Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-530/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri; müddət). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli əmrin dəyişdirilməsi və öz arzusu ilə xidmətdən azad edilməsi kimi hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3529/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə454-00121 nömrəli əmrindən görünür ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3, 15 və 29-cu, "Yol hərəkəti haqqında” Qanunun 36 və 37-ci, "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4, 17 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2021-ci il tarixli G21-001-21 nömrəli göstərişinin tələblərini pozaraq, xx.xx.2021-ci il tarixdə müvafiq etibarnamə olmadan idarə etdiyi avtomaşınla maddi ziyanla nət icələnən yol-nəqliyyat hadisəsi törətdiyinə, müəyyən olunmuş qaydada rəsmiləşdirilmə aparılmasını təmin etmədən və rəhbərliyi məlumatlandırmadan hadisə yerindən yayındığına, məsələyə aidiyyəti olmayan əməkdaşları ora dəvət etməklə münaqişənin baş verməsinə şərait yaratdığına, xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanı əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru, polis baş serjantı - iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
2. Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli m əktubu ilə müəyyən olunur ki, iddiaçının atasına oğlunun (iddiaçının) yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarından xidmətdən xaric edilməsi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli əmrin dəyişdirilməsi və öz arzusu ilə xidmətdən azad edilməsi kimi hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı buraxılmış müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmr rəsmi qaydada ona təqdim edilməmişdir, əmək kitabçasında hər hansı qeyd edilməmişdir. Yalnız şifahi sorğuya cavab olaraq məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. Bu səbəbdən buraxılmış müddətin ötürülməmiş hesab edilməklə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 14 iyul 2023-cü il tarixli, e-21(112)-8555/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmrin dəyişdirilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib- edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçın ın üzərinə düşür. İddiaçı mübahisələndirdiyi əmrin dəyişdirilməsinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Sözügedən xx.xx.2021-ci il tarixli Ə454-001-21 nömrəli əmrin mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Daxili işlər orqanlarında 07 il, 09 ay, 24 gün xidmət göstərdiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə əmək kitabçasını təhvil almışdır. İddiaçı barəsində olan işdən azad edilmə barədə əmrin tarixi, nömrəsi onun əmək kitabçasında bilavasitə göstərilmişdir. İddiaç ının ən geci əmək kitabçasını götürərəkən işdən azad edildiyi əmrin tarixi və nömrəsi barədə qeydlərin də olduğu əmək kitabçasının əslini əldə etdiyi vaxtdan sözügedən əmrdən məlumatlı olduğu təsdiq edilir. İddiaçı tərəf əmək kitabçasında işdən azad edilmə barədə əmrin əsasının qeyd olunmaması və bununla da həmin əmrin əsası barədə məlumatlı olmamasını bildirsə də, qeyd edilən bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh tərəf iddiaçıya aid məxfi sayılan şəxsi iş materiallarını məhkəməyə təqdim etmiş və qeyd edilən şəxsi işə baxış keçirilərkən iddiaçının işdən azad edilməzdən öncə, xidməti araşdırma ilə tanış olduğu, onunla bərabər bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsinə əsas olmuş hadisə ilə bağlı ondan mü vafiq izahatlar alındığı və yekunda onun barəsində xidməti araşdırmanın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilmə barədə əsasları özündə əks etdirən məsuliyyətə cəlb olunmasına dair verilmiş rəylə xx.xx.2021-ci il tarixdə tanış olduğu və həmin rəyə etirazı olmadığı barədə imzası ilə qeydlər etdiyi müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilən şəxsi iş materiallarında iddiaçının ailə üzvlərinin - atası X2 xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 xx.xx.2022-ci il tarixli, arvadı X1 xx.xx.2021-ci il tarixli cavabdehə ünvanlanmış müraciətlərində iddiaçının ehtiyatsızlıqdan yol qəza hadisəsi törətdiyi, buraxdığı nöqsandan peşmançılıq çəkdiyi, xidmətə bərpa edilməsi xahiş olunmuş, cavabdehin həmin müraciətlərə cavablarında iddiaçının xidmət zamanı yol verdiyi ciddi nöqsanlara görə daxili işl ər orqanlarında xidmətdən xaric edildiyi qeyd olunaraq müraciətlərin təminindən imtina edilmişdir. Eləcə də, xidməti materiallardan görünür ki, sonuncu dəfə iddiaçı xx.xx.2022-ci il tarixli cavabdehə ünvanladığı ərizəsində yol verdiyi nöqsanlara görə xidmətdən xaric edildiyini, törətdiyi əməldən səmimi peşmançılığını bildirərək yenidən xidmətə bərpa olunmasını xahiş etmiş, Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixdə Bərdə rayonunda keçirilən qəbulda dinlənilmişdir.
6. Beləliklə, iddiaçının mübahisələndirdiyi əmr barədə, onun daxili işlər orqanlarından xidmətdən azad edilmə əsasları barədə əmrin verildiyi vaxtdan məlumatlı olması şəxsi iş materialları, eləcə də özünün və ailə üzvlərinin cavabdehə ünvanladığı ərizələrdə iddiaçının yol verdiyi nöqsanlarla bağlı et irafları ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab etmişdir ki, yu xarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi, iddiaçı onun barəsində qəbul edilmiş inzibati aktdan məlumatı olduğu iyul 2021-ci il tarixdən 2 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisələndirilən əmr üzrə iddia müddətin ötürülməsindən 1 ildən çox vaxt keçdiyini nəzərə alaraq iddiaçının müddətin bərpasına dair ərizə təqdim etməsinə hüquqi zərurət görməmişdir.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 19 oktyabr 2023-cü il tarixli, 21(103)-3529/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8555/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əmək kitabçasında şəxsin hansı səbəbə görə işdən çıxarılması barədə məlumat qeyd edilməmişdir. Bu səbəbdən, əmək kitabçasının alınması onun hüquq pozuntusundan məlumatlı olmasını ehtiva etmir. Çünki, şəxs işdən azad ediləndə ona öz ərizəsinə əsasən işdən azad edildiyi bildirilmişdir. Həmçinin, cavabdehə müraciətləri də məhz baş vermiş hadisə ilə bağlı olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu nu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay m üddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. M əhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi və prosessual hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kol legiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddia ərizəsində və apelyasiya şikayətində olduğu kimi təkrarlanan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, Ə454-001-21 nömrəli əmrinin mübahisələndirilməsi ilə bağlı iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra verilmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan əmrlə xidmətdən xaric edilməsi ona məxsus əmək kitabçasında qeyd olunmuş və iddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə əmək kitabçasını təhvil almışdır.
23. İddiaçının əmək kitabçasında hansı səbəbdən xidmətdən azad edildiyinin qeyd olunmam ası, öz ərizəsinə əsasən xidmətdən azad edildiyini bilməsi” barədə kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz xahişi ilə xidmətdən azad edilməsi barədə ərizə vermədiyi, üstəlik xidmətdən hansı səbəbdən xaric edildiyini bilmədiyi halda, əmək kitabçasını aldığı xx.xx.2021-ci il tarixdən sonra xaric edilməsinin səbəbini araşdırmamışdır. Göründüyü kimi, iddiaçının öz xahişi ilə xidmətdən azad edilməsi barədə ərizə təqdim etmədiyi halda, xidmətdən xaric edilməsinin səbəbini 2 ilə yaxın müddət ərzində araşdırmaması və ötən müddət ərzində xidmətdən xaric edilməsinin səbəbinin ona məlum olmaması inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz.
24. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı iddiaçıya aid məxfi sayılan şəxsi iş materialları məhkəməyə təqdim edilmiş və qeyd edilən şəxsi işə baxış keçirilərkən iddiaçının işdən azad edilməzdən öncə, xidməti araşdırma ilə tanış olduğu, onunla bərabər bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsinə əsas olmuş hadisə ilə bağlı ondan müvafiq izahatlar alındığı və yekunda onun barəsində xidməti araşdırmanın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilmə barədə əsasları özündə əks etdirən məsuliyyətə cəlb olunmasına dair verilmiş rəylə xx.xx.2021-ci il tarixdə tanış olduğu və həmin rəyə etirazı olmadığı barədə imzası ilə qeydlər etdiyi müəyyən olunmuşdur. Habelə, şəxsi iş materiallarında iddiaçının ailə üzvlərinin - atası X2 xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 xx.xx.2022-ci il tarixli, arvadı X1 xx.xx.2021-ci il tarixli cavabdehə ünvanl anmış müraciətlərində iddiaçının ehtiyatsızlıqdan yol qəza hadisəsi törətdiyi, buraxdığı nöqsandan peşmançılıq çəkdiyi, xidmətə bərpa edilməsi xahiş olunmuş, cavabdehin həmin müraciətlərə cavablarında iddiaçının xidmət zamanı yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edildiyi qeyd edilərək müraciətlərin təminindən imtina edilmişdir. Sonuncu dəfə iddiaçı özü də xx.xx.2022-ci il tarixli cavabdehə ünvanladığı ərizəsində yol verdiyi nöqsanlara görə xidmətdən xaric olunduğunu, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirərək yenidən xidmətə bərpa olunmasını xahiş etmiş, Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixdə Bərdə rayonunda keçirilən qəbulda dinlənilmişdir.
25. Göründüyü kimi, istər iddiaçının, istərsə də, onun ai lə üzvlərinin mübahisələndirilən əmrdən, əmrin verildiyi vaxtdan məlumatlı olması iddiaçının şəxsi iş materialları, cavabdehə ünvanlanmış ərizələr və iddiaçının yol verdiyi nöqsanlarla bağlı etirafları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq, iddiaçı onun barəsində qəbul edilmiş inzibati aktdan məlumatı olduğu iyul 2021-ci il tarixdən 2 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır ki, bununla da inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
26. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassa siya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3529/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.