Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-530/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: icraatın iştirakçısı olmayan şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ç ıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “Seyidova Firuzə Mikayıl qızının şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair” 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-3447/2022 nömrəli qərardadından Seyidova Firuzə Mikayıl qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 16 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli, 123 nömrəli qərarına əsasən iddiaçıya Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “ B ” nömrəli ayrılmış bağ sahəsinin (Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli Orderi) iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-8612/2021 nömrəli qərardadı ilə Seyidova Firuzə Mikayıl qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-1627/2022 nömrəli qərardadı ilə iş üzrə Seyidova Firuzə Mikayıl qızının üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-1627/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Mərdəkan bağlar sahəsində 20 4 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Seyidova Firuzə Mikayıl qızı 25 avqust 2022-ci il tarixli qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
6. Seyidova Firuzə Mikayıl qızı 25 avqust 2022-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-3447/2022 nömrəli qərardadı ilə Seyidova Firuzə Mikayıl qızının apellyasiya şikayəti təmin e dilməmiş, Bakı İnzibati Məhkəməsinin “Seyidova Firuzə Mikayıl qızının üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməsinə dair” 25 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-3447/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarından Seyidova Firuzə Mikayıl qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə şikayət vermiş şəxs iş üzrə tərəf olmamış və məhkəmə tərəfindən üçüncü şəxs qismində onun iştirakına xitam verilmişdir. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş m əhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır.
10. Seyidova Firuzə Mikayıl qızı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə ilk növbədə üçüncü şəxs qismində iştiraka xitam verilməsinə dair məhkəmə qərardadından verilən şikayətı baxıb apellyasiya şikayətinin mümkünlük məsələsini həll etməli idi. Lakin məhkəmə tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadından verilən şikayətə ümumiyyətlə mövqe bildirməmişdir. Həmin Qərardaddan verilən şikayət həll edilmədən apellyasiya şikayətinin müm künlüyünə dair Qərardad qəbul etmişdir. Apellyasiya məhkəməsinə torpaq sahəsinin notarial qaydada təsdiq edilmiş Orderini və digər hüquq müəyyənedici sənədləri əlavə edilməsinə baxmayaraq işə baxan məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hazırkı işin hallarını və mahiyyətini düzgün müəyyən etmədən əsassız və qanunsuz qərardad qəbul etməklə bizim prosessual hüquqları kobud şəkildə pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyasının qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə
81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbu l olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair təl əblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
17. Şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmə ilk növbədə üç üncü şəxs qismində iştiraka xitam verilməsinə dair məhkəmə qərardadından verilən şikayətı baxıb apellyasiya şikayətinin mümkünlük məsələsini həll etməli idi. Lakin məhkəmə tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadından verilən şikayətə ümumiyyətlə mövqe bildirməmişdir.
18. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmır. Belə ki, işdən göründüyü kimi, “Seyidova Firuzə Mikayıl qızının üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməsi barədə” Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)1627/2022 nömrəli qərardadından F.Seyidova tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)3447/2022 nömrəli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilməd ən saxlanmışdır.
19. Beləliklə, Seyidova Firuzə Mikayıl qızının üçüncü şəxs qismində iştirakına xitam verilməsinə dair məhkəmə qərardadından verilən şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli, hazırda mübahisələndirilən qərardadı ilə F.Seyidovanın Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarından verdiyi şikayət üzrə apellyasiya mümkün sayılmamışdır.
21. İPM-in 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
22. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)1627/2022 saylı qərardadı i lə Seyidova Firuzə Mikayıl qızının üçüncü şəxs qismində prosessual iştirakına xitam verildiyindən, onun Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarından şikayət vermək hüququ olmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Seyidova Firuzə Mikayıl qızının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “Seyidova Firuzə Mikayıl qızının şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair” 18 noyabr 2022-ci il tarixli, 21(103)-3447/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.