Məhkəmə qərarları › İş №2-1(102)-531/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-531/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-531/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-64/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE 0******* FİN:xxxxxxx) xx.xx.1948-ci il tarixdə Ucar ray., Qulabənd kəndində anadan olub, Bakı şəh., Z.Xəlil küç., məh. 1929, mən. 38-də qeydiyyatda olmaqla Bakı şəh., Nəsimi ray., M.Cəlal küç., ev 10, mən. 69-da yaşayır.

2. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı 13.08.1999cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m. torpaq sahəsi ayrılmışdır

3. İddiaçı sözügedən torpaq sahə sinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17.07.2019-cu il tarixli, **********12 nömrəli imtina məktubunda bildirmişdir ki, idarəyə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, həmçinin əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı 13 avqust 1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hüquqların dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin torpaq sahəsinin plan cizgisi də tərtib olunaraq təsdiq olunmuşdur. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən müvafiq çıxarışın verilməsi məqsədilə aidiyyəti dövlət orqanına, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. İddiaçı, cavabdeh inzibati orqanın ona qarşı bu cür hərəkətini qanunsuz və əsassız hesab edir, çünki tərəfindən müvafiq çıxarışın verilməsi üçün lazım olan bütün hüquqi sənədlər əldə olunmuş və cavabdehə təqdim olunmuşdur. Belə olan halda. cavabdeh tərəfindən müvafiq çıxarış verilməli idi. Çünki, torpaq sahəsi qanuni əsaslarla onun istifadəsinə verilmişdir. Əslində imtinada göstərilən heç bir uyğunsuzluq yoxdur, hal-hazırda torpaq sahəsi boşdur, heç kim tərəfindən hasarlanmamışdır, qaldı ki, digər şəxslərin müraciətləri ilə üst-ü stə düşməsi məsələsinə, bu uydurmadır və bu uydurma onun hüquqlarını poza bilməz. Əgər həmin torpaq sahəsinə başqa şəxslərin sənədi işlənibsə də, bu onun deyil, məhz cavabdehin öz günahıdır və bu səhvini düzəltməlidir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, 22.12.2005-ci il tarixli, 191 nömrəli Səbail Bələdiyyəsinin qərarına və 29.05.2008-ci il tarixli 4820 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 25.12.2008-ci il tarixli, ********** nömrəli çıxarış v erilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(81)3537/19 nömrəli qərarı ilə (sədrlik edən hakim Şəhla Süleymanova) iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Torpaq Məcəlləsi nin 55ci maddəsinin ikinci abzasına, “Torpaq islahatları haqqında” Qanunun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1, 5, 6, 7-ci bəndlərinə əsasən hesab etmişdir ki, cavabdehin imtinası qanuni olmadığından, iddia təmin edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-64/2021 nömrəli qərarı ilə (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(81)-3537/19 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndiliyi tərəfindən verilmiş yerləşmə sxemində torpaq sahəsinin sənəd üzrə ölçülərində naturadakı ölçülərlə müqayisədə fərqlər mövcuddur və torpaq sahəsində hasarlanma və mərzlənmə işlərinin tam aparılmamışdır. Belə ki, üç torpaq sahəsi bir hasar daxilindədir və torpaq sahələrinin ara sərhədləri şərtidir. Həmçinin göstərilən torpaq sahəsi hazırda digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

15. Bundan sonra iddiaçı idarəyə müraciət edərkən tamamilə başqa torpaq sahəsini göstərmişdir. Belə ki, iddiaçının idarəyə 05.07.2019-cu il tarixli poçt vasitəsi İlə etdiyi müraciətinə əlavə etdiyi sənədlər surət olduğu, əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki v əziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bundan əlavə, məlum olmuşdur ki, iddiaçı tərəfindən 05.07.2019-cu il tarixli müraciəti ilə əlaqədar İdarənin mütəxəssislərinə göstərilən torpaq sahəsinin İdarənin elektron kadastr baza məlumatına əsasən yerləşmə cizgisinə hər hansı bir aidiyyəti yoxdur. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ********** saylı, 02.06.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.

16. Yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza təy in edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə idarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.

17. Şikayətin hüquqi əsasını Torpaq Məcəlləsinin 46.4, 55, 56.1, 65, 67, 68-ci maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9, 11.1, 23-cü maddələri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: (-). Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının M ülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (-). Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qa nunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyat ı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-).

20. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikl əri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araş dırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual poz untular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydad a əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.

24. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı 13 avqust 1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmış, sonrakı vaxtda-2014-cü ildə torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir.

25. İddiaçı torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınmasını cavabdehdən xahiş etmiş, cavabdeh torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olmasını, elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyəti olmadığını və digər fiziki şəxslərin torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirib hüququn qeydə alınmasından imtina etmişdir. 26. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səc iyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir.

27. Həmin Qanunun 3-cü maddəsinə görə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir...

28. Həmin Qanunun 12-ci maddəsinə görə dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materiallar ı daxil edilir.

29. Apellyasiya məhkəməsi torpaq kadastr fondunda iddiaçının iddia etdiyi 0,06 ha torpaq sahəsinin torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu barədə hansı məlumatın olmasını müəyyən etməmişdir.

30. İddiaçının apellyasiya məhkəməsinə təqdim etdiyi Azərbaycan Respublikası “X2”nin 508 saylı 15.09.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazində tədqiq olunan İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin natura üzrə koordinatlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı faktiki istifadəsin də olan 0.06 ha həyətyani torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmət tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əlavə olunan, mübahisəli torpaq sahələrinin yerləşmə sxemində göstərilən torpaq sahələrindən 88.7 metr qərb tərəfdə yerləşməsi müəyyən olunmuşdur.

31. Apellyasiya məhkəməsinin aldığı “X3 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 1200 saylı 13.08.1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsinin naturada yerləşdiyi yer, həmin torpaq sahəsinin həm faktiki olaraq naturada, həm də kadastr məlumatlarına əsasən digər fiziki və ya hüquqi şəxslərə məxsus olan torpaq sahələri ilə üst-ü stə düşmədiyi və neft kəmərinin mühafizə zolağında yerləşmədiyi müəyyən edilmişdir.

32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı 13.08.1999-cu il tarixli sərəncamı, torpaq sahəsinin plan cizgisi mövcuddur, iddiaçı həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etdiyi halda cavabdeh inzibati orqan həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğuna, elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyətinin olmadığına, digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşdüyünə istinad edir. Lakin məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməsini əsaslandıran hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin imtinanın əsasını yoxlamaq məqsədilə alınmış mütəxəssis rəyləri ilə rəsmiləşdirilməsi tələb olunan torpaq sahəsinin nəinki fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi, həm də onun neft kəmərinin mühafizə zolağında yerləşmədiyi təsdiq olunmuşdur.

33. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı 02.06.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən əlavə edilmiş sxemlərlə ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından, e lektron bazada ölçülmüş ərazidə hər hansı neft kəməri barədə məlumat və X1 adına torpaq sahəsinin qeydiyyatdan keçməsi aşkar edilmədiyindən, mübahisələndirilən ərazinin dövlət mülkiyyəti torpağı olduğundan, Bakı şəhəri Səbail İcra Hakimiyyəti başçısının 200 saylı 13.08.1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi ilə 191 saylı 22.12.2005-ci il tarixli Səbail Bələdiyyəsinin qərarına və 4820 saylı 29.05.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli 25.12.2008-ci il tarixli çıxarış verilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin ü st-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.

34. Rəydə ekspert tərəfindən qeyd olunmuşdur ki, Mərkəzdə (Məhkəmə Ekspertiza Mərkəzində) torpaq sahələrinə dair elektron-baza məlumatları olmadığından, hazırkı iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə, işə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuşdur.

35. Hər iki rəyi apellyasiya məhkəməsi əldə etmişdir.

36. Apellyasiya instansiyası məhkə məsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə və Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə münasibət bildirməmiş, həmin rəylə razılaşmadığını qərarda əsaslandırmamış, mütəxəssis və ekspertin iştirakı ilə mübahisə olunan torpaq sahəsinə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, Səbail rayon İcra Hakimiyyətindən 13 avqust 1999-cu il tarixli sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin sənədlərini tələb etməmiş, onların iştirakı ilə həmin torpaq sahəsinin naturada yerini müəyyən etməmiş, səlahiyyətli mütəxəssis qarşısında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərəncamla ona ayrılan torpaq sahəsi olması, həmin torpaq sahəsinin təyinatı, naturada yerləşdiyi yer, həm faktiki olaraq naturada, həm də kadastr məlumatlarına əsasən digər fiziki və ya hüquqi şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşməsini, yaxud mühafizə zolağında yerləşməsini yoxlamamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi “X2” və “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 13 avqust 1999-cu il tarixli sərəncamda qeyd edilən, habelə naturada göstərilən torpaq sahəsi ilə bağlı rəylərə hüquqi qiymət verərkən onların belə rəy vermək üçün səlahiyyətli olmalarını, səlahiyyətli dövlət orqanından lisenziya almalarını, onlarda torpağa dair kadastr məlumatlarının mövcud olmasını, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsinin torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu barədə məlumatın olmasını, belə məlumat olduğu halda hansı qaydada əldə edilməsin i araşdırmamışdır. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü əlavə olunur.

39. İddiaçı cavabdehə torpaq sahəsinin plan və ölçüsünü təqdim etməmiş, iddiaçının iddia ərizəsinə əlavə etdiyi işin 7-ci səhifəsində olan torpaq sahəsinin yerləşmə cizgisi apellyasiya məhkəməsi tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə tədqiq edilməmişdir.

40. Mütəxəssis rəyində iddiaçının iddia etdiyi və naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir.

41. Bununla bağlı apellyasiya məhkəməsi araşdırma aparmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinin həqiqətən "xxxx" MMC-nin qanuni istifa dəsində olmasını, istifadə hüququnun dövlət qeydiyyatına alınmasını, istifadə hüququnun hansı ilkin sənədlər (müqavilə, əqd, inzibati akt) əsasında qeydə alınmasını müəyyən etməmiş, bu barədə cavabdehdən məlumat almamış, torpaq sahəsi istifadə hüququ ilə yüklü olduğu halda iddiaçının hüququnun qeydə alınmasının mümkünlüyünü, həmçinin "xxxx" MMC-nin İPMin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraatda iştiraka cəlb edilməsini müzakirə etməmişdir.

42. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edil məsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayətin dəlili əsaslı sayıla bilməz.

44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 21(103)-64/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar