Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-529/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və plan ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, Əsgərova (Eyvazova) Türkan Elbrus qızının (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəl ələri Dövlət Xidməti) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-55/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X4 və X1 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış, qadına Əsgərova soyadı verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Bərdə Rayon Torpaq Şöbəsinin xx.xx.2001-ci il tarixli arayışdan görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızının adı torpaq islahatı aparılan zaman ümumi siyahıda qaldığı üçün ona 3 nəfər ailə üzvləri ilə birlikdə Kələntərli aqro islahat müəssisəsinin yerli islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı iclasının qərarına əsasən ərazidə “Böyük yer” adlanan sahədən qəbul olunmuş norma üzrə 0.66 ha pay torpaq verilmişdir.
3. Bərdə rayon Dövlət arxivinin xx.xx.2000-ci il tarixli, 376 saylı arayışından görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızına “Böyük Yer” adlanan ərazidən 0.66 ha torpaq sahəsi verilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021 -ci il tarixli, **********957 saylı məktubundan görünür ki, hüquqmüəyyənedici sənədlər, eləcə də dövlət aktı olmadan sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
5. Bərdə rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 86 saylı məktubuna əlavə edilmiş Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokolundan görünür ki, Qasımbəyli kəndi üzrə, “Böyük Yer” adlanan sahədə İbrahimov (Əsgərova) Gülbəniz Nəriman qızına 0.66 ha torpaq sahəsi verilmişdir. 6. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, **********43 nömrəli məktubu və ona əlavə edilmiş Bərdə RAİK-nın 22 iyun 1998-ci il tarixli, 09 sayl ı qərarı ilə təsdiq edilmiş Bərdə rayonu Qasımbəyli kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, Əsgərova (İbrahimova) Gülbəniz Nəriman qızı və İddiaçı2 adları müvafiq siyahıda mövcud olmuş, adlarının qarşısında 0,08ha torpaq sahəsi əks olunmuşdur. 7. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əsgərova (Eyvazova) Türkan Elbrus qızının Bərdə rayonu, Qasımbəyli kəndində “Böyük yer” adlanan ərazidə faktiki istifadəsində olan torpaq sahəsi 1,30 hektardır və faktiki istifadə etdikləri torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyətinə aiddir, həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfat kateqoriyalı, əkin təyinatlı torpaq sahəsidir, həmin torpaq sahəsi üzərində hal-hazırda heç bir kommunikasiya xətti mövcud olmadığından elektrik, rabitə, qaz, su kanalizasiya xətlərinin mühafizə zolağına düşmür. Şimal hissədən Tərtər çayının yatağından 34,4 m aralı məsafədə yerləşir. Üçüncü şəxslər iştirak etmədiyindən iddiaçıların bildirdiyinə görə həmin torpaq sahəsi hal-hazırda naturada iddiaçılar tərəfindən istifadə olunur. 8. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 26 aprel 2023-cü il tarixli nömrəli məktubunda qeyd olunur ki, mərkəzin arxivində mövcud olan Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli,09 saylı qərarı ilə təsdiq olunmuş Bərdə rayonu, Körpüsındıran kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siy ahısında İddiaçı1, İddiaçı2 və Əsgərova (Eyvazova) Türkan Elbrus qızının adları aşkar edilməmişdir. 9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 11 iyul 2023-cü il tarixli nömrəli məktubunda qeyd olunur ki, elektron baza məlumatlarına əsasən Bərdə rayonu Qasımbəyli kəndi ərazisində pay torpaqları almış subyektlərin siyahısında İddiaçı1, İddiaçı2, X2 adları 7 saylı Bərdə Ərazi İdarəsinin əhatə etdiyi Bərdə, Goranboy, Tərtər, Ağdam rayonları, Naftalan şəhəri üzrə qeyd edilməmişdir. Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı istehsalı torpaq sahəsinə dair dövlət aktı verilən şəxslərin siyahısından sorğuda qeyd olunan şəxslərin adlarının olub-olmamasına dair məlumatın araşdırılaraq cavablandırılması 7 saylı Bərdə Ərazi İdarəsini n səlahiyyətləri daxilində deyildir. TEKUİS məlumat bazasına əsasən “Böyük yer” adlanan ərazidə yerləşən iddiaçıların istifadəsində olan 0,66 ha torpaq sahəsinin şimal hissəsində yerləşən torpaq sahəsi, dövlət mülkiyyətinə aid, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla əkin təyinatlı torpaq sahəsidir, cənub hissəsində yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyətə aid kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Qasımbəyli kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Dövlət reyestrində çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qə bul edilməsini xahiş etmişdirlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu il tarixdə torpaq islahatları gedən vaxt Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 03 saylı qərarına əsasən Qasımbəyli kəndində Böyük yer adlanan ərazidən iddiaçılara 0.66 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaqdan hal-hazırda istifadə edirlər. Lakin torpağa aid arxiv sənədləri olsa da çıxarış və plan ölçü sənədi yoxdur. Bu səbəbdən onlar sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan ölçüsü sənədinin verilməsi üçün cavabdehə müraciət etsələr də, sonuncu isə bundan imtina etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-856/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarı (hakim F.Hüseynov) ilə iddia təmin edilmiş, Bərdə rayon Aqrar İslahat Komiss iyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə İddiaçı1, İddiaçı2 və Əsgərova (Eyvazova) Türkan Elbrus qızına verilmiş Bərdə rayon, Qasımbəyli kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçılara qanuni əsaslarla torpaq sahəsi ayrılmış və iddiaçılar da təyinatı üzrə həmin torpaq sahəsindən istifadə edirlər. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətd ə qeyd edilməlidir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinə dair dövlət aktının verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən torpağı müvafiq komissiyanın qərarı əsasında, yəni qanuni əsaslarla əldə etmişdir və həmin qərar halhazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişdirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-55/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərardadı ilə Azərbay can Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-55/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətini n dəlilləri
20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı1 adına islahat zamanı torpaq sahəsinin vətəndaşlara verilməsi barədə subyektlər siyahısında (DBF faylı) adı, eyni zamanda torpaq sahəsinin elektron yerləşmə məkanını göstərən, Torpaq İslahatı zamanı hazırlanmış Kompleks yerquruluşu xəritəsində göstərilmiş sahə (DVVJ faylı) qeydə alınmamışdır.
21. Bundan əlavə aparılan arxiv araşdırması zamanı İddiaçı1 adına torpağa mülkiyyət hüququna dair Dövlət aktı aşkar olunmamışdır.
22. Göründüyü kimi, torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığından torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı ərizənin icrasından haqlı olaraq imtina olunmuşdur.
23. Belə ki, iddiaçının naturada (yerində göstərdiyi) torpaq sahəsi dövlət mülkiyyətinə aid olan kənd təsərrüfatlı, əkin torpaq sahəsidir. Bu hüquqi rejiminə aid torpaq sahəsi isə xüsusi mülkiyyətə satıla bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyə t və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8. 0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs mürac iət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiy i kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya dövlət reyestrindən çıxarışın və plan ölç ü sənədinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
37. İlk öncə qeyd edilməlidir ki, iddiaçı onun və ailəsinin istifadəsində olan, Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokol-qərarına əsasən verilmiş Bərdə rayonu Qasımbəyli kəndində yerləşən 0,66 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və eyni zamanda müvafiq plan və ölçü sənədinin tərtib olunaraq verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh bundan imtina edərək, hüquqmüəyyənedici sənədlər, eləcə də dövlət aktı olmadan sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasının mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığını bildirmişdir.
38. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 86 saylı məktubuna əlavə edilmiş Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokoluna görə, Qasımbəyli kəndi üzrə, “Böyük Yer” adlanan sahədə İbrahimov (Əsgərova) Gülbəniz Nəriman qızına 0.66 ha torpaq sahəsi verilmişdir.
39. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarında qeyd edilən mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, Əsgərova (Eyvazova) Türkan Elbrus qızının Bərdə rayonu, Qasımbəyli kəndində “Böyük yer” adlanan ərazidə faktiki istifadəsində olan torpaq sahəsi 1,30 hektardır və faktiki istifadə etdikləri torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyətinə aiddir, həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfat kateqoriyalı, əkin təyinatlı torpaq sahəsidir, həmin torpaq sahəsi üzərində hal-hazırda heç b ir kommunikasiya xətti mövcud olmadığından elektrik, rabitə, qaz, su, kanalizasiya xətlərinin mühafizə zolağına düşmür. Şimal hissədən Tərtər çayının yatağından 34,4 m aralı məsafədə yerləşir. Üçüncü şəxslər iştirak etmədiyindən iddiaçıların bildirdiyinə görə həmin torpaq sahəsi hal-hazırda naturada iddiaçılar tərəfindən istifadə olunur.
40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, 0,66 ha həyətyanı torpaq sahəsi qanuni sahiblik və istifadələrində olmaqla iddiaçılara Kələntərli kolxozunun xx.xx.1999-cu il tarixli, 03 saylı protokoluna əsasən ayrılmışdır və həmin sənəd dövlət arxivində mövcuddur.
41. Həmçinin apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Əra zi İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, **********43 nömrəli məktubu və ona əlavə edilmiş Bərdə RAİKnın 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə təsdiq edilmiş Bərdə rayonu Qasımbəyli kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, Əsgərova (İbrahimova) Gülbəniz Nəriman qızı və İddiaçı2 adları müvafiq siyahıda mövcud olmuş, adlarının qarşısında 0,08 ha torpaq sahəsi əks olunmuşdur.
42. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqın da” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
43. Həmçinin Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azad lığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçılara qanuni əsaslarla torpaq sahəsi ayrılmış və iddiaçılar da təyinatı üzrə həmin torpaq sahəsindən istifadə edirlər. Aqrar islahat həyata keçirilərkən iddiaçı və ailəsinin adına dövlət aktının işlənməməsi onların ziyanına şərh edilə bilməz.
45. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassa siya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-55/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.