Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-528/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 57 ya şdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2487/2021 nömrəli iş üzrə 24 noyabr 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1963-cü ildə anadan olub ( Ş/V Seriya № ********, FİN xxxxxxx). Natamam orta təhsil bazasında 26 avqust 1978-ci ildən 6 mart 1982-ci ilədək Bakı şəhərində yerləşən Bakı Baza Energetika Texnikumunda “Enerji sistemlərinin rele mühafizəsi və avtomatikası” ixtisası üzrə əyani təhsil almış və tam kursu bitirdikdən sonra ona “texnik-elektrik” ixtisas dərəcəsi verilmişdir.
2. İddiaçı 8.4.1982- ci ildən 20.4.1978-ci ilədək təyinatla “Kibernetika” İnstitutunda ixtisası üzrə işləmiş və ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmağı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. 30.4.1982-ci ildən 28.05.1984-cü ilədək Ordu sıralarında xidmətdə olmuş. Bundan sonra müxtəlif yerlərdə - 7.6.1984-cü ildən 2.9.1985ci ilədək, 16.9.1985-ci ildən 1.10.1987-ci ilədək, 1.10.1987-ci ildən 8.4.1992-ci ilədək ixtisası üzrə işləmişdir. 15.4.1992-ci ildən hal-hazıradək "xxxx" QSC-də zərərli və ağır iş şəraitində elektrik montyoru (15.4.1992-ci ildən 4.1.1994-cü ilədək), elektrik mexaniki (4.1.1994-cü ildən hal-hazıradək) vəzifəsində işləyir.
3. İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 5.10.2020-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabd eh orqan **********8 nömrəli, 25.2.2021-ci il tarixli imtina məktubunda iddiaçının 1.1.2006-cı il tarixinə qədər, habelə 1.7.2019-cu il tarixinədək olan müddətlərdə güzəştli iş stajının olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta stajının 22 aprel 2018-ci ilədək (55 yaşı tamam olan günədək) 39 il 05 ay 09 gün olması və bu müddətin 26 il 00 ay 07 gününün “elektrik mexaniki” peşəsində “yeraltı işlərdə”, “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməsi nəzərə alınmaqla, həmin tarixdən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə m üraciət etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ümumi sığorta stajının 57 yaşı, yəni 22 aprel 2020-ci il tarixədək 41 il 05 ay 09 gün müddətində olmasının və bu müddətin 28 il 00 ay 07 gününün “elektrik mexaniki” peşəsində “yeraltı işlərdə”, “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməyi nəzərə alınmaqla həmin tarixdən, yəni 22 aprel 2020-ci il tarixindən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir və iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası İPM-in 54-cü maddəsinə əsasən məqsədəmüvafiq hesab olunaraq icraata qəbul edilmişdir.
6. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, müxtəlif vəzifələrdə çalışmaqla 1 yan var 2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 13 il 8 ay 17 gününü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına və "xxxx" QSC-nin ona dair 21 sentyabr 2020-ci il tarixli, A/237 nömrəli arayışında 4 aprel 1994 – 1 iyul 2019-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik mexaniki, böyük elektrik mexaniki (gecə növbəsi olmaqla zərərli iş şəraitinə görə əmək haqqının 12 faizi miqdarında əlavə), 01.07.2019-cu il tarixindən bugünədək isə elektrik mexaniki (gecə növbəsi olmaqla zərərli iş şəraitinə görə əmək haqqının 24 faizi miqdarında əlavə) vəzifələrində işlədiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 1.7.2019-cu il tarixindən bugünədək yalnız gecə növbəsi olmaqla işlədiyi elektrik mexanik vəzifəsi nəzərdə tutulduğundan iddiaçının 1 yanvar 2 006-cı il tarixinə qədər güzəştli iş stajının olmadığını bildirmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)5236/2021 nömrəli (sədrlik edən hakim Səlma Salahova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 22 aprel 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi əmək stajı olması və onun 12 il 6 ay müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahələrdə (kod- 2290100a—19842 və kod – 2300200b—25410) işləməsi tam sübuta yetirildiyi ndən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi baradə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2487/2021 nömrəli (hakimlər Həmid Həmidov-sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5236/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi baradə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) ç alışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Vətəndaşlar ın pensiya təminatı haqqında” Qanun: Maddə 13. b bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur
17. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı: yarımstansiyaların xidməti üzrə elektrik montyorları - 2290100a—19842 elektrik mexanikləri - 2300200b—25410
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İş üzrə əlavə edilmiş sənədlərə əsasən kassasiya şikayəti qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İş üzrə təqdim edilmiş sənədlərdəndə göründüyü kimi iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 26.08.1978-ci il tarixdən 06.03.1982-ci il tarixədək Bakı Baza Energetika texnikumunda təhsil almış, 08.04.1982-ci ildən 20.04.1982-ci ilədək “Kibernetika” institutunda texnik işləmiş, 30.04.1982-25.05.1984-cü il tarixlərində hərbi xidmətdə olmuşdur.
23. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının müvafiq təsdiqli surətinə görə, 07.06.1984-cü il tarixdən 02.09.1985-ci il tarixədək “Kibernetika” institutunda elektrik çilingər vəzifəsində, 16.09.1985-ci il tarixdən 08.04.1992-ci il tarixədək “Bakı şəhər tikinti mexanikləşdirmə” trestində elektrik çilingəri vəzifəsində işləmişdir. 15.04.1992-ci il tarixdən Bakı Metropoliteninə elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir, 04.01.1994-cü il tarixdən həmin idarədə elektrik mexaniki vəzifəsində işləyir.
24. Belə ki, iş materiallarına əsasən, Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 40N-10/3-468 nömrəli, 16 aprel 2021-ci il tarixli məktubuna əsasən İddiaçı 15.04.1992-ci il tarixindən 04.01.1994-cü il tarixinədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında “elektrik montyoru” peşəsində, 04.04.1994-cü il tarixindən 18.07.2014-cü il tarixinədək “elektrik mexaniki”, “böyük elektrik mexaniki” vəzifələrində çalışmışdır (gecə növbəsi olmaqla 12% zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən 01.07.2019-cu il t arixinədək "xxxx" QSC-nin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında “elektrik mexaniki” vəzifəsində (gecə növbəsi olmaqla 12% zərərli iş şəraiti ilə) işləmişdir. 01.07.2019-cu il tarixindən Elektrik təchizatı xidmətinin Elektrik işıqlandırma və kabel şəbəkəsi distansiyasının təmir sahəsində elektrik mexaniki vəzifəsində işləyir (yalnız gecə, 24% zərərli iş şəraiti ilə). Gecə saatlarına görə İddiaçı əmək haqqına 40% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir.
25. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arxiv müdiri tərəfindən təsdiq edilmiş 12.02.2021-ci il tarixli akta əsasən, iddiaçının yuxarıda qeyd olunmuş vəzifələrdə işləməsi öz təsdiqini tapmışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, 2 nömrəli Siyahının “23000000 XXVİİİ. Nəqliyyat; 23002000 -
2. Metropolitenlər” sətri üzrə 2300200a kodu “a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə aid edilmişdir. İddiaçı elektrik mexaniki olmaqla fəhlə kimi deyil, mütəxəssis kimi çalışmışdır.
27. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin X2 Sorğu kitabçasına (hissə 56 - 2) əsasən “Elektrik Mexaniki” İİ Metropoliten Xidmətləri 2) Mütəxəssislər kateqoriyasına aid edilmişdir və vəzifə borcu “xidmət göstərilən qurğu və avadanlıqların saz saxlanılmasını, qəzasız və etibarlı işini, düzgün istismarını, onların texniki cəhətdən saxlanılması üzrə təlimatlara, təsd iq edilmiş çertyoj və sxemlərə, mövcud texniki şərtlərə və normalara müvafiq surətdə vaxtlı-vaxtında keyfiyyətlə təmir olunmasını və modernləşdirilməsini təmin etmək; qurğuların iş şəraitini öyrənmək, vaxtından əvvəl köhnəlməsinin səbəblərini aşkara çıxarmaq; onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək; qurğuların istismarı və onlara xidmət göstərilməsi üzrə texnoloji prosesə, təlimatlara, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qaydalara briqada tərəfindən riayət olunmasına nəzarət etmək; qurğuların işindəki nasazlıqların aradan qaldırılmasında iştirak etmək; İş yerlərinin materiallarla, xammalla, ehtiyat hissələri ilə, ölçü cihazları ilə, mühafizə vasitələri ilə, alət və mexanizmlərlə, texniki sənədlərlə təmin edilməsinə nail olmaq; əməyin və istehsalın elmi təşkilinin, əməyin qabaqcıl üsullarının tətbiqində iştirak edir, qovşaq və detalların təmirinin və bərpasının mütərəqqi metodlarını; habelə qurğu və avadanlıqların xidmət müddətinin artırılması, təmir işinə əmək sərfinin və onun maya dəyərinin azaldılması, təmirin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyib hazırlamaq və tətbiq etmək; təhkim olunmuş texniki vasitələrin etibarlığının, iş keyfiyyətinin yüksəldilməsi üzərində tədbirlərin işlənib hazırlanmasında, mövcud qurğuların mənimsənilməsində və modernləşdirilməsində iştirak etmək; materiallar, ehtiyat hissələri və alətlər üçün tələbnamələrin tərtib olunmasında iştirak etmək və onların qənaətlə və səmərəli surətdə sərf olunmasını təmin etmək; avadanlıqlarda qəzaların səb əblərinin təhqiq olunmasında qəza və istehsalat travmatizmi hallarının qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək; qurğu və avadanlıqlara xidmətin, onların cari və əsaslı təmirinin keyfiyyətlə aparılması işinə operativ rəhbərliyi həyata keçirməkdən ibarətdir”.
28. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1415-ci bəndlərində qeyd edilən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
29. Beləliklə konkret mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 13 il 8 ay 16 gün güzəştli iş stajı olmuşdur. İddiaçı 15.04.1992-ci il tarixindən 04.01.1994-cü il tarixinədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında “elektrik montyoru” peşəsində (2 nömrəli Siyahı, yarımstansiyaların xidməti üzrə elektrik montyorları 2290100a—19842), 04.04.1994-cü il tarixindən 01.01.2006-cı il t arixinədək elektrik mexaniki vəzifəsində (2 nömrəli Siyahı, elektrik mexanikləri - 2300200b—25410) işləmişdir.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2487/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.