Məhkəmə qərarları › İş №2-1(102)-528/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-528/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-528/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il ta rixli, 2-1(103)-2353/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 0604 nömrəli payçı müqaviləsinə əsasən Maraqlı şəxs MTKdan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli mənzilinin alınması üçün ödədiyi 171993 manat məbləğində pul vəsaitinin ƏDV-nin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin ona ödənilməsi vəzifəsinin Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1 (112)-1969/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2353/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

6. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və şikayətin müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Kassasiya şikayətinin müddət ötürülməklə verildiyi idd iaçının və onun vəkilinin nəzərinə çatdırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırıl malıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. Bu qərardadın 7-ci bəndində istinad olunan norma ya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə AZEMİS-də iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

11. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

12. İddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim olunması və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizənin (vəsatətin) verilməsi təklif olunmuş, qeyd olunan çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə ünvanlamış ərizədə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından şikayət verilməsi ilə bağlı hüquq və vəzifələrin izahına dair bildiriş xx.xx.20 24-cü il tarixdə iddiaçının elektron kabinetinə yüklənmişdir. Bu səbəbdən də şikayət verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən kassasiya şikayəti vaxtında verilmişdir.

14. Bu qərardadın 7-ci bəndində istinad olunan normaya əsasən, qanunverici kassasiya şikayətinin məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilə biləcəyini təsbit etmişdir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə AZEMİS-də iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur. Kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin axımının başlanması da məhz həmin tarixdən qəbul edilmə lidir. Bu baxımdan, iddiaçının ərizəsində istinad etdiyi hallar onun tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmadığına haqq qazandıra, eləcə də müddətin buraxılmamış hesab edilməsi üçün yetərli sayıla bilməz.

15. Beləliklə, qeyd edilən çatışmazlıq məhkəmənin müəyyən etdiyi müddətdə iddiaçı tərəfindən aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

16. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2353/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar