Məhkəmə qərarları › İş №2-1(102)-532/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-532/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-532/2019 23.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-532/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 23 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Məmmədov Toğrul Talıb oğlunun, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Qənbərov Ramin Məhəmmədəli oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2649/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 10 yanvar tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona pensiya təyin edilərkən, qulluq stajına görə 54% pensiya təyin edilməsini əsas götürməklə, hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinət, qulluq stajına görə aylıq vəzifə maaşına 10%, elmi dərəcəyə görə 50 manat, üç vəzifə maaşı məbləğində mükafat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15% əlavələri nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 54 faizi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması Siyahısının 1.6-cı bən dinə əsasən Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsində təlimatçı və Qaradağ rayon Partiya Komitəsində katib vəzifəsi hazırda rayon, şəhər və şəhərlərdə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçi və aparat rəhbərinin müavini vəzifəsinə uyğunluğuna əsasən, həmin Siyahının 1.16-cı bəndinə əsasən Azərbaycan SSR-nin Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Qasım İsmayılov rayonunda yerləşən tabeli qurumu büdcədən maliyyələşən dövlət idarələrindəki iqtisadçımütəxəssis vəzifəsi hazırda mövcud olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında və ya onun Qərarı ilə yaradılan orqanların aparatında yaradılan məsləhətçi vəzifəsinə uyğunluğuna əsasən, iddiaçının 1981-ci ilin mart ayından 1990-cı ilin yanvar ayınadək 9 il 3 aylıq stajının dövlət qulluqçusu stajına aid edilməsi və bu qulluq stajına adekvat 54%-i pensiya təyin edilməsini əsas götürməklə, hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinət, qulluq stajına görə aylıq vəzifə maaşına 10%, elmi dərəcəyə görə 50 manat, üç vəzifə maaşı məbləğində mükafat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15% əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 54 faizi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində iddiaçıya ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 iyun tarixli 2-1(81)-1009/2018 nömrəli qərarıilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin edilərkən Azərbaycan Respub likası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması Siyahısının 1.6-cı bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsində təlimatçı və Qaradağ rayon Partiya Komitəsində katib vəzifəsi hazırda rayon, şəhər və şəhərlərdə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçi və aparat rəhbərinin müavini vəzifəsinə uyğunluğuna əsasən, həmin Siyahının 1.16-cı bəndinə əsasən Azərbaycan SSR-nin Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Qasım İsmayılov rayonunda yerləşən tabeli qurumu büdcədən maliyyələşən dövlət idarələrindəki iqtisadçı-mütəxəssis vəzifəsi hazırda mövcud olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında və ya onun Qərarı ilə yaradılan orqanların aparatında yaradılan məsləhətçi vəzifəsinə uyğunluğuna əsasən, iddiaçının 1981-ci ilin mart ayından 1990-cı ilin yanvar ayınadək 9 il 3 aylıq stajını dövlət qulluqçusu stajına aid edilməsi və bu qulluq stajına adekvat 54%-i pensiya təyin edilməsini əsas götürməklə, hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinət, qulluq stajına görə aylıq vəzifə maaşına 10%, elmi dərəcəyə görə 50 manat, üç vəzifə maaşı məbləğində mükafat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15% əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 54 faizi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində iddiaçıya ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2649/2018 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh qanunla müəyyən e dilmiş prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Məhkəmənin qərardadı cavabdehə 2018-ci il 23 noyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardaddan 2018-ci il 30 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının işi üzrə sahə məsləhətçisi x3 2018-ci il 21 may tarixdən 2018-ci il 2 iyul tarixədək məzuniyyətdə, 2018-ci il 9 iyul tarixdən 2018ci il 28 iyul tarixədək isə bülletendə olmuşdur. 2018-ci il 2 iyul tarixdən 2018-ci il 9 iyul tarixədək olan müddətdə əmək fəaliyyətini davam etdirmişdir. 2018-ci il 1 avqust tarixdən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-c i il 6 iyun tarixli qərarı Şöbəyə 2018-ci il 3 iyul tarixdə daxil olmuşdur. Ç.S.Məmmədov əmək müqaviləsinə xitam verilməmişdən əvvəlki son 2 ayı səhhəti ilə əlaqədar məzuniyyətdə və bülletendə olduğundan, həmin qərardan apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 iyun tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 2018-cı il 2 iyul tarixdə təqdim olunmuş, cavabdeh apellyasiya şikayətini 2018-ci il 5 avqust tarixdə, yəni qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra vermişdir. Beləliklə, prosessual müddət ötürülmüşdür. Məhkəmə aktının təqdim edildiyi tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Cavabdehin istinad etdiyi hallar i sə müddətin buraxılmasında onun təqsirini aradan qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2649/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar