Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-529/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 12 oktyabr tarixli 2-1(103)2124/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 114612 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1sökülmüş ev xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 iyul tarixli, 2478 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsinə və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon MİH 3 saylı Evlər İdarəsi tərəfindən tərtib edilmiş 2002-ci il 1 may tarixli aktla Badamdar qəsəbəsi, 12-ci Badamdar küçəsində yerləşən iddiaçıya məxsus olan 18 saylı evin yaşayış üçün yararsız olduğu təsdiq edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinin eskiz layihəsi tərtib olunmuş və Səbail rayon İcra Hakimiyyəti başçısının Aparatı cavabdehə 2017-ci il 1 dekabr tarixli məktub göndərərək Səbail rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 iyul tarixli, 2478 saylı Sərəncamı ilə iddiaçıya Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq olunaraq baxılıb münasibət bildirilməsi xahiş olunmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 18 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. Ümumi sahəsi 51,0 kv.m kimi dövlət reyestrindən qeydiyyatdan keçmiş əmlak sökülmüş və yerində ümumi sahəsi 214,0 kv.m olan iki mərtəbəli mansardalı fərdi yaşayış evi inşa edilmişdir. Qeydiyyatdan keçən əmlakın məhv edilməsinə dair ərizə, yeni inşa edilmiş fərdi yaşayış evinə dair sənəd təqdim olunmamışdır. Bundan əlavə, təqdim olunmuş sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 2 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Səbail rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 iyul tarixli, 2478 saylı Sərəncamı əsasında ona verilmiş ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə, həmçinin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət h üquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ünvan 1 ünvanda (Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində) yaşayır. Səbail rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 iyul tarixli, 2478 saylı Sərəncamı ilə yaşadığı yerdə yerləşən torpaq sahəsinin adına sənədləşdirilməsinə və orada fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin dövrdə yaşadığı fərdi yaşayış evi 1951-ci ildə inşa edilmişdir. Həmin fərdi yaşayış evinə dair MH seriyalı, 114612 saylı Qeydiyyat Vəsiqəsi verilmiş və onun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. 2002-ci il 1 may tarixdə həmin yaşayış evinin yararsız olduğuna dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon MİH 3 saylı Evlər İdarəsi tərəfindən akt tərtib edilmişdir. Həmin akt tərtib edildikdən sonra yararsız olan fərdi yaşayış evi sökülmüş və yeni fərdi yaşayış evi tikilmişdir. Fərdi evin tikintisinə icazə verilən torpaq sahəsinin situasiya planı və sxemi Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək razılaşdırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 may tarixli 2-1(81)2645/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Səbail rayon İcra Hakimiyyəti başçısının 1994-cü il 28 iyul tarixli, 2478 saylı Sərəncamı əsasında iddiaçıya verilmiş, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə, həmçinin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mül kiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində qanuni hüququ yarandığından, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 12 oktyabr tarixli 2-1(103)-2124/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 31 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 27 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının adına qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi binada x2 adına qeydiyyatdan keçmiş digər mənzil də mövcuddur. Bu səbəbdən, müvafiq binanın yerləşdiyi torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən bütün mənzillərin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan, müvafiq torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin obyektiv araşdırılması məqsədilə x2, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 1 1.1, 12.1, 23-cü maddələrinin, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 1996-cı il 16 iyul tarixli “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun un 8.0, 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Torpaq islahatı haqqında” Qanunun qəbul edilməsindən əvvəl müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçıya verilmiş, həmin torpaq sahəsində fərdi evin tikintisinə icazə verilmişdir. Digər tərəfdən, işdə olan, 1997-ci ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, iddia olunan torpaq sahəsində əvvəllər mövcud olmuş 18 nömrəli yaşayı ş evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Beləliklə, iddiaçı “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən, 1997-ci ildən evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0, 8.0.9, 8.0.9.1, 8.0.9.1.2ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə kollegiyası həmin normanın hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd edir ki, iddiaçı “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, 1997-ci ildən evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olduğundan, o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.9, 8.0.9.1, 8.0.9.1.2-ci maddələrində nəzərdə tutulmuş şərti ödəmişdir. Həmin ünvanda yerləşən binada x2 adına qeydiyyatdan keçmiş digər mənzilin də mövcud olduğuna dair cavabdehin dəlilinə gəldikdə, bu dəlil işin materialları ilə təsdiq olunmur. Əksinə, iddiaçının adına 1997-ci ildə verilmiş qeydiyyat vəsiqəsində mənzil deyil, ev göstərilmiş, həmin ünvan üzrə iddiaçının adına 1997-ci il də tərtib edilmiş texniki pasportda isə Bakı şəhəri, Səbail rayonu, 12-ci Badamdar küçəsindəki 18 №-li evin yalnız 1 mənzildən ibarət olduğu göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 12 oktyabr tarixli 2-1(103)-2124/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-529/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-529/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver