Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-53/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi qərarının ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin X3 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021ci il tarixli **********761900 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)389/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, qeyd edilən dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsinin nəzərə alınması üçün əsaslar müəyyən edilməmişdir. Həmin qərara əsasən xx.xx.2021-ci il tarixli **********099 300 nömrəli qərar ləğv edilmişdir.
2. İddiaçı qərardan inzibati qaydada yuxarı vergi orqanına şikayət vermiş, iddiaçının şikayəti Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 1 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti” adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən fərdi sahibkar X1 (VÖEN: **********-15001) fəaliyyət göstərdiyi, həmçinin İddiaçı MMC-nin də təsisçisinin həmin şəxs olduğu müəyyən edilmişdir. Araşdırma zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər hansı elektron qaimə-fakturanın təqdim edil mədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Cəmiyyətin rəhbəri tərəfindən inzibati araşdırmaya təqdim edilmiş izahatda, elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin ünvan 2 ünvanında yerləşən Amara Hoteldə istifadə edildiyi, təmir-tikinti işləri ilə əlaqədar cəlb olunmuş şəxslərə hər hansı ödənişin aparılmadığı, ödəmə mənbəyində gəlir məbləğlərinin sosial sığorta haqlarının hesablanmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarın ləğv olu nmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 nömrəli qərarında qeyd edilmişdir ki, uçot-baza məlumatına əsasən, cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Bundan başqa, cəmiyyətin direktoru inzibati araşdırma zamanı izahatında cəmiyyətin faktiki olaraq gəlirlərinin olmadığını, hazırda hər-hansı fəaliyyət növü ilə məşğul olmadığını, həyat yoldaşı X1 mülkiyyətində olan ünvan 1 ünvanınd a yerləşən İddiaçı MMC-nin təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin MMC-nin təmirinə xərcləndiyini, yaxın ətrafında olan şəxslər tərəfindən təmir işlərinin təmənnasız aparıldığını, götürülmüş kredit məbləğinin yalnız 20%-nin təsisçi tərəfindən ödənildiyini, pandemiyadan zərər çəkən sahə olduğu üçün kredit borcunu ödəyə bilmədiyini, hazırda bank tərəfindən məhkəməyə verildiyini bildirmiş, sənəd üzərində hər hansı öhdəlikləri görünməsinə baxmayaraq cəmiyyətin heç bir gəlir əldə etmədiyini, alınan mal təqdimetmə kimi qiymətləndirilsə belə, hər hansı hasilatın olmadığını nəzərə alaraq hesablanmış vergi məbləğinin ləğv olunmasını xahiş etmişdir. Lakin qeyd olunan xüsusatlar şikayətə baxarkən nəzərə alınmamış, əsassız olaraq şikayə t təmin edilməmişdir. İddiaçı MMC sadələşdirilmiş vergi ödəyicisi olmuş, bu müddətdə cəmiyyətin heç bir kassa əməliyyatı olmamasına və bank hesablarına satışdan heç bir məbləğ daxil olmamasına baxmayaraq cəmiyyətə hasilatdan vergi hesablanmışdır. Bundan başqa, iddiaçının bank hesablarına daxil olan bütün məbləğlər yalnız götürülmüş kreditlərdir. Bu barədə cəmiyyətin bütün bank hesablarına sorğu verərək ətraflı məlumat əldə etmək mümkündür. Cəmiyyət tərəfindən götürülmüş kredit vəsaitləri hesabına cəmiyyətin təmiri üçün tikinti materialları alınmışdır. Sonra isə həmin materiallar illər üzrə 12 aylıq dövriyyədə 200.000 manatı keçməmək şərti ilə təqdim edilmiş və əvəzində heç bir hasilat olmamışdır. İddiaçı tərəfindən 2018-ci ilin 4-cü rübü üzrə boş hesabat verilməsinə baxmayaraq, cavabdeh tə rəfindən dekabr ayı üzrə heç bir əsas olmadan 441846,19 manat dövriyyə və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Halbuki, məbləğ heç bir sənəddə öz əksini tapmır. Eyni zamanda, cəmiyyətin 12 aylıq dövriyyəsinin 200.000 manatı keçdiyi göstərilərək ƏDV mükəlləfiyyəti aktiv edilmişdir. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda elektron sənədin istifadəsi dövriyyəsinin Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, inzibati orqanla (cavabdeh) vergi ödəyicisi (iddiaçı) arasında elektron sənəd dövriyyəsi haqqında hər hansı bir müqavilə mövcud deyildir. Belə olan halda, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən prosessual müddəti ötürməmişdir. Belə ki, qərar həm qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron imza ilə imzalanmamış, həm də iddiaçı ilə cavabdeh arasında elektron sənəd dövriyyəsinə dair hər hansı bir müqavilə mövcud deyildir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, uçotbaza məlumatına əsasən, cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2018-ci il ərzində 441846,19 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2018-ci ilin 4cü rübü üzrə cari sadələşdirilmiş vergi bəya nnaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya xx.xx.2021-ci il tarixli **********504100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyə məbləği bəyan edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********099300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin mallar sətrində 428398,08 manat dövr ərzində mədaxil, 170000 manat təqdimetmə bəyan edilmiş, sair debitor borcları sətrində 170000,0 manat mədaxil və ilin sonuna qalıq məbləğinin bəyan edilməsinə baxmayaraq, təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu təqdim olunmadığı üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********761900 nömrəli “Vergilər in, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 1 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti" adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən fərdi sahibkar X1 (VÖEN **********-15001) fəaliyyət göstərdiyi, həmçinin "xxxx" MMC-nin təsisçisinin də X1 olduğu müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər hansı elektron qaimə-fakturaların təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Əlavə olaraq, araşdırma zamanı müəssisə tə rəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2019-cu ilin 1-ci rübü üzrə 66070,0 manat, 2020-ci ilin 2-ci rübü üzrə 197540,0 manat vergiyə cəlb olunan dövriyyə məbləğlərinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilmiş, lakin cəmiyyət tərəfindən hər hansı təsdiqedici sənədlər nə inzibati icraata təqdim edilməmiş, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, cəmiyyət tərəfindən elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin təsisçinin mülkiyyətində olan təsərrüfat subyektində istifadə edildiyini, təmir-tikinti və təchizat işlərinin cəmiyyət tərəfindən a parılmasına baxmayaraq, həmin təsərrüfat subyektində sahibkarlıq fəaliyyətinin həyata keçirildiyini, təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podrat müqavilələrinin bağlanılmadığını, təmir işlərinin görülməsi üçün cəlb edilmiş fiziki şəxslərdən ödəmə mənbəyində vergilərin tutulmadığını, sosial sığorta haqlarının hesablanmadığını, cəmiyyətin təsisçisi ilə əmlakın mülkiyyətçisinin qarşılıqlı surətdə asılı olan şəxslər olduğunu, Mülki Məcəlləyə əsasən hüquqi şəxsin öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olduğunu, bununla da vergi ödəyicisinin iddiasının hüquqi əsaslarının müəyyən olunmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsini n (hakim: G.A.Sevdimalıyeva) 04 iyul 2022-ci il tarixli, e-2-1(112)-6648/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergitutma obyektlərinin lazımi qaydada uçotu aparılmadığından cavabdeh vergi orqanı iddiaçı tərəfindən digər vergi ödəyicisi olan təsisçisinə təqdim etdiyi mallara görə ümumi hasilat əldə edilmiş hesab etməklə sadələşdirilmiş vergini hesablamaqda haqlı olmuşdur. Sadələşdirilmiş verginin 2021-ci ildə hesablanmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, qeyd edilən uyğunsuzluq kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 17673,85 manat vergi məbləği he sablanmışdır. Müvafiq hesablama vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlama əsasında aparıldığından iddiaçının qeyd edilən dəlili əsaslı hesab edilə bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 25 may 2023-cü il tarixli, 21(103)-389/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(112)-6648/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh inzibati orq anın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı ləğv edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaiməfaktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materialları alınmış, İddiaçı obyektinin təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin obyektin təmirinə xərcləndiyini bildirmişdir. Hazırda iş materialları ilə alınan mallardan hər hansı hasilatın əldə olunması müəyyən edilmir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəy annaməsi ilə vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən dekabr ayı üzrə heç bir əsas olmadan 441846,19 manat dövriyyə müəyyən edilmiş və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, vergi təqdimetmədən deyil, hasilatdan hesablandığından və İddiaçı MMC-də heç bir hasilatın olmadığı iş materialları ilə təsdiqləndiyindən iddiaçıya vergi borcunun hesablanması qanunsuz olmuşdur. Cavabdeh iddiaçı barəsində qəbul etdiyi qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh inzibati orqanın həyata keçirdiyi hesablama üçün əsas cəmiyyət tərəfindən 2018-ci il ərzində 441846,19 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2018-ci ilin 4-cü rübü üzrə cari sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi olmuşdur. Aparılmış araşdırma zamanı cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub göndərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyə məbləği bəyan edilmədiyi üçün vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat x 4% vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı qərarı əldə etdikdən sonra xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmiş, lakin bəyannamədə qeyd olunan məlumatları təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu təqdim olunmadığı üçün 2018-ci ilin 4-cü rübü üçün 1 7673,85 manat vergi məbləği hesablanmış və mübahisə predmeti olan qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçının qeyd etdiyi kimi, tikinti materiallarının istifadə olunduğu ünvan 1 ünvanında yerləşən “Amara Plaza və İcarə Obyekti” adlı təsərrüfat subyekti xx.xx.2018-ci il tarixdə fərd sahibkar X1 adına qeydiyyata alınmışdır. Həmin şəxs eyni zamanda, İddiaçı MMC-nin təsisçisidir. İddiaçı əldə etdiyi kredit məbləğini özünə aid olan təsərrüfat subyektinin vəziyyətinin yaxşılaşdırılmasına sərf etdiyini əsas gətirməklə vergi orqanının qərarını qanunsuz saymış, məhkəmə isə hasilat olmadığını əsas gətirməklə vergi orqanının qərarını ləğv etmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hasilatın müəyyən edilməməsi ilə bağlı məsələni araşdırarkən vergi tutulan əməliyyat üz rə tərəf qismində çıxış edən şəxslərin qarşılıqlı surətdə asılı olan şəxslər olması faktını nəzərdən qaçırmışdır. İddiaçı sözügedən malların otelin təmirin sərf edildiyini bildirsə də, bununla bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Vergilər və başqa dövlət ödənişləri Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
12. Verg ilərin müəyyən edilməsinin əsas şərtləri... 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.... Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... Maddə
218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:... 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 ma natdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.... Maddə
219. Vergitutma obyekti 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.... Maddə
220. Sadələşdirilmiş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsas ən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam v ə ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkə mə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən – barəsində şikayət verilən qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmetini cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı ilə iddiaçıya 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi hesablanmasının qanuniliyinin yoxlanılması təşkil edir.
21. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən göstərmişdir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materialları alınmış, iddiaçı Amara Hotelin (obyektinin) təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət etmiş, götürülmüş kredit məbləği obyektin təmirinə xərclənmişdir. İş materialları ilə alınan mallardan hər hansı hasilatın əldə olunması müəyyən edilmir. Vergi təqdimetmədən deyil, hasilatdan hesablandığından və İddiaçı MMC-də heç bir hasilatın olmadığı iş materialları ilə təsdiqləndiyindən iddiaçıya vergi borcunun hesablanması qanunsuz olmuşdur.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq əvvəla onu qeyd edir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti materiallarının alınması və həmin mal-materialların fiziki cəhətdən hazırda iddiaçıda mövcud olmaması istər iddiaçı, istərsə də cavabdeh tərəfindən mübahisələndirilm ir və bunlar işin mübahisəsiz hallarıdır.
23. İşin mübahisələndirilən halına, yəni iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə alınmış 441846,19 manat dəyərində müxtəlif tikinti materiallarının hotelin təmirində istifadə edilməsi, yaxud alınan mallardan hasilat əldə edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kredit məbləğinin obyektin təmirinə xərclənməsinə, alınan mallardan hər hansı hasilatın əldə olunmamasına istinad etsə də, məhkəmənin istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı cəmiyyət qeyd olunan məbləğdə tikinti materiallarının hotelin təmirində istifadə edildiyini, yəni kredit məbləğinin otelin təmirinə xərcləndiyini iddia etsə də, bu halı təsdiq edən sübutlar məhkəməyə tə qdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, sübutlar toplamamış, yalnız iddiaçının izahatını sübut qismində qəbul etməklə iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
24. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. 25.Məhkəmə kollegiyası hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən, işin mahiyyəti üzrə düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən halların tam, hərtərəfli, obyektiv araşdırılması təmin edilməlidir.
26. Azərbaycan Respublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.
27. Odur ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin olunması hissəsində təmin edilə bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismə n təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-389/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.