Məhkəmə qərarları › İş №2-1(102)-531/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-531/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-531/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: soyadın dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiаçı İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, iddiаçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qаrşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli 2-1(103)-1534/ 2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, soyadının “Məmmədov”dan “Mamedov”a dəyişdirilərək qeyd edilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 21.12.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlarının adlarının, atalarının adlarının və soyadlarının “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən dövlət dilində yazılmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 22 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “X1”dan “X2”a dəyişdirilərək qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı soyadını məktəbin ibtidai siniflərindən başlayaraq və bu günə kimi həyat boyu ətrafında olan insanlar “X” olaraq yox “X1” olaraq bilmişlər və yalnız X1 soyadı ilə onu hər zaman qeyd etmişlər. İllər keçdikcə “X” soyadı onun üçün onun həyatının ayrılmaz bir parçası olmuşdur. İddiaçının hərbi biletində və digər sənədlərində soyadı “X1” kimi qeyd edilmişdir. Bundan başqa, iddiaçının atasının soyadı sənədlərdə “X1” kimi qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı soyadını dəyişdirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Ca vabdehnə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2020 saylı, 18.03.2020-ci il tarixli qərarı ilə (hakim T.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni iddiaçının soyadı doğum haqqında şəhadətnamədə göstərilən valideynlərinin soyadına əsasən “X”dur. Onun soyadının “X1" kimi göstərilməsi ilə bağlı istinad etdiyi sənədlər isə rus dilində tərtib olunduğu üçün həmin rus dilində tərtib edilmiş sənədlərdə iddiaçının və atasının soyadı “X1” (X soyadının rus dilində yazılışı) göstərilmişdir. “X1” soyadı “X” soyadının rus dilində olan yazılışı olduğu və Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində “X3” adı və “X1” soya dı mövcud olmadığı ilə əsaslandırmışdır.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1534/2020 nömrəli, 15.09.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və A.Hüseyn) iddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18.03.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardan da kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa, apelyasiya şikayətinin dəlillərinə uyğun olmuşdur. İddaçı əlavə olaraq qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin sorğuya cavabından görünür ki, son 5 ildə ölkə ərazisində 1069 uşağa “Mamedov” soyadı verilmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdi r. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 26.1 Hər bir fiziki şəхsin аddаn, аtа аdındаn və sоyаddаn ibаrət аdı оlmаq hüququ vаrdır. Maddə 26.3 Fiziki şəхsin qаnunlа müəyyənləşdirilmiş qаydаdа öz аdını dəyişdirmək iхtiyаrı vаrdır.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və bunları dəyişmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına m əlumat verilməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumat olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Maddə

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190. аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi vətəndаşlаrın dаimi yаşаyış yеrində qеydə аlınır.

15. Dövlət dili haqqında qanun Maddə

8. Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır.

16. Azərbaycan Respublikasl İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İş materiallarına əsasən iddiaçı soyadının “X”dan “X1”a dəyişdirilməsini istəyir.

26. Apelyasiya instansiyası hesab etmişdir ki, iddiaçının soyadı doğum haqqında şəhadətnamədə göstərilən valideynlərinin soyadına əsasən “X”dur. Onun soyadının “X1” kimi göstərilməsi ilə bağlı istinad etdiyi sənədlər isə rus dilində tərtib olunduğu üçün həmin rus dilində tərtib edilmiş sənədlərdə iddiaçının və atasının soyadı “X1” X soyadının rus dilində yazılışı) göstərilmişdir. “X1” soyadı “X” soyadının rus dilində olan yaz ılışı olduğu və Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində “X4” adı və “X1” soyadı mövcud olmadığı üçün iddia tələbi təmin edilə bilməz.

27. Kollegiya hesab edir ki, apelyasiya instansiyasının hüquqi mövqeyi düzgündür.

28. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Məmmədov Niyaz Kamal oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1970-ci il təvəllüdlüdür, ünvan 1 ünvanda qeydiyyatdadır. Bakı şəhərində 1987-ci ildə rus dilində tərtib edilmiş orta təhsil haqqında attestata əsasən iddiaçının soyadı rus dilində “Mamedov” kimi göstərilmişdir. Bakı şəhərində 1988-ci ildə rus dilində yazılmış ******* nömrəli hərbi biletə əsasən iddiaçının soyadı rus dilində “Mamedov” kimi göstərilmişdir. Bakı Dövlət Universiteti tərəfindən verilmiş 072400 n ömrəli 12 mart 1998-ci il tarixli diplomda iddiaçının soyadı “X” kimi göstərilmişdir. 1957-ci ildə rus dilində Bakı Dövlət Universiteti tərəfindən verilmiş diplomda diplomun verildiyi şəxs kimi rus dilində “X5” göstərilmişdir.1969-cu ildə rus dilində tərtib edilmiş “Elmlər namizədi diplomu”na əsasən diplomun sahibi kimi rus dilində “X5” göstərilmişdir. ******* nömrəli doğum haqqında şəhadətnamədə iddiaçının soyadı X, adı X1, atasının X7, valideynləri: atası - X, anası - X1 göstərilmişdir.

29. Nəzərə almaq lazımdır ki, Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin 12.05.2011-ci il tаriхli, 79 nömrəli Qərаrı ilə təsdiq еdilmiş «Аdın, аtа аdının və sоyаdının vеrilməsi və dəyişdirilməsi Qаydаlаrın»ın 1.1-ci bəndinə əsаsən, bu Qаydаlаr Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin, Nахçıvаn Muхtа r Rеspublikаsı ərаzisində Nахçıvаn Muхtаr Rеspublikаsı Ədliyyə Nаzirliyinin rаyоn (şəhər) qеydiyyаt şöbələri və yа rаyоn, şəhər, şəhər rаyоnu icrа hаkimiyyətlərinin nümаyəndəlikləri, хаricdə dаimi yаşаyаn Аzərbаycаn Rеspublikаsının vətəndаşlаrınа münаsibətdə kоnsulluqlаr tərəfindən аdlаrın, аtа аdlаrının və sоyаdlаrın vеrilməsi, həmçinin qеydiyyаt şöbəsi və yа kоnsulluq tərəfindən оnlаrın dəyişdirilməsi məsələlərini tənzimləyir.

30. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarınn öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 7.2-ci bəndinə əsasə n ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. 31. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

32. Həmin Qanunun 1-ci maddəsində deyilir: 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. 1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. 1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. 1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

33. Qeyd olunanlara əsasən məhkəmə kollrgiyası qeyd edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir.

34. Son 5 ildə ölkə ərazisində 1069 uşağa “X1” soyadı verilməsi ilə bağlı kassatorun dəlilinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsi inzibati orqanın səhv praktikasına əsaslana bilməz.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli 21(103)-1534/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar