Məhkəmə qərarları › İş №2-1(102)-530/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-530/2019

12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-530/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Rüstəmov Taleh Bəxtiyar oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bakı Şəhər İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 noyabr tarixli 2-1(103)-2356/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Binəqədi Rayonu ünvan 1 ünvan 1 yaşayış binasının arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1200 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Binəqədi Rayonu ünvan 2 ünvan 1 yaşayış binasının arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciətinə cavab verilməmişdir. İddiaçı 2018-ci il 24 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayonu ünvan 2 ünvan 1 yaşayış binasının arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ayrılmış 12 00 kv.m torpaq sahəsinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, ünvan 1 yaşayış binasının arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1200 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Ərizəsinə Bələdiyyənin Yerli İqtisadi İnkişaf Daimi komissiyasının 2006-cı il 10 aprel tarixli iclasında baxılarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 1 yaşayış binasının arxasında 1200 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması məqsədəmüvafiq hesab olunmuşdur. Bununla da Bələdiyyənin 2006-cı il 30 dekabr t arixli, 449 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1200 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması qərara alınmışdır. Həmin qərara əsasən Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyənin sədri x2 ilə iddiaçı arasında 2006-cı il 30 dekabr tarixli, 602 saylı müqavilə imzalanmış, torpağın alğısatqısına dair müvafiq akt tərtib edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 13 iyun tarixli 2-1(81)-2907/2018 nömrəli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 iyul tarixli 2-1(81)-2907/2018 nömrəl i qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayonu ünvan 2 ünvan 1 yaşayış binasının arxasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi qanunvericiliyə uyğun olaraq Binəqədi Rayonu ünvan 1 iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 noyabr tarixli 2-1(103)-2356/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla hüquq əldə etməmişdir. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 23 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 7 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən bələdiyyə tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətinin rəyi alınmamışdır. Bununla bağlı iddiaçı qeyd edir ki, mübahisəli torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyə ilə iddiaçı arasında 2006-cı il 30 dekabr tarixli, 602 saylı müqavilə imzalanmış, torpağın alğı-satqısına dair müvafiq akt da tərtib edilmiş, eyni zamanda qeyd olunan torpaq sahəsinin plan sxemi bələdiyyənin əməkdaşı tərəfindən tərtib edilmiş və razılaşdırılmışdır. İşdən göründüyü kimi, iddiaçı tərəfindən bütün prosedurlara əməl edilməklə, iddiaçının torpaq sahəsi üzərində qanuni hüquqları yaranmışdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfa tının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra h akimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər hesab olunur. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə qanunda nəzərdə tutulmuş mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün müqavilə imzalanmış, torpağın alğı-satqısına dair müvafiq akt tərtib edilmiş, həmçinin torpaq sahəsinin plan sxemi də tərtib edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə - TM) 49.2, 55, 65, 66, 68-ci maddələrinin, “İnzibati icraat haqqında” Qanunun 15.1, 15.2, 15.3-cü maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu i lə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsasl andırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasına əsas olduğu qeyd edili r. TM-in 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiy yətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinə əsasən, (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 200 2-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Hazırkı işdə həmin normaların, deməli həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələblərinin təmin olunduğuna dair sübut yoxdur. Beləlik lə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 noyabr tarixli 2-1(103)-2356/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar