Məhkəmə qərarları › İş №2-1(102)-527/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-527/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-527/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, 24.04.2019 İddiaçı-nin sədri Nümayəndə, vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə İddiaçı-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs olmaqla) kompensasiya ö dənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1752/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, 24 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, (3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla) iddiaçıya xxxxünvanda 10976.6 kv.m tikilisi olan qeyri-y aşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 10.976.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 10.976.000 manat bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 10.976.000 manat məbləğində pul vəsaitinin, hər ay 10 faiz hesablanmaqla 1.097.600 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 10.976.000 manat məbləğində pul vəsaitinin 100 faizi məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin cavabd ehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi dənizkənarı bulvar sahəsinin Zığ istiqamətində genişləndirilməsinin icrası ilə əlaqədar sökülmüşdür. Söküntü işləri iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilmədən, 2013-cü ilin iyul-sentyabr aylarında aparılmışdır. Həmin ərazidə 23-dən artıq sahibkarlıq subyekti ilə yanaşı, 30-a yaxın mənzil mülkiyyətçiləri də olmuşdur. Mənzil mülkiyyətçilərinə həmin vaxt hər kv.metrə 1.500 manatdan hesablanmaqla kompensasiya ödənilmişdir. İddiaçıya isə hər kv.m-ə 1000 manat + 20 faiz olmaqla kompensasiya ödəniləcəyi bildirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin imzası ilə 28.04.2014-cü il tarixli məktub ilə Azərbaycan Respublikası Baş Nazirini n müavini Abid Şərifova müraciət edilmişdir. Həmin məktubda bildirilmişdir: “Sizin 14.04.2014-cü il tarixli 12/kol-83 saylı dərkənarınızla daxil olmuş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında sökülmüş obyektlərin əvəzində kompensasiyanın və dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşılaşdıqları problemlərin həllinə köməklik göstərilməsi barədə vətəndaşların müraciətləri ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011 - 2013-cü illərdə Bakı səhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Məmmədov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikint isi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işi müvafiq tapşırıq əsasında həyata keçirilmişdir. Söküntüyə məruz qalmış obyektlərin mülkiyyətçilərinə kompensasiyanın ödənilməsi ilə bağlı obyektlərin siyahısı tərtib edilmiş, ərazinin kadastr xəritəsi işlənilmiş, ödəniləcək kompensasiya ilə bağlı ilkin hesablamalar aparılmış və müvafiq müraciət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Bundan sonra da heç bir tədbir görülməmişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, Azərbaycan Respublikası MPM-in 149 və 150, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4, 5, 47 və 54-cü maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-597/2016 saylı, 13 oktyabr 2016cı il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia qismən təmin olunaraq iddiaçıya məxsus xxxxünvanında sökülmüş, ümumi sahəsi 10976.60 kvadrat metr qeyri-yaşayış binasının bazar qiyməti hər bir kvadrat metri 850 manatdan hesablanmaqla və daşınmaz əmlakların bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqı da nəzərə almaqla, cəmi 11.195.520 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, xxxxünvanında yerləşən 10976.60 kv.m qeyri-yaşayış sahəsinin söküldüyü tarixə bazar qiymətinin hər kv.metrə görə 850 manatdan hesablanmaqla və daşınmaz əmlakların bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq təşkil edən cəmi 11.195.520 manatın ödənilməsi iddiaçının mülkiyyət maraqlarını qanunla təmin etmiş olar. İddiaçı ona dəymiş və iddia tələbində qeyd etmiş olduğu əldən çıxmış faydanın mənbələrini və mənəvi zərərin hansı şəraitdə və necə yarandığını, həmin zərərlərin hansı hallar nəzərə alınmaqla hesablandığını məhkəmə qaydasında əsaslandıra bilmədiyindən məhkəmə həmin hissədə iddianı əsassız hesab etmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən apelyasiya şikayətləri vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-575/2017 saylı iş üzrə 11 may 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və E.R.Vəliyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 2-1(82)597/2016 saylı, 13 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı-yə məxsus xxxxünvanında sökülmüş, ümumi sahəsi 10976.60 kvadrat metr qeyri-yaşayış binasının bazar qiyməti hər bir kvadrat metri 700 (yeddi yüz) manatdan hesablanmaqla 7.683.620 manat və daşınmaz əmlakların bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqı təşkil edən 1.536.724 manat olmaqla, cəmi 9.220.344 manat məbləğində kompensasiyanın İddiaçı-yə ödənilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuş, iddia tələbi 1.975.176 manat kompensasiyanın ödənilməsi hissəsində təmin edilməmişdir. Məhkəmənin həmin qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-7/2018 saylı iş üzrə 15 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və X.S.Məmmədov) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-575/2017 saylı iş üzrə 11 may 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1752/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)597/2016 saylı, 13 o ktyabr 2016-cı il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-yə məxsus xxxxünvanında sökülmüş, ümumi sahəsi 10272.6 kvadrat metr qeyri-yaşayış binasının bazar qiyməti hər bir kvadrat metri 450 manatdan hesablanmaqla 4.622.640 manat və daşınmaz əmlakların bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqı təşkil edən 924.534 manat olmaqla, cəmi 5.47.204 manat məbləğində kompensasiyanın İddiaçı-yə ödənilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuş, iddia tələbi 5.648.316 manat kompensasiyanın ödənilməsi hissəsində təmin edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus tikiliyə dair işdə olan müxtəlif qiymətləndirmə rəylərində göstərilən qiymətləri, həmin tikilini, dövlət əmlakının özəlləşdirilməsi qaydasında dövlə tdən alınarkən emissiya prospektində göstərilən, bina (tikililərin), avadanlıqların və texnikanın qiyməti ilə birgə qiymətldəndirərək, hazırda həmin tikilinin 1 kv.metrinin 450 manatdan hesablanıb iddiaçıya ödənilməsini ədalətli və ağlabatan hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1752/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarının qismən - iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və s übutlar əsasında iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. İddiaçı 2013-cü ildən başlayaraq kompensasiyanın ödənilməsi barədə çoxsaylı müraciətlər etmiş, lakin kompensasiyanın ödənilməsi təmin edilməmiş, nəticədə məhkəməyə müraciət olunmuşdur. Lakin apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin ədalətli qərarını ləğv etməklə iddiaçının hüquqlarının pozulmasına şərait yaratmışdır. Belə ki, apelyasiya instansiya məhkəməsinin qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun olaraq hər bir kvadrat metrinin 450 manatdan hesablanması barədə nəticəsi əsassızdır, yəni həm in məbləğ reallığa və işin həqiqi hallarına uyğun deyildir. İşdə olan arayış və ekspert rəylərindən görünür ki, xxxxünvanı ilə Xəzər dənizi arasında yerləşən ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş hüquqi şəxslərin mülkiyyətində (istifadəsində) olmuş qeyri-yaşayış sahələrinin (qeyri-yaşayış təyinatlı tikilinin - daşınmaz əmlakın) 2013-cü il üçün 1 kv.metrinin orta bazar dəyərinin 1000-1400 manat arasında olması müəyyən edilmişdir, yəni 1 kv.metrinin minimum bazar dəyəri 1.000 manat müəyyən edilmişdir. Xüsusilə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də hesablanmış kompensasiyanın məbləği 1 kv.m üçün 1.000 manat müəyyən edilmişdir. Yəni, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təyin edilmiş qiymətləndiricilərin nəticəsi ilə “xxxx” MMC-nin və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin ekspertlərinin (qiymətləndiricilərinin) gəldiyi nəticə üst - üstə düşür. Elə işə təkrar baxan apelyasiya instansiya məhkəməsinin istinad etdiyi qiymətləndirici - "X6 CUG" tərəfindən verilmiş birinci ekspert rəyi ilə daşınmaz əmlakın 2013-cü il üçün 1 kv.metrinin orta bazar dəyəri 920 manat müəyyən edilsə də, qiymətləndiricinin ikinci rəyi ilə həmin məbləğ müəmmalı olaraq 450 manat müəyyən edilmişdir. Göründüyü kimi, işdə olan çoxsaylı ekspert rəyləri ilə (nəzərə alınmalıdır ki, həmin qurumlar rəsmi dövlət və nüfuzlu qiymətləndirici təşkilatlardır) qeyri-yaşayış sahələrinin 2013-cü il üçün 1 kv.metrinin orta bazar dəyəri minimum 1.000 manat müəyyən edilmiş, elə işə təkrar baxan apelyasiya instansiya məhkəməsinin istinad etdiyi qiymətləndiric i - "X4 CUG" tərəfindən verilmiş birinci ekspert rəyi ilə də təqribən o qədər, yəni 920 manat müəyyən edilmişdir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin nəyə və hansı səbəbə görə bir-biri ilə kəskin ziddiyyət təşkil edən (920 manat və 450 manat) qiymətləndirici - "X4 CUG" tərəfindən verilmiş ikinci rəyə istinad etməsi qanunsuz və əsassız olmaqla yanaşı, həm də məntiqsizdir. Şikayət müəllifi daha sonra qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hansı səbəbə görə işdə olan çoxsaylı ekspert rəyləri ilə, o cümlədən "X6 CUG" tərəfindən verilmiş birinci rəyə (1 kv.metrə görə 920 manat müəyyən edilmişdir) istinad etməməsini, bunun əvəzində isə həmin qiymətləndirici tərəfindən verilmiş ikinci rəyə istinad etməsini əsaslandırmamış, bu zaman niyə məhz qiymətləndirici "X6 CUG"u n kəskin ziddiyyətli rəy verməsini belə araşdırmamış, bu hala əhəmiyyət və hüquqi qiymət verməmişdir. Bundan əlavə şikayətdə qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin İddiaçıyə məxsus xxxxünvanda sökülmüş tikilinin sahəsinin 10272.3 kv.m olması barədə nəticəsi də əsassızdır. Belə ki, işdə olan təkzibolunmaz sübutlarla İddiaçı-yə məxsus xxxxünvanda sökülmüş tikilinin sahəsinin 10976.6 kv.m olması müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən işlənilmiş (tərtib edilmiş) ərazinin kadastr xəritəsinə (kadastr planından çıxarışa) əsasən sökülmüş tikilinin sahəsinin 10976.6 kv.m olması müəyyən edilmiş, ödəniləcək kompensasiya ilə bağlı ilkin hesablamalar da məhz həmin 10976.6 kv.m sahəyə görə aparılmışdır. Bundan başqa, Azərbaycan Resp ublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq vəzifəli şəxsləri tərəfindən göndərilmiş əksər məktub və arayışlarda da sökülmüş tikilinin sahəsinin 10976.6 kv.m olması müəyyən edilmişdir. Belə olan halda, apelyasiya instansiya məhkəməsinin texniki pasporta istinad edərək, tikilinin sahəsinin 10272.3 kv.m olması barədə nəticəsi tamamilə əsassızdır. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin 04 oktyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş olunur. Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Belə k i, apelyasiya instansiya məhkəməsi işdə olan sübutlara subyektiv qiymət verərək qanunvericiliyin tələblərini bir kənara qoyaraq öz şəxsi mülahizələri əsasında qərar qəbul etmiş, iddiaçıya məxsus qeyri-yaşayış binasının hər bir kvadrat metrinin 450 manatdan hesablanması, eləcə də satınalma qiymətinə 20 faiz əlavə hesablanması nəticəsinə gələrkən səhvə yol vermişdir. Apelyasiya məhkəməsi işdə olan ekspert rəylərini sadalayaraq, onların biri-birlərindən kəskin fərqlərinin səbəblərini araşdırmadan, həmin rəyləri vermiş ekspertləri məhkəmə iclasına dəvət edib, həmin rəylərin biri-birlərindən nə üçün kəskin fərqlənməsini, onların hansının bazar qiymətinə uyğun olub-olmamasını araşdırmadan özü ekspert funksiyasını üzərinə götürərək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin hər bir kvadrat metrini 450 (dörd yüz əlli) manatdan qiymətləndirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2-1(103)-1752/2018 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində bildirilir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə kompensasiya məbləği şişirdilmələrə yol verilməklə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçı iddia ərizəsində Xətai rayonu, Nobel prospekti, 10 ünvanında yerləşən ümumi sahəsi 10272.3 kvadrat metr olan qeyri-yaşayış binasının həmin cəmiyyətin mülkiyyətində olduğunu qeyd etsə də, bu faktı tutarlı sübutlarla əsaslandıra bilməmiş, mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak a hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daha sonra qeyd edilir ki, iş materiallarına əlavə edilmiş 08 iyun 1998-ci il tarixli Texniki Pasportdan sözügedən ünvan üzrə ümumi sahəsi 9184.5 kv. metr qeyri-yaşayış sahəsinin “xxxx” SC X5 İddiaçı Birliyinin anbar Təsərrüfatına məxsus olduğu məlum olur və özəlləşmə prosesindən sonra bu əmlakın hansı hissəsinin hazırkı iddiaçıya keçdiyi tam aydın deyildir. Göründüyü kimi, qeyd olunan əmlakların sahəsi və iddiaçıya məxsusluğu ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və lazımi sübutlarla əsaslandırılmamışdır, habelə əvvəllər qeyri-müəyyən şəkildə bu əmlaklar üzrə istifadəçi olmuş iddi açı mülkiyyətçi kimi qiymətləndirilmiş və ona yüksək məbləğdə kompensasiya hesablanmışdır. Həmçinin, apelyasiya məhkəməsi müvafiq sənədlərə istinad edərək tikililərin sahəsini 10272.3 kv. m. göstərsə də, yekunda səhvə yol verərək 10272.6 kv. metr sahəyə görə kompensasiya hesablamışdır. Şikayətdə qeyd edilir ki, apelyasiya məhkəməsi əmlakın dəyərini müəyyən edərkən çoxsaylı pozuntulara yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 31 mart 2010-cu il tarixli 14/03-175-1736 nömrəli məktubla Ali Məhkəməyə müraciət edilərək dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Ali Məhkəmənin sədrinin müvafiq məktubu ilə respubl ikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apelyasiya instansiya məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərini iştirakını təmin etsinlər. Lakin məhkəmə tərəfindən işə baxılarkən Ali Məhkəmənin yuxarıda göstərilən tapşırığına əməl olunmamış, Maliyyə Nazirliyinin mütəxəssislərinin rəyi öyrənilməmişdir. Həmçinin şikayətdə qeyd edilir ki, obyektlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmadığı üçün İddiaçı mübahisələndirilən tikililər üzrə mülkiyyətçi hesab oluna bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafi ə edərək onun təmin edilməsini, üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının digər iştirakçıları (cavabdeh və digər üçüncü şəxs) məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclas da iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi).Belə ki, İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Kolleg iya aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİİ hissəsində isə təsbit edilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunan maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququn un məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsinin prese dent hüququna görə, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İşdən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 iddiaçının istifadəsində olan torpaq və tikili sahəsinin Kadastr Planından çıxarışında torpaq sahəsi üzərində mövcud olan tikili sahəsinin 10976.6 kv. metr olduğu qeyd edilmiş, apelyasiya instansiya məhkəməsi texniki pasporta istinad edərək, tikilinin sahəsinin 10272.3 kv.m olması nəticəsinə gəlsə də, yekunda 10272.6 kv. m. sahəyə görə kompensasiya hesablamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş 08 iyun 1998-ci il tarixli Texniki Pasportdan sözügedən ünvan üzrə ümumi sahəsi 9184.5 kv. metr qeyri-yaşayış sahəsinin “xxxx” SC X5 İddiaçı Birliyinin anbar Təsərrüfatına məxsus olduğu məlum olur və özəlləşmə prosesindən sonra bu əmlakın hansı hissəsinin hazırkı iddiaçıya keçdiyi tam aydın deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan əmlakın sahəsi və iddiaçıya məxsusluğu ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və bununla bağlı ziddiyyətli məqamlar aradan qaldırılmamışdır. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 20 aprel 2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üç ün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən, alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.2-ci maddəsinə əsasən, torpaq-mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətl ərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər); 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğ un olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. Sadalanan normalardan göründüyü kimi kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən edilmişdir. İş materiallarından görünür ki, tikilinin qiymətləndirilməsinə dair eyni dövrdə, 2016-cı ilin avqust-sentyabr aylarında tərtib edilmiş dörd ekspertiza rəyi mövcuddur. İddiaçıya məxsus tikilinin 2013-cü il tarixinə 1 kv. metrinin bazar qiyməti Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən verilmiş rəydə 1050 manat (2-ci cild, səh. 129), “MBA Consulting group” tərəfindən verilmiş rəydə 1007 manat (2-ci cild, səh. 175), məhkəmə araşdırması zamanı eyni qiymətləndirici – “X8 CEG” tərəfindən verilmiş rəylərdə müvafiq olaraq 920 m anat (2-ci cild, səh 113) və 450 manat (2-ci cild, səh 138) müəyyən edilmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə olunan obyektə yaxın ərazidə yerləşən mülkiyyətçilərə məxsus qeyri-yaşayış sahələri üçün 1 kv.m sahəyə görə 200-400 manat arasında kompensasiya ödənildiyini göstərmişdir. Qeyd olunan halla bağlı birinci instansiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri, Cavabdeh tərəfindən təqdim olunmuş 08 dekabr 2015-ci il tarixli «Razılaşma aktı»ndan aydın olur ki, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Cavabdeh Başçısının 28 aprel 2014-cü il tarixli, 126 saylı sərəncamı ilə yaradılmış komissiya tərəfindən Bakı şəhər i, Nobel prospekti 12 ünvanında yerləşən «xxxx» tikinti istehsalat firmasına məxsus 12x20 ölçüdə tikilmiş anbarın sökülməsinə görə 96.000 manat ödənilmişdir (1 kv.m. üçün 400 manat olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi qeyd olunan qiymətləndirmə sənədlərinə münasibət bildirməmiş, həmin sənədləri əlaqəli şəkildə təhlil etməmiş, tikilinin bir kvadrat metrinin dəyərinin məhz 450 manatdan hesablanması barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Qeyd olunmalıdır ki, Avropa Məhkəməsi kompensasiya prinsipini qəti olaraq “Litqoi və başqaları Böyük Britaniyaya qarşı” işində müəyyənləşdirmişdir. Məhkəmənin mövqeyinə görə, kompensasiyasız 1-ci maddə əmlak hüququnun “xəyali və səmərəsiz” müdafiəsini təmin etmiş olardı. Məhkəmə qeyd etmişdir ki, müxtəlif səbəblərdən kompensa siya əmlakın real bazar dəyəri səviyyəsindən aşağı ola bilər. Özgəninkiləşdirilən mülkiyyətin məbləği ilə əvəzi ödənilən məbləğ ağlabatan dərəcədə tarazlaşdırılmalıdır. Avropa Məhkəməsinin təcrübəsində dəfələrlə qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsi özgəninkiləşdirilən əmlakın faktiki dəyərinin ödənilməsini nəzərdə tutmur. Burada əsas meyar kimi ədalətli tarazlıq, yəni ictimai maraqlarla mülkiyyətçinin təminat verilən hüquqları arasındakı ədalətli tarazlıq gözlənilməlidir. İctimai maraqlarla fərdin mülkiyyət hüququna müdaxilə arasında tarazlığa nail olmaq mülkiyyətçiyə müvafiq pul kompensasiyası verilməsi ilə təmin olunur. Beləliklə, ədalətli tarazlıq prinsipi dövlətə təkcə əmlakın məcburi qaydada özgəninkiləşdirilməsinə yol verilməsinin hüdudlarının deyil, həm də əmlak özgən inkiləşdirilən zaman ədalətli əvəzinin məbləğinin müəyyənləşdirilməsinə geniş imkan verir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdı r. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İPM-in 69.4-cü maddəsinə görə məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apelyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə tam araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmiş, tikilinin sahəsi və qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır. Bəhs olunan hallar işin düzgün h əlli üçün əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəi nki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-in 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə deyilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzg ün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Azərbaycan Respublikası İPM-in 96.5-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəm ə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2013/2016 saylı iş üzrə 01 dekabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətləri qismən, cavabdehin kasasiya şikayəti tam təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar