Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-528/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ( hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1479/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1961-ci il tarixdə Ermənistanın Ama siya rayonunda anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsasland ırmışdır ki, hal-hazırda ünvan 1 mənzil 47 ünvanında yaşayır. 1977-ci ildə əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. O, xx.xx.1977-ci ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 8 № Tikinti Trestinin 86 № Tikinti İdarəsinə suvaqçı-rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci il tarixdə öz işinə bərpa olunmuşdur. xx.xx.1986-cı il tarixdə normalaşdırıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək 86 № Tikinti İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan SSR Sənaye Tikinti Nazirliyində bir neçə dəfə struktur dəyişikliyi olmuşdur. 1986-cı ildə “xxxx” İstehsalat Birliyi, 1993-cü ildə “xxxx” Dövlət Şirkəti adland ırılmışdır. “xxxx” Dövlət Şirkətinin xx.xx.1995-ci il tarixli 68 nömrəli əmrinə əsasən 86 № Tikinti İdarəsi ləğv edilmiş və “Mülkitikinti” İdarəsi yaradılmışdır. Ona məxsus HT-1 № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış və halhazırkı vaxtadək əmək fəaliyyətini davam etdirir. Beləliklə, onun 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 27 il 3 ay 10 gün ümumi iş stajı və iş icraçısı kimi 13 il 1 ay 18 gün zərərli iş sahəsində güzəştli stajı olmuşdur. Onun işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» da XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (********) b) “rəhbərlər və mütəxəssislər” bəndinin, (2290000b), “iş icraçıları” yarımbəndinin (2290000b—24441) vəzifələrinə aiddir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 57 yaşına çatmış sığorta olunan kişilərin azı 25 il ümumi iş stajının və bunun azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiqlənmiş siyahısında nəzərdə tutulmuş işlərdə tam iş günü ərzində ç alışdıqda yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixə 25 ildən çox ümumi iş stajı və bu stajın 12 il 6 ayından çox hissəsinin güzəştli pensiya hüququ olan vəzifələrə uyğun olduğundan ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli cavab məktubunda müraciətinin təmin olunması ndan imtina edilmişdir. Cavabdeh inzibati orqan onun ərizəsini təmin etməməklə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmiş, bununla da onun konstitusion hüquqları pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat:
5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-602/2020 nömrəli, (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Resp ublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsaslanaraq iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğuna dair nəticəyə gəlmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli 2-1(103)-1479/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Azad İmanov və Anar Tanrıverdiyev) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara almışdır.
9. Apelyasiya instansiyası mə hkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddələrinə, xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsaslanaraq əsaslanaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmuş olduğuna dair nəticəyə gəlmişdir. K asasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi və güzəştli iş stajının arxiv sənədləri əsasında üzləşdirmə aparılmaqla dəqiqləşdirilməsi mümkün olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Şahid ifadəsi əsasında müəyyənləşdirilə bilən hal deyildir. Əksinə, şahid B.Bağırov həmin müəssisənin direktoru olubsa, onda bütün maliyyə sənədlərini də məhkəməyə təqdim etməli idi. Şahid öz mülahizəsi ilə danışa bilməz, bu mülahizə məsələsi deyil, konkret sənədlərə əsaslanmalı idi. Beləliklə, iddiaçının xx.xx.1992xx.xx.2003-cü illərdə iş icraçısı vəzifəsində çalışdığı dövrün 12 il 6 aydan az e tdiyi ortadadır. Göründüyü kimi, məlum Qaydalar ƏPQ-nin 31.2-ci maddəsinə söykənməklə İdarəyə müraciət qaydasını müəyyənləşdirir. Müraciətlə bağlı qaydalar prosedur normalarıdır və şəxsin çalışdığı dövrlə heç bir əlaqəsi də yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1479/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə oun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
15. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvv ədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsi ni də yoxlamalıdır.
19. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 406 nömrəli arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X3 həqiqi hərbi xidmət keçmişdir.
20. İddiaçı məxsus əmək kitabçasına əsasən o, xx.xx.1977-ci ildə Azərbaycan SSR-i Sənaye Tikinti Nazirliyinin 8 № Tikinti Trestinin 86 № Tikinti İdarəsinə suvaqçırəngsaz, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdə normalaşdırıcı vəzifəsində, xx.xx.1988-ci il tarixdə normalaşdırıcı mühəndis vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 86 nömrəli Tikinti İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tar ixədək Mülkitikinti” idarəsində iş icracısı vəzifəsində, xx.xx.2005-ci ildə “xxxx” ASC-də iş icraçısı vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək iş icraçısı vəzifələrində çalışmışdır.
21. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının ümumi və güzəştli iş stajının arxiv sənədləri əsasında üzləşdirmə aparılmaqla dəqiqləşdirilməsi mümkün olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Şahid ifadəsi əsasında müəyyənləşdirilə bilən hal deyildir. Əksinə, şahid B.Bağırov həmin müəssisənin direktoru olubsa, onda bütün maliyyə sənədlərini də məhkəməyə təqdim etməli idi. Şahid öz mülahizəsi ilə danışa bilməz, bu mülahizə məsələsi deyil, konkret sənədlərə əsaslanmalı idi. Beləliklə, iddiaçının xx.xx.1992xx.xx.2003-cü illərdə iddiaçının iş icraçısı vəzifəsində çalışdığı dövrün 12 il 6 aydan az etdiyi ortadadır. Göründüyü kimi, məlum Qaydalar ƏPQ-nin 31.2-ci maddəsinə söykənməklə İdarəyə müraciət qaydasını müəyyənləşdirir. Müraciətlə bağlı qaydalar prosedur normalarıdır və şəxsin çalışdığı dövrlə heç bir əlaqəsi də yoxdur.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
23. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
24. Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilm əsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
25. Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi, partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
26. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
27. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
28. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığo rta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
29. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddəti n azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 30. 13.06.1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
31. Sadalanan hüq uq normalarına görə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə stajı 2006-cı ilin yanvarın 1-dək 12 il 06 aydan, ümumi stajı 25 ildən az olmamalıdır.
32. Göründüyü kimi, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır ki, iddiaçının 2006-cı ilədək ümumilikdə 25 ildən çox ümumi iş stajına malik olması öz təsdiqini tapan və işin mübahisə olunmayan halıdır.
33. Cavabdehin kasasiya şikayətinin əsas dəlili iddiaçının xüsusi güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur.
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nöm rəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir.
35. Həmin qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.
36. Həmin qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə iş lədiyinə dair arayış əsasında həyata keçirilir.
37. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixədək yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz.
38. Belə ki, DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları iddiaçının pensiya hüququ yaranan tarixdəN qüvvədə olmuşdur.
39. Həmin qaydalara edilmiş 13 nömrəli Əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çal ışmasına dair iş yerinin arayışın təqdim olunması göstərilməmişdir.
40. Bununla yanaşı iş materiallarında öz əksin tapmış X1 ifadəsindən müəyyən edilmişdir ki, o, iddiaçının işlədiyi müəssisənin müdiri olmuş və hazırda təqaüddədir. Rəhbəri işlədiyi müəssisənin adı müxtəlif vaxtlarda “Mülkitikinti" idarəsi və “Mülkitikinti İcarə” İdarəsi adlandırılmışdır. 2003-cü ildə müəssisənin maliyyə vəziyyətinin ağırlığı ilə bağlı işçilərin əksəriyyətini öz hesabına ödənişsiz məzuniyyətə buraxmış, yarımçıq qalmış işlərin tamamlanması və təhvil verilməsi ilə bağlı iddiaçı əmək müqaviləsinə xitam verilənədək həmin müəssisədə işləmişdir. Müəssisəyə aid sənədlər arxivə təhvil verilməmiş və hazırda da harada olduğu barədə məlumatı yoxdur.
41. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür k i, Mülkitikinti İcarə İdarəsi qanuni təmsilçisi X2 olmaqla, xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır.
42. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının verilmiş sorğuya cavabında bildirilmişdir ki “Mülkitikinti” İcarə İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
43. Göründüyü kimi, xx.xx.1995-ci il tarixdən - xx.xx.2005-ci il tarixədək iddiaçının işlədiyi müəssisə müxtəlif vaxtlarda "Mülkitikinti" idarəsi və “Mülkitikinti İcarə" İdarəsi adlandırılmış, müəssisə hazırda fəaliyyət göstərməməklə, müəssisənin fəaliyyətinə aid sənədlər arxivə təhvil verilməmiş və sənədlərin olduğu yer müəyyən edilməmişdir.
44. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, hazırda fəaliyyət göstərməyən müəssisədən zərərli iş barədə araşdırı cı arayışın alınması mümkün olmadığından Qaydaların həmin tələbi iddiaçıya münasibətdə tələb edilə bilməz.
45. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının işlədiyi müəssisə maliyyə vəziyyətinin ağırlığına görə işçiləri öz hesablarına ödənişsiz məzuniyyətə buraxsa da, yarımçıq işlərin tamamlanması və təhvil verilməsi üçün bir qrup işçilər, o cümlədən iddiaçı onunla başlanmış əmək müqaviləsinə xitam verilənə kimi həmin müəssisədə iş icraçısı vəzifəsində işləmişdir.
46. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçir ilməsi və ödənilməsi Qaydalarının 4.1.9-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.
47. İddiaçının işlədiyi “iş icraçısı” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» da “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” ilə bağlı 27-ci bölməsinin (********) b) “rəhbərlər və mütəxəssislər” bənd inin, (2290000b), “iş icraçıları” yarımbəndinin (2290000b—24441) vəzifələrinə aiddir.
48. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı qanunla tələb olunan güzəştli iş stajını toplamış və bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur və cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası isə əsassız olmuşdur.
49. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkİ işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1479/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.