Məhkəmə qərarları › İş №2-1(102)-529/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-529/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-529/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Emin İsayevin iştirakı ilə,, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliy ində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı iddiaçıya əmək pensiyasının yenidən hesablanması vəzifəsini həvalə olunması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1881/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı onun təqaüdə çıxdığı vaxtda hesablanmamış 14 il, 9 ay, 9 gün əmək stajının hesablanması üçün qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.1974-xx.xx.1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozuna işlədiyi müddətin sosial sığorta stajına daxil olunaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Ermənistan Respublikası Kalinino rayonunun Qızıldaş kəndində anadan olmuşdur. Bütün kəndliləri kimi o da kiçik yaşından, yəni 17 yaşından kəndlilərlə birlikdə Erməni stan Respublikası Kalinino rayonunun Qızıldaş kənd sovxozunda fəhlə işləmişdir. Onunla sovxozda fəhlə işləyən həmkəndliləri 1988-ci il məlum hadisələrdən sonra respublikanın müxtəlif rayonlarında məskunlaşmışlar. Ermənistandan qaçqın düşmüş həmkəndliləri kimi o da əmək kitabçası əldə edə bilmədiyindən təqaüdə çıxdıqda 15 (on beş) illik əmək stajı nəzərə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-379/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçının xx xxxxx 1974 – xx xxxxxx 1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin 12 il 06 ayı sosial sığorta stajı kimi n əzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 52, 68.1, 68.2, 73.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının pensiyası yenidən hesablanmalıdır.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1881/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Raqib Qurbanov) qərar ilə Bakı İnzi bati Məhkəməsinin 2-1(112)379/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı onun xx xxxxx 1974 – xx xxxxxx 1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil olunaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən Azərbaycan Re spublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə, Əmək Məcəlləsinin 87-ci maddəsinə, Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»nın 1.1-ci bəndinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1, 3.1.1, 3.1.2, 3.2, 3.2.1, 3.2.2-ci bəndlərinə, İnzibati Prosessual Məcəllənin 1.2, 14.3-cü maddələrinə istinad etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının i zahatları a) Kasasiya şikayətinin dəlilləri

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi isə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, pensiya təyin edən komissiya tərəfindən əmək stajı müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməsinin İİİ bölməsinin 16-ci bəndinin tələbi pozulmuşdur.

10. Təqdim edilən sübuta obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamaqla məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin (Sübutların qiymətləndirilməsi) həmçinin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərini (Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur) pozmuşdur.

11. Bundan əlavə onu qeyd etmək istəyirik ki, Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməsinin qüvvədə olmamasını əsas gətirərək iddiaçının pensiya stajının hesablanma məsələsinin həmin Əsasnaməyə əsasən yox, hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş pensiyaların hesablanması haqqında qaydalara uyğun olaraq tənzimlənməli olduğunu qeyd etm işdir (5-ci səhifə 2-ci abzas). Lakin məhkəmə nəzərə almamışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun «Əmək pensiyalarının yenidən hesablanması qaydaları» özündə əks etdirən 28-ci maddəsi xx xxxxxx 2018-ci il tarixli, 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Məhkəmənin əsaslandığı normanın artıq qüvvədə olmaması iddiaçının işlədiyini iddia etdiyi müddət ərzində və hal-hazırkı vaxtda göstərilən münasibəti tənzimləyən normanın olmaması deməkdir.

12. Belə olan halda, oxşar münasibətləri tənzimləyən norma olmadığı səbəbindən Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqqında» Qanunun 13-cü maddəsinə əsasən qanunun və hüququn analogiyasını tətbiq edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 63 8 nömrəli «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməni əsas götürməli idi. Lakin məhkəmə Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqqında» Qanunun 13-cü maddəsinin tələblərini tətbiq etməmişdir və bununla da maddi hüquq normasının tələblərini pozmuşdur.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1881 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şika yətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili E.İsayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətin in təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə:

17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

20. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kolleg iyasının inzibati mübahisələr üzrə qəbul edilmiş bir çox qərarlarında inzibati mübahisələrinin həlli zamanı İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tətbiq edilməsinin çox böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır və bu heç də təsadüfi deyildir.

21. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. Həmin məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq m əhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Lakin apelyasiya instansiyası məhkəməsi hazırki inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin müddəalarına riayət etməmişdir.

25. Belə ki, apelyasiya instansiyası məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarın əsaslandırma hissəsində apelyasiya instansiyası məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən h esablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1, 3.1.1, 3.1.2, 3.2, 3.2.1, 3.2.2-ci bəndlərinə istinadən belə qənaətə gəlmişdir ki, «Göründüyü kimi, normativ-hüquqi aktla sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğu imperativ qaydada təsbit edilmiş, bu sənəd müxtəlif səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda isə iş stajının yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə biləcəyi bildirilmişdir.

26. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsindən göndərişlə Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasə n müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Lakin, qeyd olunanlara zidd olaraq, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən mötəbər əmək kitabçası cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında 1990-cı ildə Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyası tərəfindən aparıldığı ehtimal olunan «1989–1990-cı illərdə Respublikada yaranmış məlum vəziyyətə görə Ermənistanın Kalinino rayonundan qovulmuş İddiaçı ərizəsinə əsasən Kalinino rayonu Qızıldaş sovxozunda xx xxxxx 1974-cü ildən xx xxxxxx 1989-cu ilə kimi fəhlə işləmişdir» məzmunda qeyd, belə sübutetmə qüvvəsinə malik olmamaqla, mötəbər deyil. Həmin qeydin «İddiaçı ərizəsinə əsasən» edilməsi də qeyri-m ötəbərliyin digər səbəbidir.

28. Eyni qaydada, iddiaçının tərəfində şahidlərin ifadələri də Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələbinə müvafiq olaraq əmək kitabçasını əvəz edən mötəbər sübut sayıla bilməz.

29. Bununla əlaqədar, yaşa görə əmək pensiyasının xx xxxxxx 2006-cı il tarixədək olan dövrünün yenidən hesablanması üçün zəruri sənəd kimi inzibati orqana təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər əmək kitabçasının təqdim edilməməsi özlüyündə cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər sənəd təqdim olunmadan yaşa görə əmək pensiyası təyin etməsi qanuna ziddir».

30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Ermənistandan qovulmuş İddiaçınun xx xxxxx 1974-cü ildən xx xxxxxx 1989-cu ilə kimi Ermənistanın Kalinino rayonu Qızılbaş sovxozunda fəhlə işləməsi ilə bağlı Ermənistan Respublikasına gedib və yaxud da poçtla sorğu göndərib oranın Arxivindən hər hansı bir məlumat alması, şübhəsiz ki, praktiki cəhətdən mümkün deyildir.

31. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin Dövlət Sığorta İnspeksiyasına dair tam və hərtərəfli araşdırma aparmadan, yəni, həmin Dövlət İnspeksiyası olan təşkilatın hal-hazırda mövcud olub-olmamasını, o yoxdursa, onun hüquqi varisi kim olmasını müəyyən etmədən, sonradan isə sözügedən Dövlət Sığorta İnspektisiyasının adıçəkilən qeydin nəyə əsasən aparılmasını və nəticə etibarı ilə də qanuniliyini yoxlamadan, «qeyd, belə sübutetmə qüvvəsinə malik olmama qla, mötəbər deyil» kimi qənaətə gəlməsi əsassızdır və İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2ci maddələrinin tələblərinə uyğun deyildir.

32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, yuxarıda göstərilmiş məsələlər tam və hərtərəfli araşdırıldıqdan sonra iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.

33. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il t arixli, 21(103)-1881/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar