Məhkəmə qərarları › İş №2-1(102)-527/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-527/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-527/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi) “cavabdehin hərəkət lərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli, 2-1(105)-588/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sə rnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” və vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın hər iki cavabdehdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 nömrəli qərardadı ilə iddia “iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın cavabdehdən tutulması” hissəsində mümkün sayılmamışdır.

3. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 nömrəli qərarı ilə iddia “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət g östərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli, 2-1(105)-588/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il t arixli, 2-1(105)-588/2021 nömrəli qərarını qismən ləğv edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması və İddiaçı MMC-nin fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli, 2-1(105)-588/2021 nömrəli qərarı iddiaçıya 18 dekabr 2021-ci il tarixində təqdim edilmiş, iddiaçı kassasiya şikayətini 19 yanvar 2022-ci il tarixində vermişdir.

8. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək ötürülmüş prosessual müd dətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, müddətin ötürülmə səbəbi kimi xəstə olduğunu, ev şəraitində müalicə aldığını bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılm ış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qü vvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

10. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

12. İddiaçının vəkili Vəkil ərizənin əsası kimi qeyd edir ki, qrip olması səbəbi ilə səhhətində yaranan problemlərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulan müddətdə kassasiya şikayəti verilməmişdir.

13. Məhkəmə kollegiyası ərizənin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının vəkili tərəfindən bir aylıq müddət daxilində (prosessual müddət başa çatmamış) başlayan və şikayətin verildiyi günədək davam edən xəstəliyinə (şikayətin verilməsinə iqtidarsız olduğuna) dair hər hansı sübut təqdim olunmamışdır.

14. Digər tərəfdən, şikayətin tərtib edilməsinə vəkilin iqtidarsız olduğu halda belə, İddiaçı MMC kassasiya şikayətinin tərtib olunmasını digər bir vəkilə həvalə edə bilərdi.

15. Qərardan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı digər hal müəyyən olunmamışdır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin ötürülməsi hətta vəkilin hərəkətsizliyi ilə bağlı olduqda belə, bu, tapşırıq verən üçün hüquqi nəticələr yaratdığından, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair ərizə rədd edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 deka br 2021-ci il tarixli, 2-1(105)-588/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar