Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-53/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-53/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 25.02.2020 Açar sözlər: özbaşına tikiliyə yaşayış yeri üzrə qeydiyyata alınmadan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs xxx2un iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1199/2019 saylı q ərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunazidd hesab olunması və onun Bakı şəhəri, xxx3 ünvana qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, qeyd etdiyi ünvanındakı yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin evin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx xxx 2003-cü il tarixli əmrindən çıxarışa əsasən, fərdi mənzil tikintisi üçün ayrılmış və iddiaçının vəsaiti he sabına tikilmişdir. İddiaçı bir müddət həmin evdə yaşamasa da, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2(003)-187/2013 saylı qətnaməsinə əsasən oraya köçürülmüşdür. İddiaçı yaşadığı yer üzrə qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan qanunsuz olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(82)1516/2017 saylı qərardadı ilə (hakim Hökümə Babayeva) X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(82)1516/2017 saylı qərarı ilə (hakim Hökümə Babayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericil iyin tələblərinə görə şəxsin yaşayış yerinə köçməsi üçün əsas verən sənəd onun yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. İddiaçının qeyd edilən ünvanda olan yaşayış evinə köçürülməsinə dair qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qətnaməsi mövcud olduğundan, cavabdehin iddiaçının həmin mənizlə qeydiyyata alınmasında imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-2279/2017 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla i ddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(102)546/2018 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsinin iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması üçün həmin ünvanın mövcud olmasının və səlahiyyəlti dövlət orqanı tərəfindən qeydə alınmasının məcburiliyinə dair gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, qanunver icilik şəxsin daimi və ya daha çox yaşadığı yer üzrə qeydiyyata alınması üçün təqdim edilməsi zəruri olan sənədlərin siyahısını müəyyən etmiş və həmin sənədlərin sırasına qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri də əlavə etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi iddiaçının yaşadığı yer üzrə qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər sənəd olaraq nəzərə alınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(103)-1419/2018 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmışdır. Həmin qərardan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)-17/2019 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, şəxsin yaşayış yeri üzrə pasport və sair qeydiyyata alınması üçün həmin yerin rəsmi ünvanı mövcud olmalıdır. Məhkəmələrin istinad etdiyi məhkəmə qətnaməsində mübahisəli mənzilin ünvanının rəsmi olmasına dair hər-hansı mə lumat mövcud olmamış, habelə iddiaçı və üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlərdə mübahisəli mənzilin ünvanına dair ziddiyyət mövcud olmuşdur. Apellyasiya məhkəməsi isə göstərilən ziddiyyətlə bağlı zəruri qiymətləndirmə aparmadan və mübahisəli mənzilin rəsmi ünvanının mövcudluğuna dair əlavə araşdırma aparmadan rəsmi ünvanının mövcudluğu mübahisə altında olan mənzil üzrə qeydiyyata alınmaya dair düzgün olmayan qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1199/2019 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Vüsalə Baxışova) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesa b etmişdir ki, şəxsin yaşayış yerinə köçməsi üçün əsas verən sənəd o halda yaşayış yeri üzrə pasport qeydiyyatına alınması üçün əsas ola bilər ki, pasport qeydiyyatına alınması nəzərdə tutulan ünvan səlahiyyətli dövlət orqanı tərəfindən verilməklə mövcud olsun. İddiaçının qeydiyyata alınması tələb olunan evin dövlət reyestrində qeydiyyatdan keçmədiyi, həmin evə rəsmi ünvanın verilmədiyi həmin ünvanda heç kimin yaşayış üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tə min edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, məhkəmənin iddiaçının qeydiyyata alınmasının tələb etdiyi mənzilin dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbindən cavabdehin imtinasının əsaslı olmasına dair gəldiyi nəticə qanuni olmamışdır. Belə ki, həmin mənzilə dair order əsasında mənzil dövlət reyestrində qeydiyyatdan keçməsə də, order şəxsin qeydiyyata alınması üçün əsas olan sənədlərin siyahısında öz əksini tapmışdır. Mənzilin dövlət reyestrində qeydiyyata alınmaması və ünvan reyestri informasiya sistemində qeydiyyatdan keçməməsi onun həmin mənzilə qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Bu ndan başqa bildirilmişdir ki, ünvan reyestrinin aparılması Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli, 27 saylı fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. İddiaçının qeydiyyata alınmasını tələb etdiyi evin yerləşdiyi küçəyə isə xxx4 adı Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli, 140 saylı sərəncamı ilə verilmişdir. Daha bir əsas kimi bildirilmişdir ki, qanunvericilikdə qeyd edilmiş ünvan üzrə iddiaçının qeydiyyatının əsası kimi həmin ünvana köcürülmə barədə məhkəmə qərarını nəzərdə tutmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs vəkilsiz iştirak etmiş və ərizə təqdim edərək, dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Üçüncü şəxs daha sonra sədrlik edənin icazəsi olmadan məhkəmə iclas zalını tərk etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-187/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddiaçı xxx1 qızının cavabdeh X4 qarşı Bakı şəhəri, xxx5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi, cavabdehə həyətyanı torpaq sahəsi verilməsi haqqında xx xxx 2003-cü il tarixli 28 saylı əmrin ləğv edilməsi və həmin torpaq sahəsinin ona verilməsinə dair xx xxx 2003-cü il tarixli 28 saylı əmrin bər pa edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı xxx1 qızının ünvanında yerləşən evə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bakı şəhəri, xxx yerləşən 3 saylı ev özbaşına tikili olduğuna görə tərəflər arasında həmin evdən istifadə qaydası müəyyən edilə bilməz. Bununla bağlı olaraq, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. X4 həyətyanı torpaq sahəsi verilməsi haqqında xx xxx 2003-cü il tarixli 28 saylı əmrin ləğv edilməsi və həmin torpaq sahəsinin ona verilməsinə dair xx xxx 2003-cü il tarixli, 28 saylı əmrin bərpa edilməsi hissəsində tələbin həlli ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisə tərəfindən verilmiş xx xxxxxx 2012-ci il və xx xxxxxx 2013-cü il tarixli məktublarından göründüyü kimi tərəflərin mübahisələndirdiyi fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinə KTM-nin mütəxəssisləri baxış keçirən zaman məlum olmuşdur ki, iddia olu nan ərazi KTM ilə sərhəd olan, X2 aid olmayan ərazidə yerləşir. Beləliklə, müəyyən edilir ki, tərəflərin faktiki istifadəsinə olan sahə xx xxx 2003-cü il tarixli, 28 saylı əmrlə onlara fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş torpaq sahəsinə uyğun gəlmir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1013/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1rşı X5 üçüncü şəxs qismində cəlb edilməklə “cavabdehin sərəncam və əmrlərin çıxarışlarının qeydiyyat kitabına düzəliş edilməsi, torpağın verilməsi barədə ilkin sənədin iddiaçının adının bərpa edilməsi və üçüncü şəxsin adının həmin kitabdan çıxarılması” tələbi mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1( 82)-4560/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə (hakim X.İmanov) iddiaçı X3 Cavabdehnə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma barədə” iddia tələbi təmin edilməmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 164 nömrəli, xx xxxx 2019-cu il tarixli cavab məktubunda (Balami Cəmilzadə göstərilməklə imzalanmışdır) xxx ünvanının hansı orqanlar tərəfindən verilməsi barədə Buzovna qəsəbə nümayəndəliyində heç bir məlumat olmadığı, küçəyə xxx4in adı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli, 140 saylı sərəncamı ilə verildiyi bildirilmişdir. xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanın da Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********72 saylı cavab məktubuna (rəis müavini xxxx tərəfindən imzalanmışdır) əlavə edilmiş arayışa (“xxxx” MMC-nin Yerquruluşu və ünvan şöbəsinin mühəndisi xxx tərəfindən imzalanmışdır) əsasən ünvan 1 ünvanda yerləşən evlə bağlı Ünvan Reyestri İnformasiya Sistemində məlumat aşkar edilməməsi səbəbindən sözügedən torpaq sahəsinin yerini müəyyən etmək və məhkəmənin müraciətində göstərilən sorğuya cavab vermək mümkün olmamışdır. xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********43 saylı cava b məktubunda (rəis müavini vəzifəsini icra edən xxxx tərəfindən imzalanmışdır) İddiaçı və X3 adlarına xxxx fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumatın İdarə arxivində aşkar edilmədiyi qeyd edilmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən məhkəməyə ünvanlanmış, xx xxxx 2019-cu il tarixli, 1206 nömrəli cavab məktubuna (xxxx tərəfindən imzalanmışdır) əsasən xx ünvanının hansı dövlət orqanı tərəfindən verilməsi barədə Buzovna qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyində məlumat olmadığı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli, 140 saylı sərəncamı ilə küçəyə xxx4in adının verildiyi qeyd edilmişdir. xx xxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 14689 nömrəli cavab məktubunda (Cavabdeh rəisi polis polkovniki xxx tərəfindən imzalanmışdır) araşdırma nəticəsində ünvan 5 döngə 2, dalan 4, ev 3 və ünvan 5 döngə 4, dalan 2, ev 3 ünvanlarında heç kimin qeydiyyatda olmadığı qeyd edilmişdir. xxxx saylı fərdi yaşayış ev dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmin evə rəsmi ünvan verilməmiş, həmin ünvanda, eyni zamanda ünvan xxxünvanlarında heç kim yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarının düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qeydiyyata alınması tələb olunan evin dövlət reyestrində qeydiyyatdan keçmədiyi, həmin evə rəsmi ünvanın verilmədiyi həmin ünvanda heç kimin yaşayış üzrə qeydiyyata alınmadığı müəyyən edildiyindən, tələbin təmin edilməsi üçün hüquqi əsaslar olmamışdır. Bu mövqeyi iddiaçı o dəlillə mübahisələndirmişdir ki, ünvan reyestrinin aparılması Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli, 27 saylı fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. İddiaçının qeydiyyata alınmasını tələb etdiyi evin yerləşdiyi küçəyə isə xxx4 adı Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli, 140 saylı sərəncamı ilə verilmişdir. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): - 2.1-ci bəndinə əsasə n, ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu Qaydaların 3.7.1-3.7.6-cı bəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır; - 2.5-ci bəndinə əsasən, bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məlumatlar «qüvvədə olanlar (Q)», «qüvvədən düşmüş (D)» və «müvəqqəti (M)» statuslardan ibarətdir. Maddələrin tələblərindən göründüyü kimi, ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının rekvizitləri göstərilməlidir k i, onlara həm mövcud, həm də ki əvvəlki adlar aiddir, habelə reyestrdə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri) əks olunmalıdır. Normaların tələblərı nəzərə alınmaqla məhkəmə kollegiyası iddiaçının o dəlili ilə razılaşmır ki, qeydiyyata alınmasını xahiş etmiş ünvan barədə məlumat istinad olunmuş Qaydalara əsasən əldə edilməli deyildir. İşin hallarından göründyü kimi, apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müvafiq sorğu göndərilmiş və iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasını xahiş edən ünvanla bağlı Ünvan Reyestri İnformasiya Sistemində məlumatın aşkar edilmədiyin bildirilmişdir. İddiaçı kassasiya şikayətində digər dəlillə bidirmişdir ki, mənzilin dövlət reyestrində qeydiyyata alınmaması və ünvan reyestri informasiya sistemində qeydiyyatdan keçməməsi onun həmin mənzilə qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Yuxarıda istinad edilmiş Qaydaların: - 3.2-ci maddəsinə əsasən, daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət h üququ tanındıqda; - 3.9-cü maddəsinə əsasən, çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyriyaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir; - 4.2-ci maddəsinə əsasən, dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu Qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Mübahisəyə münasibətdə sadalanmış maddələrin tələblərindən göründüyü kimi, qanunamüvafiq qaydada torpaq sahəsi ayrıldıqda (1), daşınmaz əmlakın inşası aparıldıqda və ya həmin əmlak istismara qəbul edildikdə (2), daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda (3) fərdi yaşayış evlərinin girişlərinə və ya nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə ünvan verilir. Yalnız bu qaydada verilmiş ünvanlardan rəsmi sənədlərdə dövlət orqanları tərəfindən istifadə olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbay can Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev,mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Maddələrin tələblərindən göründüyü kimi, qeydiyyat yaşayış yeri və ya olduğu yer üzrə aparıldığından, şəxsin yaşayış yeri isə onun daimi və ya daha çox yaşadığı ev, mənzil sayıldığından, həmin ev və ya mənzil üzrə qeydiyyat rəsmi qəbul edilmiş ünvan üzrə aparılmalıdır. Yəni, bu normaların və yuxarıda göstərilmiş normaların əlaqəli təhlili o nəticəni yaradır ki, cavabdeh dövlət orqanı yalnız yuxarıda göstərilmiş Qaydalara əsasən ünvan reyestrinə daxil edilən ünvan üzrə bu və ya digər şəxsi yaş ayış yeri və ya olduğu yer üzrə qeydiyyata almalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının qeydiyyata xahiş etdiyi evə dair ünvanın verilməsi və onun ünvan reyestrinə daxil edilməsi müəyyən olunmadığından, iddia tələbinin təmin edilməməsi qanunamüvafiq hesab edilməlidir. İddiaçı həmçinin bildirmişdir ki, qanunvericilikdə qeyd edilmiş ünvan üzrə iddiaçının qeydiyyatının əsası kimi həmin ünvana köcürülmə barədə məhkəmə qərarının mövcudluğunu nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yax ud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; - 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra... qeydiyyata alınması üçün... aşağıdakı sənədləri təqdim etməlidir: yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (İ) (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order (1), icarə və ya kirayə müqaviləsi (2), yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd (3)) və ya vətəndaşa yaşayış sahəsi v erən şəxsin ərizəsi (İİ). Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda (İ) və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda (İİ). İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi (İ) və yaxu d həmin mənzilə hüququ olan şəxsin ərizəsini (İİ) təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı isə yaşayış yeri ilə bağlı hüququnun mövcudluğuna əsaslanmış və bu hüququn yaranmasını istinad edilən Qanunda ifadə edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla”, yəni Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd əsasında qeydiyyata alınmalı olduğunu bildirmişdir. Belə sənəd kimi iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad etmişdir. Həmin qətnamə ilə iddiaçının yaşayış yeri kimi göstərdiyi evin özbaşına tikili olduğu müəyyən edilmiş, lakin həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası özbaşına tikililərlə bağlı hüququn müəyyən edilməsinə dair hesab edir ki, iddiaçının mənzilə köçürülməyə dair təqdim etdiyi məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş sənəd kimi qəbul edilə bilməz. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ müəyyən edilməmişdir. Qeyd edildiyi kimi, qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Məhkəmə qətnaməsi ilə bu hüquq tanıdığı halda, həmin qətnamə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsas kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənəd kimi qiymətləndirilə bilər. B u hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) gö türülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması o halda mümkün hesab edilə bilər ki, əgər həmin qətnamə ilə şəxsin qüvvədə olan mənzil və mülki qanunvericiliyin müddəalarına əsasən mənzil hüququ öz təsdiqini tapmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir k i, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1199/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-53/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-53/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver