Məhkəmə qərarları › İş №2-1(102)-531/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-531/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-531/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 08.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1259/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuş, 1967-ci il sentyabrından 1973-cü ilin iyun ayınadək Azərbaycan Politexnik İnstitutunda təhsil almış, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. 2. 30.06.1966-cı il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1964-cü il tarixdən xx.xx.1967-ci il tarixədək 1 saylı Şirvan Pambıq Sovxozunda, xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Azərenerji” tikinti trestinin Əli-Bayramlı Tikinti-İstehsalat İşləri Sahəsində (xx.xx.1976-cı il tarixdən xx.x x.1977-ci il tarixədək “usta”, xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “iş icraçısı”, xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “baş iş icraçısı”), xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “İstilikenerjitikintiquraşdırma” SC-də işləmişdir.

3. İddiaçı xx.xx.2020-ci il tarixdə, daha sonra isə xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaş görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarda onun müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Müraciətdə qeyd edilənlərin əksinə olaraq, pensiya təyinatı ilə bağlı ona aid sənədlərin əsli təqdim edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensi yası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. 5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “tikinti və quraşdırma işləri üzrə usta”nın əmək funksiyalarının xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ bölməsində qeyd olunan “yeni tikinti və quraşdırma işlərinin ustaları”nın əmək funksiyaları ilə eyni xarakterlilik təşkil edir və 2 nömrəli Siyahıda qeyd edilmiş 2290000b-23419 peşə şifrəsinə uyğundur. İş icraçısının əmək funksiyalarının xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsd iq edilmiş 2 nömrəli Siyahının XXVİİ bölməsində qeyd olunan iş icraçılarının əmək funksiyaları ilə eyni xarakterlilik təşkil edir və 2 nömrəli Siyahıda qeyd edilmiş 2290000b24441 peşə şifrəsinə uyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2007-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə, əməkhaqqına əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-xx.xx.2014-cü illərdə işləməklə onun ümumi 49 il 8 ay əmək stajı vardır. Həmçinin o, xx.xx.1976-xx.xx.1977-ci illərdə Əli Bayramlı Tikinti-Təmir İdarəsində “usta”, xx.xx.1977-xx.xx.1984-cü illərdə həmin idarədə “iş icraçısı” və xx.xx.1987-xx.xx.2003-cü illərdə həmin idarədə “böyük iş icraçısı” vəzifələrində işləmişdir. Ona xx.xx.2007-ci il tarixdə, 55 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən ona xx.xx.2014-cü il tarixdən, 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.2006-cı ilə kimi 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”na (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “yeni tikinti və quraşdırma işlərinin ustaları (2290000b— 23419)” və “iş icraçıları (2290000b—24441)”) əsasən onun xx.xx.2007-ci il tarixdən, 57 ya şdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. O, bu barədə cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş surətləri ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixli məktubla müraciətinə müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Bundan sonra, o, xx.xx.2020-ci il tarixdə ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş surətlərini və sənədlərin əslini cavabdeh orqana təqdim etsə də, ona əmək kitabçasında qeyd edilən müəssisə və təşkilatlardan həmin yerlərdə işləməsini təsdiq edən arayışların, həmçinin güzəştli arayışın olmadığı əsas gətirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüz olduğu bildirilmişdir. Lakin o na rəsmi imtina məktubu verilməsindən imtina edilmiş, yalnız işləməsini təsdiq edən arayışlar və güzəştli arayışlar təqdim edildikdən sonra güzəştli pensiyanın təyin edilib-edilməməsinə baxılmasının mümkün olacağı bildirilmişdir.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi təklif olunmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətindən onun işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması müəyyən edilə bilməz. Belə ki, qeyd edilən əmək kitabçasının surətinin bir qismi rus dilində tərtib edilmiş, digər bir hissəsində isə qeyd edilmiş peşələrin güzəştli peşə olması əmək kitabçasında qeyd edilmədiyindən ona cavabdeh tərəfind ən haqlı olaraq xx.xx.2020-ci il tarixdə müvafiq sənədlərin tam şəkildə verilməsi məzmununda, xx.xx.2020-ci il tarixdə isə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi barədə arayışlar təqdim edilməsindən sonra iddiaçının müraciətinə baxılacağı barədə cavab məktubu verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh həmin cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər hansı bir marağını pozmamışdır. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxil olmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5006/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2007-ci il tarixdən, xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, yəni əməkhaqqına əsasən təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçiril məsi və ödənilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 nömrəli Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2007-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tət biq oluna bilməz. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ Bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000b-24441 (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 290000b-24441 (iş icraçıları) peşə şifrlərinə uyğundur. İddiaçıya münasibətdə 2 nömrəli Siyahının müddəaları tətbiq olunmalıdır.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının pensiya hüququ artıq xx.xx.2007-ci il tarixdə yarandığından, ona münasibətdə həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsi şamil edilməli, yəni ona əməkhaqqı əsasında pensiya təyin ed ilməlidir.

12. Birinci instansiya məhkəməsi iddia tələbinin yaranmış fərqin birdəfəyə ödənilməsi hissəsi ilə bağlı göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsinə tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiy i tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Səadət Bəktaşi və Azər Hüseynov) 16 iyun 2022-ci il tarixli, 21(103)-81/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı pensiyanın ödənilməsi hissəsində dəyişdirilmiş, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin h üquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiyası məhkəməsi qərarında iddianı qismən təmin edərək keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini qeyd etmiş, lakin pensiya məbləğinin hansı tarixdən hesablanmasını müəyyən etməmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək – 2007-ci il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana xx.xx.2020-ci il tarixində müraciət etdiyindən, istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçıya həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. İddiaçının pensiyası onun ilkin müraciət etdiyi (xx.xx.2020-ci il) vaxtdan 3 il əvvəlki tarixdən, y əni xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməlidir.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /sədrlik edən və məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 25 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1935/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının işlədiyi “ Azərenerji” tikinti trestinin Əli-Bayramlı Tikintiİstehsalat İşləri Sahəsinin fəaliyyət göstərib-göstərməməsi ilə bağlı müvafiq qurumlara – vergi xidmətinə, statistika idarəsinə, dövlət arxivinə, daşınmaz əmlakın dövlət reyestr xidmətinə və s. sorğular verilməmiş, müəssisə fəaliyyət göstərmədiyi təqdirdə hüquqi varisi müəyyənləşdirilməmişdir. Şəxsin işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda məhkəmə, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək ş əraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) ey niliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi müəssisənin fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin müəyyən olunmadığı halda iddiaçının işlədiyi peşənin əmək funksiyalarının və müvafiq siyahıya uyğunluğunun yoxlanılması ilə bağlı analoji müəssisələrdə mövcud olan eyni adlı peşələrin müqayisəli təhlilini aparmamış, heç bir əsas olmadan iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 26 sentyab r 2023-cü il tarixli, 2-1(103)-1259/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun verilmiş sorğular nəticəsində “Azərenerji” tikinti trestinin Əli-Bayramlı Tikinti-İstehsalat İşləri Sahəsinin sənədlərinin arxivə təhvil verilmədiyi, həmin müəssisə və ya varisi barədə vergi və aidiyyəti digər dövlət orqanlarında məlumatın mövcud olmadığı müəyyən edilmişdir.

21. Cavabdeh iddiaçının “Azərenerji” tikinti trestinin Əli-Bayramlı Tikin ti-İstehsalat İşləri Sahəsində işlədiyi xx.xx.1976-cı ildən “usta”, xx.xx.1977-ci ildə “iş icraçısı”, (xx.xx.1984-cü ildə zavodun “sahə rəisi” köçürülmüş, xx.xx.1986-cı ildən TikintiQuraşdırma sahəsinə “baş mühəndisin v.m.i. edən” köçürülmüş), xx.xx.1987-ci ildən xx.xx.2003-cü il tarixə kimi “baş iş icraçısı” vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verməsini mübahisələndirir. İddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında göstərilmişdir. Bundan başqa, yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “tikinti və quraşdırma işləri üzrə usta”nın əmək funksiyalarının xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetini n xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ bölməsində qeyd olunan “yeni tikinti və quraşdırma işlərinin ustaları”nın əmək funksiyaları ilə eyni xarakterlilik təşkil edir və 2 nömrəli Siyahıda qeyd edilmiş 2290000b-23419 peşə şifrəsinə uyğundur. “İş icraçısı”nın əmək funksiyalarının xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ bölməsində qeyd olunan “iş icraçıları”nın əmək funksiyaları ilə eyni xarakterlilik təşkil edir və 2 nömrəli Siyahıda qeyd edilmiş 2290000b24441 peşə şifrlərinə uyğundur.

22. Beləliklə, iddiaçı xx.xx.1950-ci il təvəllüddür. Onun xx.xx.2007-ci il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq üm umi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququ artıq xx.xx.2007-ci il tarixdə yarandığından, ona münasibətdə həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsi şamil edilməli, yəni ona əməkhaqqı əsasında pensiya təyin edilməlidir.

23. İddiaçının pensiya hüququna malik olduğu müəyyən edilərək, ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilərsə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək - 2007-ci il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana xx.xx.2020-ci il tarixində müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. Odur ki, iddiaçının pensiyası onun ilkin müraciət etdiyi (xx.xx.2020-ci il) vaxtdan 3 il əvvəlki tarixdən, yəni xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməlidir.

24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və idd ianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 (iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlə rlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 27.1 (xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hi ssəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əməkhaqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği öt ən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu q əbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.x x.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sən ədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalar ı”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

33. Azərbaycan Respublikası Nazirlər Kabinet inin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000b – b) rəhbərlər və mütəxəssislər 2290000b—23419 – yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b—24441 – iş icraçıları

34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçiri lməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13 2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hü quq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun, zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasında n əzərdə tutulmuş qaydaya uyğun olaraq əməkhaqqı əsasında hesablanmasına nail olmaqdan ibarətdir.

42. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının xx.xx.2006-cı il tarixədək qazanılmasına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Bununla belə, məhkəmə kollegiyası kass asiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

44. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnziba ti orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

45. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

46. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 47. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

48. Bu qərarın 27-ci və 29-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pens iya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.

49. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

50. Həmçinin iddiaçının işlədiyi vəzifələrin (“usta”, “iş icraçısı”, “baş iş icraçısı”) və sahənin bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə (“Azərenerji” tikinti trestinin Əli-Bayramlı Tikinti-İstehsalat İşləri Sahəsi) ha zırda mövcud olmadığından, məhkəmə təcrübəsinə uyğun olaraq həmin sahədə fəaliyyət göstərən müəssisə ("xxxx" MMC) tərəfindən güzəştli iş stajı barədə arayış təqdim edilmiş, həmin arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

51. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

52. Həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2007-ci il tarixdə yarandığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada şamil edilməsi, yəni ona əməkhaqqı əsasında pensiya təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

53. Beləliklə, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və pensiya məbləğinin əməkhaqqı əsasında hesablanmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından və pensiya məbləği nin əməkhaqqı əsasında hesablanmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentya br 2023-cü il tarixli, 2-1(103)-1259/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar