Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-526/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevra l 2023-cü il tarixli, 2-1(103)-1167/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə üçüncü şəxs Quliyev Rahim Saməddin oğlunun ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının yataqxanasının yerləşdiyi ünvan 1 ünvanına yaşayış yeri üzrə daimi qeydiyyata alınmış Quliyev Rahim Saməddin oğlunun qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
2. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9148/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(103)-1167/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, ünvan 1 (mənzil 94A) ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış Quliyev Rahim Saməddin oğlunun AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxanadan qeydiyyatdan çıxarılması cavabdehə həvalə edilmişdir.
5. Üçüncü şəxs Quliyev Rahim Saməddin oğlu həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda, kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb o lmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olun an səbəblərdən təmin edilməməli, həmçinin onun kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
8. Kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
9. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
10. Belə ki, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə xx.xx.2023-cü il tarixdə üçüncü şəxsə rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərardan üçüncü şəxs tər əfindən verilmiş kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.
11. Göründüyü kimi, üçüncü şəxs tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.
12. Bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Eyni zamanda, bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
14. Üçüncü şəxs kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, qeydiyyatdan çıxarılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarının surəti ona təqdim edilməmiş, bununla bağlı tərəfindən hər hansı xəbərnamə imzalanmamışdır. O, ağır xəstəliyi ilə əlaqədar müəyyən günlərdə xəstəxanalarda müayinə və müalicələrdə olmuş, yalnız bir müddət əvvəl qeydiyyatdan çıxarılması barədə məlumat almışdır. Sözügedən məhkəmə qərarı müraciəti əsasında xx.xx.2024-cü il tarixdə müvafiq qəbzə imza etdirilməklə ona təqdim edilmişd ir.
15. Müddətin ötürülməsi üçüncü şəxs tərəfindən qeyd edilən hallarla əlaqələndirilmiş və müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyi qeyd edilərək buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir. Lakin üçüncü şəxs tərəfindən məhkəməyə həmin halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
16. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə üçüncü şəxsin ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
17. Göründüyü kimi, üçüncü şəxs kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin məhkəməyə müddətin üzrlü səbəbdən və onun təqsiri olmadan buraxılmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə üçüncü şəxsin ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Quliyev Rahim Saməddin oğlunun kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 21(103)-1167/2023 nömrəli qərarından üçüncü şəxs Quliyev Rahim Saməddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.