Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-53/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə 23 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi, pensiya təyin edildiyi gündən 6 il və həmin dövrdən sonra yuxarı olan dövr nəzərə alınmaqla və “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2-1(103)340/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qə rarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 10 may 2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə 420,61 manat əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ona əmək pensiyası təyin edildiyi tarixdən sonra da əmək fəaliyyətini davam etdirmiş və xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması barədə 23 noyabr 2022-ci il tarixli qərar qəbul etmiş və onun əmək pensiyası yenidən hesablanaraq 583,43 manata çatdırılmışdır.
4. İddiaçı aparılan yenidən hesablama ilə razılaşmamış və cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə, əmək pensiyasının yenidən he sablanmasını xahiş etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına şamil edilmədiyindən, köhnə redaksiyaya əsasən 01 iyun 2022-ci il tarixinədək işləyən əmək pensiyaçısı kimi qazandığı 25399,92 manat sığorta kapitalına əsasən əmək pensiyası həmin rəqəm 156 aya bölünməklə 162,82 manat artım edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması barədə 23 noyabr 2022-ci il tarixli qərarın l əğv edilməsi, pensiya təyin edildiyi gündən 6 il və həmin dövrdən sonra yuxarı olan dövr nəzərə alınmaqla və “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçının tələbi bu qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya 10 may 2016-cı il tarixdə pensiya təyin edilmiş, 01 iyun 2022-ci il tarixədək işləyən əmək pensiyaçısı kimi qazandığı 25399,92 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 45-ci maddəsinin köhnə redaksiyasına əsasən, 162,82 manat artırılaraq 583,43 manata çatdırılmışdır. Göründüyü kimi, əmək pensiyası yenid ən hesablanarkən qanun pozuntusuna yol verilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 22 may 2023-cü il tarixli, 21(112)-5806/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, hazırkı inzibati mübahisənin mahiyyəti qanunun köhnə, yoxsa yeni redaksiyasının tətbiqi ilə bağlıdır. Belə ki, iddiaçı pensiya təyin edildikdən sonra toplamış olduğu sığorta kapitalında qeyd edilmiş məbləğin 144-ə bölünərək əmək pensiyasının artırılmalı olduğunu iddia edir. Cavabdeh isə 45-ci maddənin mövcud redaksiyasının yox, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödə nişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması barədə müddəanın tətbiq edilməsini, yəni sığorta kapitalında göstərilən məbləğin 144 aya yox, 156 aya bölünməli olması və əmək pensiyasının yenidən hesablanmasını qeyd edir. Əmək pensiyasının yenidən hesablanması barədə qərardan, o cümlədən cavabdehin imtina məktubu və etirazından da göründüyü kimi, cavabdeh əmək pensiyasını yenidən hesablayarkən 01 iyun 2022-ci il tarixə pensiya kapitalını 25399,92 manat müəyyən etmiş, həmin məbləği 156 aya (65 il-58 il=84 ay + (144 ay-72 ay)) bölmüş və 162,82 manat artım müəyyən etmişdir. Hazırda qüvvədə olan 45-ci maddənin tələbindən isə həqiqətən görünür ki, əmək pensiyasının yenidən hes ablanma qaydası dəyişdirilmişdir. Lakin iddia irəli sürülərkən iddiaçı nəzərə almamışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il 530-VİQD Qanunun 2.2-ci maddəsinə görə, Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, yeni tənzimləmə Qanun qüvvəyə minənədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına şamil edilmir. İddiaçıya əmək pensiyası isə 10 may 2016-cı il tarixdə, yəni hazırda istinad olunan Qanundan illər öncə təyin edilmişdir ki, bu səbəbdən də id diaçının əmək pensiyasının yenidən hesablanması, məhz Qanunun 45-ci maddəsinin köhnə redaksiyasına, yəni Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması müddəasına uyğun olaraq hesablanmalıdır ki, cavabdeh də əmək pensiyasını məhz həmin qaydada hesablamışdır. İddiaçının digər dəlili isə ondan ibarətdir ki, cavabdeh pensiya kapitalını 01 iyun 2022-ci il tarixədək, yəni 6 il işləməsi ilə əlaqədar nəzərə almışdır, halbukı qərarın qəbul edildiyi dövrdə onun iş stajı 6 ildən çox olsa da, həmin müddət əmək pensiyası hesablanarkən nəzərə alınmamış, 6 il və 6 ildəki sığorta kapitalı əsas götürülmüşdür. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Maddənin şərhindən də görünür ki, şəxs əmək pensiyası təyin olunduğu gündən sonra məhz 6 il işlədikdə yenidən hesablama ilə bağlı cavabdeh öhdəlik daşıyır ki, həmin hesablamanı da aparmışdır. İddiaçının iddia etdiyi isə odur ki, təkcə 6 il yox, həmçinin 6 ildən əlavə işlədiyi bir-neçə ay nəzərə alınmaqla da hesablama aparılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən qaydada hesablama işləyən əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmamışdır. Təbii haldır ki, iddiaçı göstərilən aylar üzrə sığorta kapitalına əsasən də əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilər ki, bunun üçün həmin ayların işləyən əmək pensiyaçı statusunda qaldığı təqdirdə növbəti 6 il işlədikdən sonra, işləməyən əmək pensiyaçı statusuna keçdikdə isə məhz həmin statusa keçdiyi gündən tələb edilməsi mümkündür. İddiaçı isə işləyən əmək pensiyaçısı statusundadır və onun və ya onun statusunda olan şəxslər üçün 7,8,9,10-cu illər üzrə fərqli hesablama qaydası nəzərdə tutulmamışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahi ş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.R.Səlimova) 10 may 2024-cü il tarixli, 21(103)-340/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin “əmək pensiyasının yenidən hesablanması barədə” 23 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2016-cı il tarixdən sonrakı 6 il nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan əmək pensiyasının yenidən hesablanması barədə qərardan, o cümlədən cavabdehin imtina məktubu və etirazından da göründüyü kimi, cavabdeh əmək pensiyasını yenidən hesablayarkən 01 iyun 2022-ci il tarixə pensiya kapitalını 25399,92 manat müəyyən etmiş, həmin məbləği 156 aya (65 il-58 il=84 ay + (144 ay-72 ay)) bölmüş və 162,82 manat artım müəyyən etmişdir. Cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 45-ci maddənin yeni redaksiyasına istinad etməmiş və iddiaçının 01 iyun 2022-ci il tarixə pensiya kapitalını 156 aya bölmüşdür. Lakin qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinin y eni redaksiyasına əsasən, toplanmış pensiya kapitalının 144 aya bölünməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı Qanunun 45-ci maddəsinin əvvəlki redaksiyasının tətbiq edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 530-VİQD Qanunun 2.2-ci maddəsinə əsasən yeni tənzimləmə Qanun qüvvəyə minənədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına şamil edilmir. Çünki, iddiaçının işləyən əmək pensiyaçısı kimi 6 ili xx.xx.2022-ci il tarixdən əvvəl (xx.xx.2022) tamam olmuşdur. Bu səbəbdən, iddiaçının əmək pensiyasının yenidən hesablanması, məhz Qanunun 45-ci maddəsinin köhnə redaksiyasına, yəni Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması müddəasına uyğun olaraq hesablanmalıdır və cavabdeh də əmək pensiyasını məhz həmin qaydada hesablamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pen siyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hes ablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır....
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Bu aşağı dakı səbəblərdən irəli gəlir.
21. İşin faktiki hallarından görünür ki, iddiaçıya 10 may 2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra onun müraciəti əsasında 23 noyabr 2022-ci il tarixli qərarla iddiaçının 420,61 manat olan əmək pensiyası yenidən hesablanaraq 583,43 manata çatdırılmışdır. Cavabdeh tərəfindən yenidən hesablama aparılarkən iddiaçının 01 iyun 2022-ci il tarixə olan 25399,92 manat pensiya kapitalı məbləği 156 aya (65 il-58 il=84 ay + (144 ay-72 ay)) bölünmüş və əmək pensiyasında 162,82 manat artım olmuşdur.
22. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı pensiya təyin edildiyi gündən 6 il və həmin dövrdən sonra yuxarı olan dövr nəzərə alınmaqla və “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə əmək pensiyasının yenidən hesablanmasından ibarətdir.
23. Məhkəmə kollegiyası iddianın “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2016-cı il tarixdən sonrakı 6 il nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsində təmin edilməli olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissədə iddianı əsaslı hesab edir.
24. Kollegiya hesab edir ki, iddia tələbi “əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə yenidən hesablanması” hissəsində əsaslı olmadığından iddia həmin hissədə təmin edilməməlidir.
25. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onlar ın əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması.
26. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi.
27. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir.
28. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.
29. Hazırki iş üzrə iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesabl anmalıdır.
30. Qeyd edilənlərə əsasən və istinad olunan qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı “iddiaçıya təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə yenidən hesablanması” hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 21(103)-1404/2024 nömrəli qərarı - İddiaçı təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilmə klə yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qərar qalan - iddianın qismən təmin edilməsi, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2016-cı il tarixdən sonrakı 6 il nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.