Məhkəmə qərarları › İş №2-1(102)-530/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-530/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-530/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və digərlərinin Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və digərlərinin Cavabdehnə qarşı “Cavabdeh kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətinə X7 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının və X11 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 04 oktyabr tarixli, 2-1(106)-329/2024 nömrəli qərarından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 01 may 2004cü il tarixli, 25 nömrəli müqaviləsinin surətindən görünür ki, Cavabdeh sədri M.Quliyev ilə İmişli rayonu Qulubəyli kənd sakini X9 arasında Qulubəyli bələdiyyəsinin 11 aprel 2004-cü il tarixli, 07 saylı qərarına əsasən İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi istifadə ol unması üçün 45 il müddətinə X5 icarəsinə verilmişdir.

2. İş materiallarında olan Cavabdeh xx.xx.2007-ci il tarixli, 14 saylı iclası protokolundan çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli kənd sakini X11 İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətindən 3 (üç) ha əkin kimi icarə qaydasında ona verilməsi barədə olan ərizəsi nəzərə alınmış, İmişli rayonu Qulubəyli kənd sakini X13 Qulubəyli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən 3 (üç) ha əkin torpaq sahəsi icarə qaydasında verilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il tarixli, 10/7849 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2004-ci il tarixli 07 saylı qərarına əsasən X7 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Cavabdeh xx.xx.2007-ci il tarixli, 14 saylı qərarına əsasən, X13 icarəyə verilən 3.0 ha torpaq sahəsinə aid mülki işin içərisində olan sənədlərdə yerquruluşu planı mövcud olmadığı üçün həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh xx.xx.2004-ci il tarixli 07 saylı qərarına əsasən X7 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyas na aid Qulubəyh bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsidir. Qərardadın birinci sualında qeyd olunan səbəblərə görə İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il 14 saylı qərarına əsasən, X13 icarəyə verilən 3.0 ha torpaq sahəsinin kateqoriyasını, növünü, təyinatını və statusunu müəyyən etmə k mümkün olmamışdır. İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 7 saylı qərarına əsasən, X7 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsinin koordinatları üçüncü şəxlərin qanuni istifadəsində olan torpaq sahəsi və tikililəri ilə üst-üstə düşmür. Qərardadın birinci sualında qeyd olunan səbəblərə qörə İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il 14 saylı qərarına əsasən Bədirov Faqan Ələs9ər oğluna icarəyə verilən 3.0 ha torpaq sahəsinin və tikililərinin ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 7 saylı qərarına əsasən, X7 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsi göstərilən texniki göstəricilərə uyğundur və təyinatı üzrə örüş sahəsi kimi istifadəyə yararlıdır. Qərardadın birinci sualında qeyd olunan səbəblərə görə Cavabdeh xx.xx.2007-ci il tarixli, 14 saylı qərarına əsasən, X3 icarəyə verilən 3.0 ha torpaq sahəsinin göstərilən texniki göstəricilərə uyğun olub-olmamasını və təyinatı üzrə istifadəyə yararlı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 7 saylı qərarına əsasən, X7 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsi, elektron məlumat bazasında olan Qulubəyli bələdiyyəsinə dair tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Qərardadın birinci sualında qeyd olunan səbəblərə görə Cavabdeh xx.xx.2007-ci il tarix li, 14 saylı qərarına əsasən, X3 icarəyə verilən 3.0 ha torpaq sahəsi İmişli rayonu Qulubəyli bələdiyyəsinin ümumi və ya xüsusi istifadədə olan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 7 saylı qərarına əsasən, X7 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsi naturada mövcuddur. Qərardadın birinci sualında qeyd olunan səbəblərə görə Cavabdeh xx.xx.2007-ci il tarixli, 14 saylı qərarına əsasən, X3 icarəyə verilən 3.0 ha torpaq sahəsini naturada müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və digərlərinin Cavabdehnə, üçüncü şəxslər X7 və X13 qarşı “Cavabdeh kəndin üm umi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətə X7 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının, xx.xx.2004-cü il tarixli, 25 saylı müqavilənin və X11 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi və bələdiyyənin qanunsuz hərəkətinə son qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların əsaslandırması:

5. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonunun Qulubəyli kəndində yaşayaraq fərdi təsərrüfatlarında mal-qara saxlayırlar. Əvvəllər malqaralarını başqa kəndin ərazisində otarıblar. Yaşadıqları İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin mülkiyyətində olan örüş-otlaq yerlərinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin uzunmüdətli istifadəsinə verilməsi səbəbindən şə xsi təsərrüfatlarında olan heyvanların otarılmasında çətinliklər yaranmış və bu səbəbdən səksən iki nəfərin imzası ilə İmişli rayonunun o zamankı İcra Hakimiyyəti başçısına edilən müraciətlərdən sonra örüş sahələri bələdiyyə mülkiyyətinə qaytarılaraq camaatın istifadəsinə verilmişdir. Keçmiş İcra Hakimiyyəti başçısı çoxsaylı müraciətlərinə vermiş olduğu cavabında bələdiyyənin bütün icarə müqavilələrinin ləğv olunacağına və malqaralarının həmin örüşlərdə otaracaqlarına vəd vermişdir. Bundan sonra İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin mülkiyyətində olan, lakin Bələdiyyəsinin 01 may 2004-cü il tarixli, 25 saylı icarə müqaviləsi ilə X5 45 il müddətinə icarəsinə verilmiş 40,0 ha örüş torpaq sahəsindən örüş-otlaq sahəsi kimi istifadə etməyə başlamışlar və qeyd etdikləri səbəbdən həmin sahədə n özbaşına olara itifadə etməmişdirlər. İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin 40,0 ha örüş ərazisinin 45 il müddətə icarəyə verilməsi haqqında X10 ilə bağladığı 01 may 2004-cü il tarixli, 25 saylı müqaviləsi qanunaziddir. Bu səbəbdən də həmin müqavilənin ləğv edilməsi barədə bələdiyyəyə dəfələrlə müraciətlər etdikdə bələdiyyə sədri də adı çəkilən müqavilənin ləğv olunduğunu demişdir. Bu səbəbdən imişli rayonunun Qulubəyli X1 ilə bağladığı 01 may 2004-cü il tarixli, 25 saylı müqavilənin ləğv olunduğunu güman etmişdirlər. Lakin onlar özləri müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdirlər. 01 may 2004-cü il tarixli, 25 nömrəli “Torpağın icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Qulubəyli bələdiyyəsinin 11 aprel 2004-cü il tarixli, 07 saylı qərarına əsasən İmişli ray onu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi istifadə olunması üçün 45 il müddətə X5 icarəsine verilmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, X5 adına hərhansı bir torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. X18 2004-cü illərdə rayon Qulubəyli kəndində sədri işləmiş, hazırda imişli rayonunda İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Mirzə Quliyev bələdiyyə sədri işləyən zaman xx.xx.2004- cü il tarixli, 25 saylı protokol əsasında 40 hektar torpaq sahəsi bir neç ə nəfərin imzası ilə kənd sakini X12, müqavilə ilə kənd camaatına mal-qara otlaması üçün verilmişdir. Müqavilənin vaxtı 15 il olmuşdur. Bundan sonra Qulubəyli bələdiyyəsi qeyri-qanuni olaraq həmin müqavilənin şərtini pozmuş, 45 il müddətinə həmin torpaq sahəsini X2 yolla satmışdır. Sonradan Qulubəyli kənd bələdiyyəsi xx.xx.2017-ci il tarixli protokol 40 ha torpaq sahəsinin müqaviləsi ləğv olmamış 7,5 hektar sahəsini təkrar olaraq X4 yol ilə satmisdır. Qanunsuz olaraq torpağın təyinatı dəyişdirilmədən bir neçə kilometr, 2 metr enində. 1 metr dərinlikdə xəndək çəkmiş və qeyri-qanuni olaraq əkin sahəsinə çevrimişdir.Həmin sahənin bir hissəsində özü yaşamaq üçün yaşayış evi tikmişdir. Qeyd olunan 40 hektar ərazi camaatın mal-qarasının otlaması üçün nəzərdə tutulsa da,əraziyə heyvan otarmağa heç kim buraxılmır. Göstərilənlərə əsasən Qulubəyli bələdiyyəsinin X6 xx.xx.2004-ci il tarixli, 7 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 25 saylı protokolu və X11 xx.xx.2007-ci il tarixli, 14 saylı ləğv edilməlidir.

6. Şirvan İnzibati Məhkəməsinin 2021-ci il 14 oktyabr tarixli qərardadı ilə İmişli Regional Ədliyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Sonradan iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və digərləri xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehnə qarşı “Cavabdeh kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətə X7 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının və X11 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin 2021-ci il tarixli, 15 dekabr tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin 2023-cü il 15 noyabr nömrəli, 2-1(120)-99/2023 nömrəli qərardadı ilə iddia üzrə iddiaçılar tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir.

10. Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 02 fevral tarixli, 2-1(120)-53/2024 nömrəli qərardadı ilə iddia tələbi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və digərlərinin Cavabdehnə qarşı “Cavabdeh X11 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 2024-cü il 02 fevral tarixli, 21(120)-53/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətinə X7 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarın ləğv edilməsi, 50 manat ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, сavabdehin mübahisəli qərarı iddiaçılara münasibətdə qanunvericiliyin tələblərinin pozulmasına əsasən qəbul edilmişdir. Qəbul olunmuş inzibati aktın iddiaçıların hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh in onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, qərarda göstərilən dəlillərlə bağlı iddiaçılar özü və ya nümayəndələri çağrılaraq dinlənilməmiş və qəbul edilmiş inzibati akt vaxtında onlara təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. 13..... Bələdiyyə tərəfindən inzibati a kt iddiaçılara münasibətdə inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd etdiyi tələblərə əsasən müəyyən edilir ki, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Ümumi istifadədə olan örüş sahələri icarə və alqı-satqı müqaviləsinin predmeti ola bilməz və hər hansısa bir şəxsə ayrıla bilməz. Qeyd edilən hal Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-c maddəsinin 15 aprel 2023-cü ilədək qüvvədə olan və 15 aprel 2023cü il tarixindən sonra qüvvədə olan mətnlərində bir mənalı olaraq qeydd edilmişdir. Cavabdehin m übahisələndirilən qərarı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 14 Qərardan üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayəti verilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov, Pərviz Hacıyev) 2024-cü il 04 oktyabr t arixli, 2-1(106)-329/2024 nömrəli qərarı ilə üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 02 fevral tarixli, 2-1(120)-53/2024 nömrəli qərarı iddianın təmin olunması hissəsində ləğv edilmiş, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı Cavabdeh kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətə X7 icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsi mənsubiyyətindən və təyinatından asılı olmayaraq ölkə ərazisində olan bütün torpaq sahələrinə dair hüquq münasibətlərini tənzimləyir və həmin qanunla ümumi istifadədə olan örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı qadağalar müəyyən edilməmişdir. “Torpaq icarəsi haqqında” Qanun isə bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaq sahələrinin icarəyə verilməsi xüsusiyyətlərinin bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmasını təsbit edir. Beləliklə sonuncu qeyd olunan qanunun mənasına görə bu münasibətlər sahəvi qanunla tənzimlənir. Həmin münasibətləri tənzimləyən sahəvi qanun isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunudur ki, həmin qanunun yuxarıda qeyd edilən normaları bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaq sahələrinin qismən icarəyə verilməsinə məhdudiyyət qoymamışdır.

17. Nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə e dilməsi haqqında” Azərbaycan Respublikası Qanunu sözügedən Qanun və Məcəllədən daha sonra qəbul edilməsi baxımından daha yüksək hüquqi qüvvəyə malikdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun: -10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

18. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir etməmiş, işin araşdırılmış faktiki və hüquqi halına uyğun normaları nəzərə almamış, bununla da düzgün olmayan nəticəyə gəlmişdir.

19. İddiaçı Ocaqov X16 Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində işin halları sadalanmış əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə Kollegiyası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu Torpaq Məcəlləsindən və “Torpaq icarəsi haqqında” Qanundan daha sonra qəbul edilməsi baxımından daha yüksək hüquqi qüvvəyə malik olmasına istinad edərək əsassız olaraq b ələdiyyələrin mülkiyyətində olan yay və qış otlaqlarının bələdiyyənin qərarı ilə icarəyə verilə bilməsi imkanını, həm də bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılmış torpaqlara da aid etməklə yanlışlığa yol vermişdir. Baxmayaraq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.7-ci maddəsində konkret olaraq “ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmədiyi” göstərildiyi halda məhkəmə kollegiyası Qulubəyli Bələdiyyəsi ərazisində ümumi istifadədə nə qədər torpaq sahəsinin olması və onun nə qədərinin bələdiyyə tərəfindən icarəyə verilməsi imkanını araşdırmadan əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs tərəfindən yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının”: Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Dövlət mülkiyyətində olan örüş, biçənək, yay və qış otlaq sahələrini n icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə

12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə

16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ilədək qüvvədə olan mətn)...

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır keç irilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.... Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır. Maddə

16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ildən qüvvədə olan mətn)

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətind ə olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədə r hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə

47. Bələdiyyənin torpaq üzərind ə mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqor uyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çim ərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Ape llyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların ar aşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ar aşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin həllində Torpaq Məcəlləsinə deyil, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.3-cü və 11.7-ci maddələrinə istinad etmiş və bunu “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsindəki müddəa ilə izah etmişdir.

32. Konstitusiya Qanununun həmin normasına görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.

33. Kollegiya apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq ilk növbədə bildirir ki, qanunverici qeyd ediən normada konkret münasibətlərə sahə normativ hüquqi aktının tətbiq edilməsinin mümkünlüyünü həmin normativ hüquqi aktların zidiyyət təşkil etməsi ilə şərtləndirmişdir.

34. Kollegiya bildirir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.6-cı maddəsinə görə, eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.

35. Apellyasiya instansiya məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.3-cü maddəsinə və 11.7-ci maddələrinə istinad edərək hesab etmişdir ki, bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaq sahələrinin qismən icarəyə verilməsinə məhdudiyyət qoymamışdır. Lakin, apellyasiya instansiya məhkəməsi bu müddəada bələdiyyələrin mülkiyyətində olan bütün torpaqların icarəyə verilməsinin mümkünlüyünə işarə etsə də, bunun məhz qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilə bilməsi şərtini diqqətdən qaçırmışdır.

36. İş materiallarında olan mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaqla ümumi istifadədə olan örüş sahəsi olması qeyd edilmişdir.

37. Kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 13-cü maddəsinə nəzər yetirdikdə yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarından istifadə qaydalarının və şərtlər inin açıq şəkildə qeyd olunduğu müəyyən edilir. Lakin qanunun digər normalarında ümumi istifadədə olan örüş sahələrinin istifadə qaydaları ilə bağlı hər hansı tənzimləmə qeyd edilməmişdir.

38. Həmin Qanunun 12.2-ci maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyi ilə tənzimlənir. Eyni zamanda Həmin Qanunun 1-ci maddəsində qeyd edilmişdir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

39. Kollegiya ilk növbədə bildirir ki, “Torpaq Məcəlləsi” torpaq münasibətlərini tənzimləyən başlıca normativ hüquqi aktlardan hesab edilir. Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir.

40. Həmin Məcəllənin 16-cı maddə sinin 4-cü bəndinə görə ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir (15 aprel 2023-cü ilədək qüvvədə olan redaksiya). Həmçinin həmin maddənin 15 aprel 2023-cü ildən qüvvədə redaksiyasının 3-cü bəndində qeyd edilmişdir ki,... bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur.

41. Göründüyü kimi, “Torpaq Məcəlləsi”nin həm qüvvədə olan, həm də qüvvədən düşmüş normalarına əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin müddətsiz istifadəsi üçün nəzərdə tutulmuşdur. Odur ki, əhalinin istifadəsi üçün nəzərdə tutulmuş sahənin bələdiyyənin mübahisələndirilən qərarı ilə üçüncü şəxsin icarəsinə verilməsi qanunun qeyd olunan normal arında nəzərdə tutulmuş məqsədlərinə zidd olmuşdur.

42. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin hal-hazırda və üçüncü şəxsə ayrıldığı zaman uqodiyası müəyyən edilməklə bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan, yoxsa bələdiyyənin ehtiyat fonduna daxil olan torpaq sahəsi olması bir daha tədqiq edilməli və araşdırmanın nəticəsinə uyğun olaraq kassasiya instansiya məhkəməsinin yuxarda qeyd edilən hüquqi mövqeyi nəzərə alınmaqla qərar qəbul olunmalıdır.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1,12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

44. Yuxarı da göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 04 oktyabr tarixli, 2-1(106)-329/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar