyabr 2021-ci il tarixli ekspert rəyində iddiaçının əziyyət çəkdiyi xəstəliklər və onların fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyi qeyd edilmişdir.

32. Məhkəmə kollegiyası ilk ö ncə qeyd edir ki, ekspertizanın təyin edilməsi barədə məhkəmənin qərardadında cavabdehin nümayəndəsinin iştirakı nəzərdə tutulmamışdır. Lakin ekspert rəyindən görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi qeyd edilən X5 iştirak etmiş və o da ekspert rəyini imzalamışdır.

33. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı qərarın 24-cü bəndində qeyd edilən “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhəl əsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

34. İş üzrə verilmiş ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə edilməsinə baxmayaraq, ekspertiza idarəsi tərəfindən məhkəmə qarşısında idarənin əməkdaşı olmayan şəxsin ekspert qismində iştirakının təmin edilməsi barədə vəsatət qaldırmadan, işin gedişatında birbaşa hüquqi marağı olan cavabdehin səlahiyyətli nümayəndəsi ekspert qismində işə cəlb edilməklə rəy verilmişdir. Bu isə qanunvericil iyin tələbinin kobud şəkildə pozulmasıdır.

35. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə əsasən, rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizası idarəsi rəhbəri onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Məhkəmə ekspertizası idarəsinin rəhbərinə qadağandır.

36. Həmin Qanunun 6-ci maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

37. Cavabdeh Agentliyin əməkdaşı C.Məmmədov məhkəmə ekspertizası idarəsin in eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən iddianın rəddinin əsasını təşkil edən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

38. Bundan başqa, tibb müəssisəsindən verilən göndərişdə göstərilən “Mitral qa pağın revmatik xəstəliyi” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 2.9.1-ci bəndində qeyd edilmişdir.

39. İddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Əlilliyin müəyyən olunması meyarlarında mövcud olduğu halda İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

40. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməlidir.

41. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar