Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-527/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64 yaşına çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələ binə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noyabr tarixli, 2-1(103)-1788/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2019-cu il 22 iyul tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 04 sentyabr tarixli, **********1 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyindən iddiaçıya yaşa görə pensiya təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya mə hkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı 2019-cu il 09 oktyabr tarixli iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, ona 64 yaşının tamam olduğu 2019-cu il 18 fevral tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci il 18 fevral tarixdə anadan olmuşdur. 1973-cü il 24 yanvar tarixdə SMD (PMK) - 6 idarəsinin 6 saylı trestində çilingər kimi əmək fəaliyyətinə başlamışdır. 1973-cü ilin oktyabr ayının 10-da hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1976-cı ilin oktyabr ayının 25-də Bakı Soyuducular Zavoduna fəhlə vəzifəsində işə qəbul olunm uşdur. O, həmin zavodda əmək fəaliyyətini davam etdirərək, 1999-ci il 30 iyul tarixdə Dövlət Elm və Texnika Komitəsinin “x” X1 Baş direktorunun ümumi işlər üzrə müavini vəzifəsinə qəbul olunmuş, 2001-ci il 01 fevral tarixdə həmin idarədə Mühafizə və Texniki şöbənin müdiri vəzifəsinə keçirilmişdir. 2002-ci il 28 oktyabr tarixdə müəssisə ləğv olunduğuna görə işdən azad olunmuşdur. Onun 64 yaşı tamam olduğu üçün cavabdeh təşkilata müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ona 2019-cu il 29 aprel tarixdə verilmiş imtina məktubu ilə tələb təmin edilməmişdir. Həmin imtina məktubunda ”Əmək pensiyaları haqqında” Qanunun onun xahişinə aidiyyəti olmayan maddələrinə istinad olunaraq əsassız cavab verilmişdir. Belə ki, “Əmək pensiy aları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Onun 64 yaşı 2019-cu il 18 fevral tarixdə tamam o lmuşdur. Eyni zamanda qanunun həmin maddəsində göstərilən 25 ildən artıq sığorta stajının olması da onun təqdim etdiyi əmək kitabçasından açıq şəkildə görünmüşdür. Belə ki, onun 25 il sığorta stajı 1998-ci ildə tamam olmuşdur, o, isə əmək fəaliyyətini 2002-ci il 28 oktyabr tarixədək davam etdirmişdir. Buna görə də cavabdehə müraciət etdikdə onun 64 yaşı və 29 il sığorta stajı olduğundan ona mübahisəsiz qaydada yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 1973-cü il 24 yanvar tarixdən 1973-cü il 10 oktyabr tarixədək SMD (PMK) - 6 №-li trestin “x” İdarəsində, 1999-cu il 30 oktyabr tarixdən 2002-ci il 28 oktyabr tarixədək Dövlət Elm və Texnika Komitəsinin “x” X2 işləmişdir. Tərəf lərindən aparılan araşdırma zamanı müvafiq müəssisələrin qeyd olunan dövrlərdə mövcud olması və vətəndaşın həmin dövrdə müvafiq müəssisələrdə işləməsi faktı şübhə yaratmışdır. Bu səbəbdən həmin müəssisələrin qeyd olunan dövrlərdə mövcud olubolmaması barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu ünvanlanmışdır. Sorğularına ünvanlanan cavab məktublarında SMD (PMK) - 6 №-li trestin “x” İdarəsi və Dövlət Elm və Texnika Komitəsinin “x” X1 aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin iddiaçının əmək kitabçasına əsasən, o, 1976-cı il 25 oktyabr tarixdən “xxxx” ASC-də işləməyə ba şlamışdır. Lakin 2019-cu il 28 avqust tarixli qarşılıqlı yoxlama aktına əsasən, iddiaçının 1976-cı il 16 noyabr tarixdən 1998-ci il 09 fevral tarixədək “xxxx” ASC-də işləməsi faktı öz əksini tapmışdır. Eyni zamanda, yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı 1996-cı ilin fevral, iyun-oktyabr, dekabr, 1997-ci ilin yanvar-dekabr, 1998-ci ilin yanvar və fevral aylarında öz hesabına haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. Həmin illər və aylar üzrə iddiaçıya əmək haqqı və digər gəlirlər hesablanıb ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 avqust tarixli, 2-1(112)-1618/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçıya 64 yaşının tam am olduğu 2019-cu il 18 fevral tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki iddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. İddiaçının 64 yaşı 2019-cu il 18 fevral tarixdə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noy abr tarixli, 2-1(103)-1788/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahi ş etdi.
14. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınlar ın yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 16. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlər in və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün x edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ve rən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçiv əsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İddiaçının 1955-ci il fevralın 18-də doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 18 fevral tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta staj ına malik olmalıdır.
23. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən onun 25 ildən artıq əmək (sosial sığorta) stajı vardır.
24. Cavabdehin mübahisələndirdiyi 1973-cü il 24 yanvar - 1973-cü il 10 iyul tarixlərdə SMD (PMK) - 6 nömrəli trestin “x” idarəsində və 1999-cu il 30 iyul - 2002-ci il 28 oktyabr tarixlərdə Dövlət Elm və Texnika Komitəsinin “x” X2 iş dövrlərinə gəldikdə, əvvəla, iddiaçının 1973-cü ildə işləmiş olduğu SMD (PMK) - 6 nömrəli trestin “x” idarəsinin mövcudluğu barədə hal-hazırda məlumatın olmaması iddiaçının əmək kitabçasında 1973-cü ilə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin ildəki iş dövrü mübahisələndirilməli deyil.
25. Dövlət Elm və Texnika Komitəsinin “x” X1 mövcudluğu ilə bağlı məlumata gəldikdə, iddiaçının əmək kitabçasının məlumat larına əsasən, o, 1999-cu il 30 iyul tarixdən həmin Birlikdə işə başlamış, 2002-ci il 28 oktyabr tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən müəssisə ləğv olunduğuna görə tutduğu vəzifədən azad olunmuşdur. X3 Xidmətinin apellyasiya instansiyası məhkəməsinin sorğusuna verdiyi cavabdan da göründüyü kimi həmin Birlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən ləğv edilmişdir. Həmin məlumat iddiaçının əmək kitabçasında qeyd edilən dövrdə Birliyin fəaliyyət göstərdiyini təsdiq edir.
26. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı süb uta yetirilməyibsə, mötəbər hesab olunur.
27. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
28. İnzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 noyabr tarixli, 21(103)-1788/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov