Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-53/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1958, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2303/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1990-cı il tarixli əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək AYT təmiri və istismarı idarəsində çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək K analizasiya şəbəkələrinin istismarı idarəsinin Sabunçu sahəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək həmin idarənin Sabunçu sahəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2011 -ci il tarixinədək Yasamal rayon Sukanal sahəsində, xx.xx.2011-ci il tarixindən "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir.
3. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən müəyyən olunur ki, o, xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 74 nömrəli texniki peşə məktəbində təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək tornaçı, xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək mexanik, xx.xx.1984-cü il tarixdən 1988-ci il tarixədək Bakı Elektrik Termik Avandanlıqları zavodunda tornaçı,xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək traktor sürücüsü, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək termist, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək traktor sürücüsü, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 71 nömrəli Mənzil İstismar Sahəsində çilingər, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək sürücü işləmişdir.
4. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, RS-0İ/01-03-03 saylı güzəştli a rayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində xx.xx.2011-ci il tarixdən (Əmr 21/k, xx.xx.2011-ci il) hal-hazıradək aşağıda göstərilən güzəştli peşələrdə işləyir. Onun güzəştli əmək stajı aşağıdakı kimidir: xx.xx.1995 - xx.xx.2004-cü illərdə "xxxx" ASC-nin Bakı Kanalizasiya İstehsalat X1 qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib (Əmr 76/k, xx.xx.1995). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 9 il 2 ay 17 gün (doqquz il, 2 ay, on yeddi gün). xx.xx.2004 - xx.xx.2004-c ü il "xxxx" ASC-nin Bakı Kanalizasiya Xidməti idarəsinin Sabunçu Sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib (Əmr 05/k xx.xx.2004-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 29 gün (iyirmi doqquz gün). xx.xx.2007 - xx.xx.2009-cu illərdə "xxxx" ASCnin Bakı Kanalizasiya Xidməti İdarəsinin Sabunçu Sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib (Əmr 12/k xx.xx.2007-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq ed ilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 2 il 8 ay 20 gün (iki il, 8 ay, iyirmi gün). xx.xx.2011 - xx.xx.2011 -ci il "xxxx" ASC- nin Bakı Kanalizasiya Xidməti İdarəsinin Yasamal Sahəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib (Əmr 22/k xx.xx.2011-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixti sasa əsasən 29 gün (iyirmi doqquz gün). xx.xx.2011 - hal hazıradək "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir (Əmr 21/k xx.xx.2011-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 9 il 9 ay 15 gün (doqquz il, doqquz ay, on beş gün). Yuxarıda qeyd olunan bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. İddiaçı "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində bu işlərd ə işləməsində 21 il 10 ay 3 gün (iyirmi bir il on ay üç gün) iş stajı var. Arayış əmək kitabçası əsasında verilmişdir.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli, **********1 saylı imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. 2 fevral 1990-cı il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1995-ci il tarixindən bugünədək "xxxx" ASC-də qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqan **********1 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin olunmasından imtina edərək sənədləri geri qaytarmışdır. Cavabdeh orqan imtinaya əsas kimi, iddiaçının işlədiyi su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə t əsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmaması ilə əsaslandırmışdır. Cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı xx.xx.1958-cı il təvəllüdlüdür. Orta məktəbi bitirdikdən sonra, xx.xx.1976-cı il tarixdə Bakı şəhər 74 nömrəli Texniki Peşə Məktəbinə daxil olmaqla tornaçı peşəsinə yiyələnmiş və əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdən Maşınqayırma zavodunda tornaçı kimi başlamışdır. Ordu sıralarına (xx.xx.1077 - xx.xx.1979) həmin zavoddan getmiş və hərbi xidmətini başa vurduqdan sonra əvvəlki iş ye rinə qayıdaraq işləməyə davam etmişdir. Əmək fəaliyyətini təsdiq edən iki əmək kitabçası mövcuddur. Onlardan birincisi üzrə əmək fəaliyyətinə xx.xx.1977-ci ildən başlamış və 20 ildən çox əmək stajı yaranmışdır. Əmək fəaliyyətinə dair ikinci əmək kitabçası xx.xx.1990-ci ildə açılmış və hazırda da davam etməkdədir, elə zərərli işdə çalışmaqla bağlı güzəştli şərtlərlə əmək pensiyası hüququnu həmin dövrdə qazanmışdır. Belə ki, xx.xx.1995-ci ildən zərərli istehsalat sahəsi sayılan “Bakı Kanalizasiya” İB-də, sonradan Bakı Kanalizasiya Xidməti İdarəsində və daha sonra "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuş, pensiya təyin o lunması üçün tələb olunan 25 ildən artıq, yəni 42 il (1-ci əmək kitabçası ilə 12 il + 2-ci əmək kitabçası ilə 28 il) sosial sığorta stajı toplamış və bu müddətin azı 18 ilini Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə çalışmışdır. Ona görə də cavabdehin imtinası qanunsuzdur.
8. Cavabdeh iddia tələbinə qarşı imtina məktubunun məzmununa uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilərək, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə (hərbi bilet, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində, xx.xx.2007-ci il tarixinədək xx.xx.2009-cu il tarixinədək həmin idarənin Sabunçu sahəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2011 -ci il tarixinədək Yasamal rayon Sukanal sahəsində, xx.xx.2011-ci il tarixindən "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəzabərpa işlər i üzrə çilingər peşəsində 19 il 09 ay 06 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2303/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Ca vabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubu və iddia ərizəsinə dair etirazla ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2303/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu İddiaçının 60 yaşının tamam olduğu vaxt qüvvədə olan 9.1- ci maddəsinin tələblərinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə ya şa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
19. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.
2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN H ƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırıl madığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə ba ğlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 60 yaşının tamam olduğu 05 dekabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiq i ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. İddiaçının 60 yaşının tamam olduğu vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı na imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
28. Hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinasının və kassasiya şikayətinin əsas dəlili iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) nəzərdə tutulmuş yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələrinə uyğun olmaması ilə bağlıdır. Cavabdeh qeyd etmişdir ki, 2 fevral 1990-cı il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.1995-ci il tarixindən bugünədək "x xxx" ASC-də qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur, halbuki yuxarıda qeyd olunan Siyahıda yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də onun tələb olunan güzəştli iş stajı yoxdur.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının "xxxx" ASC-nin müvafiq xidmət sahələrində işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) nəzərdə tutulmuş yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərp a işlərinin çilingərləri və ustaları peşə və vəzifələrinə uyğun olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ilə tam təsdiq olunur. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsinin 27 may 2021ci il tarixli, 01/01-02-418 saylı məktubunda iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2004cü il tarixədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində, xx.xx.2007-xx.xx.2009cu il tarixlərində həmin idarənin Sabunçu sahəsində, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Sukanal sahəsində, xx.xx.2011-ci il tarixdən bu günə qədər "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı s ahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışdığı, onun əsas peşə funksiyalarının binadaxili və məhəllədaxili kanalizasiya şəbəkələrində baş verən qəzaların, tutulmaların aradan qaldırılmasından, kanalizasiya şəbəkələrindən, yağış kollektorlarından və barmaqlıqlardan çirkabların və zibilin kənar edilərək təmizlənməsindən ibarət olduğu, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli, 137 saylı Qərara uyğun olaraq, "xxxx" ASC-nin 14 oktyabr 2021-ci il tarixli, 584 nömrəli əmri ilə əmək şəraiti üzrə iş yerlər inin attestasiyasının aparıldığı və "xxxx" ASC-nin 21 oktyabr 2019-cu il tarixli, 608 nömrəli əmrinə əsasən əmək şəraitinin ağır və zərərlilik dərəcəsinə görə artım əmsallarının müəyyən edildiyi qeyd olunmuşdur. Həmin məktuba əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsi üzrə “Əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli olan iş yerləri üzrə peşələrin Siyahısı”nda su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində elektrik qaz qaynaqçısı üzrə artım əmsalı 1.08, qəza-bərpa işləri üzrə çilingər (kanalizasiya xidməti üzrə) üzrə 1.12, qəza-bərpa işləri üzrə çilingər (su xidməti üzrə) 1.04 olaraq müəyyən olunmuşdur.
30. Nəzərə almaq lazımdır ki, iddiaçının "xxxx" ASC-də işlədiyi sahələr kanalizasiya şəbəkələrinin istismarı və kanalizasiya şəbək ələrində qəza-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı sahələrdir. Bu baxımdan iddiaçının çalışdığı kanalizasiya şəbəkələrində qəza-bərpa işləri üzrə çilingər peşəsinin həm ad, həm iddiaçının çalışdığı müəssisənin fəaliyyət istiqaməti, həm də həmin peşə üzrə onun gördüyü işin funksional məzmunu baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİM “Ümumi peşələr” bölməsində, 23200000—18447 saylı kod üzrə “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” peşəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” peşəsinə tam uyğun olduğu qəbul edilməlidir.
31. Beləliklə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun 60 yaşının tamam olduğu, 25 ildən çox ümumi iş stajına malik olduğ u, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə qazandığı iş üzrə materiallarla təsdiq olunur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
33. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı 05 dekabr 2018-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm ası barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2303/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.