Məhkəmə qərarları › İş №2-1(102)-528/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-528/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-528/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iş üzrə QƏRARİ İş № N-1(10N)-5N8/N0N4 (Açar sözlər: əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 09.04.2024 hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “əmrin ləğvi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(104)-466/N0N3 nömrəli, 7 sentyabr N0N3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 1-1(095)- 016/N0NN nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı Gəncə Hərbi Məhkəməsinin 09 iyun N0NN-ci il tarixli 1-1(095)-016/N01N nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4,31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair məhkumun ərizəsi əsassız olduğundan təmin edilməmişdir.

2. Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haq qında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

3. Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, xx.xx.N0NN-ci il tarixdə icraatına başlanılmış İddiaçı Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan( maddi ziyanı tam ödədiyinə, zərəçəkənlərlə barışdığına, həmçinin vurulmuş ziyanın N5%-ni, yəni N000 manat məbləğində pulu dövlət büdcəsinə ödədiyinə görə) xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh komandirinin onun barəsində verilmiş xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. iddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh komandirinin xx.xx.N0NNci il tarixli, 073əç nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli N50 nömrəli əmri ilə, iddiaçı N nömrəli hərbi hissənin 1-ci taborun minaatan tağımının 3-cü minaatan sürücüsü olaraq, Cavabdeh komandirinin N0 avqust N0NN-ci il tarixli 073əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin "i" bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. İddiaçının xidmətdən azad edilməsinə əsas kimi onu göstərirlər ki, onun barəsində cinayət işi olmuşdur. Barəsində olan cinayət işinə görə iddiaçı Gəncə Hərbi Məhkəməsinin hökmü ilə 10500 (on min beş yüz) manat cərimə edilmişdir, hazırda cərimə ödəyir. Belə bir vəziyyətdə onun işdən azad edilməsi onun dövlətə olan cərimə məbləğini ödəməyinə mane olacaqdır. Sözügedən cinayət işi üzrə xitam verilmiş epizoda yenidən baxılması ilə əlaqədar iddiaçı xidməti uyğunsuzluğa görə işdən azad edilmişdir. Bu tam əsassız və qanunsuzdur. Ona görə ki, haqqında olan araşdırmaya hələ yekun verilmə mişdir. Ola bilsin ki, ona həmin epizod üzrə bəraət veriləcəkdir. Bütün hallarda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsində göstərilir ki, "Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər”. cavabdehin etirazları:

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, N0N1-ci ildə N nömrəli hərbi hissədə xidmət edən XN MAHHXHQ çavuş İddiaçı "müdafiə nazirliyindən göstəriş var xidməti uyğunsuzluğa görə buraxılanları yenidən hərbi hissəyə qaytarmaq olar" sözlərini dediyinə görə İddiaçı 3 nəfərdən N manat pul alaraq hərbi hissəyə qaytarılmaları üçün XNa vermişdir. XN bu işi yerinə yetirmədiyinə görə həmin şəxslər İddiaçı və XN barəsində şikay ət etmiş və onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 31N-ci maddələri (Dələduzluq, rüşvət vermə) ilə cinayət işi başlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli hökmü ilə İddiaçı 10500 manat cərimə olunmuşdur. N0NN-ci ilin mart-aprel aylarında İddiaçı Gəncə şəhərində tanıdığı İradə adlı musiqi müəlliməsinin oğlu Cavanşirin hərbi xidmətə qəbul olunması üçün ondan 6000 manat almışdır. Bundan başqa həmin vaxtlarda N nömrəli hərbi hissədən ehtiyata buraxılmış Bəxtiyar adlı şəxs hərbi xidmətə qəbul olunması üçün İddiaçı müraciət etmiş, İddiaçı ondan N000 manat pul almışdır. Ç.Qasımov həmin şəxslərə kömək etmədiyinə görə onlar hərbi prokurorluğa şikayət etmişlər. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edi lmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmır. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş İddiaçı yuxarıda qeyd olunan qanun pozuntularına yol verdiyini, vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamilovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xid məti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N əç nömrəli N0 avqust N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin N əç nömrəli N0 avqust N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N66/N0N3 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallar ına əlavə edilmiş, eləcə də məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı vəzifəyə təyin edildikdən sonra öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət əməllərinin törədilməsi onun öz etirafedici ifadələri ilə yanaşı, digər sübutlarla da təsdiqini tapmışdır. Nəticə etibarilə müvafiq cəzaya məruz qalaraq məhkum edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməlləri tam sübuta yetirilmiş, ziyanı ödəməsi əsası ilə icraata xitam verilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələblərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Həmçinin iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 134 nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.N0NN-ci il tarixdən sürücü təyin edilmiş, bundan sonra xx.xx.N0NN-ci il tarixdə isə B.Tağıyev adlı şəxsə qarşı dələduzluq cinayəti törətmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. a pellyasiya instansiyası məhkəməsindəki icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(104)-466/N0N3 nömrəli, 7 sentyabr N0N3-cü il tarixli qərarı ilə (hakimlər R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı N0 aprel N0 07-ci il tarixdən 0N avqust N0NN-ci il tarixə kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş, həmin dövr ərzində xidmətində heç bir qüsur və nöqsan olmamışdır. 0N avqust N019-cu il tarixdən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir.

14. Qeyd edir ki, xx.xx.1997-ci il tarixli, 377İQ NQ-li Qanunla təsdiq olunmuş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinə görə törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar. a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olanlar; b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası t əxirə salınanlar. Həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkilməsindən azad edilənlər.

15. Bu maddənin “b” bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir qayda olaraq ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Barələrində istintaq işi aparılan yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.

16. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı Gəncə Hərbi Məhkəməsinin 09 iyun N0NN-ci il tarixli hökmü ilə cərimə cəzasına məhkum olunmuşdur. Onun xidməti uyğuns uzluğa görə ehtiyata buraxılmasına dair əmr isə xx.xx.N0NN-ci il tarixdə, yəni hökmün çıxarılmasından N ay 11 gün sonra verilmişdir.

17. Belə ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli 1-1(095)- 016/N0NN №-li hökmü ilə İddiaçı 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Dəymiş ziyan onun tərəfindən tamamilə ödənilmişdir. İddiaçı ailəlidir. Həyat yoldaşı işləmir. Himayəsində bir azyaşlı uşağı vardır. Həm yaşına görə həm də barəsində ittiham hökmü çıxarılmış bir şəxsin bu və ya digər idarə, müəssisədə işə götürülməsi sadəcə olaraq mümkün deyildir. Belə bir vəziyyətdə o, Gəncə Hərbi Məhkəməsinin hökmü ilə təyin edilmiş 10500 manat cərimə cəzasını ödəməsi qeyri-mümkündür. Bununla belə o həm də ailəsini necə dolandırmalıdır.

18. Həm də onun barəsində başqa bir sözügedən cinayət işi üzrə xitam verilmiş epizoda yenidən baxılması ilə əlaqədar olaraq haqqında aparılan araşdırmaya hələ yekun vurulmamışdır, ola bilsin ki, həmin epizod üzrə ona bəraət veriləcəkdir. Ona görə də məhkəmələrin hökm və ya qərarlarından verilmiş şikayətlər sonuncu məhkəmə instansiyası tərəfindən baxılıb qərar verilənədək şəxs təqsirsiz sayılır.

19. Bu səbəbdən də İddiaçı Gəncə Hərbi məhkəməsinin 09 iyun N0N3-cü il tarixli hökmündən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin xx.xx.N0NN-ci il tarixli 173əç №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinə görə ehtiyata buraxılması qanunsuz və əsassızdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏ N HÜQUQ 21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd

1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bənd N. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Bənd 156. e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Bəənd

158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qul luqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar:...b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum məcburi əməyə cəlb edilməklə azadlıqdan şərti məhkum edilənlər və olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökm ündə göstərilən cəza çəkmə günündən, məcburi əməyə cəlb edilməklə azadlıqdan şərti məhrum edilənlər və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. Bu maddənin «b» bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Bənd

165. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhku m olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. 168. hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. 22. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94- cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmət keçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Maddə 41.0.6. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.

23. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1: Maddə

1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Maddə N. Hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Maddə

3. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salam vermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir.

24. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün m üddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, əsasən onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının hərbi xidmət orqanlarından ehtiyata buraxılma (xidməti uyğunsuzluğa görə) ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd e tməyi zəruri hesab edir.

32. İlk öncə qeyd edilməlidir ki, hazırkı işdə iddiaçının hüquqi marağı ehtiyata buraxılma barədə əmrin ləğv edilməsinə yönəlmişdir.

33. Belə ki, işin aşağı məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən, İddiaçı Gəncə Hərbi Məhkəməsinin 09 iyun N0NN-ci il tarixli, 1-1(095)-016/N01N nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4,31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.

34. Eyni zamanda Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, İddiaçı başqa epizodlara görə Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddə ləri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir.

35. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, cinayət əməllərinin törədilməsi iddiaçının öz etirafedici ifadələri ilə yanaşı, digər sübutlarla da təsdiqini tapmışdır. Nəticə etibarilə müvafiq cəzaya məruz qalaraq məhkum edilmişdir.

36. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçı barəsində bir qanuni qüvvəyə minmiş hökm, bir də cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar mövcuddur. İkinci iş üzrə icraat xitam verilsə də, iddiaçının müvafiq əməlləri tam sübuta yetirilmiş, ziyanı ödəməsi əsası ilə icraata xitam ver ilmişdir.

37. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hazırkı qərarın N3-cü bəndinə əsasən qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.

38. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyi şdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N0N3-cü il 07 sentyabr tarixli, N-1(104)-466/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar