Məhkəmə qərarları › İş №2-1(102)-527/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-527/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-527/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2616/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının hərbi biletinin surətinə əsasən, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Tikinti-Quraşdırılma İdarəsi “İttifaq Telefon Tikinti” Birliyində 2-ci dərəcəli kabel lehimləyicisi işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı TikintiQuraşdırılma İdarəsi “İttifaq Telefon Tikinti” Birliyində rabitə kabel quraşdırıcısı, avtoçilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" Müəssisəsində briqadir köməkçisi, dəstənin rəisi, baş mühəndis, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 1 nömrəli Tikinti Quraşdırma İdarəsi “Azərrabitətikinti” Layihə Tikinti Birliyində kabelçi, avtoçilingər, mühəndis, şöbə rəisi, baş mütəxəssis, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Telekom Tikinti MMC-də iş icraçısı, mühəndis, xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də direktor köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də iş icraçısı, xx.xx.2017-ci il tarixdən halhazır adək "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 02.02,2004-cü il tarixli, 1/k saylı əmrlə tikinti üzrə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixə qədər iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən 5/k sayli əmrlə yenidən "xxxx" MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş və 17,04.2017-cı il tarixə qədər iş icraçısı vəzifəsində çalışmışdır. xx.xx.2017-ci il tarixdən 1/k saylı əmrlə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda qeyd edilən təşkilatda iş icraçısı vəzifəsində işləyir. İddiaçı 15 il, 11 ay, 23 gün iş icraçısı vəzifəsində işləmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin 21 iyul 1993-cü il, 320 saylı qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıda 2290000b-24441 kodu ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə təqaüd hüququ verən peşələrdə işlədiyindən İddiaçı zərərli işə görə güzəştli təqaüd almaq hüququna malikdir. İddiaçı ümumi iş stajı 42 il l ay, 26 gün təşkil etmişdir. Yuxarıda qeyd edilənlər əmək kitabçasında öz əksini tapmışdır. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən keçmiş “İttifaqtelefontikinti Birliyinin Bakı tikinti quraşdırma İdarəsi”ndə xx.xx.1978-ci il tarixli, 192 saylı əmrlə qurğuşunlaşdırılmış kabellərin politilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlə məşğul olan kabel-lehimləyicisi vəzifəsinə qəbul edilmişdir. Həmin peşədə xx.xx.1980-ci il tarixə qədər işləmişdir. Hərbi xidmətə çağırılmağı ilə əlaqədar xx.xx.1980-ci il tarixli, 280/k saylı əmrlə işdən azad edilmişdir. "xxxx" MMC-də xx.xx.2004-cü il tarixdən 1/k saylı əmrlə tikinti üzrə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü ilə qədər iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixindən 5/k saylı əmrlə yenidən “Bakı Telefon-Tikinti" MMC-də tikinti üzrə iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixinə qədər iş icraçısı vəzifəsində çalışmışdır. “Vətəndaşların pensiya təminatı” haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə təqaüd hüququ verən kabel lehimləyicisi peşəsinə uyğun 23100000-14624 k oduna, iş icraçısı vəzifəsinə uyğun ******* b-24441 koduna əsasən İddiaçı zərərli işə görə güzəştli təqaüd almaq hüququna malikdir. Yuxarıda qeyd edilənlər əmək kitabçasında öz əksini tapmışdır. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci tarixindən 1/k saylı əmrilə “Rabitə Telekom MMC”-də tikintidə iş icraçısı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da tikintidə iş icraçısı vəzifəsində işləyir. İddiaçı ümumilikdə 18 il, 1 ay 14 gün güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 1.2.1-ci bəndinə uyğun olaraq İddiaçı zərərli işə görə güzəştli təqaüd almaq hüququna malikdir. İddiaçı ümumi stajı 42 il, 4 ay təşkil etmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş x x.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.2006-cı il tarixli, 7 k saylı əmrlə "xxxx" MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsinə əlavə iş yeri kimi qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-də əlavə iş yeri kimi başqa işə-direktor köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli, 11/k saylı əmrlə əlavə iş yeri üzrə əmək müqaviləsinə xitam verilmiş, elə həmin tarixdə də 18/k saylı əmrlə əsas iş yeri kimi direktor köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə, 6/k saylı əmrlə öz istəyi ilə əmək müqaviləsinə xitam verilmişdir. Elə həmin tarixdən də "xxxx" MMC-də əlavə iş yeri kimi direktor köməkçisi vəzifəsi üzrə fəaliyyətini davam etdirmiş, xx.xx.2016-cı il tarixdə 4 k saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. 7. " xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə 1 /k saylı əmrlə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə (əsas iş yeri olmaqla) qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 3/k saylı əmrlə kadrlar üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə 11/k saylı əmrlə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Sonradan xx.xx.2015-ci il tarixdə 5/k saylı əmrlə İddiaçı ilə "xxxx" MMC arasında yenidən əmək müqaviləsi bağlanmış, iş icraçısı vəzifəsinə (əsas iş yeri kimi) qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

8. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

9. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunduğu bildirilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də iş icraçısı işlədiyi qeyd edildiyi halda, X1 Sistemində həmin dövr ərzində direktor köməkçisi və menecer vəzifələrində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, ona dair məlumatlarda uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən hesablanmaqla ona güzəştli şə rtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin hallarına uyğun əsaslandırılmış və iddia ərizəsində əmək kitabçasında, eləcə də iş yerindən arayışlarda qeyd olunmuş məlumatlar sadalanmışdır.

12. İddiaçı ərizəsində qeyd etdiyi iş yerlərinin onun əsas iş yeri olduğunu, xx.xx.2006cı il tarixli, 7 k saylı əmrlə "xxxx" MMC-də Kadrlar üzrə mütəxəssis vəzifəsinə əlavə iş yeri kimi qəbul edildiyini, həmin müddətdə "xxxx" MMC-də əsas iş yerinin iş icraçısı vəzifəsi olduğunu, xx.xx.2007-ci il tarixdə “ABŞL MMC”-də əlavə iş yeri kimi direktor köməkçisi vəzifəsinə keçirildiyini, xx.xx.2014-cü il tarixli 11/k saylı əmrlə əlavə iş yeri kimi əmək müqaviləsinə xitam verildiyini, elə həmin tarixdən də 18/k saylı əmrlə əsas iş yeri kimi direktor köməkçisi vəzifəsinə təyin edildiyini, ümumilikdə xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də fəaliyyət göstərdiyini və xx.xx.2015-ci il tarixli, 6/k saylı əmrlə öz xahişi ilə işdən azad edildiyini, elə həmin tarixdən də "xxxx" MMC-də əlavə iş yeri kimi direktor köməkçisi vəzifəsi üzrə fəaliyyətimi davam etdirdiyini və xx.xx.2016-cı il tarixdə 4 k saylı əmrlə əmək müqaviləsinə xitam verildiyini bildirmişdir.

13. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz verilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

14. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2750/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən (60 yaşdan) hesablanmaqla güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin hərbi xidmət dövrü nəzərə alındıqda onun 25 ildən artıq (38 il 20 gün) ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli stajının mövcud olduğu müəyyən edilmişdir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2616/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsus i sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 67.1-ci bənd. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3-cü bənd. “v” yarımbəndi. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” “XXİX. Rabitə” bölməsində “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər- lehimləyicilər” (kod 23100000—12624) və “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “iş icraçıları” (kod 2290000b— 24441).

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x x.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. “30. Həmin Siyahının “Rabitə” bölməsində “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər” və “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində iş “icraçıları” nəzərdə tutulmuşdur.

26. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BA XİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏKMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yaran dığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyas ı xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də güzəştli əmək stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydad a araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istin ad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

36. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

37. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 35-36-cı bəndlərində istinad olunan qaydada inzibati icraat apard ığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə obyektiv və hərtərəfli araşdırma məhkəmələr tərəfindən aparılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

38. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2616/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar