Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-53/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 21-ci il 25 avqust tarixli, 2-1(103)-1904/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 1 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Ordusunda hərb i xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin 2018-ci il 21 fevral tarixli, 63 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən sözügedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 12 oktyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun adının “Azərbayca n Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci il 14 oktyabr tarixdən Ordu sıralarında, 1992-ci il 8 may tarixdən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində fasiləsiz olaraq xidmət keçmişdir. 2015-ci il 2 dekabr tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 2015-ci il 21 oktyabr tarixli, 0678 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Silah və Atış kafedrasının müəllimi vəzifəsindən ehtiyata buraxılmışdır. Ordu sıralarında ümumi xidmət müddəti (təqvim ili olaraq) 35 il 2 ay, Azərbaycan Ordusu sıralarında isə 23 il 7 ay təşkil etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Döyüşən hərbi hissələrdə atıcı, taqım, bölük, tabor komandiri və briqada komandirinin müavini vəzifələrində xidmət etmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. Döyüşlər zamanı ağır xəsarət almışdır. Hərbi xidmət dövründə aldığı xəsarət və xəstəliklərin nəticəsi olaraq 2-ci dərəcəli əlildir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların ın sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 562 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması məqsədi ilə siyahılar tərtib olunmuş və həmin siyahılar əsasında hərbi qulluqçular mənzillə təmin olunur. Tərəfindən Müdafiə Nazirliyinin müvafiq qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq onun 2001-ci il 18 sentyabr tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini əsas gətirərək, adının həmin siyahıya daxil edilməsindən imtina ed ilmişdir. Onun adının həmin siyahıya daxil edilməsi xahişi ilə 2020-ci il 02 sentyabr tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Həqiqətən də 2001-ci il 18 sentyabr tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və həmin məhkəmədə Azərbaycan Respublikası Milli Məclisinin 2001-ci il 01 fevral tarixli qərarının amnistiya tətbiq edilən şəxslərin dairəsi adlanan birinci hissəsinin 1.1 və 1.13-cü bəndlərinə və həmin amnistiya qərarının ikinci fəslinin 9.6-cı bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dek abr tarixli, 562 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən edilmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 23 ildən artıq xidmət etdiyini sübut edir. Hərbi xidmətinin qüsurlu olması ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən - az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi mə hkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışa əsasən onun məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə qərarından sonrakı xidmət dövründə - 2003-cü il 30 iyun tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 085 nömrəli əmri ilə ona növbəti mayor hərbi rütbəsi verilmiş, 2004-cü il 25 iyun tarixli, 069 nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” Yubiley Medalı ilə, 2007-ci il 25 iyun tarixli, 039 nömrəli əmri ilə Qüsursuz Xidmətə Görə 3-cü Dərəcəli Medalla, 2008-ci il 19 iyul tarixli, 0138 nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" Yubiley Medalı ilə, 2013-cü il 24 iyun tarixli, 0103t nömrəli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələ rinin 95 illiyi” Yubiley medalı ilə təltif edilmişdir. 2011-ci il 25 may tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən Silahlı Qüvvələr veteranı statusu verilmişdir. 2014-cü il 19 mart tarixli, 0256 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrini Silah və Atış kafedrasının müəllimi vəzifəsinə təyin olunmuşdur. Eləcə də qulluq etdiyi hər xidmət ilinin yekununda nümunəvi xidmətə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il 5 iyun tarixli, 220 saylı əmrinin tələblərinə müvafiq olaraq “Birdəfəlik pul mükafatı” ilə mükafatlandırılmağı və hərbi hissələr in rəhbərliyi tərəfindən təltif edildiyi Fəxri Fərmanlar onun qüsursuz xidmət etdiyini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq tələbləri və təqdim etdiyi faktlar onun Azərbaycan ordusunda 23 il 7 ay xidmət dövrünün qüsursuz sayılması üçün əsas götürülməlidir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1992-ci il 8 may tarixdən 2015-ci il 2 dekabr tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir və həmin tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 №-l i Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alaraq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 №-li Fərmanına uyğun deyildir. İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 2001ci il 18 sentyabr tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Amnistiya aktı tətbiq edilmişdir. İddiaçının məhkum olunması və barəsində amnistiya aktına əsasə n təyin olunmuş cəzadan azad olunması onun hərbi xidmət dövrünü qüsursuz etmir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının 20 il ərzində xidməti qüsursuz olmamışdır. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 21 aprel tarixli, 2-1(112)-2096/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 1992-ci ildən 2015-ci il 21 oktyabr tarixədək Azərbaycan Silahlı Qüvvələrində xidmət etsə də, yəni 20 ildən artıq hərbi xidmət keçmiş şəxs statusuna malik olsa da hərbi xidmət dövründə az ağır cinayət törətməsi (sonradan Amnistiya aktına əsasən c əzadan azad olunsa da) onun Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında nəzərdə tutulmuş şəxslərin dairəsinə aid edilməsini istisna edir. Çünki o, 20 ildən artıq qüsursuz xidmət etmiş şəxs hesab edilə bilməz. Belə olan halda onun adının Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 №-li Fərmanına uyğun olaraq dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 avqust tarixli, 2-1(103)-1904/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 21 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının 2001-ci il 18 sentyabr tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 179.1 və 179.2.3 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini əsas götürərək iddiaçının xidmətini qü sursuz hesab etməyərək, iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçular siyahısına daxil edilməsi barədə iddiasını təmin etməmiş, apellyasiya instansiyası da həmin mövqe ilə razılaşaraq birinci instansiya məhkəməsi qərarını dəyişdirilmədən saxlamışdır. Halbuki, İddiaçı Firudin oğlunun qüsursuz xidmət müddəti 20 təqvim ili və daha çox olduğundan “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli Fərmanının 1-ci maddəsinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Məhkəmə qanuna yanlış təfsir verərək hər hansı bir qüsurlu əmələ görə bütün xidmət dövrünü qüsurlu keçirildiyini prezumpsiya kimi qəbul etmişdir. Beləcə, iddiaçının xidmətdə keçirdiyi 23 il 7 ayının hamısını qüsurlu hesab etmiş, əslində iddiaçını bir əmələ görə ikinci dəfə cəzalandırmışdır. Halbuki, cinayət əməlinə görə qüsurlu xidmət dövrü sadəcə məhkumluğun mövcud olduğu müddət hesab edilməli idi. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” AR Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli Fərmanı ilə 3-1-ci maddə əlavə edilmiş və “qüsursuz xidmət” müddəti, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti olaraq tənzimlənmişdir. Əlavə edilmiş 3-2.3-cü maddəyə görə isə, məhkumluğun olduğu müddət qüsu rsuz xidmətə daxil edilmir. Göründüyü kimi, birinci instansiya və apellyasiya məhkəmələrinin mövqeyinin əksinə istinad olunan Fərman həqiqi hərbi xidmət müddətin ümumi xidmət müddətindən qüsurlu hesab edilməli xidmət müddətlərinin çıxılaraq hesablanacağını tənzimləyir.
13. İşin hallarına görə, İddiaçı Azərbaycan Ordusunda cəmi 23 il 7 ay xidmət göstərmişdir. Xidmət müddəti dövründə Bakı Hərbi Məhkəməsinin 2001-ci il tarixli 18 sentyabr hökmü ilə Cinayət Məcəlləsinin 179.1 və 179.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, lakin Milli Məclisinin 2001-ci il 1 fevral tarixli qərarının amnistiya tətbiq edilən şəxslər dairəsinə aid olduğundan cəzadan azad edilmişdir. Beləliklə, iddiaçının məhkumluğun olduğu müddəti Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə bitmişdir. İddiaçı Milli Məclisin amnistiyası ilə cəzadan azad edildiyindən onun məhkumluğunun müddəti sadəcə iki ildir. Beləliklə, iddiaçının qüsurlu xidmət dövrü 569 nömrəli Fərmanının 3-2.3-cü maddəsinə görə cəmi iki il təşkil edir. 569 nömrəli AR Fərmanının 3-1-ci maddəsinə görə qüsursuz xidmət ümumi xidmət müddətindən qüsurlu xidmət müddəti çıxılaraq hesablanacaqdır. Buna görə İddiaçı qüsursuz xidmət müddəti 21 il 7 təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr Fərmanı ilə edilən əlavə maddələrə əsasən İddiaçı qüsursuz xidmət müddəti açıq şəkildə 20 təqvim ili və daha çox olduğundan sözügedən fərmanın 1-ci maddəsinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. b. kassa siya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükd ə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Cavabdehin imtinasının əsas dəlili iddiaçının hərbi xidmət dövründə cinayət törətməyə görə cəzaya məhkum olunmasıdır.
20. İşə əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 2001-ci il tarixli 18 sentyabr tarixli, 125/2001 №-li hökmünün surətinə görə, iddiaçı Cinayət Məcəlləsinin 179.1 və 179.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmlə onun barəsində Amnistiya Aktı tətbiq edilməklə ona təyin edilmiş cəzadan azad edilmişdir.
21. Hökmün surətinin mötəbərliyi qəbul edildikdə, həmçinin onun həmin məzmunda qanuni qüvvəyə mindiyi müəyyən edildiyi halda, aşağıdakılar nəzərə alınmalıdır. 22. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərman ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmış, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiya yaradılmışdır. 23. “Azərbaycan Respublikası Silahlı Qüvvələri nin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müdd əti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”.
24. Göründüyü kimi, həmin Fərmanla “qüsursuz xidmət” müddəasına izah verilmiş, məhkumlu q müddəti qüsursuz xidmət müddətinin tərkibinə daxil edilməmişdir. Bununla yanaşı, Fərmanın məzmunundan göründüyü kimi, məhkumluq faktı hərbi xidmətin faktiki çəkilən müddətinin qüsursuzluğunu özü-özlüyündə aradan qaldırmır.
25. Beləliklə, iddiaçının tələbinin, cavabdehin isə həmin tələbə qarşı etirazının əsasları və işin faktiki halları “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanının tələbləri nəzərə alınmaqla, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinə uyğun olaraq araşdırılmalı və qiymətləndirilməlidir.
26. İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 avqust tarixli, 2-1(103)-1904/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.