Məhkəmə qərarları › İş №2-1(102)-530/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-530/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-530/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin hesablanması üçün zəruri olan sənədlərin təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavab dehnə qarşı “vergilərin hesablanması üçün zəruri olan sənədlərin təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 oktyabr tarixli, 21(103)-1765/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2020-ci il 21 may tarixli, **********200069 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. 2. 2020-ci il 06 iyul tarixdə iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********13784 3 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən 2017-ci il 01 aprel tarixdən 2020-ci il 01 aprel tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir.

3. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən 2020-ci il 19 iyun tarixdə “Sənədlərin təqdim edilməsindən qismən imtina barədə”, 2020-ci il 07 iyul tarixdə isə “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktlar tərtib edilmiş, cavabdeh tərəfindən həmin aktların imzalanmasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan, y oxlama ilə əhatə edilən dövr üzrə (2017-ci il 01 aprel tarixdən 2020-ci il 01 aprel tarixədək, illik bəyannamələr üzrə 2017ci il 01 yanvar tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alğı-satqı müqavilələri (alğı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatla rı və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuncu məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xi dmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma-2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirləri üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s.) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatların təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin cavabdehdən götürülərək ona təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2020-ci il 21 may tarixli **********200069 n ömrəli qərarı ilə Cavabdeh MTK-da növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 2017-ci il 01 aprel-2020-ci il 01 aprel) təyin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 2020-ci il 22 may tarixli, **********200215 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilərək, yoxlama ilə əhatə edilən dövr üzrə zəruri olan digər sənədlərin yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsinə təqdim olunması tələb edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər cavabdeh tərəfindən təqdim edilmədiyindən, Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında 2020 -ci il 06 iyul tarixli **********137843 nömrəli qərar çıxarılmışdır. Yoxlamanın keçirilməsi üçün tələb olunan sənədlərin bir qisminin yoxlamaya təqdim edilməsindən imtina edildiyi üçün cavabdehin nümayəndəsinin iştirakı ilə 2020-ci il 19 iyun tarixli sənədlərin təqdim olunmasından qismən imtina barədə akt tərtib edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi yoxlaması ilə əhatə edilən dövr üzrə 2017-ci il 01 aprel-2020-ci il 01 aprel tarixlər ərzində olan aşağıdakı sənədlər cavabdeh tərəfindən vergi yoxlayıcılarına təqdim olunmuşdur: işçi layihələri, beton sınaq nəticələri, torpağın ayrılması və t ikintinin aparılması haqqında sərəncamlar, işıq, su və digər xərc sənədləri, hesablaşma hesabları üzrə dövriyyələr, bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları), torpağın icarə müqaviləsi, icarə müqavilələri, mühasibat sənədləri, ekspertiza rəyləri, kommunal xidmət göstərən şirkət ilə müqavilə. Yoxlamanın əhatə etdiyi dövrdə yaşayış, qeyri-yaşayış, qaraj və mansard alğı-satqısı müqavilələri bağlanmamış, yük gömrük bəyannamələri olmamışdır. Yoxlama dövründə kreditor və debitor borclar yoxdur. Alınmış, satılmış mallar, rezident və qeyri-rezident şəxslər tərəfindən heç bir xidmət göstərilməmişdir. Banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətlər (kreditlər) yoxdur. Xarici bank hesablarından Azərbaycanla bağlı heç bir əməliyyat aparılmamışdır. Bütün bu sənədlər vaxtı -vaxtında vergi yoxlayıcılarına təqdim olunmuş və vergi orqanına məlumat verilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 avqust tarixli, 2-1(112)-5466/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2020-ci il 21 may tarixli, **********200069 nömrəli qərar ilə Cavabdeh Mənzil Tikinti Kooperativində keçirilən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 2017-ci il 01 aprel-2020-ci il 01 aprel) ilə əlaqədar səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan, yoxlama ilə əhatə edilən dövr üzrə (2017-ci il 01 aprel tarixdən 2020-ci il 01 aprel tarixədək, illik bəyannamələr üzrə 2017ci il 01 yanvar tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşa yış sahələrinin, qarajların, mansardların alğı-satqı müqavilələri (alğı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması il ə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuncu məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri rezident şəxsl ər tərəfindən görülmüş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma-2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirləri üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s.) barədə məlumat, proqram təminatında aparılmış əməliyya tların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatların təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42 və 43-cü maddələrinin müddəalarına istinad edərək iddianın əsaslı olduğu qənaətinə gəlmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasın ı xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 oktyabr tarixli, 2-1(103)-1765/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd ed ilmişdir ki, məhkəmənin 2020-ci il 14 avqust tarixə saat 11-30-a təyin olunmuş iclas barədəki, 2020-ci il 11 avqust tarixli «Bildirişi» poçt vasitəsi ilə 2020-ci il 29 avqust tarixdə cavabdehə təqdim olunmuşdur. Cavabdehə 2020-ci il 29 avqust tarixdə təqdim olunmuş məhkəmə «Bildirişi» əsasında, cavabdeh 2020-ci il 14 avqust tarixdə keçirilmiş iclasdan xəbərdar ola bilməzdi. Digər tərəfdən, məktubun üz tərəfindəki vurulmuş möhürdən də aydın olmuşdur ki, məhkəmə bildirişi poçta 2020-ci il 18 avqust tarixdə təqdim olunmuşdur. Yəni, 2020-ci il 14 avqust tarixdə keçirilmiş iclasda artıq məhkəmə qərarı qəbul edildikdən 3 gün sonra cavabdehə Məhkəmə bildirişi göndərilmişdir.

14. Etirazda göstərilən sənədlərin iddiaçıya təqdim edilməsinin iddiaçı tərəfindən təkzib olunmaması halı birbaşa sübut etm işdir ki, işçi layihələri, beton sınaq nəticələri, torpağın ayrılması və tikintinin aparılması haqqında sərəncamlar, işıq, su və digər xərc sənədləri, hesablaşma hesabları üzrə dövriyyələr, bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları), torpağın icarə müqaviləsi, icarə müqavilələri, mühasibat sənədləri, ekspertiza rəyləri, kommunal xidmət göstərən şirkət ilə müqavilə və s. sənədlər iddiaçının əməkdaşlarına təqdim olunmuşdur. Bununla yanaşı, yoxlamanın əhatə etdiyi dövrdə yaşayış, qeyri-yaşayış, qaraj və mansard alğı-satqısı müqavilələrinin bağlanmaması, yük gömrük bəyannamələrinin olmaması; yoxlama dövründə kreditor və debitor borcların olmaması; alınmış, satılmış mallar, rezident və qeyri-rezident şəxslər tərəfindən heç bir xidmət göstərilməməsi; banklarda və ya kredit təşkil atlarında qüvvədə olan əmanətlərin (kreditlərin) olmaması və xarici bank hesablarından Azərbaycanla bağlı heç bir əməliyyatın aparılmaması barədə verilmiş rəsmi məlumatlar həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Digər tərəfdən, cavabdehdə olmayan sənədlərin hansı üsulla əldə olunması və olmayan sənədlərin hansı üsulla iddiaçıya təqdim olunması məsələsi ümumiyyətlə cavabdehə aydın olmamışdır. İşin mübahisəsiz halıdır ki, cavabdehdən tələb olunan sənədlər iddiaçıya qismən təqdim olunmuşdur. Odur ki, iş üzrə qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun gəlməməklə yanaşı, həm də iddia tələbi mümkün hesab edilməməlidir. Çünki, yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən istənilən sənədlər vaxtında iddiaçının nüma yəndəsinə təqdim edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).

16. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsi: Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi or qanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Maddə 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Maddə 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Maddə 43.2. Səyyar vergi yoxlaması keçir ildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Maddə 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə m übahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. On a görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2020-ci il 21 may tarixli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə təqdim edil mişdir. İddiaçı 2020-ci il 6 iyul tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul etmiş və həmin qərarda cavabdehdən 2017-ci il 1 aprel tarixdən (illik bəyannamələr üzrə 2017ci il 1 yanvar tarixdən) x xxxxx 2020-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməli olması göstərilmişdir. Cavabdeh tələb edilən sənədləri vergi orqanına təqdim etmədiyindən 2020-ci il 19 iyun tarixdə “Sənədlərin təqdim edilməsindən qismən imtina barədə”, 2020-ci il 7 iyul tarixdə isə “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktlar tərtib edilmiş, cavabdeh həmin aktları imzalamaqdan imtina etmişdir.

23. Vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada sənədləri verməd iyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən tələb olunan sənədlərin vaxtında sonuncunun nümayəndəsinə təqdim edilməsi iş materialları ilə təsdiqini tapmır.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin lazımi qaydada məlumatlandırılmadığına dair şikayətin dəlilinə gəldikdə, işdən göründüyü kimi, həmin dəlillər birinci instansiyası məhkəməsində icraatla bağlı olmuş, apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna görə də, şikayətin həmin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 oktyabr tarixli, 21(103)-1765/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar