Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-531/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-531/19 Bakı şəhəri 13 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 oktyabr 2018-cı il tarixli, 2-1(103)-2216//2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-cu ildən 1982-ci il tarixədək Gəncə mədəniyyət şöbəsində kitabxanaçı, 1983-1985-ci ildə akademik Qubkin adına kitabxanada kita bxanaçı, 19851990-cı ildə Keşlə maşınqayırma zavodunda kitabxanaçı, 1990-1993-cü ildə yenidən Qubkin adına kitabxanada direktor işləməsi faktının müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 08 oktyabr 1979-cu ildən 05 avqust 1982-ci ilədək Gəncə mədəniyyət şöbəsində, 03 yanvar 1983-cü ildən 01 aprel 1985-ci ilədək akademik Qubkin adına kitabxanada, 02 aprel 1985-ci ildən 01 iyun 1990-cı ilədək Bakneftmaşda (Profkom) kitabxanaçı, 01 iyun 1990-cı ildən 1992-ci ilədək akademik Qubkin adına kitabxanada müdir və 01 dekabr 1993-cü ildən 01 yanvar 1999-cu ilədək X1 təlimçi vəzifələrində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensi yasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxxxx 1957-ci il tarixdə anadan olmuş, 1979-1993-cü illərdə müxtəlf yerlərdə kitabxanaçı və təlimçi vəzifələrində işləmişdir. Qeyd olunan dövrlər üzrə olan iş stajının sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olaraq cavabdehə ərizə ilə müraciət etsə də, sonuncu tərəfindən ona imtina məktubu göndərilmişdir. İmtinaya əsas kimi iddiaçının 08 oktyabr 1979-cu ildən 10 sentyabr 1992-ci ilədək və 01 dekabr 1993-cü ildən 01 yanvar 1999-cu ilədək olan iş stajının əmək kitabçasında qeyd edilmədiyi göstərilmişdir. Cavabdeh təqdim etdiyi yazılı etiraz ında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. İddiaçının 08 oktyabr 1979-cu il tarixdə 10 sentyabr 1992-ci il tarixədək və 01 dekabr 1993-cü il tarixdən 01 yanvar 1999-cu il tarixədək olan iş stajı əmək kitabçasında qeyd edilmədiyindən onun ərizəsinin təmin edilmısi mümkün deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2-1(82)2578/2018 saylı qərarı (hakim Xalıq İmanov) ilə iddia təmin edilmişdir. Hə min məhkəmə hesab etmişdir ki, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibti qanunvericiliyin tələblərini pozmuşdur. İşdə olan sənədlərlə sübut olunur ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 25 ildən artıq sığorta stajına malikdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2216/18 saylı qərarı ilə (sədrlik edən hakim Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Məmməd Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi“Əmək pensiyaları haqında” Qanunun 7, 30, 31.1-ci maddələriilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının 08 oktyabr 1979-cu il tarixdən 10 sentyabr 1992-ci il tarixədək, 01 dekabr 1993-cu il tarixdən 01 yanvar 1999-cu il tarixədək olan iş stajı əmək kitabçasında qeyd olunmadığından, ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunsuz və əsassızdır. Dəlilin hüquqi əsası kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (2010-cu il tarixədək və ondan sonrakı olan redaksiyalarına görə) 27-ci maddəsi,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsini n qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxxxxx 1957-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İddiaçı 08 oktyabr 1979-cu ildən 05 avqust 1982-ci ilədək Gəncə mədəniyyət şöbəsində kitabxanaçı, 03 yanvar 1983-cü ildən 01 aprel 1985-ci ilədək akademik Qubkin adına kitabxanada kitabxa na müdiri, 02 aprel 1985-ci ildən Bakneftmaşda (Profkom) kitabxana müdiri, 01 iyun 1990-cı ildən 10 sentyabr 1992-ci ilədək akademik Qubkin adına kitabxanada kitabxanaçı vəzifələrində işləmişdir. 01 dekabr 1993-cü ildən 01 yanvar 1999cu il tarixədək X1 təlimçi vəzifəsində çalışmışdır. 10 iyun 2011-ci ildə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına kitabxanaçı kimi işə qəbul edilmiş, 26 avqust 2014-cü il tarixli, 134 nömrəli əmrə əsasən müvəqqəti böyük kitabxanaçı vəzifəsinə 07 iyun 2016-cı il tarixli, 77 nömrəli əmrə əsasən isə daimi böyük kitabxanaçı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin təşkilatda işləyir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın surətindən müəyyən olunur ki, iddiaçının 01 iyun 2011-ci il tarixd ən 01 yanavr 2018-ci il tarixədək 6 il 7 ay sosial sığorta stajı, fərdi hesabın sığorta hissəsində 01 yanvar 2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla 6938,8 manat pensiya kapitalı vardır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 08 oktyabr 1979-cu ildən 10 sentyabr 1992-ci ilədək və 01 dekabr 1993-cü ildən 01 yanvar 1999-cu ilədək olan iş stajının əmək kitabçasında qeyd edilmədiyindən ərizəsini təmin etmək mümkün deyildir. 08 oktyabr 1979-cu ildən 1992-ci ilədək işləməsi iddiaçıya məxsus ИT-İ № ******* nömrəli əmək kitabçası ilə, 01 dekabr 1993-cü ildən 01 yanvar 1999-cu ilədək işləməsi isə X2 tərəfindən verilmiş 19 avqust 1999-cu il tarixli, 11 nömərli arayış ilə təsdiq olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının zəruri sosial sığorta stajı təsdiqini tapdığından, onun pensiyanın təmin edilməsi barədə tələbi əsaslı olmuşdur. Cavabdeh bu mövqeyi mübahisələndirərək bildirmişdir ki, iş stajı əmək kitabçasında qeyd olunmadığından, iddiaçının pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İddiaçının əmək pensiyası hüququnun yaranması tarixi apellyasiya məhkəməsi tərəfindən 23 sentyabr 2017-cu ilə aid edilmişdir. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 7-ci maddəsinə əsasən, (...) 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hü ququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddələrin məzmunu belə izah olunur ki, 60 yaşına çatmış qadınların yaşa görə pensiya hüququnun yaranmasının zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdır: (1) sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud (2) azı 25 il sığorta stajı olmalıdır. Lakin yaş həddi ilə bağlı “qeyd” hissəsində nəzərə alınan şərtə görə, 01 iyul 2017-ci il tarixindən 30 iyun 2018-ci il tarixinə qədər qadınların pensiya hüququnun yaranması üçün onların 60 il 6 ay yaş həddinə çatmasıdır. Qanunvericiliyin tələblərinin işin hallarına tətbiqi ilk olaraq o nəticəni yaradır ki, iddiaçının apellyasiya məhkəməsinin müəyyən etdiyi müddətə yaş göstəricisi ilə bağlı pensiya hüququ 23 sentyabr 2017-ci ildə deyil, bundan 6 ay sonra, yəni 23 mart 2018-ci il tarixindən yaranmışdır və bu hissədə məhkəmənin qənaəti istinad edilən qanunvericiliyin tələblərinə tam uyğun olmamışdır. Habelə, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir.Yəni apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçının pensiya hüququ ikinci şərtin yerinə yetirilm əsi bağlı yaranmışdır. İddiaçının sosial sığorta stajı ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsini əsaslı hesab edir. İstinad edilən Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra — sığorta stajı) — əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşk ilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Apellyasiya məhkəməsi düzgün olaraq sığorta stajına aid olan 1979-1992-ci illərin iş dövrlərini iddiaçının təqdim etdiyi “ИT-İ № 0797677” saylı əmək kitabçasından çıxarışa əsasən, 01 dekabr 1993-cü ildən 01 yanvar 1999-cu ilədək işləməsin i isə iş yerindən verilmiş arayışa əsasən müəyyən etmişdir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1979 – 01 yanvar 1999cu illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil e dilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bu normativ aktlara əsaslanmaqla məhkəmə kollegiyası bildirir ki, iddiaçının təqdim etdiyi sübut əsasında - əmək kitabçasından çıxarışa əsasən apellyasiya məhkəməsi düzgün olaraq 1979-1992-ci illərin iş dövrlərini iddiaçının sosial sığirta stajına aid edilməsi nəticəsinə gəlmişdir. Eyni zamanda, sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümu mi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənlə şdirir. Sonuncu müddəaya əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992- ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir. Məsələyə hüquqi qiymət verərkən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ o lduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Qeyd edilənlər nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sosial sığorta stajının iş yerindən arayış əsasında məhkəmə qaydasında müəyyən edilməsi əsaslı olmuşdur və bununla bağlı apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşdığını bildirir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin nəticəsi tam əsaslı deyildir. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, 01 yanvar 2018-ci ilədək iddiaçı 25 ildən artıq sığorta stajını toplamışdır. İşin hallarına görə iddiaçının ümumi iş stajınının dövrlərini 08 oktyabr 1979-cu ildən 01 yanvar 1999-cu il tarixinə qədər, habelə 2011-ci ildən 01 yanvar 2018-ci ilədək olan müddətlər təşkil etmiş, bu müddət ərzində iddiaçının müxtəlif vaxtlarda müxtəlif peşələrdə fasilələrlə işlədiyini apellyasiya məhkəməsi müəyyən etsə də, lakin hansı qaydada həmin müddətlərin bilavasitə cəm şəklində 25 il təşkil etdiyi müəyyən deyildir. Halbuki, istinad edilmiş Qanununun 22-ci maddəsi “Sığorta stajının hesablanması qaydası”nı aşağıdakı kimi tənzimləmişdir: - 22.1-ci maddəsinə əsaəsn, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, şəxsin sığorta stajı müəyyən edilərkən, onun hesablanması zamanı bilavasitə 25 il təşkil etdiyi işlədiyi dövrlər üzrə hər bir əmək fəaliyyətinin müddəti illər, aylar və günlərlə hesablanmalıdır ki, onların cəm şəklində toplanmasının istinad edilən nətic ənin verdiyi aydın olsun. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd edilmiş səlahiyyət çərçivəsində apellaysiya məhkəməsinin qərarı yoxlanılarkən, məhkəmə kollegiyası bildirir ki, iddiaçının pensiya hüququnun hansı qaydada yarandığı qeyri-müəyyəndir və bu halda kassasiya instansiya məhkəməsi həmin müddətlərin hesablanması məcburiyyəti qarşısında qalır. Halbuki, işin halı olmaqla, sığorta stajı apellyasiya məhkəməsi tərəfindən istinad edilmiş maddənin tələblərinə əsasən müəyyən edilməli idi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş maddi hüquq normalarının tətbiqi üçün pensya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmiş və zəruri olan müddəalar tətbiq edilməmişdir. Bu halda həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tutulmuşdur: ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməklə, sosial sığorta stajının hesablanması qaydasına uyğun olarq iddiaçının hansı tarixdən 25 il stajın toplandığı və hansı tarixdən pensiya hüuqunun yarandığının müəyyən edilməsi üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın qismən ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasi ya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-cı il tarixli, 2-1(103)-2216//2018 saylı qərarı qismən – birinci instansiya məhkəməsinin “iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-531/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-531/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver