Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-531/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2677/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Hüseynov Maarif Əli oğlu arasında 27 fevral 1983-cü il tarixdə nikah bağlanmış, bu barədə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 fevral 1983cü ildə 34 nömrə ilə qeyd edilmiş, İİİ-JQ 276538 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə” verilmişdir.
2. İddiaçının əri Hüs eynov Maarif Əli oğluna məxsus NZ ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Respublikası X7 filialının xx.xx.2017-ci il tarixli, a/611 nömrəli arxiv arayışına əsasən, Hüseynov X9 rayon Mebel fabrikinin xx.xx.1972-ci il tarixli, 133 nömrəli əmri ilə birinci dərəcəli laklayıcı işinə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli 74 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra o, mebel fabrikinin xx.xx.1976-cı il tarixli 131 nömrəli əmrinə əsasən, ikinci dərəcəli dülgər işinə qəbul edilmiş, xx.xx.1977-ci il tarixli 118 nömrəli əmrlə dülgər işindən azad edilmişdir.
4. Hüseynov Maarif Əli oğluna məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və xx.xx.1 998-ci il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. Onun sonuncu iş yerləri xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Bakı Qalantereya” 3 saylı filialın 80 saylı mağazası və xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsi olmuşdur.
5. Hüseynov Maarif Əli oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş, bu barədə, ölüm haqqında akt qeydləri kitabında 3 noyabr 2017-ci ildə 2155 nömrə ilə qeyd edilmiş, AZ-İ 910118 nömrəli “Ölüm haqqında şəhadətnamə” verilmişdir.
6. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
7. Cavabdeh 22 sentyabr 2021-ci il tarixli, **********7 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslan dırmışdır ki, təqdim edilən, iddiaçının mərhum əri X6 məxsus xx.xx.1977-ci il tarixində tərtib edilmiş İT-İ seriyalı, ******* saylı əmək kitabçasına və NZ seriyalı ******* saylı hərbi biletə əsasən, sığorta stajı 6 il 11 ay 29 gün olmaqla, tələb olunan müddətdən (15 il 8 aydan) azdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən mərhum M.Ə.Hüseynova məxsus BT seriyalı, 039188 saylı diplomda qeyd olunan dövrlər İT-İ seriyalı, ******* saylı əmək kitabçasındakı dövrlərlə üst-üstə düşdüyünə görə həmin müddətlərdən biri hesablanmışdır. Mərhum M.Ə.Hüseynova məxsus xx.xx.1977-ci il tarixində tərtib olunmuş İT-İ seriyalı, ******* saylı əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1995-ci il tarixnədək “Bakı Qalentereya”nın 3 nömrəli filialının 80 nömrəli mağazasındakı, xx.xx.1 995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsinin 81 nömrəli X3 56 və 1 nömrəli filialındakı fəaliyyət dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunan müəssisələrin həmin dövrlər üzrə arxiv sənədləri və əmək haqqı cədvəlləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət müəssisələrinin X5 təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə, qeyd edilən dövrlərin mərhum M.Ə.Hüseynovun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ailə başçısını iti rməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbnii onunla əsaslandırmışdır ki, mərhum əri Maarif Hüseynov vəfat etdikdən sonra o, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə ərinin əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək “Bakı Qalantereya”nın 3 saylı filialının 80 saylı mağazasındakı, xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsinin 81 saylı X3 56 və 1 saylı filialındakı fəaliyyət dövrlərinin araşdırılması zamanı həmin dövrlər üzrə arxiv sənədləri və əmək haqqı cədvəllərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələri nin İdarəetmə Mərkəzinin Arxivində müəyyən edilmədiyini bildirməklə ona imtina cavabı vermişdir. Göstərilən dövrlər üzrə iş stajı əmək kitabçasında qeyd edilsə də, arxivdə aşkar edilməməsinin səbəbi məlum deyildir.
10. Cavabdeh iddia tələbinə yazılı etirazında və etiraza əlavədə göstərmişdir ki, iddiaçının mərhum əri Hüseynov Maarif Əli oğluna məxsus ******* nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək (12 il 9 ay) fəaliyyət dövrü və ******* nömrəli hərbi biletə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək hərbi xidmətdə olduğu müddət (2 il 28 gün) olmaqla, ümumilikdə xx.xx.2006cı il tarixinə kimi 14 il 9 ay 28 gün mübahisələndirilməyən sığorta stajı vardır. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının (M.Hüseynov) 15 il 8 ay ((62 yaş – 15 yaş = 47) × 4 ay = 188 ay: 12 = 15 il 8 ay) sığorta stajı tələb olunur. Eyni zamanda, X7 filialının xx.xx.2017-ci il tarixli, a/611 nömrəli arxiv arayışına əsasən, mərhum M.Hüseynovun Lənkəran rayon Mebel fabrikində xx.xx.1972-ci il tarixdən xx.xx.2013-cü il tarixədək (8 ay 14 gün) və xx.xx.1976-cı il tarixdən xx.xx.1977ci il tarixədək (10 ay 24 gün) fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığı üçün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrıayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə ki, qeyd olunan maddənin t ələblərinə uyğun olaraq iddiaçının mərhum əri Hüseynov Maarif Əli oğluna məxsus BT 039188 saylı diplomda qeyd olunan dövrlər ilə ******* saylı əmək kitabçasındakı dövrlər üst-üstə düşdüyünə görə həmin müddətlərdən biri hesablanmışdır. İddiaçının mərhum əri Hüseynov Maarif Əli oğlunun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 7 ay) və Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.1998ci il tarixədək (2 il 5 ay 1 gün) işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövrlər üzrə arxiv sənədləri və əmək haqqı cədvəlləri olmadığından sosialı sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-05742-2021 nömrəli məktubunda arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, həmin kommersiya qurumlarının aşkar edilmədiyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********980100 nömrəli məktubunda həmin müəssisələrin dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumatların mövcud olmadığı qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının mərhum əri Hüseynov Maarif Əli oğlunun sosial sığorta stajının 14 il 09 ay 28 gün olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərti ödəmədiyindən, yəni mərhum əri Hüseynov Maarif Əli oğlunun sosial sığorta stajı 14 il 09 ay 28 gün olmaqla, tələb olunan 15 il 08 aydan az olduğuna görə ailə başçısını itirməyə görə əmək pens iyası almaq hüququ yaranmamışdır.
11. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 8 fevral 2022-ci il tarixli, **********86 nömrəli məktubunda göstərilmişdir ki, “Xalq üçün mallar dövlət konserni”nin “BakıQalantereya Dəri-Trikotaj məmulatları fabrikinin” bazasında “Bakı-Qalantereya” Səhmdar Cəmiyyəti yaradılaraq səhmləri xx.xx.2002-ci il tarixdə, “İctimai İaşə” idarəsinin 81 saylı Təsərrüfat hesablı mağazası xx.xx.1998-ci il tarixində, 56/1 filialı isə xx.xx.1998-ci il tarixində özəlləşdirilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (sədrlik edən: A.A.Abdullayeva) 7 aprel 2022-ci il tarixli, 2-1(112)-3405/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X2 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilm əsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum ərinin Lənkəran rayon Mebel fabrikində işlədiyi dövrün (xx.xx.1972-xx.xx.1973 və xx.xx.1976xx.xx.1977-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə almaqla, iddiaçının mərhum ərinin həmin dövrlərdə Lənkəran rayon Mebel fabrikində işlədiyi Azərbaycan Respublikası X7 rayon Filialı tərəfindən verilmiş arxiv arayışları ilə təsdiqləndiyindən, sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
14. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum ərinin əmək stajının böyük hissəsini əhatə edən mübahisəli dövr onun əmək kitabçasında qeyd olunan xx.xx.1981-xx.xx.1995-ci il tarixlərdə “Bakı Qalantereya” 3 nömrəli filialının 80 nömrəli mağazasında və xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə Nizami rayonu “Ticarət və İctimai İaşə” İdarəsinin 81 saylı X3 56 və 1 saylı filiallarında işlədiyi dövrdür ki, əmək kitabçasında olan həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir dəlil mövcud olmadığından, əksinə, sözügedən mağazalarının fəaliyyətdə olması, sonradan müxtəlif tarixlərdə özəlləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş məktubla təsdiq edildiyindən və Qaydaların müvafiq bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edildiyindən, iddiaçının mərhum ərinin sözügedən dövrlərdə olan əmək stajı onun sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 15 il 8 aydan çox iş stajının olması öz təsdiqini tapdığından və iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b ) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) 27 oktyabr 2022-ci il tarixli, 21(103)-2677/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, B Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli, 2-1(112)-3405/2022 nömrəli qərarı “X2 ailə başçısını itirməyə görə” sözlərindən sonra “xx.xx.2017-ci tarixindən” sözləri, “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra isə “və pensiya təyinatı üçün müraciət etdiyi 2021-ci ilin sentyabr ayından əvvəlki 3 il üçün, yəni 2018-ci ilin sentyabr ayından hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi biri nci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi, iddiaçının mərhum ərinin xx.xx.1992-xx.xx.1995-ci illər üzrə əmək fəaliyyəti onun əmək kitabçasının qeydlərində öz əksini tapmışdır. Həmin qeydlərdən görünür ki, iddiaçının ərinin əmək fəaliyyəti “ünvan 1üəssisəsinin mağazasında çalışdığı dövrün bir hissəsidir. Belə ki, iddiaçının əri xx.xx.1981-xx.xx.1995-ci illərdə “ünvan 1üəssisəsində, daha sonra isə xx.xx.1995-xx.xx.1998-ci illərdə Nizami rayonu “Ticarət və İaşə” idarəsinə məxsus mağazanın müdiri vəzifələrində çalışmışdır. Cavabdehin dəlillərindən belə anlaşılır ki, iddiaçının mərhum ərinin “Bakı Qalantereya”da əmək fəaliyyətinin SSRİ dövrünə düşən, yəni 1 yanvar 1992-ci ilədək olan hissəsi, “Əmək pensiyaları haq qında” Qanunun 23.2-ci maddəsinə müvafiq olaraq, sığorta stajı qəbul edilsə də, həmin tarixdən sonrakı xx.xx.1995-ci ilədək olan hissəsi sığorta stajı kimi nəzərə alınmır. Halbuki, əmək kitabçasının qeydlərində həmin tarixə qədər onun işlədiyi mağazaların dövlət tərəfindən özgəninkiləşdirilməsinə dair hər hansı bir qeyd mövcud deyildir. Belə qeydlər Nizami rayonu “Ticarət və İaşə” idarəsinə münasibətdə də mövcud deyildir. Başqa sözlə, həmin ticarət obyektləri hələ dövlət müəssisələri hesab olunurdu. Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı 8 fevral 2022-ci il tarixli məktubundan da görünür ki, “ünvan 1üəssisəsinin ticarət obyekti 2002-ci ildə, Nizami rayonu “Ticarət və İaşə” idarəsinin ticarət obyektlərinin təsərrüfat subyektləri isə 1998-ci il tarixdə özəlləşdirilmişdir. Bu baxımdan, Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı 3 fevral 2022-ci il tarixli məktubunda, məhz, həmin illərdə sözügedən müəssisələrin qeydiyyatı barədə məlumatın aşkar olunmamasının qeyd olunması təbiidir və əslində, bu hal əmək kitabçasının mübahisələndirilən qeydlərinin həqiqiliyini təsdiq edir.
18. Sözügedən qurumlar tərəfindən sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsinə gəldikdə isə bu hal da iddiaçının təqsiri deyildir və onun pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Onu da qeyd etmək lazımdır ki, mərhumun əmək kitabçasının xx.xx.1981-xx.xx.1998-ci illəri (16 il 2 ay 20 gün) əhatə edən qeydlərində onun işə qəbul edilməsi, vəzifə köçürmələri, işdən azad olunma tarixləri, müvafiq əmrlər, qeydlərin k adrlar üzrə məsul şəxsin imzası, müəssisənin möhürü ilə təsdiqi öz əksini tapmışdır, qeydlərdə qaralama və anlaşılmaz yazılar mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. Başqa sözlə, qeydlərin inandırıcılığı baxımından, mərhumun həmin ticarət müəssisələrində 16 il 2 ay 20 gün çalışmasını şübhə altına ala biləcək hallar aşkar olunmur.
19. İddiaçının mərhum ərinin öldüyü xx.xx.2017-ci il tarixində (həmin tarixdə qadınlar üçün pensiya yaş həddi 60 yaş təşkil edirdi, iddiaçının isə həmin günə olan yaşı 61 yaş 10 ay 21 gün təşkil edirdi) ailə başçısını itirməyə görə pensiya hüququ yaranmış olur. Cavabdehin işə əlavə olunmuş imtina məktubundan görünür ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün 2021-ci ilin sentyabr ayında müraciət etmişdir. “Əmək pensiyaları haqqınd a” Qanunun 32.1-1-ci maddəsinə əsasən, iddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2017-ci tarixdən əmək pensiyası təyin edilməklə, onun cavabdehə müraciət etdiyi 2021-ci ilin sentyabr ayından əvvəlki 3 il üçün (yəni, 2018-ci ilin sentyabr ayından) əmək pensiyası məbləğini hesablayıb ödəmək cavabdehin öhdəliyidir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazının, etiraza əlavənin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasi ya şikayətində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.... Maddə
14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüq uqu olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;... Maddə
17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.... Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir....
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qayda ları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatla r, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;... 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləş dirir.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Mad də
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəm ədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı a pellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisələndirdiyi – iddiaçının mərhum ərinin Lənkəran rayon Mebel fabrikində xx.xx.1972-ci il tarixdən xx.xx.2013-cü il tarixədək (8 ay 14 gün) və xx.xx.1976cı il tarixdən xx.xx.1977-ci il tarixədək (10 ay 24 gün) fəaliyyət dövrləri ilə bağlı Azərbaycan Respublikası X7 rayon Filialı tərəfindən verilmiş arxiv arayışlarında göstərilən məlumatların, habelə, mərhum M.Hüseyn ovun “ünvan 1üəssisəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 7 ay) və Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (2 il 5 ay 1 gün) olan əmək fəaliyyətinə dair müddətlə bağlı əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etməkdə haqlı olmuşdur.
36. Belə ki, iddiaçının mərhum ərinin Lənkəran rayon Mebel fabrikində işlədiyi dövr (1972-1973 və 1976-1977-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğundan bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalıdır. Bundan başqa, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına alan hər hansı əsas müəyyən edilməmişdir.
37. Eyni zamanda, nəzərə alm aq lazımdır ki, mərhum M.Hüseynov “ünvan 1üəssisəsində əmək fəaliyyətinə xx.xx.1981-ci ildə başlamış və fasiləsiz olaraq xx.xx.1995-ci ilə qədər həmin müəssisədə işləmişdir. Cavabdeh onun xx.xx.1992-ci il tarixədək olan iş stajını qəbul etmiş, lakin həmin tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 7 ay) və Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (2 il 5 ay 1 gün) olan əmək fəaliyyəti dövrünü arxiv sənədlərinin və əmək haqqı cədvəllərinin olmaması əsası ilə qəbul etməmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının mərhum ərinin əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz.
39. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi vətəndaşın qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.
40. Hazırkı qərarın 27-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
41. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
42. Qərarın 24-cü bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2677/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.